Bazar ertəsi , Sentyabr 25 2017
Əsas səhifə / BAŞ VERƏCƏK BÖYÜK HADİSƏLƏR / Fəratın suyunun kəsilməsi

Fəratın suyunun kəsilməsi

Fərat çayının suyunun kəsilməsi hz. Mehdinin çıxış əlamətlərindəndir:

Fərat çayının suyunun kəsilib, dayandırılması Mehdinin çıxış əlamətlərindəndir. (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, səh. 39)

Bu hadisə ilə bağlı digər hədislərdə də əhəmiyyətli məlumatlar verilib: Keban bəndi tikilərək çayın suyu dayandırılmışdır.

Fərat çayının suyu çəkilərək qiymətli qızıl xəzinəsinin üzə çıxmasına az qalır . Kim o zaman orada olsa, oradan bir şey götürməyə çalışmasın!. (Çünki, qoca dünyanın ömrü sona çatmış olacaq.) (Sahih-i Buhari, 12/305)

Rəsulullah (səv) buyurmuşdur: “Fərat çayı qızıl dağ üzərindən ortaya çıxmadıqca Qiyamət qopmayacaq. İnsanlar onun uğrunda müharibə edəcək və hər yüz insandan doxsan doqquzu öldürüləcək. O insanların hər biri “kaş ki xilas olan mən olaydım-deyəcək.” (Sahih-i Müslim 11/320)

Rəsulullah (səv) buyurmuşdur: “Fərat çayının qızıl dağ üzərindən ortaya çıxmasına az qalır. O zaman kim orada olsa, ondan bir şey götürməsin!” (Sahih-i Müslim 11/320)

Rəsulullah (səv) belə buyurdu: “Yaxında Fərat çayının altındakı qızıl xəzinəsi üzə çıxar. Kim orada olsa, ondan bir şey götürməsin.” (Sünen-i Ebu Davud, 5/116)

(Rəsulullah:) “Fərat çayının altından qızıl dağ ortaya çıxar”. (Sünen-i Ebu Davud, 5/116)

“Fərat çayının suyu çəkilərək qızıl xəzinəsinin üzə çıxması zamanı yaxınlaşır. Hər kim o zaman orada olsa, o xəzinədən bir şey götürməsin. Əks halda ya ölər, ya da öldürülər.” (Hədisi Buxari və Müslim rəvayət etmişlər/Riyazü’s Salehin, 3/332)

Aydın olduğu kimi, hz. Mehdinin zühurunun mühüm əlaməti olan Fərat çayının suyunun çəkilməsi və qızıl dəyərində xəzinənin ortaya çıxması bir çox böyük hədis kitablarında qeyd edilmişdir. İndi hədislərdə keçən önəmli ifadələri araşdıraq:

Rəsulullah (səv) buyurmuşdur: “ (1) Fərat çayının suyu çəkilərək (2) altından bir dağ meydana çıxmadıqca Qiyamət qopmaz. (3) Bu xəzinə uğrunda müharibə aparılar. Yüz nəfərdən doxsan doqquzu ölər. Müharibədə vuruşan hər kəs təkcə mən xilas olacağam deyə ümid edər.” (Hadisi Buhari ve Müslim rivayet etmişlerdir/Riyazü’s Salihin, 3/332)

(1) Fərat çayının suyu çəkilərək…

Bu hədis Suyuti həzrətlərinin kitabında “suyun dayandırılması” olaraq qeyd edilib. Həqiqətən də, Keban bəndi tikildikdən sonra Fərat çayının qarşısı kəsilmişdir.

(2) .. altından bir dağ meydana çıxmadıqca

..İnşa edilən bənd sayəsində elektrik istehsalı, toplanan suyun ərazidə istifadə edilərək torpağın səmərəliliyinin artırılması və daşınma asanlaşmışdır. Buna görə də buradakı torpaqlar “qızıl” kimi qiymətli olmuşdur.

Yuxarıdakı sxematik şəkildə də göründüyü kimi, bənd böyük, beton bir dağı xatırladır. Bu bənddən (hədisdəki bənzətməyə görə, dağdan) qızıl dəyərində sərvət tökülür. Buna görə bənd “qızıl dağ” xüsusiyyəti daşıyır. (Doğrusunu Allah bilir)

(3) .. Bu xəzinə uğrunda müharibə aparılar – Bölgədə hələ də anarxiya və qətliamlar davam edir. Buna görə oradan torpaq sahəsi alanlar anarxiyanın qurbanı ola bilərlər. Hədisdəki ifadəyə görə, ya ölər, ya da öldürülərlər.

 

HƏMÇİNİN BAX

Qətər böhranı hədislərdə bildirilirmi?

Ötən günlərdə Səudiyyə Ərəbistanı başda olmaqla, 6 ərəb ölkəsinin verdiyi qərarla Qətər ilə bütün diplomatik …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir