Çərşənbə , İyul 26 2017
Əsas səhifə / BAŞ VERƏCƏK BÖYÜK HADİSƏLƏR / HZ. İSA (ƏS) BU ƏSRDƏ YER ÜZÜNƏ QAYIDACAQ

HZ. İSA (ƏS) BU ƏSRDƏ YER ÜZÜNƏ QAYIDACAQ

AYƏLƏRDƏ HZ. İSANIN (ƏS) İKİNCİ DƏFƏ YER ÜZÜNƏ QAYIDIŞI

Hz. İsanın (əs) yer üzünə ikinci dəfə gələcəyi Quranda çox açıq şəkildə bildirilmişdir. Quranda bildirilən həmin dəlillər bunlardır:

1-ci DƏLİL

Hz. İsanın (əs) ikinci dəfə yer üzünə gələcəyinə dair işarələr daşıyan ayələrdən ilki Ali-İmran surəsinin 55-ci ayəsidir: O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm. (Ali-İmran surəsi, 55) Ayədəki “sənin ardınca gedənləri qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm” ifadəsi diqqətçəkicidir. Quranda qiyamətə qədər inkar edənlərə üstün olan və hz. İsaya (əs) tabe olan bir qrupun varlığından bəhs edilir. Yaxşı bəs kimdir bu insanlar? Hz. İsa dövründə yaşayan həvarilərmi, yoxsa günümüzdə yaşayan xristianlarmı? Hz. İsa (əs) Allah qatına yüksəlmədən öncə ona itaət edənlərin sayı çox az idi və onun dünyadan ayrılmasının ardınca da sürətlə xristianlıqda geriləmə başladı. Həmçinin həvarilər ciddi bir təzyiq altında yaşamaq məcburiyyətində idilər. Sonraki iki əsr boyunca da hz. İsaya (əs) iman gətirənlər eyni təzyiqlərə məruz qaldılar; onlar heç bir siyasi gücə sahib deyildilər. Bu vəziyyətdə keçmişdə yaşayan xiristianların inkar edənlərə üstün gəldikləri və bu ayənin onlara baxdığı iddia edilə bilməz. Daha sonrasına, yəni bu anda yaşayan xiristianlara baxanda isə xristianlığın özünün gerilədiyini, hz. İsanın (əs) bəhs etdiyi haqq dindən fərqli bir din meydana gəldiyini görürük. Hz. İsanın (əs) Allahın oğlu olduğu şəklindəki batil inanc mənimsənmiş və “müqəddəs üçlük” inancı (üçləmə; Ata, oğul, müqəddəs Ruh) qəbul edilmişdir. (Allahı tənzih edirik.) Bu vəziyyətdə dinin əslindən uzaqlaşmış xristianları da hz. İsaya (əs) vəhy edilən haqq dinə tabe olanlar olaraq qəbul edə bilmərik. Quranda təslis inancının batil inanc olduğu belə bildirilmişdir: “Şübhəsiz ki, Allah üçlüyün üçüncüsüdür!”– deyənlər artıq kafir oldular. Halbuki bir olan İlahdan başqa heç bir ilah yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara mütləq üzücü bir əzab toxunacaqdır. (Maidə surəsi, 73) Bu halda “sənə itaət edənləri qiyamətə qədər inkar edənlərdən üstün edəcəyəm” ifadəsi açıq işarə verir. Hz. İsaya (əs) itaət edən və qiyamətə qədər yaşayacaq bir topluluq olmalıdır. Belə bir topluluq, şübhəsiz hz. İsanın (əs) yer üzünə təkrar gəlişi ilə ortaya çıxacaqdır və onun dünyaya növbəti gəlişində ona tabe olanlar qiyamətə qədər inkar edənlərə üstün ediləcək.

2-ci DƏLİL

Nisa surəsinin 156-158-ci ayələrinin ardınca Allah 159-cu ayədə belə buyurur: Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır. (Nisa surəsi, 159) Yuxarıdakı ayədə keçən “Kitab əhlindən elə kimsə yoxdur ki, ölümündən əvvəl ona iman gətirməsin” ifadəsi olduqca diqqət çəkicidir. Bu cümlənin ərəbcə qarşılığı belədir: “… və in min əhlil kitabi illa ləyüminənnə bihi kable mevtihi” Burada bəzı təfsirçilər “o” əvəzliyinin hz. İsa (əs) yerinə, Qurana baxdığını düşünmüşlər və ayədə Kitab Əhlinin ölmədən Qurana iman gətirəcəyi şəklində bir rəy bildirmişlər. Lakin bu ayədən əvvəlki iki ayədə də “o” əvəzliyi hz. İsa üçün istifadə edilmişdir: …bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətə düçar edildilər.) Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. (Nisa surəsi, 157) Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir. (Nisa surəsi, 158) Bu ayələrin ardınca gələn növbəti ayədə istifadə edilən “o” əvəzliyinin hz. İsadan (əs) başqa bir şəxsi, ya da varlığı nəzərdə tutduğunun heç bir dəlili yoxdur. Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır. Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır. (Nisa surəsi, 159) Digər tərəfdən, ayənin ikinci cümləsindəki “Qiyamət günü, o da onların üzərinə şahid olacaqdır” ifadəsi də diqqətçəkicidir. Quranda qiyamət günü insanın dilinin, əllərinin və ayaqlarının (Nur surəsi, 24, Yasin surəsi, 65), eşitmə, görmə duyğularının və dərilərinin (Fussilət surəsi, 20-23) öz əleyhlərinə şahidlik edəcəkləri bildirilir. Quranın şahidliyi ilə əlaqədar isə heç bir ayə yoxdur. İlk cümlə -qrammatik olaraq və ya məntiqi baxımdan heç bir dəlil olmasına baxmayaraq- Qurana baxır qəbul edilərsə, ikinci cümlədəki “o” əvəzliyinin də Qurana baxdığı iddia edilmiş olar. Halbuki bunu söyləmək üçün açıq bir ayə olmalıdır. Bununla yanaşı, əvvəlki ayədə bildirilən “… Allah onu Özünə yüksəltdi” ifadəsi də bu ayədə işarə edilənin Quran olmadığını bir daha göstərir. Quran 1400 ildir iman gətirənlərə hidayət rəhbəridir və Allah Qatına yüksəldilməmişdir. Allah Qatına yüksəldilən hz. İsadır (əs). Bu da ayədə xəbər verilən şahidliyin, hz. İsanın (əs) Kitab Əhli üçün edəcəyi şahidlik olduğunu, ayədə “o” əvəzliyi ilə Qurana işarə edilmədiyini göstərən başqa bir dəlildir. (Doğrusunu Allah bilir.) Digər ayələrdə həmin əvəzliyin Qurana işarə etdiyi hallarda, (Nəml surəsi, 77 və Şüəra surəsi, 192-196-cı ayələrdə olduğu kimi) ayənin əvvəlində və ya sonrasında Qurandan bəhs edildiyini görürük. Ayənin əvvəlində, sonrasında və ya ayənin içində Qurandan bəhs edilirsə, bu ayənin Quranı təsvir etdiyini söyləmək yanlış olar. Bu ayədə isə çox açıq şəkildə hz. İsaya (əs) inanılmasından və onun inananlara şahid olmasından bəhs edilir. Ayənin mənası haqqında izah edəcəyimiz ikinci məqam isə “ölümündən əvvəl” ifadəsinin açıqlaması ilə əlaqəlidir. Bəziləri bu ifadənin “Kitab Əhlinin öz ölümlərindən əvvəl” inanması mənasında olduğunu düşünürlər. Buna görə Kitab Əhlindən olan hər kəs özünə ölüm gəlmədən hz. İsaya (əs) mütləq iman gətirəcəkdir. Halbuki ərəbcə dil məlumatı, bu iddianın doğru olmadığını göstərir. Quranda Kitab Əhli ilə bağlı bütün ayələrdə, cəmi ifadə edən “hum” şəkilçisi istifadə edilmişdir. (Bəyyinə surəsi, 1 və 6; Hədid surəsi, 29; Həşr surəsi 2-də olduğu kimi.) Bu ayədə isə təki ifadə edən “hu” şəkilçisi istifadə edilmişdir. Bu halda, ayədə xəbər verilən, hz. İsanın (əs) ölümündən -yəni yer üzünə ikinci dəfə gəlib bioloji olaraq ölümündən- əvvəl Kitab Əhlinin özünə inanacağıdır. (Doğrusunu Allah bilir.) Həmçinin hz. İsa (əs) dövründə Kitab Əhlinə daxil olan bəzi yəhudilər ona iman gətirməməklə yanaşı, öldürmək üçün tələ qurmuşdular. Hz. İsadan (əs) sonra yaşayıb ölən yəhudi və xristianların isə hz. İsaya (əs) -Quranda bildirildiyi şəkildə – iman gətirdiklərini iddia etmək mümkün deyildir. Nəticə olaraq ayəni diqqətlə qiymətləndirəndə, mənasının bu şəkildə olduğu nəticəsinə gəlirik: “Hz. İsa (əs) ölməzdən əvvəl bütün Əhli Kitab ona iman gətirəcəkdir”. Yəni hz. İsa (əs) ikinci dəfə dünyaya gələndə bütün Kitab Əhli ona tabe olaraq müsəlman olacaq və İslam əxlaqı yer üzünə hakim olacaqdır.

Həmçinin ayədə gələcəkdən bəhs edilir, çünki hz. İsanın (əs) “ölümü” mütləqdir. Halbuki o ölməmiş Allah Qatına yüksəldilmişdir. Hz. İsa dünyaya yenidən gələcək və hər insan kimi yaşayıb öləcəkdir. İkincisi hz. İsaya (əs) bütün Əhli Kitab iman gətirməlidir. Bu da hələ ki, gerçəkləşməmiş, ancaq qəti olaraq gerçəkləşəcəyi bildirilən bir hadisədir. Dolayısı ilə buradakı “ölümündən əvvəl” deyilərək, bəhsi keçən şəxs hz. İsadır (əs). Kitab Əhli onu görüb biləcək, ona yaşayarkən itaət edəcək və hz. İsa (əs) da onların vəziyyətləri ilə bağlı axirətdə şahidlik edəcəkdir. (Doğrusunu Allah bilir.)

3-cü DƏLİL

Hz. İsanın (əs) axırzamanda yenidən yer üzünə qayıdacağı ilə bağlı başqa bir ayə də Züxruf surəsinin 61-ci ayəsidir. Bu surənin 5-ci ayəsindən etibarən hz. İsadan (əs) bəhs edilir:
Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən güldü. Onlar dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa o?” Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən adamlardır. O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur. Əgər istəsəydik, yer üzündə içinizdən sizi əvəz edəcək mələklər yaradardıq. (Zuxruf surəsi, 57-60)
Bu ayələrin dərhal ardınca gələn 61-ci ayədə hz. İsanın (əs) qiyamət saatı üçün bir elm olduğu bildirilir:
(Zuxruf surəsi, 61)
Bu ayədə hz. İsanın (əs) axırzamanda yer üzünə qayıdışı xəbər verilir. Çünki hz. İsa (əs) Quranın endirilməsindən təxminən altı əsr əvvəl yaşamışdır. Belə ki, bu ilk həyatını “qiyamət saatına dair bir məlumat”, yəni bir qiyamət əlaməti olaraq anlaya bilmərik. Ayənin işarə etdiyi məna hz. İsanın (əs), axırzamanda yenidən yer üzünə qayıdacağı və bunun da bir qiyamət əlaməti olacağıdır. (Doğrusunu Allah bilir.) Bu ayədə keçən “O, qiyamət saatı üçün bir elmdir” kəlməsinin ərəbcə qarşılığı belədir: “İnnehu le ilmun lissaati.” Bu ifadədəki “hu” əvəzliyini “Quran” olaraq açıqlayanlar vardır. Ancaq Quran üçün “hu” əvəzliyi istifadə edildikdə mütləq ayənin əvvəlində və ya sonrasında, yaxud ayənin içində Quranı anladan başqa ifadələr də vardır. Başqa bir mövzu içində “hu” əvəzliyi ilə Qurandan bəhs edilmir. Həmçinin əvvəlki ayəyə baxılanda orada da açıqca hz. İsa (əs) nəzərdə tutularaq “o” əvəzliyindən istifadə edildiyi görünəcək:
“O, yalnızca bir quldur; nemət verdik və onu İsrailoğullarına bir örnək etdik.”
Bu əvəzliyin Qurana işarə etdiyini söyləyənlər isə ayənin davamında keçən “Ondan şübhələnməyin, mənə itaət edin” ifadəsini dəlil olaraq göstərirlər. Bu səbəbdən “hu” əvəzliyinin əvvəlindəki ayələrlə bağlı olması və hz. İsanı (əs) anlatması daha uyğundur. Belə ki, böyük İslam alimləri də bu əvəzliyi istər ayələrə, istərsə də səhih hədislərə əsaslanaraq, hz. İsa (əs) olaraq açıqlayırlar. Əlmalılı Həmdi Yazırın təfsirində belə açıqlanır:
O saat üçün bir elmdir –saatın gələcəyini, ölülərin dirilib, qiyam edəcəyini bildirən bir dəlil və əlamətdir. Çünki İsa istər zühuru və istərsə də əmvati əhya (ölüləri diriltmə) möcüzəsi və istərsə də əmvatın qiyamı (ölülərin dirilməsi) verməsi etibarilə qiyamətin vaqe olacağına (baş verəcəyinə) bir dəlil olduğu kimi hədisdə varid (mövcud) olduğuna görə əşratı saatdır (qiyamət əlamətidir). (http://www.kuranikerim.com/telmalili/zuhruf.htm)
Müasir İslam alimlərindən Seyyid Qutub da təfsirində hz. İsanın (əs) yer üzünə yenidən gəlməsinin önəmli dəlillərindən birinin bu ayə olduğuna diqqət çəkir. Qutubun təfsirində bu mövzu belə açıqlanır:
Hz. İsanın (əs) qiyamətin qopmasından əvvəl yer üzünə qayıdacağı ilə bağlı dilimizdə bir çox hədis var. Həqiqətən bu ayə də ona işarə edir: “O, qiyamətin qopacağını göstərən bir elmdir.” Yəni hz. İsanın (əs) yer üzünə qayıtması ilə qiyamətin qopmasının yaxın olduğu bilinir. İkinci bir oxunuş tərzində ayə bu cür oxunur: “Və innəhu lə aləmun lissati”. Yəni onun qayıdışı qiyamətin nişanəsidir, əlamətidir. Hər iki oxunuş tərzi də eyni mənanı ifadə edirlər. Hz. İsanın (əs) göydən enişi, doğru sözlü və güvənilir Peyğəmbərin -salat və salam üzərinə olsun- bəhsini etdiyi və uca Quranın işarə etdiyi bir qeybdir. Qiyamət gününə qədər dəyişməyəcək bu iki mənbədən gələn məlumatlardan başqa, bu məsələ ilə bağlı olaraq hər hansı bir insanın söyləyə biləcəyi söz keçərli deyil. (Seyyid Kutub, Fizilali’l Kuran,http://www.sevde.de/Kuran-Tevsiri/Kuran_Tefsiri.htm)
Ömər Nasuhi Bilmen təfsirində isə bu ayə belə açıqlanır:
Və qiyamətin yaxınlaşması üçün İsa əleyhissəlamın bir əlamət olduğunu və qiyamətin gerçəkləşəcəyinə şübhə edilməyəcəyini xəbər verir… İsa əleyhissəlamın yer üzünə nazil edəcəyi də qiyamət şəriətindən sayılır… (Ömer Nasuhi Bilmen, Kuran-ı Kerim’in Türkçe Meal-i Alisi ve Tefsiri, Cilt VII, 3292)
Həmçinin bunu da nəzərə çatdırmaq lazımdır ki, Quranda heç bir peyğəmbərin qiyamət üçün bir elm olmasından bəhs edilmir. Hz. Muhəmməd (səv), hz. İbrahim (əs), hz. Nuh (əs), hz. Musa (əs), hz. Süleyman (əs), hz. Yusif (əs), hz. Davud (əs), hz. Yaqub (əs) və digər bir çox peyğəmbərin həyatı Quranda təfsilatı ilə izah olunur, ancaq heç biri üçün bu ifadə istifadə edilmir. Bu da hz. İsanın (əs) -Allahın təqdiri olaraq- digər peyğəmbərlərdən fərqli bir xüsusiyyətə sahib olduğuna işarə edir. Bu xüsusiyyət hz. İsanın (əs) Allah Qatına alındıqdan sonra yenidən yer üzünə göndərilməsidir. (Doğrusunu Allah bilir.)
4-cü DƏLİL

Hz. İsanın (əs) ikinci gəlişinə işarə edən başqa ayələr də belədir:
O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və (Allaha) yaxınlaşdırılmışlardan olacaqdır. O, (həm) beşikdə ikən, (həm də) yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır”. (Məryəm) dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?” (Allah) dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olur”. Allah ona yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək. (Ali İmran surəsi, 45-48)
Ayədə Allahın hz. İsaya (əs) Tövratı, İncili və bir də “Kitabı” öyrədəcəyi xəbər verilir. Eyni ifadə Maidə surəsinin 110-cu ayəsində də vardır:
Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldikdə Mən onları səndən dəf etmişdim. Onlardan kafir olanlar isə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”. (Maidə surəsi, 110)
Hər iki ayədə də keçən “kitab” ifadəsini araşdırdıqda, bunun Qurana işarə etdiyini görürük. Ayələrdə Tövrat və İncil xaricində göndərilən son haqq kitabın Quran olduğu bildirilir. (Hz. Davuda (əs) verilən Zəbur da Köhnə Əhidin içindədir) bununla yanaşı, yenə Quranın bir başqa ayəsində, Ali İmran Surəsi 3-cü ayədə, “kitab” kəlməsi, İncil və Tövratın yanında Quranı ifadə etmək üçün istifadə edilmişdir :
2 Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaradılanların) Qəyyumudur. 3 O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi (Ali İmran surəsi, 2-3)
Kitab kəlməsinin Qurana işarə etdiyi digər ayələr isə bunlardır:
Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə (onu inkar etdilər). Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları (peyğəmbər) gəldikdə isə onu inkar etdilər. Allah kafirlərə lənət etsin! (Bəqərə surəsi, 89)
Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi (günahlardan) təmizləyən, Kitabı və hikməti (Sünnəni) sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik. (Bəqərə surəsi, 151)
Hz. İsaya (əs) öyrədiləcək üçüncü “Kitab” Qurandır və bu da ancaq hz. İsanın (əs) axırzamanda dünyaya dönüşündə mümkün ola biləcək. Çünki hz. İsa (əs) Quranın endirilməsindən təxminən 600 il əvvəl yaşamışdı. Bununla birlikdə, Peyğəmbərimizin (səv) hədislərində hz. İsanın (əs) dünyaya ikinci dəfə gəlişində İncil ilə deyil, Quranla hökm edəcəyinin bildirilməsi də bunun bir dəlilidir:
Qırx il Allahın Kitabı və mənim sünnətimlə hökm edər, vəfat edər. (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman, s. 92)
Bu ifadədən də açıq olaraq anlaşıldığı kimi, hz. İsa (əs) yenidən yer üzünə gələndə, Quranın hökmləri ilə hökm edəcək, hz. Muhəmmədin (səv) sünnətini davam etdirəcək. Bu da ayələrdəki mənaya tam olaraq uyğun gəlir. (Şübhəsiz doğrusunu Allah bilir.) Bu ayələrdə diqqət edilməli başqa bir məlumatda hz. İsa (əs) üçün bildirilən sözü gedən ifadənin -əvvəlki mövzuda olduğu kimi- başqa heç bir peyğəmbər üçün bildirilməməsidir. Hz. Musaya (əs) Tövratın endirildiyi, hz. İbrahimə (əs) səhifələr verildiyi, hz. Davuda (əs) Zəburun vəhy edildiyi Quranda bildirilir. Ya da peyğəmbərlərin öz dövrlərindən əvvəl endirilən kitablar varsa, bu kitabları bildikləri xəbər verilir. Ancaq peyğəmbərlərin heç biri üçün, öz dövrlərindən sonra endiriləcək bir kitabın onlara öyrədildiyi xəbər verilməz. Özündən əvvəl endirilən, özünə vəhy edilən və özündən sonra endiriləcək kitabı bildiyi xəbər verilən tək peyğəmbər hz. İsadır (əs). Bu da, hz. İsanın (əs) təkrar yer üzünə gələcəyinin və ikinci dəfə gələndə özündən sonra vəhy edilmiş kitabla, yəni Quranla hökm edəcəyinin işarələrindən biridir. (Doğrusunu Allah bilir.)
5-ci DƏLİL

Bütün bunlarla yanaşı, “Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir “(Ali İmran surəsi, 59) ayəsi də hz.İsanın (as) dönüşünə işarə etmiş ola bilər. Təfsir alimləri bu ayədə hər iki peyğəmbərin də atasız olmasına və hz. Adəmin Allahın “Ol” əmri ilə torpaqdan yaradılması ilə hz.İsanın (əs) yenə “Ol” əmri ilə atasız doğulmasına işarə etdiyinə diqqət çəkmişdirlər. Ancaq ayədə ikinci bir işarə də ola bilər. Hz.Adəm (əs) cənnətdən necə yer üzünə endirilmişsə hz.İsa (əs) da axırzamanda Allahın qatından yer üzünə endiriləcəkdir. (Doğrusunu Allah bilir.) Göründüyü kimi, hz.İsanın (əs) yer üzünə yenidən qayıdacağı ilə bağlı Quranda bildirilən ayələr çox açıqdır.
6-cı DƏLİL

Quranda hz.İsanın (əs) Allah qatına alındığını ifadə edən başqa bir ayə isə Məryəm surəsində bele xəbər verilir:
Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” (Məryəm surəsi, 33)
Bu ayə Ali İmran surəsinin 55-ci ayəsi ilə birlikdə araşdırıldıqda çox önəmli bir həqiqətə işarə edir. Ali İmran surəsindəki ayədə hz.İsanın (əs) Allah qatına yüksəldildiyi xəbər verilir. Bu ayədə ölmə, ya da öldürülmə ilə bağlı bir məlumat verilməmişdir. Ancaq Məryəm surəsinin 33-cü ayəsində hz.İsanın (əs) öləcəyi gündən bəhs edilir. Bu ikinci ölüm isə ancaq hz.İsanın (əs) təkrar dünyaya gəlişi və bir müddət yaşadıqdan sonra vəfat etməsi ilə mümkün ola bilər. (Doğrusunu Allah bilir)
7-ci DƏLİL

Hz. İsanın (əs) təkrar dünyaya gəlişi ilə bağlı bir başqa dəlil isə Maidə surəsinin 110-cu ayəsində və Ali İmran surəsinin 46-cı ayəsində keçən “kəhlən” kəlməsidir. Ayələrdə belə buyurulmuşdur:
Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldikdə Mən onları səndən dəf etmişdim. Onlardan kafir olanlar isə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”. (Maidə surəsi, 110)
O, (həm) beşikdə ikən, (həm də) yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır”. (Ali İmran surəsi, 46)
Bu kəlmə Quranda sadəcə yuxarıdakı iki ayədə və yalnız hz.İsa (əs) üçün istifadə edilmişdir. Hz.İsanın (əs) yetkin halını ifadə etmək üçün istifadə edilən “kəhlən” kəlməsinin mənası “otuz ilə əlli yaşları arasında, gənclik dövrünü bitirib yaşlılığa qədəm qoymuş, yaşı kəmala çatmış kimsə” şəklindədir. Bu kəlmə İslam alimlərinin ortaq fikrinə əsasən “35 yaşdan sonrakı dövrə işarə edir” şəklində tərcümə edilir.
Hz. İsanın (əs) gənc yaşında ,yəni otuz yaşında göyə yüksəldiyini və yer üzünə endikdən sonra burda qırx il qalacağını ifadə edən və İbni Abbasdan rəvayət edilən hədisə əsaslanan İslam alimləri hz.İsanın (əs) yaşlılıq dövrünün təkrar dünyaya gəlişindən sonra olacağını, dolayısı ilə bu ayənin hz.İsanın (əs) nüzuluna dair bir dəlil olduğunu bildirirlər. (Muhammed Halil Herras, Faslul-Makal fi Raf’I İsa Hayyen ve Nüzulihi ve Katlihid-Deccal, Mektebetüs Sünne, Qahire, 1990, səh. 20)
Quran ayələrinə baxılanda bu ifadənin sadəcə hz.İsa (əs) üçün istifadə edildiyini görürük. Bütün peyğəmbərlər insanlarla danışıb, onları dinə dəvət etmişlər. Hamısı da bu vəzifəni yetkin yaşlarında yerinə yetirmişdilər. Ancaq Quranda digər peyğəmbərlər üçün belə bir ifadə istifadə edilməmişdir. Bu ifadə sadəcə hz.İsa (əs) üçün istifadə edilmişdir və möcüzəvi bir halı ifadə edir. Çünki ayələrdə bir – birinin ardınca gələn “beşikdə” və “yetkin ikən” kəlmələri iki böyük möcüzəvi zamana diqqət çəkir.
İmam Tabəri Tabəri Təfsiri adlı əsərində bu ayələrdə keçən ifadələri belə açıqlamışdır:
Bu ifadələr (Maidə surəsi, 110), hz.İsanın (əs) ömrünü tamamlayıb yaşlılıq dövründə də insanlarla danışa bilməsi üçün göydən enəcəyinə işarə edir. Çünki o, gənc yaşda göyə qaldırılmışdı…
Bu ayə (Ali İmran surəsi, 46), hz.İsanın (əs) yaşadığına dair dəlildir və əhli sünnət də bu fikirdədir. Çünki ayədə onun yaşlandığı zamanda da insanlarla danışacağı ifadə edilir. Yaşlanması da ancaq səmadan yer üzünə endiyində olacaqdır. (Taberi Tefsiri, İmam Taberi, cild 2, səh. 528; Cild 1, səh. 247)
Ancaq bəzi şəxslər “yetkin” kəlməsini əsl mənasından çox uzaq şəkildə açıqlayır və Quranın ümumi məntiqi içində dəyərləndirmirlər. Bu şəxslər peyğəmbərlərin hər dövrdə yetkin və kamala çatmış kimsələr olduqlarını, dolayısı ilə bu ifadənin onların bütün həyatlarına aid olduğunu önə sürürlər. Əlbəttə peyğəmbərlər Allahın kamala çatdırdığı, yetkin kimsələrdir. Ancaq Allah Əhqaf surəsində yetkinlik yaşının 40 yaş olduğunu xəbər verir. Ayədə belə bildirilir:
Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğ¬¬muşdur. Onun (bətndə) daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!” (Əhqaf surəsi, 15)
“Kəhlən” kəlməsi ilə bağlı açıqlamalar da Quranda verilən digər məlumatlar kimi hz.İsanın (əs) təkrar yer üzünə gəlişinə işarə edir. (Doğrusunu Allah bilir.)
Quranda həyatı boyunca yer üzündən yüzlərlə il ayrılıb sonra qayıdan başqa nümunələr də verilir.
Yüz il sonra dirildilən adam
Bu nümunələrdən biri Bəqərə surəsində bildirilən “yüz il ölü qaldığı” açıqlanan bir şəxsin həyatına aiddir:
Və ya (damları) uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin (hekayətini) bilmirsənmi? O demişdi: “Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün, yaxud bir gündən də az qaldım!” (Allah) dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona (həqiqət) bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”– dedi. (Bəqərə surəsi, 259)
Əvvəlki səhifələrdə nəzərinizə çatdırdığımız kimi ayələrdə hz.İsanın (əs) canının alındığından bəhs edilir. Yuxarıda verdiyimiz ayədə isə əsl ölümdən bəhs edilir. Belə ki, öldükdən sonra bir insanın Allahın diləməsi ilə bu dünyada təkrar dirildildiyi Quranda bildirilən bir gerçəkdir. Quranda buna bənzər başqa hadisələrdən də örnəklər verilmişdir.
Kəhf Əhlinin illər sonra oyandırılmaları
Bu mövzuya işarə edən digər bir örnək isə Kəhf surəsindəki “Əshabu Kəhf” qissəsindədir.
Qissədə dövrün dinə qarşı hökmdarının zülmündən qorunmaq üçün mağaraya sığınan bir qrup gəncin vəziyyəti və onların uzun illər yatdıqdan sonra təkrar oyandırılmaları xəbər verilir.
Ayələr belədir:
Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– demişdilər. Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik). Kəhf surəsi, 10-11)
Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb (yatmışdı). Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi.
Beləcə onları oyatdıq ki, (nə baş verdiyini) bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: “(Burada) nə qədər qaldınız?”– dedi. (Bəziləri:) “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq”– dedilər. (Digərləri də) dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın! (Kəhf surəsi, 18-19)
Quranda gənclərin mağarada neçə il qaldıqları tam olaraq bildirilməmişdir. Bunun üçün “illərlə” təbiri istifadə edilir ki, müddətin çox qısa olmadığı buradan anlaşılır. Həmçinin, qalma müddəti ilə bağlı insanların fərziyyəsi də olduqca uzun bir müddət olan 309 ildir:
Onlar mağarada üç yüz il, üstəlik doqquz (il də) qaldılar. De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz!” (Kəhf surəsi, 25-26)
Dünya şərtlərinə görə insanların bunun kimi uzun bir müddət yatmaları mümkün deyildir. Belə ki, bu ayədə bildirilən yuxu bizim bildiyimiz mənada bir yuxu deyil, Kəhf Əhlinin zaman və məkanın olmadığı fərqli bir aləmə alınmalarına və yenidən dünyaya göndərilmələrinə işarə etmiş ola bilər. (Doğrusunu Allah bilir.)
Eyni yuxudan oyanan insanlar kimi, bu şəxslər də yenidən həyata qayıdıblar. Bənzər olaraq hz.İsa da (əs) zamanı gələndə təkrar dünya həyatına qayıdacaq və Allahın ona bəxş etdiyi şərəfli vəzifəsini yerinə yetirdikdən sonra, “(Allah) dedi: “Siz orada yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız”. (Doğrusunu Allah bilir.) ( Əraf surəsi, 25)
HƏDİSLƏRDƏ HZ.İSANIN(ƏS) İKİNCİ DƏFƏ YER ÜZÜNƏ QAYIDIŞI
Hz.İsanın (əs) Allah qatında diri olduğu və axırzamanda yer üzünə yenidən gələcəyi hədislərdə təfərrüatı ilə bildirilmişdir. Ən böyük və etibarlı hədis qaynaqları olaraq qəbul edilən Kütüb-i Sittədə, İmam Malikinin Muvattasında, İbn Huzeymə ve İbn Hibbanın Səhihlərində, İbn Hənbəl ve Tayalisinin Müsnədlərində hz.İsa (əs) ilə bağlı hədislər vardır. Həmçinin, bir çox İslam alimi hz.İsanın (əs) ölmədiyi və yer üzünə yenidən gələcəyinə dair araşdırma aparmışlar və bu mövzuda qaynaq olaraq göstərmək üçün cürbəcür kitab və risalələr hazırlamışdılar.

Hz.İsanın (əs) Allah qatında diri olduğu və yenidən dünyaya gələcəyi qənaətində olan İslam alimlərinin başında məzhəb imamımız olan Əbu Hənifə gəlir. Əbu Hənifə Fıkhı Əkbər adlı əsərinin son bölümündə bunları bildirmişdir:
Dəccalın, Yəcüc və Məcücün çıxması, Günəşin qərbdən doğması, hz.İsanın (əs) göydən enməsi və digər qiyamət əlamətləri səhih xəbərlərdə nəql olunduğu kimi haqqdır və olacaqdır. (Əbu Hənifə, Numan ibn. Sabit (150/767), Fıkhı Əkbər,Tərcümə edən: H. Basri Çantay, Ankara, 1982)
Hz. İsanın (as) gəlişi mövzusunda hədislərin çoxluğu təvatür dərəcəsindədir. Bir çox tədqiqatçı alimlərimizin bu barədə fikirləri də bunu təsdiqləyir. Təvatürün mənası Böyük Lüğətdə belə bildirilir:
Təvatür: Qüvvətli xəbər, içində yalan ehtimalı olmayan və bir camaata əsaslanan qüvvətli xəbər.
İslam alimi Seyid Şərif Cürcani mütəvatir hədis anlayışını belə açıqlamışdır:
Xəbəri mütəvatir elə bir xəbərdir ki, onda bir çox rəvayətçilər ortaq bir fikirdə olurlar və bu qədər rəvayətçinin yalan bir xəbər üçün birləşməsi mümkün deyildir. Bu halda rəvayət olunan xəbərə lafiz (söz) və mənaca üst-üstə düşürsə “mütəvatiri lafzi” deyilir. Əgər hamısının arasında müştərək mənada ittifaqla bərabər, lafizlər (sözlər) arasında ixtilaf olarsa buna “ mütəvatiri mənəvi” deyilir. (Müxtəsəri Seyyidi Şerif, səh. 46)
Hz. İsa(əs) ilə bağlı hədislərin bəziləri belədir:
Vallahi mütləq və mütləq Məryəm oğlu İsa enəcək və həm adil bir hakim, həm də ədalətli bir hökmdar kimi enəcək… (Səhihi Müslim, Bir Şərhin-Nəvəvi, Cild II, səh. 192; Kitabul İman, Babu Nuzüli İsa İbni Məryəm, Kenzul Ummal, 14/332)
Məryəm oğlu İsa adil bir hakim və ədalətli bir imam olaraq enmədikcə qiyamət qopmayacaq… (Sünən-i İbni Macə, 10/340)
Nəfsim bütün qüdrət əlində olan Allaha and olsun ki, Məryəm oğlu İsanın ədalət sahibi olaraq enməsi yaxındır. Əbu Hüreyrə ra / Buxari, Büyu 102, Məzalim 31, Ənbiya 49; Müslim, İman 242 (155); Ebu Davud, Məlahim 14 (4324); Tirmizi, Fitən 54 (2234)
Nəhayət Məryəm oğlu İsa enəcək və müsəlmanların əmiri ona: “Gəl, bizə namaz qıldır” deyəcək. Bunun ardınca hz.İsa: “Xeyr, Allahın bu ümmətə bir ikramı olaraq sizin bir qisminiz digər bir qisminizin əmirlərisiniz” deyər. (Səhi-i Müslim, cild. 1, səh. 209)
Onunla (hz.İsa ilə) mənim aramda heç bir peyğəmbər yoxdur. O, (hz. İsa) şübhəsiz enəcək. Onu gördüyünüz zaman tanıyın! O, orta boylu, qırmızımtıl rəngdədir.Əynində sarı rəngli iki paltar olacaq. Yağış yağmasa da, saçından su damlayacaq. İslam üçün (elmi) mübarizə aparacaq. Dəccaliyəti aradan qaldıracaq, sonra yer üzündə tam qırx il qalacaq. Sonra öləcək və namazını müsəlmanlar qılacaqlar. (Buxari, Müslim, Ebu Davud ve Tirmizi, Büyük Hedis Külliyatı, Rudani, 5-ci cild, seh. 380)
“İmamınız özünüzdən olduğu halda, Məryəm oğlu İsa aranıza endiyi zaman görəsən halınız necə olacaq?” buyurdu. (Sehih-i Müslim, cild. 1, seh. 208)

HƏMÇİNİN BAX

Məsum uşaqların öldürülməsi

… Muhəmməd ümmətindən məsum bir uşaq öldürüldüyü zaman göydən bir mələk “haqq onda (hz. Mehdidə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir