Çərşənbə , İyul 26 2017
Əsas səhifə / Hz.Mehdi(ə.s) qan axıtmaz / Hz. İbrahimin övladlarını bir-birinə düşmən edib, sonra da onları yox etməyi hədəfləyən plan dəccalın oyunudur.

Hz. İbrahimin övladlarını bir-birinə düşmən edib, sonra da onları yox etməyi hədəfləyən plan dəccalın oyunudur.

Hz. İsanın (ə.s) axır zamanda yer üzünə ikinci dəfə gəlişi bütün insanlar üçün çox böyük müjdə, sevinc və şövq qaynağıdır. Xristian aləmi kimi, müsəlmanlar da hz. İsanın (ə.s) axır zamanda yenidən dünyaya gələcəyinə inanır və  onlarla ortaq sevinc yaşayırlar. Lakin bəzi xristianlar həm təhrif olunmuş İncilin sözlərini yanlış izah etdikləri, həm də islamiyyətlə bağlı az məlumata sahib olduqları üçün axır zamanla əlaqədar səhv düşüncələrə malikdirlər. Bu yanlış və təhlükəli inanca görə hz. İsaya (ə.s) inanan xristianlar və 144 000 yəhudidən başqa hər kəs yaxın gələcəkdə məhv olacaq.


Bu dəhşətli ssenariyə görə yəhudilər müsəlmanlara qarşı “Armaqeddon” adlı müharibədə qalib gəlmədikcə hz. İsa (ə.s) yer üzünə təkrar dönməyəcək. Buna görə də, bəzi xristianlar hz İsanın (ə.s) yer üzünə qayıtması üçün bu böyük müharibənin baş verməsini və yəhudilərin qalib gəlməsini sanki şərt olaraq görürlər. Bu müharibə bitdikdən sonra da hz. İsaya  (ə.s) iman edən 144 000 yəhudidən başqa bütün yəhudilərin öldürülməsi gözlənilir. Bu qanlı döyüşlər nəticəsində bütün müsəlmanların və demək olar ki, bütün yəhudilərin məhv ediləcəyinə, sadəcə hz. İsaya (ə.s) bağlı olan xristianlarla, seçilmiş 144 000 yəhudinin xilas olacağına inanırlar. Bu dəhşətli ssenarinin nəticəsində  bəzi xristianlar dünyada baş verən müharibə, qarşıdurma və anlaşmazlıqları yatışdırmaqdansa,  qan tökməyə təşviq edən siyasətlərə dəstək verir, hətta təhrikedici mövqe mənimsəyirlər.

Axır zamanda olduğumuz, müharibə və qarşıdurmaların artmasının axır zaman əlaməti olduğu və Allahın izni ilə hz. İsanın (ə.s) tezliklə yer üzünə qayıdacağı doğrudur. Lakin bəzi xristianların milyardlarla insanın  məhvini məqbul görən, dəhşətli bir ssenarinin reallaşmasını gözləmələri qəbul edilə bilməz. Bu vəziyyət dəccalın açıq-aşkar oyunudur. Hz. İbrahimin övladlarını bir-birinə düşmən edib, sonra da onları məhv etməyi hədəfləyən plan dəccalın bəzi insanları din adı ilə aldatmasıdır.

Bu anlayışın dəccaliyətə xidmət etdiyinin digər göstəricisi də, İslam aləminin həsrətlə gözlədiyi, dünyanı ədalət və sevgiylə dolduracaq hz. Mehdinin (ə.s) zühurunu (haşa) Dəccalın çıxışı kimi göstərməyə çalışmağıdır. Bəzi xristianların hz. İsanın (ə.s) qayıtmağı üçün qan tökülməsini sanki şərt olaraq qarşıya qoymaları və böyük qəflət içində  hz. Mehdinin (ə.s) çıxışını Dəccaliyyət olaraq gözləmələri, dəccal zehniyyətinin özüdür. Milyardlarla insanın qətl edilməsinə göz yuman bu soyqırım ssenarisinə son verilməsi üçün axır zaman şəxsləri tam olaraq tanınmalı və Dəccalın oyunu pozulmalıdır. Buna görə də bu səhvi düzəltmək, səmimi iman sahibi xristianların gerçək Məsih Dəccal çıxdığı zaman ona aldanmalarının qarşısını almaq üçün aşağıdakıları bilmək vacibdir.

•    Hz. Mehdi (ə.s) sevgi insanıdır, Dəccal isə sevgidən məhrumdur:

Hz. Mehdi (ə.s) hər dindən, hər düşüncədən, hər fikirdən insanı sevgiylə bir yerə gətirəcək, qardaşlıq və dostluq duyğularını gücləndirərək insanların bir-birlərinin gözəl xüsusiyyətlərini görmələrini, bir-birlərinə anlayışla yaxınlaşmalarını təmin edəcək. Hz. Mehdi (ə.s) zühur etdiyi zaman yer üzünə sevgi hakim olacaq, insanlar kin, nifrət kimi duyğulardan uzaqlaşacaq.  Belə ki, hədislərdə hz. Mehdinin (ə.s) vəsilə olduğu gözəllik və sevgi mühitindən dənizdəki balıqlardan göydəki quşlara qədər hər kəsin razı olacağı, bütün insanların ürəklərinə Mehdi sevgisi yerləşəcəyi xəbər verilir. İnsanların hz. Mehdiyə (ə.s) qarşı duyduqları  səmimi sevgi bir-birlərinə qarşı da sevgiylə, şəfqətlə, mərhəmətlə yaxınlaşmalarına vəsilə olacaq. Dəccal isə bu xüsusiyyətlərdən tamamilə məhrum olan biri olacaq.

Bəzi xristianların bu mövzuda yanılmalarının səbəbi, Dəccalın sevgi və sülh vədiylə insanları aldatmasıdır. Dəccal sülh və sevgidən bəhs edəcək, lakin tətbiq etməyəcək. Hz. Mehdi (ə.s) isə sevgidən, sülhdən bəhs edəcək və tətbiq edəcək. Hz. Mehdi (ə.s) sevgi və sülhdən bəhs edərkən, bunu ən güclü şəkildə ruhunda yaşayacaq və ətrafına da yaşadacaq. Axır zaman şəxslərinin tanınması üçün bu əhəmiyyətli fərqi hər kəs  bilməlidir.

•    Hz. Mehdi (ə.s) bir damla qan axıtmayacaq, yatan adamı oyatmayacaq; Dəccal hər fürsətdə qan axıtmağa, müharibə və təxribat törətməyə çalışacaq:

Hz. Mehdi (ə.s) müharibədən uzaq olan, sülh insanıdır. Hz. Mehdi (ə.s) müharibə ilə deyil, sevgiylə, Allahı xatırlayaraq Quran əxlaqını dünyaya hakim edəcək. Hz. Mehdinin (ə.s) ən əhəmiyyətli xüsusiyyətlərindən biri din əxlaqını sülh və sevgi ilə dünyaya hakim etməsidir. Bu xüsusiyyət Peyğəmbərimizin (s.ə.v) hədislərində belə xəbər verilir:

İnsanlar hz. Mehdinin (ə.s) ətrafında toplanar. Zülmlə dolu olan dünyanı ədalətlə doldurar. O qədər ədalətli olar ki, YATAN İNSAN YUXUDAN OYANDIRILMAZ VƏ BİR DAMLA BELƏ QAN AXIDILMAZ. Dünya, sanki əsri-səadət dövrünə geri dönər.1

Hz. Mehdi (ə.s) Peyğəmbərin (s.ə.v) yolundan gedəcək, YATAN ADAMI OYANDIRMAYACAQ, QAN DA AXITMAYACAQ.2

(HZ. MEHDİNİN (ə.s)) ZAMANINDA NƏ BİR KƏS YUXUSUNDAN OYANDIRILACAQ, NƏ DƏ BİR KİMSƏNİN BURNU QANAYACAQ.3

Ona (Hz. Mehdiyə (ə.s)) beyət edənlər, (Kəbə ətrafındakı) rükun ve mövqe arasında beyət edərlər. YATANI OYANDIRMAZ, ƏSLA QAN TÖKMƏZ.4

Peyğəmbərimiz (s.ə.v) hz. Mehdinin (ə.s) fitnə, müharibə və qarşıdurmalara fikri mübarizə zəminində son verəcəyini xəbər vermişdir. Hz. Mehdi (ə.s) dövründə bütün silahların susacağı, müharibələrin sona çatacağı, hz. Mehdinin (ə.s) zühuru və hz. İsanın (ə.s) gəlişindən sonra yer üzünə ədalət, sülh və sevginin hakim olacağı hədislərdə belə xəbər verilmişdir:

Müharibə də ağırlıqlarını (silah və vəsaitlərini) buraxacaq.5

Hərb ağırlıqlarını (yəni, silah və vəsaitləri) buraxar.6

Düşmənlik və kini də ortadan qaldıracaq… Qab su ilə dolduğu kimi yer üzü sülhlə dolacaq. Din birliyi də olacaq, artıq Allahdan başqasına sitayiş edilməyəcək. Müharibə də ağırlıqlarını buraxacaq.7

Heç kim arasında düşmənlik qalmayacaq. Və bütün düşmənliklər, qarşıdurmalar, həsədləşmələr itib gedəcək.8

Hədislərdə  “Döyüş ağırlıqlarını buraxacaq”  ifadəsiylə də diqqət çəkildiyi kimi, bu dövrdə hər cür şiddət, zorbalıq, müharibə, qarışıqlıq sona çatacaq.

Buna görə də, Mehdiyyət Dəccaliyyətin əksinə, insan sevgisinə, hörmətə əsaslanan, xoş niyyətli və ağıllı sistemdir. Hz. Mehdi (ə.s) bütün yer üzündə ədaləti hakim edəcək, lakin “bir damla qan da axıdılmayacaq.” Onun hakim olduğu dövr gerçək sevgi və sülhün yaşandığı, dinclik və xoşbəxtlik dövrü olacaq.

•    Hz. Mehdi (ə.s) Haqq kitablarla hökm edər, Dəccal Haqq kitablara inanmaz:

Hz. Mehdi (ə.s) Quranın gözəl əxlaqını müsəlmanlara öyrədəcək və müsəlmanlara gözəl əxlaqla, Quran əxlaqıyla davranacaq. Lakin xristianlara İncilin əsli ilə yəni, təhrif edilməmiş qismi ilə hökm edəcək. Yəhudilərə də Tövratın əsli ilə gerçək Tövratla hökm edəcək. Buna görə də, hz. Mehdi (ə.s) bəzi xristianların zənn etdiyi kimi, xristian və yəhudiləri İslamı qəbul etməyə məcbur etməyəcək, onlara Tövrat və İncilin Qurana uyğun qisimləriylə hökm edəcək. Bu Peyğəmbərimizin (s.ə.v) bir hədisində belə bildirilimişdir:

“Hz. Mehdi (ə.s) yəhudilər arasında Tövratla, xristianlar arasında İncillə hökm edəcək.”9

Hz. Mehdi (ə.s) İncilin əslinə  inanacaq. Ancaq Dəccal Müqəddəs kitabların heç birini qəbul etməz. Buna görə də, Dəccal İncilə inanan, hörmət edən biri olmayacaq; İncildəki təhrif edilməyən, haqq qisimləri qəbul etməyəcək.

Allahın möcüzəsi olaraq hz. Mehdinin (ə.s) dövründə İncilin və Tövratın orijinalları da tapılacaq. Peyğəmbərimiz (s.ə.v) axır zamanda, hz. Mehdinin (ə.s) bu haqq kitabların təhrif olunmayan formalarını tapacağını belə bildirmişdir:

… Hz. Mehdinin (ə.s) Mehdi deyə adlandırılmasının səbəbi budur ki, gizli bir işə yönləndiriləcək, Tövrat və digər səmavi kitabları Antakyada bir mağaradan çıxardacaq…10

Şübhəsiz ki, hz. Mehdi (ə.s) Mehdi deyə adlandırılmışdır. Çünki O, Şam dağlarından bir dağa doğru istiqamətləndirilər, “Tövrat” kitablarını oradan çıxardar və onlara əsasən yəhudilərlə danışar  və (nəticədə) bir qrup yəhudi onun əliylə müsəlman olar.11

•    Hz. Mehdi (ə.s) isəviləri və yəhudiləri də qoruyacaq, Dəccal hz. İbrahimin övladlarına düşmən olacaq:

Hz. Mehdi (ə.s) dindar yəhudilərin dostu olan, onları sevən, onlara şəfqət duyan biri olacaq. Hz. Mehdi (ə.s) yəhudiləri və xristianları hz. İbrahimin övladları olaraq görəcək və Dəccalın oyununu pozaraq, onları mühafizə edəcək, haqqlarını qoruyacaq, ədalətli və şəfqətli biri olacaq. Buna görə də, hz. Mehdi (ə.s) xristianların və yəhudilərin zərər çəkmələrinə izin verməyəcək. Hz. İsa (ə.s) gəldikdə isə xristianlıqdakı doğru olmayan cəhətləri, üç üqnum (üçləmə) inancını düzəldəcək. Hz. İsa (ə.s) hz. Mehdi (ə.s) ilə ittifaq edəcək, Hz. İsa (ə.s) öz əliylə ona kömək edəcək. Bu da hz. Mehdinin (ə.s) şəxsən Dəccaliyyətin qarşısında olduğunun ən əhəmiyyətli göstəricilərindən biri olacaq.

Əhli-kitab, (zamanla təhrfilərə məruz qalsa da) təməli Allahın vəhyinə əsaslanan əxlaqi meyarlara, haram və halal anlayışlarına malikdir. Buna görə də, kitab əhlinin bişirdiyi yemək müsəlmanlar üçün halal qılınmışdır. Eynilə müsəlman kişilərə Kitab əhlindən olan qadınlarla evlənməyə icazə verilmişdir. Bu mövzu ilə bağlı ayədə Allah belə buyurur:

Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, Axirətdə ziyana uğrayanlardan olar. (Maidə surəsi, 5)

Bu hökmlər müsəlmanlarla Əhli-kitab arasında  qohumluq əlaqələrinin qurula biləcəyini, iki tərəfin bir-birlərinin yemək dəvətlərini qəbul edə biləcəklərini göstərir.Bunlar, dinc şəkildə isti insani münasibətlər və  ortaq həyat qurmağı təmin edən əsaslardır. Quranda bu mülayim və xoşməramlı baxış tövsiyə edilir.Buna görə də, müsəlmanların əks fikirdə olduqlarını düşünmək doğru deyildir.

Rəsulullahın (s.ə.v) kitab əhlinin toy məclislərində iştirak etdiyinə, xəstələrini ziyarət etdiyinə və onları qonaq etdiyinə aid rəvayətlər vardır. Hətta Nəcran xristianları onu ziyarət etdikləri zaman hz. Məhəmməd (s.ə.v) onlara əbasını sərmiş və oturmalarını söyləmişdir. Peyğəmbərimizin (s.ə.v) misirli xristian hz. Mariyə (və ya Məryəm), yəhudi mənşəli hz. Cüveyriyə və hz. Safıyə ilə etdiyi evliliklər də bu anlayışın nümunələrindəndir.

•    Hz. Mehdi (ə.s) hz. İbrahim nəslindən olacaq, Dəccal hz. İbrahim nəslindən deyil:

Quranda Allah, hz. İbrahimi və onun soyundan gələnləri seçdiyini və onları mübarək qıldığını bildirir. (Bəqərə surəsi 130; Ali İmran surəsi 33) Bu məlumat, yəhudilərin müqəddəs kitabı Tövratda da deyilir. (Yaradılış, 22:17; 12:2) Hz. İbrahimin soyu iki oğlu hz. İsmayıl və hz. İshaq ilə davam etmişdir. Hz. İshaqın soyundan olan İsrailoğullarına tarix boyu bir çox peyğəmbər gəlmişdir: hz. Yaqub, hz. Yusif, hz. Musa, hz. Harun, hz. Yunis, hz. Eyyub, hz. İlyas, hz. Davud, hz. Süleyman, hz. Zəkəriyya, hz. Yəhya və hz. İsa, Hz. İsmayılın nəslindən isə İslam Peyğəmbəri hz. Məhəmməd (s.ə.v),  onun ailəsindən gələn imamlar və ən son olaraq da İmam Məhəmməd əl-Mehdi (ə.s) gəlir.

Allah, axır zamanda din əxlaqının hakimiyyətini reallaşdırmaq üçün hz. İbrahim soyunun iki qolundan gələn son nümayəndələri qorumuşdur. Axır zamanda əmrinin yerinə yetməsi üçün İmam əl-Mehdi (ə.s) və İsa peyğəmbəri (ə.s) bir yerə gətirəcək. Quranda və Peyğəmbərimizin (s.ə.v) hədislərində bildirilən bu hakimiyyət dövrü Tövratda hz. İbrahimin soyundan gələn topluluğa vəd edilir və belə bildirilir:

Səni çox mübarək edəcəyəm; sənin nəslini göylərin ulduzları kimi, dəniz kənarında olan qum kimi çoxaldacağam, sənin nəslin düşmənlərinin qapısına hakim olacaq və nəslin vasitəsilə yer üzündəki bütün millətlər mübarək qılınacaqlar, çünki sözümü dinlədin. (Yaradılış, 22:17-18)

Buna görə də,hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) hər ikisi də eyni soydan -hz. İbrahimin soyundan olacaq. Dəccal isə hz. İbrahim soyundan olmayacaq.

•    Hz. Mehdi (ə.s) Allahın varlığını, birliyini müdafiə edər; Dəccal Allaha şirki yaymağa çalışar:

Həzrəti İsanın (ə.s) gətirdiyi din “Allaha bir və tək olaraq iman edən, haqq din”dir. Ancaq bu mübarək insanın söylədikləri onun Allah qatına yüksəldilməsinin ardından təhrif edilmiş, gerçək İsəviliyin yerinə “üçləmə və kəffarə kimi” batil fəlsəfələri təməl edərək yeni bir inanc yaradılmışdır. Ancaq hz. İsa (ə.s) da, hz. Mehdi (ə.s) də mömin xüsusiyyəti olaraq bir Allaha inanırlar. Buna görə də, hər ikisi də bir Allah inancını müdafiə edəcək, insanları şirkdən çəkindirəcəklər. Yəhudilər bir Allaha iman etdikləri üçün hz. Mehdi (ə.s) onlara qarşı olmayacaq. Ancaq xristianlar üçləmə inancı ilə Allaha şirk qoşurlar. Hz. Mehdi (ə.s) onların inanclarındakı şirk anlayışını dəyişdirəcək. Əgər xristianlar “Hz. İsa (haşa) Allah deyil. Amma Allah bütün insanlarda təcəlli edir, Allah hz. İsada da təcəlli edir” məntiqi ilə bu inanclarını açıqlayıb düzəltsələr, bu,  səmimi düşüncə və  inanc kimi qəbul edilə bilər.

Həqiqətən də axır zamanda üçləmə inancını müdafiə edən, haşa- Allah olduğunu iddia edən bir adam gələcəkdir. Ancaq bu adam (haşa) hz. İsa deyil, Dəccal olacaq. Allahın bildirdiyi əlamət və acizliyinin ifadəsi olaraq, bu adamın gözü kor olacaq. Allahın birliyini müdafiə edən gerçək İsanın isə iki gözü də sağlam olacaq. Bundan əlavə hz. Mehdi (ə.s) Allahın məzlum və təvazökar qulu olacaq, Dəccal isə (haşa) Allah olduğunu iddia edən qürurlu və təkəbbürlü biri olacaq.

•    Hz. Mehdi (ə.s) hz. İsanı canı kimi sevdiyi halda, Dəccal hz. İsanın düşməni olacaq:

Hz. Mehdi (ə.s)  hz. İsaya (ə.s) dərin sevgi və hörmət bəsləyəcək. Hz. İsa (ə.s) Allahın Quran ayələriylə bizə tanıtdığı  mübarək elçisidir. Quranda hz. İsa (ə.s) haqqında ” O, bu dünyada və axirətdə şan-şöhrətli və (Allaha) yaxınlaşdırılmışlardan olacaqdır. ” (Ali-İmran surəsi, 45) deyilir. O, Allahın müxtəlif möcüzələrlə və üstün əxlaqla şərəfləndirdiyi dəyərli quludur. Buna görə də, hz. Mehdinin (ə.s) hz. İsaya dərin sevgisi olacaq, onu canı kimi sevəcək. Dəccal, antixrist adından aydın olduğu kimi hz. İsaya (ə.s) qarşı çıxacaq, onun dəyərini bilməyən, düşməni olaraq yaradılmış bir şəxs olacaq.

Hz. İsa (ə.s) ilə hz. Mehdi (ə.s) ittifaq edəcək. Hz. İsa (ə.s) şəxsən öz əliylə hz. Mehdini (ə.s) lider edəcək. Peyğəmbərimizin (s.ə.v) hədislərində hz. Mehdinin (ə.s) imamlığında hz. İsa (ə.s) və hz. Mehdinin (ə.s) birlikdə namaz qılacaqları və birlikdə hökm edəcəkləri bildirilmişdir. Peyğəmbərimizdən (s.ə.v) edilən rəvayətlərə görə, “Hz. İsa (ə.s) namazını hz. Mehdinin (ə.s) arxasında qılacaq.”12  Bu rəvayət digər hədislərdə belə xəbər verilir:

Hz. İsa (ə.s) səmadan nüzul edəcək və onun (hz. Mehdinin (ə.s)) əmirliyini qəbul edəcək. Hz. İsaya (ə.s) “Bizə namaz qıldır” deyiləcək, ancaq o, “Əmir sizin içinizdədir” -qarşılığını verərək, “Bu Allahın hz. Məhəmmədin (s.ə.v) ümmətinə lütfüdür.” -deyəcək.13

Hz. Mehdi (ə.s) möminlərlə birlikdə Beytül-Məqdisdə sübh namazı qılarkən, hz. İsanı (ə.s) təqdim edəcək və hz. İsa (ə.s) əllərini onun çiyininə qoyaraq, “Namazın qaməti (namaz üçün səslənilməsi) sənin üçün gətirildi, buna görə sən qıldır” – deyəcək və nəhayət hz. Mehdi (ə.s) hz. İsa (ə.s) və möminlərə imam olaraq namazı qıldıracaq.14

Peyğəmbərimizin (s.ə.v) səhih hədislərində hz. İsa (ə.s) və hz. Mehdinin (ə.s) eyni dövrdə ortaya çıxacaqları və İslam əxlaqını bütün dünyaya hakim etmək məqsədiylə birlikdə mübarizə aparacaqları bildirilmişdir. Bir çox səhih hədisdə keçən bu məlumatlar hz. İsa (ə.s) ilə hz. Mehdinin (ə.s) görüşəcəklərini, bir-birlərinə dəstək olacaqlarını göstərir.

—————

1. Əl Qəvlu’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, sf. 29 ve 48

2. Qiyamət əlamətləri, sf. 163

3. Əl Qəvlü’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, sf. 44

4. Əl-Heytəmî, Əl Qəvlü’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 24

5. Sünən-i Ibn-i Macə, 10/334

6. İmam Şa’rani, Ölüm-Qiyamət-Axirət və axırzaman əlamətləri, 496

7. Sünən-i Ibn-i Macə, 10/334

8. İmam Şa’rani, Ölüm-Qiyamət-Axirət və axırzaman əlamətləri, 496

9. Cabir b. Yezid el-Co’fi, İmam Məhəmməd Baqirdən rəvayət edir.

10. Cabir b. Yezid el-Co’fi, İmam Məhəmməd Baqirdən rəvayət edir.

11. Harun b. Maruf; Zamra b. Rabia’dan, Abdullah b. Şevzebden rəvayət edir.

12. Əl Qəvlü’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, sf. 24

13. Əl Qəvlü’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, sf. 24

14. Əl Qəvlü’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, sf. 25

HƏMÇİNİN BAX

İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları

İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları Hz. Mehdinin vəsiləsi ilə İslam əxlaqının …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir