Şənbə , Noyabr 18 2017
Əsas səhifə / Axırzamanda Hz Mehdi / Hz. Mehdi (əs) mehdilik iddialarını qəbul etməyəcək; istəmədiyi halda, ona beyət ediləcək

Hz. Mehdi (əs) mehdilik iddialarını qəbul etməyəcək; istəmədiyi halda, ona beyət ediləcək

Hədislərdə hz. Mehdi (əs) özü istəmədiyi halda, ona beyət ediləcəyi bildirilir. Bu da göstərir ki, hz. Mehdi (əs) özünü heç vaxt Mehdi olaraq elan etməyəcək. Hətta insanlar ona tez-tez israrla “əlamətlər səndə vardır, sən hz. Mehdisən (əs)” dedikləri halda, o, yenə bu iddianı rədd edəcək. Ancaq ölümlə təhdid edildikdən sonra insanların ona beyət etməsini qəbul edəcək. Əbu Səid Peyğəmbərimizin (səv) belə buyurduğunu rəvayət edir:
“Axırzamanda hökmdarlar tərəfindən ümmətimə şiddətli bəla gələcək. Elə bir bəla ki, ondan daha şiddətlisi olmayıb. Geniş yer üzü onlara dar gələcək və zülmlə dolacaq. MÖMİNLƏR BU ZÜLMDƏN XİLAS OLMAQ ÜÇÜN HEÇ BİR SIĞINACAQ VƏ XİLASKAR TAPA BİLMƏYƏCƏKLƏR..” (El-Beyan, səh. 72, EsSevaik-ul Muhrika, səh. 161, Yenabi-ul Mevedde, cild 2, səh. 177)

İnsanlar, nəhayət, Mehdinin yanına gələrlər və rükn(müqəddəs Kəbənin 4 küncü) ilə məqam (məqami-İbrahim) arasında özü istəmədiyi halda, ona beyət edərlər. “Əgər qəbul etməsən, boynunu vurarıq”-deyərlər. Yer və göy əhli ondan razı olar. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler, Kahraman Neşriyat, səh. 31)

Mehdi ancaq məcburi şəkildə lider mövqeyinə razı olacaq. (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh.48)

Xəlifə öləndə ixtilaf olar. Mədinə xalqından bir kəs qaçaraq Məkkəyə gedər. Məkkə xalqından bir qrup Mehdini özü istəmədiyi halda, (olduğu yerdən) çıxarar. Həcərül-əsvəd (qara daş) ilə Məqami-İbrahim arasında Mehdiyə beyət edərlər. (Sünen-i Ebu Davud, 5/94; El-Kavlu’l Muhtasa Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 20) …
Və sonra istəmədiyi halda, beyətlərini qəbul edər. Əgər siz ona yetişsəniz, ona beyət edin. Çünki o, yerdə də, göydə də Mehdidir. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler, Kahraman Neşriyat, səh. 35)

HƏMÇİNİN BAX

Hz. Mehdinin (əs) öldüyü zənn ediləcək

Şeyx Sadiq (rə) atası Səəddən, o da Əbu ibn Umeyrdən nəql etdi: Cəfərin bunu soruşduğunu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir