Bazar ertəsi , Avqust 21 2017
Əsas səhifə / Quranda Mehdiyyət / Hz. İsa (ə.s.) bu əsrdə yer üzünə qayıdacaq, ayələrdə hz. İsanin (ə.s.) ikinci dəfə yer üzünə qayıtması

Hz. İsa (ə.s.) bu əsrdə yer üzünə qayıdacaq, ayələrdə hz. İsanin (ə.s.) ikinci dəfə yer üzünə qayıtması

1-ci dəlil

Hz. İsanın (ə.s.) ikinci dəfə yer üzünə enəcəyinə dair işarələr daşıyan ayələrdən ilki “Ali İmran” surəsinin 55-ci ayəsidir:

O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm. (Ali İmran surəsi, 55)

Ayədəki “sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm” ifadəsi diqqət çəkir. Quranda qiyamətə qədər inkar edənlərdən üstün olan və hz. İsaya (ə.s.) həqiqətən tabe olan qrupun varlığından danışılır. Bəs bu tabe olanlar kimlərdir? Hz. İsa dövründə yaşayan həvarilərmi, yoxsa hal-hazırda yaşayan xristianlarmı?

Hz. İsa (ə.s.) Allah Qatına yüksəlmədən əvvəl ona tabe olanların sayı çox az idi və onun dünyadan ayrılmasının ardınca da sürətlə xristianlıqda dağılma başladı. Həvarilər cidditəzyiq altında yaşamaq məcburiyyətində idilər. Sonrakı iki əsr boyu da, hz. İsaya (ə.s.) iman gətirənlər eyni təzyiqlərə məruz qaldılar; çünki heç bir siyasi gücə sahib deyildilər. Bu vəziyyətdə keçmişdə yaşayan xristianların inkar edənlərə üstün gəldiklərini və bu ayənin onlara baxdığını söyləyə bilmərik.

Daha sonrasına, yəni hal-hazırda yaşayan xristianlara baxdıqda isə onsuzdaxristianlığın özünün təhrif olduğunu, hz. İsanın (ə.s.) izah etdiyi haqq dindən fərqlidinin meydana gəldiyini görərik. Hz. İsanın (ə.s.) Allah’ın oğlu olduğu şəklindəki azğın inanc mənimsənmiş və üçləmə inancı (üçləmə; Ata, oğul, müqəddəs Ruh) qəbul edilmişdir. (Allah’ı tənzih edirik.) Bu təqdirdə din əslindən xeyli uzaqlaşmış və  bugünkixristianları da hz. İsaya (ə.s.) vəhy edilən haqq dinə təslim olanlar olaraq qəbul edə bilmərik. Quranda təslis inancının azğın inanc olduğu belə bildirilmişdir:

“Şübhəsiz ki, Allah üçlüyün üçüncüsüdür!”– deyənlər artıq kafir oldular. Halbuki, Bir olan İlahdan başqa heç bir ilah yoxdur…(Maidə surəsi, 73)

Bu təqdirdə “sənə tabe olanları qiyamətə qədər inkar edənlərdən üstünedəcəyəm” ifadəsi açıq bir işarə daşıyır. Hz. İsaya (ə.s.) tabe olan və qiyamətə qədər yaşayacaq bir birlik olmalıdır. Belə bir birlik, şübhəsiz hz. İsanın (ə.s.) yer üzünə təkrar gəlişi ilə ortaya çıxacaq və ona təkrar dünyaya gəlişi əsnasında tabe olanlar qiyamətə qədər inkar edənlərdən üstün ediləcək.

2-ci dəlil

Mövzu ilə bağlı olaraq göstərdiyimiz «Nisa» surəsinin 156-158-ci ayələrinin ardınca Allah 159-cu ayədə belə buyurur:

Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır. (Nisa surəsi, 159)

Yuxarıdakı ayədə “Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin.” ifadəsi olduqca diqqət çəkicidir. Bu cümlənin ərəbcə qarşılığı belədir:

“… və ən min əhlil kitabı illə ləyüminənnə bihi kablə məvtihi”

Burada bəzi təfsirçilər “o” əvəzliyinin hz. İsaya (ə.s.) deyil, Qurana baxdığını düşünmüş və ayəyə Kitab Əhlinin ölmədən Qurana iman gətirəcəyi şəklində bir açıqlamagətirmişdirlər.

Halbuki, bu ayənin əvvəlindəki iki ayədə də “o” əvəzliyi hz. İsa üçün istifadə edilmişdir:

Bir də: “Həqiqətən, biz Allah’ın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətədüçaredildilər.) Halbuki, onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. (Nisa Surəsi, 157)

Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir. (Nisa surəsi, 158)

Bu ayələrdən sonrakı ayədə istifadə edilən “o” əvəzliyinin hz. İsadan (ə.s.) başqa bir adamı, ya da varlığı nəzərdə tutduğunun heç bir dəlili yoxdur.

Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır. (Nisa surəsi, 159)

Digər tərəfdən ayənin ikinci cümləsindəki“Qiyamət günü, o da onların əleyhinə şahid olacaq” ifadəsi də diqqət çəkicidir. Quranda qiyamət günü insanın dilinin, əllərinin və ayaqlarının (Nur surəsi, 24, Yasin surəsi, 65), eşitmə, görmə duyğularının və dərilərinin (Fussilət surəsi, 20-23) öz əleyhlərinə şahidlik edəcəkləri bildirilir. Quranın şahidliyi ilə bağlı isə heç bir ayə yoxdur. İlk cümlə -qrammatik olaraq və ya məntiq baxımından heç bir dəlil olmamasına baxmayaraq- Quran olaraq qəbul edilsə, ikinci cümlədəki “o” əvəzliyinin də Qurana baxdığı iddia edilmiş olar. Halbuki, bunu söyləmək üçün açıq bir ayə lazımdır. Bununla birlikdə, bir əvvəlki ayədə bildirilən “… Allah onu Özünə yüksəltdi” ifadəsi də, bu ayədə işarə edilənin Quran olmadığını bir daha göstərir. Quran 1400 ildir iman gətirənlərə hidayət rəhbəridir və Allah Qatına yüksəldilməmişdir. Allah Qatına yüksəldilən hz. İsadır (ə.s.). Bu da ayədə xəbər verilən şahidliyin hz. İsanın (ə.s.) Kitab Əhli üçün edəcəyi şahidlik olduğunu və ayədə “o” əvəzliyi ilə Qurana işarə edilmədiyini göstərən başqa dəlildir. (Doğrusunu Allah bilər.)

Digər ayələrdə həmin əvəzliyin Qurana işarə etdiyi təqdirdə (Nəml surəsi, 77 və Şuəra surəsi, 192-196-cu ayələrdə olduğu kimi) ayənin əvvəlində və ya sonrasında Qurandan bəhs edildiyini görürük. Ayənin əvvəlində, sonrasında və ya ayənin içində Qurandan bəhs edilmirsə, bu ayənin Quranı təsvir etdiyini söyləmək yanlışdır. Bu ayədə isə çox açıq bir şəkildə hz. İsaya (ə.s.) inanılmasından və onun inananlara şahid olmasından bəhs edilir.

Ayənin mənası haqqında ifadəedəcəyimiz ikinci fikir isə “ölümündən əvvəl” ifadəsinin açıqlaması ilə bağlıdır. Bəziləri bu ifadənin “Kitab Əhlinin öz ölümlərindən əvvəl” inanması mənasında olduğunu düşünürlər. Buna görə Kitab Əhlindən olan hər adam özünə ölüm gəlmədən hz. İsaya (ə.s.) mütləq iman gətirəcək. Halbuki, ərəb dilinin qrammatikası bu iddianın doğru olmadığını göstərir. Quranda Kitab Əhli ilə bağlı bütün ayələrdə “hum” əlavəsi istifadə edilmişdir. (Bəyyinə surəsi, 1 və 6; Hədid surəsi, 29; Həşr surəsi 2 də olduğu kimi.) Bu ayədə isə təkliyi ifadə edən “hu” əlavəsi istifadə edilmişdir. Bu vəziyyətdə, ayədə xəbər verilən hz. İsanın (ə.s.) ölümündən -yəni yer üzünə ikinci dəfə gəlib bioloji ölümündən- əvvəl, Kitab Əhlinin ona inanacağıdır. (Doğrusunu Allah bilər.) Hz. İsa (ə.s.) dövründə Kitab Əhli sayılan bəzi yəhudilər ona iman gətirməməklə kifayətlənməmiş, onu öldürmək üçün tələ qurmuşlar. Hz. İsadan (ə.s.) sonra yaşayıb ölən yəhudi və xristianların isə hz. İsaya (ə.s.) – Quranda bildirildiyi şəkildə- iman gətirdiklərini iddia etmək mümkün deyil. Nəticə olaraq ayəni diqqətlə qiymətləndirdikdə, mənanın belə olduğu nəticəsinə gəlirik: “Hz. İsa (ə.s.) ölmədən əvvəl bütün Əhli Kitab ona iman gətirəcək”. Yəni hz. İsa (ə.s.) ikinci dəfə dünyaya gəldikdə bütün Kitab Əhli ona tabe olaraq müsəlman olacaq və İslam əxlaqı yer üzünə hakim olacaq.

Ayədə gələcəkdən bəhs edildiyi aydındır, çünki hz. İsanın (ə.s.) “ölümü”ndən bəhs olunur. Halbuki, o ölməmiş Allah Qatına yüksəlmişdir. Hz. İsa dünyaya yenidən gələcək və hər insan kimi yaşayıb öləcək. İkincisi, hz. İsaya (ə.s.) bütün Əhli Kitabın iman gətirməsindənbəhs olunur. Bu da hələ reallaşmamış, ancaq qəti olaraq reallaşacağı bildirilən bir hadisədir.

Başqa sözlə, buradakı “ölümündən əvvəl” deyilərək, əvəzliklə bəhs edilən insan hz. İsadır (ə.s.). Kitab Əhli onu görüb tanıyacaq, ona yaşayarkən itaət edəcək və hz. İsa (ə.s.) da onların vəziyyətləri ilə bağlı axirətdə şahidlik edəcək. (Doğrusunu  Allah bilər.)

3-ci dəlil

Hz. İsanın (ə.s.) axırzamanda yenidən yer üzünə qayıdacağı ilə bağlı başqa ayədə «Zuxruf» surəsinin 61-ci ayəsidir. Bu surənin 57-ci ayəsindən etibarən hz. İsadan (ə.s.) bəhs edilir:

Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən güldü.Onlar dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa o?” Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən adamlardır. O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur. Əgər istəsəydik, yer üzündə içinizdən sizi əvəz edəcək mələklər yaradardıq. (Zuxruf surəsi, 57-60)

61-ci ayədə isə hz. İsanın (ə.s.) qiyamət saatı üçün elm olduğu ifadə olunur:

Həqiqətən, (İsanın yer üzünə enməsi) Saatın (yaxınlaşmasının) əlamətidir. (Qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol! (Zuxruf surəsi, 61)

Bu ayədə hz. İsanın (ə.s.) axırzamanda yer üzünə gələcəyi xəbər verilir. Çünki hz. İsa (ə.s.) Quranın nazil olmasından təxminən altı əsr əvvəl yaşamışdır. Başqa sözlə, bu ilk həyatını “qiyamət saatı üçün məlumat”, yəni qiyamət əlaməti olaraq anlaya bilmərik. Ayənin işarə etdiyi məna hz. İsanın (ə.s.) axırzamanda yenidən yer üzünə gələcəyi və bunun da qiyamət əlaməti olacağıdır. (Doğrusunu Allah bilər.) Bu ayədə keçən “O, qiyamət saatı üçün elmdir” sözünün ərəbcə qarşılığı belədir: “İnnəhu lə elmin lissaati.” Bu ifadədəki “hu” əvəzliyini “Quran” kimi izah edənlər vardır. Ancaq Quran üçün “hu” əvəzliyi istifadə edildikdə mütləq ayənin əvvəlində və ya sonrasında və ya ayənin içində Quranı izah edən başqa ifadələr də var. Başqa mövzularda da “hu” əvəzliyi ilə Qurandan bəhs edilmir. Həmçininəvvəlki ayəyə baxdıqda orada da o əvəzliyi ilə hz. İsanın (ə.s.) nəzərdə tutulduğuaydın olur:

“O, yalnız bir quldur; ona nemət verdik və onu İsrailoğullarına örnək etdik.”

Bu əvəzliyin Qurana işarə etdiyini söyləyənlər isə ayənin davamında keçən “Ondan şübhələnməyin, mənə təslim olun” ifadəsini dəlil olaraq göstərirlər. Ancaq bu ifadənin əvvəlindəki ayələrdə tamamilə hz. İsadan (ə.s.) bəhs edilir. Bu səbəbdən “hu” əvəzliyinin əvvəlki ayələrlə bağlı olması və hz. İsanı (ə.s.) izah etməsi daha uyğundur. Belə ki, böyük İslam alimləri də bu əvəzliyi istər ayələrə,istərsə də səhih hədislərə söykənərək hz. İsa (ə.s.) olaraq açıqlayırlar. Elmalılı Hamdi Yazarın təfsirində belə açıqlanmışdır:

Şübhəsiz ki, o saat üçün bir elmdir –saatın gələcəyini ölülərin dirilib, qiyam edəcəyini bildirən bir dəlil və əlamətdir. Çünki İsa istər zühuru və istərəmvati ihya (ölüləri diriltmə) möcüzəsi və istər əmvatin qiyamını (ölülərin dirilişini) xəbər verməsi etibarı ilə qiyamətin vaki olacağına (baş verəcəyinə) bir dəlil olduğu kimi hədisdə varid olduğuna görə əşratı saatdandır (qiyamət əlamətidir).

(http://www.kuranikerim.com/telmalili/zuhruf.htm)

Müasir İslam alimlərindən Seyid Qütb də təfsirində hz. İsanın (ə.s.) yer üzünə yenidən gəlməsinin əhəmiyyətli dəlillərindən birinin bu ayə olduğuna diqqət çəkir. Qütbün təfsirində mövzu belə açıqlanmışdır:

Dilimizdə hz. İsanın (ə.s.) qiyamətin qopmasından əvvəl yer üzünə enəcəyi ilə bağlı bir çox hədis var. Belə ki, bu ayə də ona işarə edir: “O, qiyamətin qopacağını göstərən bir elmdir.” Yəni hz. İsanın (ə.s.) yer üzünə enməsi ilə qiyamətin qopmasının yaxın olduğu aydın olur. İkinci bir oxuma tərzi ilə ayəbelə oxunur: “Və innəhu lə aləmin lissati”. Yəni onun enişi qiyamətin əlamətidir. Hər iki oxuma tərzi də eyni mənanı ifadə edirlər. Hz. İsanın (ə.s.) göydən enişi doğru sözlüPeyğəmbərimizin -salat və salam üzərinə olsun- bəhs etdiyi və uca Quranın işarə etdiyi bir qeybdir. Qiyamət gününə qədər dəyişmədən qalacaq bu iki qaynaqdan gələn məlumatlardan başqa, hər hansı bir insanın söyləyə biləcəyi bir söz ola bilməz. (Seyid Qütb, Fizilali’l Quran, http://www.sevde.de/Kuran-Tevsiri/Kuran_Tefsiri.htm)

Kövsəriən köhnə əqaid kitablarında belə bu ayənin hz. İsanın (ə.s.) ikinci dəfə yer üzünə gəlişinə dəlil olaraq istifadə edildiyini söyləyərkən, Ömər Nəsuhi Bilmən təfsirində isə bu ayə belə açıqlanmışdır:

Və qiyamətin yaxınlaşması üçün İsa Əleyhissalamın əlamət olduğunu və qiyamətin baş verəcəyinə şübhə edilməyəcəyini xəbər verir… İsa Əleyhissalamın yer üzünə nüzul edəcəyi də qiyamət şəriətindən sayılır… (Ömər Nəsuhi Bilmən, Quraniı Kərimin Türkcə Tərcüməsi və Təfsiri, Cild VII, 3292)

Həmçinin bunu da ifadə etmək lazımdır ki, Quranda heç bir peyğəmbərin qiyamət üçün elm olmasından bəhs edilmir. Hz. Muhəmməd (s.ə.v.), hz. İbrahim (ə.s.), hz. Nuh (ə.s.), hz. Musa (ə.s.), hz. Süleyman (ə.s.), hz. Yusuf (ə.s.), hz. Davud (ə.s.), hz. Yaqub (ə.s.) və digər bir çox peyğəmbərin həyatı Quranda ətraflı izah edilir, ancaq heç biri üçün bu ifadə istifadə edilmir. Bu da hz. İsanın (ə.s.) -Allah’ın təqdiri olaraq – digər peyğəmbərlərdən fərqli bir xüsusiyyətə malik olduğuna işarə edir. Bu xüsusiyyət hz. İsanın (ə.s.) Allah Qatına alındıqdan sonra yenidən yer üzünə göndərilməsidir. (Doğrusunu Allah bilər.)

4-cü dəlil

Hz. İsanın (ə.s.) ikinci gəlişinə işarə edən başqa ayələr də belədir:

O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlimə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və (Allah’a) yaxınlaşdırılmışlardan olacaqdır. O, (həm) beşikdə ikən, (həm də) yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır”. (Məryəm) dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?” (Allah) dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olur”.Allah ona yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək. (Ali İmran surəsi, 45-48)

Ayədə Allah’ın hz. İsaya (ə.s.) Tövratı, İncili və bir də “Kitabı” öyrədəcəyi xəbər verilir. Həmin ifadə Maidə surəsinin 110-cu ayəsində də göstərilmişdir:

Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allah’a iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə (haqq yolunu) azmış fasiqlərdir. (Maidə surəsi, 110)

Hər iki ayədə də keçən “kitab” sözünü araşdırdıqda, bunun Qurana işarə etdiyini görürük. Ayələrdə Tövrat və İncil xaricində göndərilən son haqq kitabın Quran olduğu bildirilir. (Hz. Davuda (ə.s.) verilən Zəbur da Köhnə Əhidin içindədir) Bununla yanaşı, yenə Quranın başqa bir ayəsində “kitab” sözü İncil və Tövratla yanaşı, Quranı ifadə etmək üçün istifadə edilmişdir:

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaradılanların) Qəyyumudur.O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi (Ali İmran surəsi, 2-3)

Kitab sözünün Qurana işarə etdiyi digər bəzi ayələr də bunlardır:

Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə (onu inkar etdilər). Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları (peyğəmbər) gəldikdə isə onu inkar etdilər. Allah kafirlərə lənət etsin! (Bəqərə surəsi, 89)

Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi (günahlardan) təmizləyən, Kitabı və hikməti (Sünnəni) sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik. (Bəqərə surəsi, 151)

Bu ayələrdəhz. İsaya (ə.s.) öyrədiləcək üçüncü “Kitab”ın Quran olduğu və bunun da ancaq hz. İsanın (ə.s.) axırzamanda dünyaya qayıdışında mümkün ola biləcəyi açıqdır. Çünki hz. İsa (ə.s.) Quranın endirilməsindən təxminən 600 il əvvəl yaşamışdı. Bununla birlikdə, Peyğəmbərimizin (s.ə.v.) hədislərində hz. İsanın (ə.s.) dünyaya ikinci dəfə gəlişində İncillə deyil, Quranla hökm edəcəyi bildirilməsi də bunun bir dəlilidir:

Qırx (40) il Allah’ın Kitabı və mənim sünnəmlə hökm edər, vəfat edər.(Kitab-ül Bürhan Fi Əlamət -əl Mehdiyy əl Axırzaman, s. 92)

Bu ifadədən də  aydın olduğu kimi hz. İsa (ə.s.) yenidən yer üzünə gəldikdə, Qurandakı hökmlərlə hökm edəcək, hz. Muhəmmədin (s.ə.v.) sünnəsini davam etdirəcək. Bu da ayələrdəki mənaya tam olaraq uyğun gəlir. (Şübhəsiz doğrusunu Allah bilər.)

Bu ayələrdə diqqət yetirilməsi lazım olan başqa məlumat da hz. İsa (ə.s.) üçün nəzərdə tutulanhəmin ifadənin -əvvəlki mövzuda olduğu kimi – başqa heç bir peyğəmbər üçün nəzərdə tutulmamasıdır. Məsələn,hz. Musaya (ə.s.) Tövratın endirildiyi, hz. İbrahimə (ə.s.) verilən səhifələr olduğu, hz. Davuda (ə.s.) Zəburun vəhy edildiyi Quranda bildirilir. Ya da peyğəmbərlərin öz dövrlərindən əvvəl endirilən kitablar varsa, bu kitabları bildikləri xəbər verilir. Ancaq peyğəmbərlərin heç biri üçün öz dövrlərindən sonra endiriləcək kitabın onlara öyrədildiyi xəbər verilmir. Özündən əvvəl endirilən, özünə vəhy edilən və özündən sonra endiriləcək kitabı bildiyi xəbər verilən tək peyğəmbər hz. İsadır (ə.s.). Bu da hz. İsanın (ə.s.) təkrar yer üzünə gələcəyinin və ikinci dəfə gəldikdə özündən sonra vəhy edilmiş kitabla, yəni Quranla hökm edəcəyinin işarələrindən biridir. (Doğrusunu Allah bilər.)

5-ci dəlil

Bütün bunlarla yanaşı,“Şübhəsiz, Allah Qatında İsanın vəziyyəti, Adəmin vəziyyəti kimidir…” (Ali İmran surəsi, 59) ayəsi də hz. İsanın (ə.s.) gəlişinə işarə edir. Təfsir alimləri ümumiyyətlə bu ayənin hər iki peyğəmbərin də atasız olma xüsusiyyətinə, hz. Adəmin Allah’ın “Ol” əmri ilə torpaqdan yaradılması ilə hz. İsanın (ə.s.) yenə “Ol” əmri ilə atasız doğulmasına işarə etdiyinə diqqət çəkmişlər. Ancaq ayənin ikinci işarəsi də ola bilər. Hz. Adəm (ə.s.) cənnətdən necə yer üzünə endirildisə, hz. İsa (ə.s.) da axırzamanda Allah’ın Qatından yer üzünə endirilə bilər. (Doğrusunu Allah bilər.) Göründüyü kimi, hz. İsanın (ə.s.) yer üzünə yenidən qayıdacağı ilə bağlı Quranda keçən ayələr çox açıqdır.

6-cı dəlil

Quranda hz. İsanın (ə.s.) Allah Qatına alındığını ifadə edənbaşqa ayə isə Məryəm surəsində belə xəbər verilir:

“Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” (Məryəm surəsi, 33)

Bu ayə «Ali İmran» surəsinin 55-ci ayəsi ilə birlikdə araşdırıldıqda çox əhəmiyyətli bir həqiqətə işarə edir. «Ali İmran» surəsindəki ayədə hz. İsanın (ə.s.) Allah Qatına yüksəldildiyi ifadə edilir. Bu ayədə ölmə, ya da öldürülmə ilə bağlı heç bir məlumat verilmir. Lakin «Məryəm» surəsinin 33-cü ayəsində hz. İsanın (ə.s.) öləcəyi gündən bəhs edilir. Bu ikinci ölüm isə ancaq hz. İsanın (ə.s.) ikinci dəfə dünyaya gəlişi və bir müddət yaşadıqdan sonra vəfat etməsi ilə mümkün ola bilər. (Doğrusunu Allah bilər)

7-ci dəlil

Hz. İsanın (ə.s.) təkrar dünyaya gələcəyi ilə bağlı başqa dəlil isə «Maidə» surəsinin 110-cu ayəsində və «Ali İmran» surəsinin 46-cı ayəsində keçən “kəhlən” sözüdür. Ayələrdə belə buyurulur:

Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın…” (Maidə surəsi, 110)

O, (həm) beşikdə ikən, (həm də) yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır”. (Ali İmran surəsi, 46)

Bu söz Quranda yalnız yuxarıdakı iki ayədə və yalnız hz. İsa (ə.s.) üçün istifadə edilmişdir. Hz. İsanın (ə.s.) yetkin dövrünü ifadə etmək üçün istifadə edilən “kəhlən” sözü “otuz ilə əlli yaşları arasında, gənclik dövrünü bitirib qocalığa ayaq basan, yaşı kamala çatmış kimsə” mənasındadır. Bu söz İslam alimləri arasında “35 yaşdan sonrakı dövrə işarə edir” şəklində çevrilir.

Hz. İsanın (ə.s.) gənc yaş hesab olunan otuz yaşının əvvəlində göyə yüksəldiyini, yer üzünə endikdən sonra qırx il qalacağını ifadə edən İslam alimləri hz. İsanın (ə.s.) yaşlılıq dövrünün təkrar dünyaya gəlişindən sonra olacağını, başqa sözlə, bu ayənin hz. İsanın (ə.s.) nüzuluna dair dəlil olduğunu söyləyirlər. (Məhəmməd Xəlil Herras, Faslu’l-Makal fi Refi İsa Hayyen və Nüzulihi və Katlihi’d-Deccal, Mektebetü’s Sünne, Qahirə, 1990, s. 20)

Quran ayələrinə baxıldıqda bu ifadənin yalnız hz. İsa (ə.s.) üçün istifadə edildiyini görürük. Bütün peyğəmbərlər insanlarla danışıb, onları dinə dəvət etmişlər. Hamısı da yetkin yaşlarında təbliğ vəzifəsini yerinə yetirmişlər. Ancaq Quranda digər peyğəmbərlər üçün belə ifadə istifadə edilmir. Bu ifadə yalnız hz. İsa (ə.s.) üçün istifadə edilmişdir və möcüzəvi bir vəziyyəti ifadə edir. Çünki ayələrdə bir-birinin ardınca gələn “beşikdə” və “yetkin ikən” sözləri iki böyük möcüzəvi zamana diqqət çəkir.

Belə ki, İmam Taberi “Taberi Təfsiri” adlı əsərində bu ayələrdə keçən ifadələri belə açıqlamışdır:

Bu ifadələr (Maidə surəsi, 110) hz. İsanın (ə.s.) ömrünü tamamlayıb yaşlılıq dövründə insanlarla danışa bilməsi üçün göydən enəcəyinə işarə edir. Çünki o gənc yaşda ikən göyə qaldırılmışdı…

Bu ayədə (Ali İmran surəsi, 46) hz. İsanın (ə.s.) həyatda olduğuna aid dəlil var və əhl-i sünnə də bu fikirdədir. Çünki ayədəonun yaşlandığı zamanda da insanlarla danışacağı ifadə edilir. Yaşlanması da ancaq, səmadan yer üzünə enəcəyi zamanda olacaq. (Taberi Təfsiri, İmam Taberi, Cild2, s. 528; Cild 1, s. 247)

Ancaq bəzi insanlar “yetkin” sözünü əsl mənasından uzaqlaşaraq izah edir və Quranın ümumi məntiqi ilə qiymətləndirmirlər. Bu şəxslər peyğəmbərlərin hər dövrdə yetkin və kamala çatmış şəxslər olduqlarını, başqa sözlə bu ifadənin peyğəmbərlərin bütün həyatlarına işarə etdiyini iddia edirlər. Əlbəttə peyğəmbərlər Allah’ın kamala çatdırdığı, yetkin şəxslərdir. Ancaq Allah Əhqaf surəsində yetkinlik yaşının 40 yaş olduğuna işarə edir. Ayədə belə bildirilir:

Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğ­­muşdur. Onun (bətndə) daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!” (Əhqaf surəsi, 15)

“Kəhlən” sözünün açıqlaması da Qurandakı digər məlumatlar kimi, hz. İsanın (ə.s.) təkrar yer üzünə gəlişinə işarə edir. (Doğrusunu Allah bilər.)

Quranda yer üzündən yüzlərlə il əvvəl ayrılıb sonra qayıdan şəxslərhaqqında başqa nümunələr də verilir.

Yüz il sonra dirildilən insan

Bu nümunələrdən biri «Bəqərə» surəsində izah edilən “yüz il ölü qaldığı” ifadə olunan bir şəxsin həyatı ilə əlaqəlidir:

Və ya (damları) uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin (hekayətini) bilmirsənmi? O demişdi: “Allah bu kəndiölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün yaxud bir gündən də az qaldım!” (Allah) dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona (həqiqət) bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”– dedi. (Bəqərə surəsi, 259)

Əvvəlki səhifələrdə ifadə etdiyimiz kimi ayələrdə hz. İsanın (ə.s.) canının alındığından bəhs edilmir. Yuxarıda verdiyimiz ayədə isə ölümdən (mevt) bəhs edilir. Başqa sözlə, qəti olaraq ölən insanın belə Allah’ın diləməsi ilə bu dünyada təkrar dirildildiyi Quranda bildirilən bir həqiqətdir. Quranda buna bənzər başqa hadisələrdən də nümunələr verilir.

Kəhf əhlinin illər sonra oyandırılması

Mövzuya işarə edən digər nümunə isə Kəhf surəsindəki “Əshab-i Kəhf” hekayəsindədir.

Yaşadıqları dövrün din əleyhdarı hökmdarının zülmündən qorunmaq üçün mağaraya sığınan bir qrup gəncin vəziyyətindən bəhs olunan bu hekayədə onların uzun illər yatdıqdan sonra təkrar oyandırıldıqları izah edilir.

Ayələr belədir:

Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– demişdilər.Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik). (Kəhf surəsi, 10-11)

Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb (yatmışdı). Əgər sən onları görsəydin, dönüb onlardan qaçar­­dın və dəhşət səni bürüyərdi.Beləcə onları oyatdıq ki, (nə baş verdiyini) bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: “(Burada) nə qədər qaldınız?”– dedi. (Bəziləri:) “Bir gün yaxud günün bir hissəsi qədər qaldıq”– dedilər. (Digərləri də)dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın!(Kəhf surəsi, 18-19)

Quranda gənclərin mağarada neçə il qaldıqları dəqiq göstərilmir. Bunun üçün “illərlə” ifadəsindən istifadə edilir və müddətin çox qısa olmadığı buradan aydın olur. Həmçinin qalma müddəti ilə bağlı insanların təxmini də olduqca uzun müddət hesab olan 309 ildir:

Onlar mağarada üç yüz il, üstəlik doqquz (il də)qaldılar. De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz!” (Kəhf surəsi,  25-26)

Dünya şərtlərinə görə insanların belə uzun müddət yatmaları mümkün deyil. Başqa sözlə, bu ayədə bildirilən yuxu bizim bildiyimiz mənada yuxuya deyil, Kəhf əhlinin zaman və məkanın olmadığı fərqli ölçüdə olmalarına və yenidən dünyaya göndərilmələrinə işarə edə bilər. (Doğrusunu Allah bilər.)

Eynilə yuxudan oyanan insanlar kimi bu şəxslər də yenidən həyata qayıdıblar. Hz. İsa (ə.s.) da zamanı gəldikdə təkrar dünyaya yaşamağa göndəriləcək, Allah’ın ona bəxş etdiyi şərəfli məsuliyyətini yerinə yetirdikdən sonra, “Dedi ki: “Orada (dünyada) yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız.” (Əraf surəsi, 25) hökmünün bir tələbi olaraq hər insan kimi dünyada öləcək. (Doğrusunu Allah bilər.)

HƏDİSLƏRDƏ HZ. İSANIN (Ə.S.) İKİNCİ DƏFƏ YER ÜZÜNƏ GƏLİŞİ

Hz. İsanın (ə.s.) Allah Qatında diri olduğu və axırzamanda yer üzünə yenidən gəlməsi hədislərdə ətraflı izah edilmişdir. Ən böyük və səhih hədis qaynaqları kimi qəbul edilən Qutub-i Sittədə İmam Malikinin Müvəttəsində, İbn Huzeymə və İbn Hibbanın Səhihlərində, İbn Hanbel və Tayalisinin Müsnədlərində hz. İsa (ə.s.) ilə bağlı hədislər var. Həmçinin bir çox İslam alimi hz. İsanın (ə.s.) ölmədiyinə və yer üzünə yenidən gələcəyinə dair araşdırmalar aparıb, bu mövzuda qaynaq əsər mövqeyində olan müxtəlif kitab və risalələr hazırlamışlar.

Hz. İsanın (ə.s.) Allah Qatında diri olduğu və yenidən dünyaya gələcəyi mövzusunda fikir ifadə edən İslam alimlərindən biri təriqət imamımız olan Əbu Hənifədir. Əbu Hənifə Fiqh-i Əkbər adlı əsərinin son hissəsində bunları bildirir:

Dəccalın Yə’cüc və Mə’cüc’ün çıxması, Günəşin qərbdən doğulması, hz. İsanın (ə.s.) göydən enməsi və digər qiyamət əlamətləri səhih xəbərlərdə qeyd edildiyikimi, haqqdır və olacaq. (Əbu Hənifə, Numan b. Sabit (150/767), Fiqh-i Əkbər, Çevirən: H. Basri Çantay, Ankara, 1982)

Hz. İsanın (ə.s.) gəlişi mövzusunda nəql edilən hədislər təvatür dərəcəsindədir. Bir çox təhqiqatçı da alimlərimizin fikirlərinin bu yöndə olduğunu qeyd edir. Təvatürün təsviri Böyük Lüğətdə belə verilmişdir:

Təvatür: Qüvvətli xəbər, içində yalan ehtimalı olmayan və bir camaata əsaslanan xəbər.

Mütəvatir hədislər isə yalan üzərində birləşmələri düşünülməyəcək qədər sıx olancamaat tərəfindən rəvayət edilən hədislərə deyilir.

İslam alimi Seyid Şərif Cürcani mütəvatir hədis anlayışını belə açıqlamışdır:

Xəbər-i mütəvatirraviləri çoxluqda o dərəcəyə çatan bir xəbərdir ki, adətə görə, o qədər çox rəvayətçinin yalan danışmaları qeyri-mümkündür. Bu təqdirdə rəvayət edilən xəbər haqqında sözlər və məna uyğun gəlirsə, buna “mütəvatir-i ləfzi” deyilir. Əgər hamısının arasında müştərək mənada ittifaq olmaqla yanaşı, (sözlər) arasında ixtilaf olarsa buna “mütəvatir-i mənəvi” deyilir. (Müxtəsər-i Seyid-i Şərif, s. 46)

Hz. İsa (ə.s.) ilə bağlı hədislərin bəziləri isə belədir:

Vallahi şübhəsiz Məryəm oğlu İsa enəcək, həm ədalətli bir hakim, ədalətli bir hökmdar olaraq enəcək… (Səhih-i Müslim, Bir şərhin-Nəvəvi, Cild II, s. 192; Kitab-ul İman, Bab-u Nuzül-i İsa İbn-i Məryəm, Kenzul Ummal, 14/332)

İsa ibn Məryəm ədalətli bir hakim və ədalətli bir imam olaraq enmədikcə qiyamət qopmayacaq… (Sünen-i İbni Mace, 10/340)

Nəfsim qüdrət əlində olan Allah’a and içirəm ki, Məryəm oğlu İsanın ədalət sahibi olaraq enməsi yaxındır… (Əbu Hureyre / Buxari, Büyu 102, Mezalim 31, Ənbiya 49; Müslim, İman 242 (155); Əbu Davud, Melahim 14 (4324); Tirmizi, Fiten 54 (2234)

Nəhayət Məryəm oğlu İsa enər və müsəlmanların əmiri ona: “Gəl, bizə namaz qıldır” deyər. Bundan sonrahz. İsa: “Xeyr, Allah’ın bu ümmətə bir ikramı olaraq sizin bir qisminiz digər bir qisim üzərində əmrlərsiniz” deyər. (Səhih-i Müslim, c. 1, s. 209)

Onunla (hz. İsa ilə) mənim aramda heç bir peyğəmbər yoxdur. O (hz. İsa) şübhəsiz enəcək. Onu gördüyünüz zaman tanıyın! O, orta boylu, ağa çalan qırmızı rəngdədir. Sarı boyalı iki paltar içində olacaq. Yağış yağmasa da saçından su damlayacaq. İslam üçün (elmi) mübarizə aparacaq. Dəccaliyyəti məhv edəcək, sonra yer üzündə tam qırx il qalacaq. Sonra öləcək və namazını müsəlmanlar qılacaqlar. (Buxari, Müslim, Əbu Davud və Tirmizi, Böyük Hədis Külliyatı, Rudani, 5. cild, s. 380)

“İmamınız özünüzdən olduğu halda Məryəm oğlu (İsa) gəldiyi zaman görəsən necə olarsınız?” buyurdu. (Səhih-i Müslim, c. 1, s. 208)

HƏMÇİNİN BAX

Hz. Mehdinin (ə.s.) gəlişinə və İslam əxlaqının dünya hakimiyyətinə işarə edən Quran ayələri

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir