Çərşənbə axşamı , İyul 25 2017
Əsas səhifə / Hz.Mehdi(ə.s) qan axıtmaz / Axır zamanda qan axıdan Dəccaldır. Hz. Mehdi (ə.s) dəccalın sel kimi axıtdığı bu qanları dayandırmağa gələcək

Axır zamanda qan axıdan Dəccaldır. Hz. Mehdi (ə.s) dəccalın sel kimi axıtdığı bu qanları dayandırmağa gələcək

Peyğəmbərimizin (s.ə.v) bir çox hədisində hz. Mehdi (ə.s) ilə bağlı xəbər verdiyi ən vacib məlumatlardan biri hz. Mehdinin (ə.s) həyatının heç bir dövründə qan axıtmayacağıdır. Necə ki, Peyğəmbərimiz (s.a.v) hz. Mehdinin (ə.s) mənəvi lider olduğu dövr üçün: “Yuxuda olan kimsə oyandırılmaz və bir damla belə qan axıdılmaz”– deyə bildirir. (Əl-qəvlü’l Müxtəsər fi əlamət-il Mehdiyy-il Müntəzər, s. 29)

Bir başqa hədisdə isə Peyğəmbərimiz (s.ə.v) bu həqiqəti belə ifadə edir:

“Hz. Mehdi (ə.s)) dövründə nə bir kimsə oyandırılacaq, nə də bir kimsənin burnu qanayacaqdır.” (Əl-qəvlü’l Müxtəsər fi əlamət-il Mehdiyy-il Müntəzər, s. 44)
Qan axıtmamaq Allahın hz. Mehdiyə (ə.s) olan əmridir. Buna əsasən də hz. Mehdinin (ə.s) İslam əxlaqını dünyada hakim edərkən sevgi, şəfqət, mərhəmət, dostluqdan başqa yollara müraciət etməsi mümkün deyildir.Çünki bunun əksi Allahın əmrinə zidd davranmaq deməkdir.

Hz. Mehdi (ə.s) sevgi və şəfqət insanıdır. Allahın hz. Mehdinin (ə.s) ruhunda yaratdığı güclü sevgi və şəfqətin dünyanın hər yerinə təsir edəcəyi hədislərdə belə ifadə edilir:

“İmam-ı zamanın (hz. Mehdinin (ə.s)) bərəkəti ilə  insanların qəlbləri qarşılıqlı sevgi və əmin-amalıqla dolacaq.” (Biharul Ənvar, cild 53, s. 187; Mikyaal əl-makaarəm, cilt 1, s. 52)

“Hz. Mehdi (ə.s) dövründə sevgi və mərhəmət dünyanın hər yerinə hakim olacaqdır.” (İkbal’ul-a’mal s. 507; Biharul Ənvar, cilt 21, s. 312)

Axır zamanda qan axıdacağını deyən bəzi pis niyyətli şəxslər və dairələr istər hədislərin çatışmamazlığından, istərsə də hədisləri şeytanın da təsiri ilə şüurlu şəkildə təhrif etməklə hz. Mehdi (ə.s) haqqında belə bir yalan uydurmuşlar. Axır zamanda qan axıdılacağı doğrudur, amma qanı hz. Mehdi (ə.s) deyil, dəccal axıdacaqdır.  Dəccaliyyət qan deməkdir. Dəccal axır zamanda müsəlmanlara qarşı kin və nifrətini son həddinə gətirəcək, müsəlman aləmi başda olmaqla bütün insanlığı tarixdə görülməmiş zülmə düçar edəcək. Hədislərdə Peyğəmbərimiz (s.ə.v) axır zamanda yaşanacaq mühiti bizlərə belə bildirir:

…fitnələr, qarışıqlıqlar, qiyamlar çox olar, insanlar bir-birilərini öldürərlər. İnsanlar öz canlarına qəsd edərlər və yer üzünü bəlalar bürüyər. Bu çətin zamanda … Məlun (lənətlənmiş) dəccal … çıxar.” (İmam Şarani, Ölüm, qiyamət, axirət və axır zaman əlamətləri, Bədir nəşr evi. s.482)

“Dünya hərcü-mərc (cinayətlər, ölümlər, qarışıqlıq) içində qaldıqda, fitnələr zühur etdikdə,yollar kəsildikdə, bəziləri bəzilərinə hücum etdikdə…” ( Qiyamət, axirət və axır zaman əlamətləri, s. 454)

Allah hz. Mehdini (ə.s) tökülən qanların qarşısını almaq üçün göndərəcək. Hz. Mehdi (ə.s) qan tökülməsinə qarşıdır. İnsanları şiddətə, qarşıdurmaya aparan, bir-birilərini sanki heyvanmış kimi görmələrinə səbəb olan, eqoizmi, zalımlığı, mərhəmətsizliyi təlqin edən dəccaliyyətin dini Darvinizmi və materyazimi sözün əsl mənasında susduracaq kəs hz. Mehdidir (ə.s). Bunu edərkən elm və fəlsəfədən yararlanacaq, dəccaliyyəti öz silahıyla təsirsiz hala gətirəcək.

Dəccaliyyətin susdurulması ilə müharibələrin, qarşıdurmaların, qəzəb və kinin yerini sevgi, şəfqət, mərhəmət, sülh, qardaşlıq və dostluq alacaq. Hz. Mehdi (ə.s) dövründə bütün silahlar yox ediləcək, hərbi texnikaya sərf edilən vəsait elmə, sənətə, texnologiyaya və insanlığın xeyrinə olan digər işlərə xərclənəcək. Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s) dövründəki bu gözəlliyi bizlərə 1400 il əvvəl bu şəkildə xəbər vermişdir:

“Düşmənlik və kini də qaldıracaq…  Qab su ilə dolduğu kimi, yer üzü sülhlə dolacaqdır. Dini birlik də olacaq, artıq Allahdan başqasına ibadət olunmayacaq. Müharibələr də sona çatacaq.” (Sünən-i İbn-i Macə, 10/334)

“Hərbçilər  ağırlıqlarını (yəni, silahı və s.) buraxacaq.  Heç kimsə arasında düşmənlik qalmayacaq. Və bütün düşmənliklər, həsəd, kin mütləq yox olub gedəcəkdir.” (İmam Şarani, Ölüm-qiyamət-axirət və axır zaman əlamətləri, s. 496)

HƏMÇİNİN BAX

İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları

İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları Hz. Mehdinin vəsiləsi ilə İslam əxlaqının …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir