Çərşənbə , Oktyabr 18 2017
Əsas səhifə / Quranda Mehdiyyət / Böyük İslam alimləri Quranda hz. Mehdiyə (ə.s.) və İslam əxlaqının dünya hakimiyyətinə işarə edən bəzi ayələri belə izah edirlər

Böyük İslam alimləri Quranda hz. Mehdiyə (ə.s.) və İslam əxlaqının dünya hakimiyyətinə işarə edən bəzi ayələri belə izah edirlər

ƏRAF SURƏSİNİN 128-Cİ AYƏSİ

Musa öz qövmünə dedi: “Allah’dan kömək diləyin və səbir edin. Şübhəsiz ki, yer üzü Allah’ındır. O, qullarından dilədiyini onun varisləri təyin edir. (Gözəl) aqibət müttəqilərindir”.

…Əbu Xalid əl-Qabuli, Əbu Cəfər Muhəmməd Bəkirdən belə rəvayət etmişdir: Hz. Əlinin kitabında bunun qeyd olunduğunu gördük:

“… Şübhəsiz ki, yer üzü Allah’ındır. O, qullarından dilədiyini onun varisləri təyin edir. (Gözəl) aqibət müttəqilərindir. (Ə’raf, 128)  MƏN VƏ ƏHL-İ BEYTİM ALLAH’IN YER ÜZÜNƏ VARİS ETDİYİ KİMSƏLƏRİK. BİZ MÜTTƏQİLƏRİK VƏ YER ÜZÜNÜN HAMISI BİZİMDİR. …MƏNİM SOYUMDAN QAİM (HZ. MEHDİ (Ə.S.))… BÜTÜN YER ÜZÜNƏ HAKİM OLAR, … EYNİLƏ RƏSULULLAHIN (S.Ə.V.) YER ÜZÜNDƏ HAKİM OLMASI …KİMİ.

TÖVBƏ SURƏSİNİN 33-CÜ AYƏSİ

Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur.

İmam Cəfər Sadiq bu ayə haqqında:

“Vallahi! Qaim (Hz. Mehdi (ə.s.)) zühur etmədən bu ayənin mənası təcəlli etməz.

Əbaya ibn Rəb’i’dən, Əmirəl Möminin hz. Əli yuxarıda zikr edilən ayə haqqında:

“Nəfsim yeddi qüdrətində olan Allah’a and içirəm ki! Heç bir kənd, qəsəbə və şəhər qalmayacaq ki, səhər axşam “Əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Muhammədən Rəsullullah deyilməsin” buyurdu.

İmam Zeynəl-Abidin və İmam Məhəmməd Bəkir:

“Cənab-i Haqq şübhəsiz Qaim (hz. Mehdi (ə.s.)) ilə İslam dinini bütün dinlərə qalib edəcək.” buyurdular.

YASİN SURƏSİNİN 30-CU AYƏSİ

Vay (bu) qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər.

Əmirəlmöminin əleyhissalam Kufə şəhərinin minbərində belə buyurdu: Sizin arxanızda qaranlıq, kor və şiddətli fitnələr vardır. Bu fitnələrdən yalnız “Nevmə”lər xilas olacaq. Dedilər ki: Ey Əmirmöminin! Nevmə nədir? Buyurdu ki: XALQI TANIYAN, AMMA XALQIN ONU TANIMADIĞI KİMSƏDİR. BİLİN Kİ, YER ÜZÜ ALLAH’IN HÜCCƏTİ (HZ. MEHDİ (Ə.S.) OLMADAN AYAQDA DURA BİLMƏZ. AMMA ALLAH XALQIN NƏFSİ UCBATINDAN, ZÜLMÜ, CƏFASI VƏ İSRAFI ÜZÜNDƏN, ONU XALQDAN GİZLƏYƏCƏK. ƏGƏR ALLAHIN HÜCCƏTİ (HZ. MEHDİ (Ə.S.) BİR AN YER ÜZÜNDƏN ÇƏKİLSƏ, YER XALQIN ÜZƏRİNƏ ÇÖKƏR. AMMA HÜCCƏT (HZ. MEHDİ (Ə.S.)) XALQI TANIYAR, XALQ İSƏ ONU TANIYA BİLMƏZ. Eynilə Yusuf kimi. Yusuf xalqı tanıdığı halda, onlar Yusufu inkar edərdilər. Sonra hz. Əli bu ayəni oxudu: “Vay (bu) qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər.” (Mübarək “Yasin” surəsi, 30-cuayə. Qaybet-i Numani, səh.162)

HUD SURƏSİNİN 86-Cİ AYƏSİ

“Əgər möminsinizsə, (bilin )(ki,) Allah’ın saxladığı (nemətlər) sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyiləm”.

Əbu Cəfər, bu əlamətləri belə saymışdır:

“… O (hz. Mehdi (ə.s.)) çıxınca kürəyini Kəbəyə söykəyər. Ona (hz. Mehdi (ə.s.)) 313 nəfər tabe olar. Hz. Mehdi (ə.s.) əvvəlcə bu ayəni oxudu: “Əgər möminsinizsə, (bilin)(ki,) Allah’ın saxladığı (nemətlər) sizin üçün daha xeyirlidir. ” (Hud surəsi, 86)

Bu ayəni oxuyub belə dedi: “MƏN SİZİN ÜÇÜN ALLAH’IN ELÇİSİ VƏ XƏLİFƏSİYƏM (Müsəlmanların mənəvi lideriyəm). MƏN ONUN HÜCCƏTİYƏM.” HZ. MEHDİYƏ (Ə.S.) SALAM VERƏNLƏR BELƏ SALAM VERƏRLƏR: “SALAM SƏNƏ EY ALLAH’IN YER ÜZÜNDƏ BURAXDIĞI (BAKİYYƏSİ!)” Sonra hər kəs ona hz. Mehdiyə (ə.s.)) beyət edər. (Hz. Mehdinin (ə.s.)) tərəfdarlarının sayı on minə çatar. Allah’dan başqasına ibadət edən, yəhudi və xristian olan hər kəs ona (hz. Mehdiyə (ə.s.)) iman gətirər. Beləcə yer üzündə tək bir millət hasil olar; o İslam millətidir. Sonra Allah’dan başqasına ibadət edənlərin üzərinə göydən bir atəş düşər və onları yandırar. Doğrusunu Allah bilər.”(Nurul Əbsar, Əhl-i Beyt, On iki İmam, Qütblər və Təriqət İmamlarının Mənkubələri Şəblənci (1250), Tərcümə: Saim Güngör, (Pambıq Nəşriyyat Aprel 2004 Cild: 628 77 93) s. 594)

NUR SURƏSİNİN 55-Cİ AYƏSİ

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.

Əli ibn Həsən Ayyaşi tərəfindən rəvayət edildi: Onun yanında bu ayət-i kərimə oxundu: Onlar Allah’a and olsun ki, bizim əhli beyti sevənlərdəndirlər. ALLAH BİZDƏN BİR ŞƏXSİN (HZ. MEHDİNİN (Ə.S.)) ƏLİ İLƏ ONLARA (BUNU) ETDİRƏR. O ŞƏXS İSƏ BU ÜMMƏTİN MEHDİSİDİR. (Məcmau’l bəyan fi təfsiri’l-Kuran Əbu Əli Əminuddin Fazl, Həsən b. Fazl Tabersi 1986, c: 4, s. 832)

Ayaşi təfsirində:

Zeynəl-Abidin: … (Nur surəsi, 55) ayəsini oxudu və belə buyurdu: “Vallahi! Onlar, biz Əhl-i Beyti sevənlərdir. Allah onlar üçün bunu şübhəsiz edəcək, bizdən birinin əli ilə… Ki, o bu ümmətin Mehdisidir.”

ƏNBİYA SURƏSİNİN 105-Cİ AYƏSİ

“Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz )kitablarda da yazmışdıq ki, yer üzünə Mə­­nim əməlisaleh qullarım varis olacaqlar.”

İMAM MUHƏMMƏD BƏKİR BU AYƏ İLƏ BAĞLI OLARAQ BELƏ BUYURMUŞDUR: “BUNLAR AXIRZAMANDA ZÜHUR EDƏCƏK HZ. MEHDİNİN (Ə.S.) səhabələridir”. (Məcma-ul Bəyan Təfsiri)

AND OLSUN, BİZ ZİKRDƏN (TÖVRATDAN) SONRA ZƏBURDA DA: “ŞÜBHƏSİZ YER ÜZÜNƏ SALEH QULLARIM VARİS OLACAQ.” deyə yazdıq. İmam Bəkir və Sadiqdən rəvayət edilir: “Buradakı (ayədə bildirilən) “SALEH QULLAR” HZ. MEHDİ (Ə.S.) VƏ YOLDAŞLARIDIR.” (Hüseyin əs-Şirazi, səh. 113)

MAİDƏ SURƏSİNİN 54-CÜ AYƏSİ

“Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cəhd edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allah’ın lütfüdür, onu istədiyinə verər. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir.”

ONLAR (HZ. MEHDİ (Ə.S.) VƏ ONA TABE OLAN MÜSƏLMANLAR) BU AYƏDƏ BƏHS ETDİYİ ŞƏXSLƏRDİR: “EY İNANANLAR! SİZDƏN KİM DİNİNDƏN DÖNSƏ, (BİLSİN Kİ) ALLAH, YAXINDA ELƏ BİR CƏMİYYƏT GƏTİRƏCƏKKİ… (Maidə surəsi, 54)” (Təfsir-un Numani.)

Süleyman ibn Haruni İcli belə demişdir: İmam Cəfəri Sadiq əleyhissəlamın belə buyurduğunu eşitdim: “Bu əmrin sahibinin (hz Mehdinin (ə.s.)) səhabələri məhfuzdurlar, əgər xalqın hamısı ölsə belə Allah onun (hz. Mehdinin (ə.s.)) səhabələrini gətirər. Allah əzzə və cəllə onlar (hz. Mehdi (ə.s.)) və səhabələri) haqqında belə buyurmuşdur: “Onlar ona qarşı kafir olsalar da, ONA elə bir qövm vermişik ki ona qarşı kafir olmazlar.” Allah onlar hz. Mehdi (ə.s.) və səhabələri) haqqında belə buyurmuşdur: “Allah elə bir qövm gətirəcək ki, Allah onları (hz. Mehdi (ə.s.) və səhabələrini) sevər, onlar da hz. Mehdi (ə.s.) və səhabələri də Allah’ı sevərlər. Möminlərə qarşı təvazökar, kafirlərə qarşı güclüdürlər.”

ƏNAM SURƏSİNİN 89-CU AYƏSİ:

Bunlar, Kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslərdir. Əgər (kafirlər) ayələri inkar etsələr, Biz onları inkar etməyən bir camaata həvalə edərik. (ƏNAM SURƏSİ, 89)

… İmam Cəfər Sadiq (ə.s) bu ayə ilə bağlı olaraq belə buyurmuşdur: “BU AYƏDƏ İŞARƏ EDİLƏN VƏZİFƏNİN SAHİBİ (HZ. MEHDİ (Ə.S.)) QORUMA ALTINDADIR. ƏGƏR İNSANLARIN HAMISI GETSƏLƏR DƏ, ALLAH ONU (HZ. MEHDİNİ (Ə.S.)) VƏ SƏHABƏLƏRİNİ GƏTİRƏCƏK. ONLAR UCA ALLAH’IN HAQQINDA BELƏ BUYURDUĞU KƏSLƏRDİR: ‘İndi onlar bunları inkar etsə, BİZ BUNLARI İNKAR ETMƏYƏN BİR CƏMİYYƏTİ (HZ. MEHDİNİ (Ə.S.) VƏ ONA TABE OLAN MÜSƏLMANLARI), BUNLARA VƏKİL ETMİŞİK. (Ənam surəsi, 89)

NƏML SURƏSİNİN 62-Cİ AYƏSİ:

Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allah’la yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? …

Məhəmməd Bəkir Müslim belə deyir: “Ehtiyacı (ehtiyac, möhtaclıq içində) olan biri ONU çağırdıqda ONA cavab verər.” ayəsi haqqında İmam Muhəmməd Bəkir əleyhissalam belə buyurdu: Bu ayə Qaim (hz. Mehdi (ə.s.) əleyhissalam haqqında nazil olmuşdur… XALQIN İÇİNDƏ HZ. MEHDİYƏ (Ə.S.) İLK BEYƏT EDƏCƏK CƏBRAYIL ƏLEYHİSSALAMDIR. (Şeyx Məhəmməd b. İbrahim-i Numanı, Qaybet-i Numani s. 37)

BƏQƏRƏ SURƏSİNİN 155-Cİ AYƏSİ:

Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver.

… Əbu Bəsirdən: İmam Cəfəri Sadiq əleyhissalam belə buyurdu: QAİMİN (HZ. MEHDİNİN (Ə.S.)) QİYAMINDAN ƏVVƏL *BİR İL XALQ AC QALACAQ VƏ ONLAR ÖLDÜRÜLMƏ QORXUSU İÇİNDƏ OLACAQLAR, MALLARI, CANLARI VƏ MƏHSULLARI AZALACAQ. Bu hadisə Allah’ın Kitabında açıq-aşkar yazılmışdır. Sonra bu ayəni oxudu: “SİZLƏRİ QORXU, ACLIQ, MAL, CAN VƏ MƏHSULLARIN ƏKSİLMƏSİ İLƏ MÜTLƏQ SINAYACAĞIQ VƏ SƏBR EDƏNLƏRİ MÜJDƏLƏ.” (Şeyx Məhəmməd b. İbrahim-i Numani, Qaybet-i Numani s. 297)

*Hz. Mehdinin (ə.s.) qiyamından əvvəl dünya səviyyəsində 7 il davam edən çox böyük bir iqtisadi böhran yaşanacaq. İmam Cəfəri Sadiq (ə.s.) 7 il davam edəcək bu iqtisadi krizisin xüsusilə bir il boyu daha da şiddətini artıracağına və təsirini göstərəcəyinə diqqət çəkmişdir.

Eyni şəkildə Muhəmməd İbn Müslimdən qeyd edilən digər bir rəvayətə görə isə

İmam Cəfəri Sadiq əleyhissalam belə buyurdu:

Qaimin (hz. Mehdinin (ə.s.)) qiyamından əvvəl əlamətlər vardır: “Uca Allah tərəfindən mömin qullarına bəlalar gələcək. Bu əlamətlər nələrdir? deyə soruşdum. Buyurdu ki: O, ALLAH ƏZZƏ VƏ CƏLLƏNİN BU BUYRUĞUDUR. “SİZLƏRİ QORXU, ACLIQ, MAL, CAN VƏ MƏHSULLARIN ƏKSİLMƏSİ İLƏ MÜTLƏQ SINAYACAĞIQ VƏ SƏBR EDƏNLƏRİ MÜJDƏLƏ.”

Buyurur ki: Biz möminləri mütləq sınayacağıq. Qorxu ilə, yəni səltənətlərinin sonlarına doğru oğullarının hakimiyyəti ilə qorxudacağıq və aclıqla, yəni məhsulların bahalılığı ilə. Malların azalması, yəni ticarətlərin kasad olması və fəzilətinin azalması. Canların azalması, yəni sürətli və ani ölümlər. Məhsulların azalması, yəni cütçülüyün azalması və meyvələrin bərəkətinin azalması. SƏBR EDƏNLƏRİ MÜJDƏLƏ, YƏNİ O ZAMAN QAİM (HZ. MEHDİ (Ə.S.)) ƏLEYHİSSALAMIN ZÜHURU İLƏ (ONLARI MÜJDƏLƏ) Sonra mənə buyurdu ki: Ey Muhəmməd! Bu onun tə’vilidir. (əsl məna və şərhi budur). Allah əzzə və cəllə buyurur ki: “Onun təvilini yalnız Allah və elmdə dərin olanlar bilərlər.”

ALİ İMRAN SURƏSİNİN 83-CÜ AYƏSİ:

Yoxsa onlar Allah’ın dinindən başqa bir din axtarırlar? Halbuki, göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar.

Təfsir-i Ayaşidə, İmam Musa Qazamın nəqli ilə bu ayənin hz. Mehdiyə (ə.s.)baxdığı rəvayət edilir.

HƏDİD SURƏSİNİN 17-Cİ AYƏSİ:

Bilin ki, Allah torpağı onun ölümündən sonra dirildir. Biz ayələri sizə izah etdik ki, bəlkə anlayasınız.

Salam b. Müstənir də, İmam Məhəmməd Bəkirdən bu hədisi rəvayət etmişdir:

“ALLAH QİYAM EDƏCƏK HZ. MEHDİNİN (Ə.S.) ƏLİ İLƏ YERİ DİRİLDƏCƏK. O (HZ. MEHDİ (Ə.S.))ƏDALƏT İLƏ XALQI İDARƏ EDƏCƏK. BELƏCƏ YER ÜZÜ ZÜLMLƏ ÖLDÜKDƏN SONRA, HZ. (MEHDİ (Ə.S.)) ƏDALƏTLƏ TƏKRAR DİRİLDƏCƏK.”  (Şeyx Tusi, Qaybet, s. 120; Duhayyil, əl-Hz. Mehdi, s. 57)

HUD SURƏSİNİN 8-Cİ AYƏSİ

Əgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək: “Onu saxlayan nədir?”– deyəcəklər. Xəbəriniz olsun ki, (əzab) onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri (o əzab) onları bürüyəcəkdir.

…İshak ibn Əbdüləzizdən:

İmam Cəfəri Sadiq əleyhissalam “Əgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək”ayəsi haqqında belə buyurdu:

Əzab, Qaim əleyhissalamın (hz Mehdinin (ə.s.)) qiyamıdır. Saylı bir ümmət isə Bədirdə döyüşənlərin sayı qədər olan səhabələridir.”

BƏQƏRƏ SURƏSİNİN 148-Cİ AYƏSİ

Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz olun Allah sizin hamınızı (bir yerə) toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.

…Əbu Bəsirdən:

İMAM CƏFƏRİ SADİQ ƏLEYHİSSALAM “XEYİRLİ İŞLƏRƏ DOĞRU QAÇIN, HARADA OLSANIZ OLUN ALLAH HAMINIZI BİR YERƏ TOPLAYAR, BİRLƏŞDİRƏR ayəsi haqqında belə buyurdu: “Qaim (hz Mehdi (ə.s.)) və səhabələri haqqında nazil olmuşdur. Allah onları (hz Mehdi (ə.s.) və səhabələrini) bir yerə yığacaq.”

RƏHMAN SURƏSİNİN 41-Cİ AYƏSİ

Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar.

…Əbu Bəsirdən:

İmam Cəfəri Sadiq əleyhissalam “GÜNAHKARLAR ÇÖHRƏLƏRİNDƏN TANINACAQayəsi haqqında belə buyurdu: ALLAH ONLARI TANIYAR, LAKİN BU AYƏ QAİM (HZ. MEHDİ (Ə.S.)) HAQQINDA NAZİL OLMUŞDUR. (HZ. MEHDİ (Ə.S.)) ONLARI ÇÖHRƏLƏRİNDƏN TANIYACAQ VƏ SƏHABƏLƏRİ İLƏ BİRLİKDƏ ONLARI FİKİRLƏ DARMADAĞIN EDƏCƏK.

FUSSİLLƏT SURƏSİNİN 53-CÜ AYƏSİ

(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?

Əbu Bəsir deyir ki: İmam Muhəmməd Bəkir əleyhissalamdan Allah əzzə və cəllənin bu ayəsinin təfsiri soruşuldu: “ÇOX YAXINDA ONLARA ALƏMDƏKİ VƏ CANLARINDAKI DƏLİLLƏRİ GÖSTƏRƏCƏYİMİZ ZAMAN, SONUNDA ONUN HAQQ OLDUĞUNU ANLAYACAQLAR.” Belə buyurdu: Onlara nəfslərindəki məsh (heyvanlaşma) göstəriləcək və aləmin onlara artıq daraldığı göstəriləcək. Beləcə onlar Allah’ın qüdrətini həm öz nəfslərində, həm də aləmlərdə görəcəklər. “Sonunda onun haqq olduğunu anlayacaqlar.” Elə o zaman Qaimin (hz Mehdinin (ə.s.)) zühurudur. O (hz. Mehdi (ə.s.)) Allah Əzzə və Cəllədən gələn haqqdır və bu xalq onu (hz. Mehdini (ə.s.)) mütləq görəcək.”

BƏQƏRƏ SURƏSİNİN 249-CU AYƏSİ

Talut qoşunla birlikdə (döyüşə) yola düşdükdə (əsgərlərinə) dedi: “Allah sizi bir çayla imtahan edəcək …”

Əbu Bəsir belə deyir: İmam Cəfəri Sadiq əleyhissalam belə buyurdu: “Talutun səhabələri bir çayla imtahan olunmuş və Allah onlar haqqında “Sizləri bir çay ilə sınayacağıq.” buyurmuşdu. QAİM (HZ. MEHDİ) ƏLEYHİSSALAMIN SƏHABƏLƏRİ DƏ EYNİLƏ ONUN KİMİ İMTAHAN OLUNACAQLAR.”

ALİ İMRAN SURƏSİNİN 200-CÜ AYƏSİ

Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allah’dan qorxun ki, bəlkə nicat tapasınız!

İmam Bəkir bu ayəyə belə məna vermişdi:

“Ey Muhəmmədilər! Fərzlərin ədasında səbr edin, düşmənlərinizin əziyyətlərində musabirə edin, bir-birinizə kömək edin, İmamınız Mehdi Rəsula möhkəm sarılın.” Süleyman İbrahim, Meveddet Mənbələri, Hz. Muhəmməd Əleyhissalam və Ali Əba, On İki İmam, hz. Mehdi (ə.s.) Rəsul Haqqındakı Ayəvə Hədislər, Çevirən: Adnan M. Selman, s. 219)

YUNUS SURƏSİNİN 20-Cİ AYƏSİ

Onlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Qeyb ancaq Allah’a aiddir. Gözləyin, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”.

…CƏFƏR SADİQ: “BU AYƏDƏKİ QEYB HZ. MEHDİDİR (Ə.S.) buyurdu.

HUD SURƏSİNİN 80-Cİ AYƏSİ

O dedi: “Kaş ki, sizə çatan bir qüvvəm olaydı, yaxud möhkəm bir dayağa söykənəydim!”

Tərcüməsi: Hz. Lut (ə.s.) Allah’a şikayət edərək qövmünə xitab olaraq: Kaş sizə qarşı gəlmək üçün mənim bir qüvvəm olsaydı və ya çox uca bir qalaya sığına bilsəydim.

İmam Cəfər Sadiq: “Bu ayədəki hz. Lutun (ə.s.) arzuladığı qüvvə Qaimin (hz. Mehdinin (ə.s.)) qüvvəsi, sığınmaq istədiyi qala da hz. Mehdinin (ə.s.) səhabələri idi. ‘Rukn-i Şədid’ onlardır. Onlardan biri qırx adam qüvvətindədir və hər birinin ürəyi dəmir kimidir….” buyurmuşdur.

YUSUF SURƏSİNİN 110-CU AYƏSİ

O dedi: “Kaş ki, sizə çatan bir qüvvəm olaydı, yaxud möhkəm bir dayağa söykənəydim!”

Mufaddaldan Cəfər Sadiq atasından, atalarından, Əmirəl Möminin hz. Əlidən:

Allah’ın zəfəri, ancaq insanların ölümü yaşamağa seçdikləri zaman gəlir, Rəbbimin Kitab-i Cəlilində bu ayədə bəyan etdiyi kimi:…

Ta ki peyğəmbərlər ‘Nüsrət-i məvidənin dərhal təcəlli etməməsindən” ümidsiz olduqları, yalana çıxarıldıqlarını zənn etdikləri bir zamanda, qəflətən köməyimiz (hz. Mehdi (ə.s.)) onlara yetişdi. Biz istədiyimizi qurtararıq.

Cənab-i Haqqın qələbəsi Qaim (HZ. MEHDİ (Ə.S.) ) ilə gələcək.

HƏCC SURƏSININ 41-Cİ AYƏSİ

Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allah’a aiddir.

Əbul Caruddan:

… O zülm ilə yurdlarından çıxarılan kəslərə əgər ərzdə yer versək, ‘onlar (hz. Mehdi (ə.s.) və səhabələri) iqtidar sahibi olunca hədlərini aşmazlar”, namazlarına davam edərlər, zəkatlarını verərlər, yaxşılığı əmr edərlər və pislikdən  çəkindirərlər. Bunların hamısının aqibəti Allah’a aiddir.

İmam Bəkir: “Bu ayəHZ. MEHDİ (Ə.S.) və səhabələri haqqında nazil olmuşdur. Allah onları şərqdən qərbə qədər bütün dünyaya sahib edəcək, İslamı onlarla ucaldacaq, zülmdən və bidətdən əsər qalmayacaq.”

ZARİYAT SURƏSİNİN 23-CÜ AYƏSİ

Göyün və yerin Rəbbinə and olsun ki, bu (vəd) sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir.

“Tərcüməsi: Səmaların və ərzin Rəbbinin haqqı üçün o (hz. Mehdi (ə.s.)) söylədiyiniz söz kimi haqqdır.

Bu ayədə də Cənab-i Haqq: “Səmavatın və Ərzin Rəbbinə and içirəm ki, Qaimin (HZ. MEHDİNİN (Ə.S.)) zühurunun vədi danışdığınız söz kimi şübhəsiz və haqqdır” buyurur.

RUM SURƏSİNİN 4-5-Cİ AYƏLƏRİ

…Əvvəl də, sonra da hökm Allah’ındır. O gün möminlər sevinəcəklər; Allah’ın köməyi ilə. O, istədiyinə kömək edir. O, Qüdrətlidir, Rəhmlidir…

İmam Cəfər Sadiq (ə.s.) bu ayə haqqında: “Qaim (HZ. MEHDİ (Ə.S.)) zühur edəndə möminlər Allah’ın qələbəsi ilə fərəhlənəcəklər” buyurdu.

FUSSİLƏT SURƏSİNİN 53-CÜ AYƏSİ

(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?

Əbu Bəsirdən: İmam Bəkirdən bu ayə haqqında soruşulduqda belə buyurdu:

“İçlərində və xariclərində Allah’ın aşkar və gizli möcüzələrini görəcəklər ki, HZ. MEHDİNİN (Ə.S.) zühurunun haqq olduğuna inanacaqlar. Bunda heç kimin şübhəsi qalmayacaq.”

HƏMÇİNİN BAX

Hz. Mehdinin (ə.s.) gəlişinə və İslam əxlaqının dünya hakimiyyətinə işarə edən Quran ayələri

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir