Çərşənbə , İyul 26 2017
Əsas səhifə / Hz.Mehdi(ə.s) qan axıtmaz / Dindar yəhudilərə və xristianlara şəfqət və mərhəmət göstərmək Quranın əmridir

Dindar yəhudilərə və xristianlara şəfqət və mərhəmət göstərmək Quranın əmridir

Müsəlmanlar Allahın peyğəmbərimizdən (s.ə.v) əvvəl göndərdiyi bütün peyğəmbərlərə iman edir və heç birini digərindən ayırmadan sevirlər. Eyni şəkildə haqq peyğəmbərlərə könüldən bağlanmış və onlarla birlikdə haqqı müdafiə etmiş səhabələrə də dərin sevgi və hörmət bəsləyirlər. Quran ayələrində peyğəmbər səhabələrlərindən bəhs edilən ifadələr belədir:

Ey iman gətirənlər! Allahın  köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?” – demiş, həvarilər də: “Allahın köməkçiləri bizik!” – deyə cavab vermişdilər. Nəhayət, İsrail oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar. (Səff surəsi, 14)

… Kitab əhli içərisində düzgün bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar. Onlar Allaha, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər.Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz. Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır! (Ali-İmran surəsi, 113-115)

Müsəlmanlar Qurana və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə uyğun olaraq yaşadığına görə kitab əhlini sevir və onlara qarşı sevgi bəsləyirlər. Peyğəmbərlərə qarşı sədaqət göstərən, onlara endirilən risalətə bağlı qalanlara şəfqət duyurlar. Buna görə də? Allaha və Allahın Kitabına iman edən müsəlmanın antisemit olmasından söz gedə bilməz. Çünki antisemit olmaq, yəni hz. Musaya (ə. s.) və onun risalətinə görə yaşayan dindar yəhudilərə  düşmənçilik bəsləmək doğru deyil. Allaha və Onun peyğəmbəri hz. Musa (ə.s.) vasitəsilə İsrailoğullarına endirdiyi Tövrata uyğun yaşadıqlarına üçün bu insanlara qarşı kin saxlamaq Qurana görə haramdır. Bu müsəlmanlara yaraşan əxlaq  deyil.

Bizim üçün əsas olan Peyğəmbərimizin (s.ə.v) davranışıdır. Peyğəmbərimiz (s.ə.v.) öz dövründə yaşayan və Allaha iman edən yəhudilərə qarşı son dərəcə anlayışlı və ədalətli davranmışdır. Peyğəmbərimiz (s.ə.v.) və özündən sonrakı 4 xəlifənin dövründə kitab əhlinə son dərəcə mərhəmətlə yanaşılmış, bu kəslər qorunub diqqət mərkəzində saxlanılmış, haqlarında ədalətlə hökm verilmişdir. Peyğəmbərimiz (s.ə.v.) həm onları İslama dəvət etmiş, həm də Qurana görə onlara yaxşılıq edərək dinlərini rahat yaşamalarına icazə vermişdir.

Quran ayələrinə görə kitab əhlinə qəti şəkildə  düşmən olmalı olan adamlardan ilki  Peyğəmbərimiz (s.ə.v.) olmalı idi. Halbuki Peyğəmbərimizin (s.ə.v) və özündən sonra gələn xəlifələr dövründə müsəlmanlara sığınan, əmin-amanlıq istəyən və dindar yəhudilərə və digər kitab əhli mənsublarına son dərəcə mehriban münasibət göstərmələri tarixi sənədlərdə də yazılıdır. (Ətraflı məlumat üçün baxın: http://kitapehli.com/)

Allah ayələrdə bu insanların hökmünü belə açıqlayır:

Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər! (Mümtəhinə surəsi, 8)

Şübhəsiz ki, iman gətirənlərdən, yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər! (Maidə surəsi, 69)

Quran ayələrinə görə Peyğəmbərimizin (s.ə.v.) dövründə və hazırkı dövrdə müsəlmanların fikri mübarizə apardıqları  dindarlar deyil, ateist yəhudilər və bəzi  xristianlardır. Peyğəmbərimizin (s.ə.v) mübarizə apardığı  qrup heç bir zaman dindar yəhudilər, ya da Allahın birliyinə inanan xristianlar olmamışdır. Peyğəmbərimiz (s.ə.v.) və səhabələri yalnız ateistlərə və müsəlmanlara zərər vermək, din əxlaqının yayılmasını və müsəlmanların təbliğ fəaliyyətlərinə mane olmaq üçün maddi-mənəvi səy göstərən müşrik və münafiqlərə qarşı mübarizə aparmışlar.

Peyğəmbərimizin (s.ə.v) apardığı müharibələrə baxıldığında bunların hər zaman müdafiə  məqsədli olduğunu görürük. Yəni peyğəmbərimiz (s.ə.v.) heç bir zaman ona müharibə elan etməyənlərə qarşı müharibə yolunu seçməmiş, ya da döyüşə son vermək istəyən və aman diləyənlərə qarşı döyüşü davam etdirməmişdir. Peyğəmbərimiz (s.ə.v.) Allahın Quranda qəti hökmlərlə bildirdiyi müharibə ayələrinə tamamilə sadiq qalmışdır. Quranda bu mövzu ilə  əlaqədar olaraq belə bildirib:

Zülmə məruz qaldıqlarına görə vuruşanlara  izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir! (Həcc surəsi, 39)

Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir! (Bəqərə surəsi, 192)

… Sizi çıxartdıqları yerdən siz də onları çıxardın. Fitnə qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər sizinlə vuruşsalar, siz də onları öldürün… (Bəqərə surəsi, 191)

Bütün bunlara uyğun olaraq İslam tarixi bu anlayışın nümunələri ilə doludur. Məsələn, Xeybər yəhudiləri bir dəfə Peyğəmbərimizin (s.ə.v) yanına gəlib məhsullarının bəzi müsəlmanlar tərəfindən icazəsiz şəkildə alındığını söyləyirlər. Hz. Peyğəmbər müsəlmanları məsciddə yığmış və onlara özləri ilə müqavilə bağlayanların mallarının haram olduğunu elan etmiş və etdikləri şeyin doğru olmadığını açıqlamışdır. (Müsned, IV, 89; Vakıdi, II, 691; Serahsi, Siyer, I, 133, IV, 1530)

Yenə Peyğəmbərimizin (s.ə.v) Mədinənin ilk illərində hazırlatdığı Mədinə Birləşmiş Dövlət Müqaviləsinin 17-ci maddəsində “Yəhudilərdən bizə tabe olanlara kömək edilib yaxşı davranılacaq. Onlar heç bir haqsızlığa uğramayacaq, düşmənlərinə kömək edilməyəcək” – ifadəsi istifadə edilmişdir. Həmin müqavilənin 25-ci maddəsində, “Bəni-əfv yəhudiləri möminlərlə birlikdə tək bir ümmətdirlər. Onlar öz dinlərinə, müsəlmanlar da öz dinlərinə görə yaşayacaqlar” – ifadəsinə yer verilərkən, 36-cı maddədə isə “Müsəlmanlarla yəhudilər arasında yardımlaşma, nəsihət və xeyirxahlıq olacağı” – (İbn Kəsr, əs-Sire, II/322; Hamidullah, əl-Vesaik, s. 44-45; Şərq və Qərb qaynaqlarında birlikdə yaşamaq, s. 285) kimi ifadələr yer almışdır.

Peyğəmbərimizdən (s.ə.v) sonra hz. Əbubəkr (r.ə.) də Təbərriyə şəhəri fəth edildiyində burada yaşayan xristianlara kilsələrinə toxunulmayacağına dair zəmanət vermişdir. Hz. Ömər (r.ə.) Qüdsü fəth etdiyində Qüds xalqına biramannamə vermiş və kitab əhlinin ibadət yerlərinə toxunulmayacağını bildirmişdir. Yenə hz. Ömərin (r.ə.) Mədain xristianlarına verdiyi təəhhüddə “Xristian dininə itaət edənlərdən heç bir kimsə istəməyərək müsəlman edilməyə  məcbur olunmaz” – qanunu yer almışdır. Hz. Osman (r.ə.) dövründə isə  erməni şəhəri olan Debilin fəthi əsnasında şəhərdə yaşayan xristianlar, yəhudilər və atəşpərəstlərə verilən amannamədə məbədlərin qorunacağı zəmanəti göstərilmişdir. Yıxılan kilsələrin təmir edilməsinə, yeni sinaqoqların və monastırların tikilməsinə hər zaman icazə verilmişdir.

HƏMÇİNİN BAX

İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları

İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları Hz. Mehdinin vəsiləsi ilə İslam əxlaqının …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir