Cümə axşamı , Fevral 22 2018
Əsas səhifə / BAŞ VERƏCƏK BÖYÜK HADİSƏLƏR / Hz. İsa (əs) ilə namaz qılacaq şəxs axırzamanın böyük Mehdisidir.

Hz. İsa (əs) ilə namaz qılacaq şəxs axırzamanın böyük Mehdisidir.

Hz. İsanın (əs) ortaya çıxdığı dövrdə hz. Mehdi (əs) darvinizm və materializm kimi yaradılışı inkar edən fəlsəfələri aradan qaldıracaq, Peyğəmbərimizin (səv) xəlifəsi, yəni İslam aləminin mənəvi lideri olaraq bütün dünyada müsəlmanlar arasında İslam birliyini quracaq və bu birliyin mənəvi lideri olacaq. Peyğəmbərimizin (səv) bir çox səhih hədislərində hz. İsanın (əs) da bu dövrdə ikinci dəfə Yer üzünə gələcəyi, hz. Mehdi (əs) ilə birlikdə namaz qılacağı və hz. İsanın (əs) “imamlıq sənə verilmişdir” deyərək hz. Mehdini (əs) imamlığa birbaşa özünün keçirəcəyi bildirilmişdir. Bütün dünyanın gözü önündə gerçəkləşəcək bu hadisə hz. Mehdinin (əs) bütün vəzifələrini yerinə yetirdiyinin və axırzamanın böyük Mehdisi olduğunun da sübutu olacaq. Peyğəmbərimizin (səv) bu şərəfli hadisəni müjdələyən hədislərindən bəziləri belədir:

“İmamları əməlisaleh bir insan olan Mehdi olduğu halda, Beytül-Məqdisə sığınarlar. Orada imamları onlara sübh namazını qıldırmaq üçün önə keçdiyi anda bir də baxarlar ki, Məryəm oğlu İsa (əs) sübh vaxtında enmişdir. Hz. Mehdi (əs) hz. İsanı (əs) önə keçirmək üçün arxaya çəkilər. Hz. İsa (əs) ƏLİNİ ONUN ÇİYİNLƏRİNƏ QOYAR VƏ ONA DEYƏR Kİ, “ÖNƏ KEÇ VƏ NAMAZI QILDIR. ÇÜNKİ QAMƏT (NAMAZA BAŞLAMAQ ÜÇÜN VERİLƏN İŞARƏ) SƏNİN ÜÇÜN GƏTİRİLMİŞDİR.” ((Ebu Rafi’den rivayet edilmiştir; İmam Şarani, Ölüm, Kıyamet, Ahiret ve Ahir Zaman Alametleri, Bedir Yayınevi, s. 495-496)

“Hz. İsa (əs) səmadan nüzul edəcək və onun əmirliyini qəbul edəcək. Hz. İsaya (əs) “BİZƏ NAMAZ QILDIR” DEYİLƏCƏK, ANCAQ O, “ƏMİR SİZİN ARANIZDADIR”- DEYƏ CAVAB VERƏRƏK “BU, ALLAHIN ÜMMƏTİ MUHƏMMƏDƏ BİR LÜTFÜDÜR.” deyəcəkdir. (El Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 24)

 

 

HƏMÇİNİN BAX

Axırzamanda yaxşılar pis, pislər yaxşı qəbul ediləcək

Harundan, İbn Sədəqədən, Cəfərdən, atasından (əs) Allahın elçisinin (səv) səhabələrinə belə dediyi rəvayət edilmişdir: “Qadınların …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir