Çərşənbə , Oktyabr 18 2017
Əsas səhifə / Həzrəti Mehdi (ə.s) / Hz. Mehdi (əs) gecə ibadəti (dərsləri) ilə insanların ağlının inkişaf etməsinə və təmizlənməsinə vəsilə olacaq

Hz. Mehdi (əs) gecə ibadəti (dərsləri) ilə insanların ağlının inkişaf etməsinə və təmizlənməsinə vəsilə olacaq

Hz. Mehdi (əs) gecə ibadəti (dərsləri) ilə insanların ağlının inkişaf etməsinə və təmizlənməsinə vəsilə olacaq

Şübhəsiz ki, gecə qalxmaq (çətin olsa da,) daha əlverişli və Quran oxumaq (baxımından) daha münasibdir. (Müzəmmil surəsi, 6)

Hz. Mehdinin (əs) gecələr edəcəyi təbliğ və dərslər vəsiləsilə insanlar  dövlətinə, millətinə, dininə və bütün bəşəriyyətə faydalı hala gələcəklər. Əvvəl cahil, xəsis, qorxaq olan insan Axırzamanın böyük mürşidi (doğru yolu göstərən insanı) hz. Mehdinin (əs) təbliği və təlimi ilə savadlı, comərd və cəsur olacaq; insanların şəxsiyyəti uca Allahın razı qaldığı şəkildə dəyişəcək.

“… (ONUN (HZ. MEHDİNİN (ƏS)) LÜTFÜ SAYƏSİNDƏ) GECƏ CAHİL, QORXAQ VƏ XƏSİS OLAN İNSAN SƏHƏR SAVADLI, CƏSUR VƏ COMƏRD OLACAQ. (Allahın) köməyi onun (Hz. Mehdinin (əs)) önündə gedəcək… Allahın elçisinin addımlarını izləyəcək və xəta etməyəcək; O ((Hz. Mehdi (əs)), görmədən onu dəstəkləyən bir mələk olacaq. Bezgini ayağa qaldıracaq və zəifə kömək edəcək, hərəkətləri sözlərinə görə olacaq və sözləri əməllərinə görə olacaq… (Əl-Futuhatül-Məkkiyə, səh. 6)

Peyğəmbərimizin (səv) gecə ibadət etməsi kimi, hz. Mehdi (əs) və tələbələri də təbliğ fəaliyyətlərini yalnız gündüz yox, internet, televiziya və radio kimi vasitələrlə gecə də davam etdirəcəklər.

Nuaym ibn Həmmad Əbu Cəfərdən belə rəvayət etmişdir: … (HZ. MEHDİ (ƏS)) GECƏLƏR İBADƏTLƏ MƏŞĞUL OLUB, gündüzlər gizli olacaq… (Ukaylı “Ən-Nəcmüs-saqib fi bəyani ənnəl-hz.Mehdi min övladi Əli bin Əbu Talib Ələt-təmam vəl-kamal”)

” ONLAR (HZ. MEHDİ (ƏS) VƏ TƏLƏBƏLƏRİ) GECƏLƏRİNİ RAHATLIQ İÇƏRİSİNDƏ KEÇİRMƏK YERİNƏ, RƏBLƏRİNƏ İBADƏT EDƏRƏK KEÇİRƏCƏKLƏR.” (Mikyal əl-Məkarim, 1-ci cild, səh. 65)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir