Bazar ertəsi , Sentyabr 25 2017

Azərbaycanın işğalı

… Əbu Bəsir deyir ki: İmam Əbu Abdulla Cəfəri-Sadiq əleyhissəlam belə buyurdu: “Atam mənə belə buyurdu: “AZƏRBAYCANDAN MÜTLƏQ BİR ALOV ÇIXACAQ VƏ HEÇ BİR ŞEY ONUN QARŞISINDA DAYANA BİLMƏYƏCƏK. BELƏ BİR ŞEY OLDUQDA EVİNİZDƏ OTURUN. Biz nə etsək, siz də onu edin. (Yəni biz evdə oturarkən siz də oturun.) Bizim qiyam edənimiz (hz. Mehdi (əs)) hərəkət etdikdə sürətlə və dayanmadan ona doğru qaçın… (Şeyx Muhammed ibn İbrahimi-Numani, Kiybeti-Numani səh. 311)

Peyğəmbərimizin (səv) 1400 il əvvəl xəbər verdiyi bu hədisində 20 yanvar faciəsindən bəhs edilir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu silahsız Azərbaycan xalqına qarşı gözlənilmədən hərbi əməliyyatlara başladı. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən geniş xalq kütlələri buna qəti etirazını bildirmək üçün Bakının küçə və meydanlarına axışdılar.

Qızıl ordunun Azərbaycan xalqına qanlı hücumu zamanı 137 insan şəhid edildi, 744 nəfər ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. O cümlədən 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

20 yanvar hadisəsi Peyğəmbərimizin (səv) hədisində bildirdiyi kimi,  hz. Mehdinin (əs) zühur əlamətlərindəndir.

HƏMÇİNİN BAX

Qətər böhranı hədislərdə bildirilirmi?

Ötən günlərdə Səudiyyə Ərəbistanı başda olmaqla, 6 ərəb ölkəsinin verdiyi qərarla Qətər ilə bütün diplomatik …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir