Çərşənbə axşamı , Dekabr 12 2017
Əsas səhifə / Hz.Mehdi(ə.s) qan axıtmaz / Hz. Mehdi Allahın əmri olduğu üçün əsla qan tökməyəcək

Hz. Mehdi Allahın əmri olduğu üçün əsla qan tökməyəcək

1980-ci ildən başlayaraq dünyada və dünya siyasətindəki bir çox hadisə Mehdiyyət və Məsihiyyətə görə inkişaf edir. 1980-ci ildən etibarən (Hicri 1400) həm Peyğəmbərin (s.ə.v) hədislərinin, həm Quran ayələrinin işarələrinin, həm böyük İslam alimlərinin açıqlamalarının müjdələdiyi kimi, İslam aləmi hz. Mehdinin zühurunu gözləməyə başlamışdır. Eyni tarixlər Tövrat və İncildə olan məlumatlara görə musəvilərin Kral Məsihi (yəni hz. Mehdini), xristianların isə hz. İsanın  yenidən yer üzünə gəlişini gözlədikləri tarixdir.

Bu günə qədər başda evanjeliklər və bəzi yalnış məlumata sahib müsəlmanlar olmaqla, Mehdiyyətin və Məsihiyyətin qan tökülməsiylə, müsəlmanlar və əhli-kitab arasında böyük bir müharibə yaşanmasıyla gerçəkləşəcəyinə aid yalnış inanclar olduğuna görə  düzgün olmayan siyasət aparılmışdır. Xüsusilə, evanjeliklərin Amerikanın xarici siyasətindəki təsirli rolu, keçmiş Amerika hökuməti dövründə İraq və Əfqanıstanın işğalına, həm milyonlarla günahsız müsəlmanın, həm də avropalı və amerikalıların qanının axmasına səbəb olmuşdur. Bəzi evanjeliklər, fərqli məzhəblərdən xristianlar və az sayda da olsa, bəzi musəvilər bu qan tökülməsinin şiddətlənərək artacağına inanır və müsəlmanlarla əhli-kitab arasında böyük bir müharibə  olacağını düşünürlər. İslam aləmindəki bəzi az məlumatlı kəslərin hz. Mehdini qan tökəcək; şiələri, musəviləri, vəhabiləri, xristianları mərhəmətsizcə qətl edəcək biri kimi göstərmələrinin də bu gözlənilən  müharibəni  qızışdırdığı açıqdır.

Halbuki axır zamanın bundan sonrakı dövründə qan tökülməsini gözləyən hər kəs böyük bir yanılma içindədir. Hz. İsa da, hz. Mehdi də əsla qan tökməyəcək, tam əksinə sevgiylə, şəfqətlə, gözəl sözlə, mərhəmətlə din əxlaqını hakim edəcəklər. Bu mövzuda evanjeliklər də, əhli-kitabı düşmən olaraq görən bir sıra müsəlmanlar da ciddi bir yanılma içindədirlər.

Hz. Mehdinin hər hansı bir münaqişəyə girməsi, hər hansı bir döyüşə  insanları təşviq etməsi və qan tökməsi əsla mümkün deyil, çünki Allah, hz. Mehdiyə qan tökməməsini əmr etmişdir. Hz. Mehdi  Allahın Peyğəmbərimizə (s.ə.v) vəhylə bildirdiyi əxlaqa və hökmlərə görə  hərəkət edəcək, Qurana və hədislərə uyğun davranacaq. Hz. Mehdinin  necə bir yol izləməli olduğu, İslam əxlaqını hakim etmək üçün hansı üsullara müraciət etməsi, hansı vəziyyətlər qarşısında necə davranmalı olduğu Peyğəmbərimiz (s.ə.v) tərəfindən ətraflı bildirilmişdir. Peyğəmbərimizə (s.ə.v) bu məlumatları xəbər verən də Cəbrayıl vəsiləsiylə Cənabı-Allahdır. Buna görə də, hz. Mehdi atdığı hər addımda, verdiyi hər qərarda, etdiyi hər işdə Allahın əmrinə görə hərəkət edəcək.Allahın Hz. Mehdiyə əmri isə “Bir damcı  belə  qan tökməməsi, bir insanın burnunun qanamasına belə icazə verməməsi, yuxuda olanın oyanmasının da mümkün  olmayacağı qədər səssizliklə, mehribanlıqla və nəzakətlə  hərəkət etməsidir.”

Allahın Hz. Mehdiyə bu açıq əmri var ikən  əksinin olması, hər hansı bir döyüşün yaşanması mümkün deyil. Hz. Mehdi  Allahdan çox qorxan və Allahı çox sevən mübarək bir insandır və Allahın bu əmrini əskiksiz yerinə yetirəcək. Hz. Mehdi  hz. Xızır  və hz. İsanın  da köməyi ilə müharibəyə əsla icazə verməyəcək. Hz. Mehdi  Allahın əmrinə görə, həm hər məzhəbdən və düşüncədən müsəlmanları sevgiylə qucaqlayıb onları qoruyacaq, həm də xristianların və musəvilərin ən kiçiyinin də zərər görmələrinə izn verməyəcək. Hz. Mehdi, eynilə, Peyğəmbərimizin  dövründə, Osmanlı dövründə olduğu kimi, əhli-kitabı qoruyacaq. Musəvilərə və xristianlara  gözəl sözlə və nəzakətlə İslam əxlaqını izah edəcək, ancaq Quranın “sizin dininiz sizə, bizim dinimiz bizədir” hökmünə görə dinlərini dilədikləri kimi yaşamalarını təmin edəcək. Hər xristian və hər musəvi hz. Mehdi  dövründə dilədiyi kimi, dilədiyi yerdə yaşayacaq,müstəqil şəkildə ibadətlərini yerinə yetirəcək, rahatlıq və etibarlıqda olacaq, düşüncələrini açıqca ifadə edə biləcək və hər şərtdə hörmətlə, izzətlə qarşılıq görəcəkdir. Eyni şəkildə İslam aləmi üçün də irqi, düşüncəsi, milləti nə olursa olsun, bütün müsəlmanlar bərabər haqlara sahib olacaq, rahatlıq içində yaşayacaqlar. Hz. Mehdinin Quran əxlaqına və Allahın ona əmrinə görə təşkil etdiyi mühitdə dinsiz, ateist, buddist kim olursa olsun, hamıya eyni səviyyəli münasibət göstəriləcəkdir.

Dəyərli İslam alimi Şeyx NazimKıbrısı həzrətlərinin vəkili Şeyx Əhməd Yasin həzrətlərinin hz.Mehdinin qan tökməyəcəyi ilə bağlı açıqlamaları

Hz. Mehdi  qan tökməyəcək, hüzur gətirəcək

“Hz. Mehdi  könül əhlidir, hüzur gətirəcək. Hər kəs onsuz da kifayət qədər müharibə gətirdi. Mason müharibə gətirir, ateist müharibə gətirdi, kommunist qan gətirdi. Hər kəs bəla, müsibət gətirdi. Hz. Mehdi  də bunları gətirsə arada nə fərq olar, siz dəlisiz? Könül əhlidir, hüzur əhlidir. O gəldiyi zaman heç bir şey işləməz. Qan gövdəni aparmaz. Qılıncla  işi olmaz. Sözümə yaxşı diqqət edin.  Bəli, “Bəziləri belə deyir”. Vallah paşa könülünüz bilər, mən elə demirəm. Hz. Mehdi  könül əhlidir, qan olmaz, gurultu olmaz, müharibə olmaz, səs-küy olmaz, heç bir şey olmaz. Hüzur içərisində gələr, qurdla quzu yan-yana yaşayar. O elə böyük bir Allah dostudur ki, şeyxlərdən də üstündür. Siz Hacı Bektaşi Vəli həzrətlərini görmürsüz? Bir qucağında aslan, bir qucağında maral var. “Qurdla quzunun bir olduğu dövrü yaşayacağıq” -deyir hz. Mehdi zamanında. Bu himmət ilə, ağıl sahibləriylə olar.”  (29 Sentyabr 2010-cu il)

http://www.halilurrahman.com  /Ses/AY/wmv/2010/96.html

Aşağıdakı hədislər Allahın Peyğəmbərimiz (s.ə.s) vasitəsilə hz. Mehdiyə (ə) nə etməli olduğunu göstərən hədislərdir. Hədislərdəbir nəfər belə burnunun qanamayacağı əbər verildiyi, o dövrdə silahların tamamilə ortadan qalxacağı müjdələnildiyi, bütün insanların bir-birinə sevgi və şəfqətlə yaxınlaşacağı izah edildiyi üçün müharibə gözləyənlər yanılırlar. Bundan əlavə Tövratda və İncildə də hz. İsa (ə) və hz. Mehdi (ə) dövründə qan axıdılmayacağı, bütün dünyaya sülhün hakim olacağı izah edilir. Buna görə də Allah qədərdə dünyanın bu son dövrü üçün hz. İsa (ə) və hz. Mehdi (ə) öndərliyində sülhün, sevginin, dostluğun, qardaşlığın, mükəmməl şəkildə yaşanmasını və dünyanın o vaxta qədər görülməyən gözəl, aydın, rifah, etibarlı, keyfiyyətli, müasir bir hala gəlməsini təqdir etmişdir.

Hz. Mehdi dövründə heç qan axıdılmayacaq

İnsanlar, bal arılarının bəyləri ətrafında toplanması kimi, hz. Mehdinin ətrafında toplanarlar. DAHA ƏVVƏL ZÜLMLƏ DOLU OLAN DÜNYANI, O, ƏDALƏTLƏ DOLDURAR. ƏDALƏTİ ELƏ OLAR Kİ, YUXUDA OLAN BİR KƏS BELƏ OYANDIRILMAZ VƏ BİR DAMCI QAN  AXIDILMAZ. DÜNYA, SANKİ ƏSRİ- SƏADƏT DÖVRÜNƏ GERİ DÖNƏR. (Əl-Qəvlü’l Müxtəsər Fi Əlamət-il Mehdiyy-il Müntəzər, s. 29)

Hz. Mehdi, Peyğəmbərin (s.ə.v) yolu ilə gedəcək, yatan insanı oyandırmayacaq, QAN DA AXIDILMAYACAQDIR. (Muhamməd B. Rəsul Əl-Hüseyni Əl Bərzənci, Qiyamət əlamətləri, s. 163)

Hz. Mehdinin zamanında nə bir kimsə yuxusundan oyandırılacaq, NƏ DƏ BİR KİMSƏNİN BURNU QANAYACAQ. (Əl-Qəvlü’l Müxtəsər Fi Əlamət-il Mehdiyy-il Müntəzər, s. 44)

Ona (hz. Mehdiyə) beyət edənlər (Kəbə ətrafındakı) rükun və mövqe arasında beyət edərlər. Yatanı oyandırmaz, ƏSLA QAN TÖKMƏZ. (Əl-Qəvlü’l Müxtəsər Fi Əlamət-il Mehdiyy-il Müntəzər , s. 24)

Hz. Mehdi təkbir və zikrlə, elm və sevgiylə İslamı hakim edəcək

Peyğəmbər (s.ə.v) belə buyurmuşdur: “ZİKR VƏ TƏKBİRLƏ  KOSTANTİNİYYƏNİ FƏTH EDƏCƏKSİNİZ. O zamana qədər əldə edə bilmədiyiniz qənimətə qovuşacaqsınız.” (İbn- Macə, Fitən, c. s. 35)

Hz. Əmr b. Əvfdən (r.ə) rəvayət edilmişdir:

Rumlara aid Konstantiniyyə (İstanbul) ZİKRLƏ VƏ TƏKBİRLƏ MÜSƏLMANLAR TƏRƏFİNDƏN FƏTH EDİLMƏDİKCƏ qiyamət qopmaz. (Ramuz-əl-Əhadis, s. 478)

“Allahu-təala həzrətləri, mömin qullarına ROMANIN MƏRKƏZİ OLAN İSTANBULUN ZİKR VƏ TƏKBİR İLƏ FƏTHİNİ NƏSİB ETMƏDİKCƏ qiyamət qopmayacaq.” (Əhməd Gümüşhanevi Ramuz’ul Əhadis, s. 478)  

“Allah Təala, möminlərə İSTANBUL VƏ RUM (TORPAQLARININ), ZİKR VƏ TƏKBİR İLƏ FƏTHİNİ NƏSİB ETMƏDİKCƏ QİYAMƏT QOPMAYACAQ” buyurmuşdur. (Deyləmi, Firdevs, 5/82, no: 7524, Təbərani, əl-Mu’cəmu’l-Kəbir, 17/15,21)

İmam Müslümin Əbu Hüreyrədən (r.a) rəvayət etdiyi hədisi-şərifdə Peyğəmbər (s.ə.v) bir gün səhabələrinə xitab olaraq deyir:

… Bu mücahidlər o diyara gəlib yerləşdikləri zaman silahla hərb etməzlər, ox da atmazlar. “La ilahə illallahu əkbər”- deyərək təkbir gətirirlər. Bu təkbirdən sonra şəhərin iki tərəfindəki qala divarlarından biri dağılar. Sonra ikinci dəfə təkbir gətirirlər. Bundan sonra şəhərin o biri tərəfi də təslim olar. Nəhayət, üçüncü dəfə təkbir gətirəcəklər. BUNDAN SONRA İSLAM ORDUSU ÜÇÜN QALA DİVARLARINDA  UÇQUNLAR OLACAQ, ONLAR DA DƏRHAL BURALARDAN ŞƏHƏRƏ GİRƏRƏK FƏTH EDƏCƏKLƏR. (İmam Şarani, Ölüm-qiyamət-axirət və Ahir zaman əlamətləri, s. 445-446)

BU ŞƏHƏRƏ GƏLİNDİYİNDƏ, MÜSƏLMANLAR DÖYÜŞMƏYƏCƏKLƏR. YALNIZ TƏKBİR GƏTİRDİKLƏRİNDƏ şəhərin dəniz tərəfi təslim olacaq, təkrar-təkbir gətirdiklərində digər tərəfi təslim olacaq. 3-cü dəfə təkbir gətirdiklərində də şəhərin hamısı əllərinə keçəcək. (Əl-Qəvlü’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 30)

Hz. Mehdi dövründə müharibə olmayacaq

Düşmənçilik və kini də qaldıracaq… QAB SU İLƏ DOLDUĞU KİMİ, YER ÜZÜ SÜLHLƏ DOLACAQ. Din birliyi də olacaq, artıq Allahdan başqasına ibadət olunmayacaq. MÜHARİBƏ DƏ AĞIRLIQLARINI BURAXACAQ. (Sünən-i Ibn-i Macə, 10/334)

HƏRB  AĞIRLIQLARINI (YƏNİ SİLAHI VƏ S.) BURAXAR. İnsanlar arasında bir düşmənçilik qalmayacaq. Bütün düşmənçiliklər, boğuşmalar, həsədləşmələr mütləq itib gedəcək. (İmam Şarani, Ölüm-qiyamət-axirət və Axır zaman əlamətləri, s. 496)

Hz. Mehdi Allahın əmri gərəyi həyatının heç bir dövründə, heç bir şəkildə qan axıtmayacaq. Bunun əksini edən, yəni Peyğəmbərin (s.ə.v) hədislərinə  baxmayaraq, qan axıdan Mehdi deyil.

Hz. Mehdi dövründə təhlükəsizlik və sakitlik hakim olacaq

Mehdi… KİFAYƏT QƏDƏR SÜKUNƏT İÇİNDƏ HƏRƏKƏT EDƏCƏKDİR. (Qiyamət əlamətləri, s. 173)

Allah onun (Hz. Mehdinin) sayəsində kor fitnəni söndürəcək. YER ÜZÜNDƏ TƏHLÜKƏSİZLİK VƏ SAKİTLİK HAKİM OLACAQ… (Qiyamət əlamətləri, s. 164)

… HƏR YER ƏMİN BİR HALA GƏLƏR… (Kitab-ül Bürhan fi əlamət-il Mehdiyy-il Axır zaman, s. 58)

… ONUN ZAMANINDA QURDLA QOYUN BİR YERDƏ OTLAYACAQ, UŞAQLAR İLAN VƏ ƏQRƏBLƏ OYNAYACAQ… (İmam Suyuti, Qiyamət əlamətləri, Ölüm ve diriliş, s. 179, 1699)

Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmamış olsa belə, Allah mənim Əhli-Beytimdən bir zatı (Hz. Mehdini göndərəcək YER ÜZÜ ZÜLMLƏ DOLDUĞU KİMİ, O YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ. (Sünən-i Əbu Davud, 5/92)

Hz. Mehdi  məndəndir, YER ÜZÜ ZÜLM VƏ İŞGƏNCƏ İLƏ DOLDUĞU KİMİ, ONU DÜZGÜNLÜK VƏ ƏDALƏTLƏ DOLDURAR. (Sünəni-i Əbu Davud, 5/93)

Bu əmir də, (Hz. Mehdi ) insanlar yer üzünü daha əvvəl zülm ilə doldurduqları kimi, YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ.  (Sünən-i İbn-i Macə, 10/348)

Zülmlə dolu olan DÜNYA, O (HZ. MEHDI ) GƏLDİKDƏN SONRA ƏDALƏTLƏ DOLUB DAŞACAQ. (Əl-Qəvlü’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 20)  

HZ. MEHDİNİN ZAMANINDA ƏDALƏT O QƏDƏR BOL OLACAQ ki, məcbur alınan hər mal sahibinə geri qaytarılacaq.  (Əl-Qəvlü’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 23)

… Cənabu-Haqq İslamı necə bizimlə başlatmışa, onunla (Hz. Mehdi  ilə) sona çatdıracaq. Necə ki, bizimlə onlar arasındakı ŞİRK VƏ ƏDAVƏTTƏN (HÜSUMƏT VƏ DÜŞMƏNÇİLİKDƏN) XİLAS OLMUŞ VƏ ÜRƏKLƏRİNƏ ÜLFƏT (DOSTLUQ) VƏ MƏHƏBBƏT (SEVGİ) YERLƏŞMİŞSƏ, (HZ. MEHDİ ) GƏLİŞİ İLƏ YENƏ ELƏ OLACAQ. (Axır zaman Mehdisinin əlamətləri, Cəlaləddin Suyuti, s. 20)

…Onun (Hz. Mehdi ) dövründə yaxşı insanların yaxşılığı artar, pislərə qarşı belə yaxşılıq edilər. (Kitab-ul Bürhan Fi Əlamət-il Mehdiyy-il Axır zaman, sf. 17)

Hz. Mehdi dövründə qadınlara qarşı da təzyiq və zülm ortadan qalxacaq

… Yer üzü təhlükəsizliklə dolacaq və HƏTTA BİR NEÇƏ QADIN YANLARINDA HEÇ KİŞİ OLMADAN RAHATLIQLA HƏCCƏ GEDƏ BİLƏCƏKLƏR. (Əl-Qəvlü’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 47)

Hətta bir qadın beş qadınla birlikdə aralarında heç bir kişi olmadığı halda, sərbəstcə qorxusuz həccə gedə biləcək.  (İmam Suyuti, Qiyamət əlamətləri, Ölüm ve diriliş, s. 179)

Hz. Mehdi dövründə insanlar çox xoşbəxt olacaq

Hz. Mehdiyə aralarında qadınların da olduğu 314 nəfər beyət edəcək və hər zalım onun qarşısında məğlub olacaq.  ZAMANI O QƏDƏR ƏDALƏTLİ OLACAQ Kİ, QƏBİRDƏKİ ÖLÜLƏR DİRİLƏRƏ QİBTƏ EDƏCƏK… (Əl-Qəvlü’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 22)

Hz. Mehdinin xidmətləri elə vacib və böyükdür ki, rəvayətlərdən ONUN İDARƏSİNDƏN YALNIZ İNSANLARIN DEYİL, BÜTÜN YER VƏ GÖY ƏHLİNİN MƏMNUN OLACAĞI BİLDİRİLİR.  (İs’afür-Raqibin, s. 146; əl-Havi, 2:66, 67)

(HZ. MEHDİNİN) ÇIXIŞI YALNIZ ƏHLİ-İMAN ÜÇÜN DEYİL, YER VƏ GÖY ƏHLİ ÜÇÜN DƏ SEVİNC QAYNAĞI OLAR. Belə ki quşlar, vəhşi heyvanlar, dənizdəki balıqlar da sevinərlər.  (Qiyamət əlamətləri, s. 162, 163)

Hər kəs onun (Hz. Mehdinin) ətrafında uşaqlarına səmimi sevgiylə bağlı atanın məclisində, ya da təbəəsinə mərhəmətli bir kralın hüzurundakı kimi oturacaq, sevinc verən ayələri və müjdələri sonsuz xoşbəxtlik yurdunda göstərəcək.(Seyyid Mürtəzə Müçtəhidi Sistani, Nashr Almas Yayınları, s. 257)

(Hz. Mehdi ) Peyğəmbərin (s.ə.v) yolundan gedəcək. Yatan insanı oyandırmayacaq, qan da axıtmayacaq… Yer üzü zülm və işgəncə yerinə, ədalətlə dolacaq. Hər şeyi haqq və ədalət ölçüləriylə bərabər bir halda təslim edəcək. BELƏCƏ YER VƏ GÖY SAKİNLƏRİ ONDAN RAZI OLDUQLARI KİMİ, HAVADAKI QUŞLAR, MEŞƏDƏKİ YIRTICI HEYVANLAR, DƏNİZDƏKİ BALIQLAR BELƏ MƏMNUNLUQ DUYACAQLAR.(Mədinəli Allamə Muhammed b. Rəsul əl-Hüseyni əl-Bərzənci, Pamuk Yayıncılık, İstanbul, 2002, s. 163)

Hz. Mehdi zamanında Əsri-Səadətdə olduğu kimi, KÜLLƏNMİŞ DUYĞULAR BİR-BİR TUMURCUQLANACAQ, ÇİÇƏK AÇACAQLAR.   (əl-Havi l’il-Fətava, s. 67, 68; Rahbavi, Qiyamət əlamətləri, s. 162, 163)

(HZ. MEHDİ ) ALLAHIN İCAZƏSİYLƏ DAŞ KİMİ ÜRƏKLƏRİ YUMŞALDA BİLƏCƏK, KÖMÜR KİMİ RUHLARI almazlaşdıra biləcək, ölü ruhları imanın nuruyla dirildə biləcək… (Əl-Qəvlü’l-Müxtəsər, s. 24; Şaban Döğen Mehdi ve deccal, s. 194-195)

Ümməti Muhəmməddən məmnun olmayan heç bir fərd qalmayacaq. (Muhammed B. Resul Əl-Hüseyni Əl Bərzənci, Qiyamət əlamətləri, s. 163)

Cənab Adnan Oktarın hz. Mehdinin qan tökməyəcəyi ilə bağlı açıqlamaları

Hədislər Allahın vəhyidir. Hz. Mehdi  buna tabe olacaq və həyatının heç bir dövründə qan tökməyəcək

ADNAN OKTAR:  Peyğəmbərimizin (s.ə.v) əmri var. Vəhylə əmr edilir. Hz. Mehdiyə əmri. Peyğəmbərimizə (s.ə.v) söyləyir Cənabu-Allah, Cəbrayıl vasitəsiylə. “Mehdi  qan axıtmayacaq” – deyir. İndi bunun əksi necə edilə bilər?Bu fərz olur. Peyğəmbər əmri, yəni Peyğəmbərə (s.ə.v) Allah əmr edir və fərz olmuş olur. “Qan axıtmayacaq” – deyir, qan axıda bilməzsən. “Yatan insanı oyandırmaz”- deyir. Çox yaxşı davranmaqla mükəlləfdir.  Çox diqqətli, “Burnu da qanamayacaq” demək nə deməkdir? “Yolda belə çox diqqətli gedəcəksən” deməkdir. Qolun ,dirsəyin belə dəyməyəcək. Deməli, çox böyük bir şəfqət və sevgi hakim olacaq, bunu Amerika xalqına izah etmək lazımdır. İndi bəzi hocalar var. Orada-burada gəzişirlər. Özü gəzişməsə də fikri, sözləri gəzişir. Bunların ağzından nur axmasını təmin etmək lazımdır. O zaman Amerika xalqı da böyük bir coşğuyla həm İslamı istəyəcək, həm də İttihadı-İslamı çox istəyəcək. Çünki bir qurtuluş olduğunu  biləcəklər. Yuxarı səviyyədəkilər anladılar, lakin xalq bilmir. (28 Sentyabr 2010-cu il, Gaziantep Olay TV)

Hz. Mehdi çox böyük bir əsgəri gücü olmasına baxmayaraq, bir damcı qan da axıtmayacaq

ADNAN OKTAR: məsələn, Əfqanıstan Amerikanın işğalı altındadır. Amerika Turk İslam birliyi olduğunda çox nəzakətli bir şəkildə sürətlə ölkəni boşaldar. Sürətlə, yəni təxminim ən çox 48 saatda. Təhdidlə olar? Yox. Sevgidən, məhəbbətdən coşarlar. Amma İslam ordusu otuz milyonluq nəhəng bir pəncə olaraq qalır. Pəncələmək ayrıdır, pəncəni tutmaq ayrıdır. Yəni hz. Mehdi  istəsə bütün bölgəni yerlə bir edər, Allahın izniylə. Elə bir əsgəri gücə sahib olacaq. Amma damcı qan axıtmayacaq. Heç bir silah və gücü olmadan damcı qan axıtmamaq ayrıdır, amma bölgəni yerlə bir edəcək gücə sahibkən, yəni əleyhdar gücləri belə diz çökdürəcək gücə sahibkən damcı qan axıtmayıb, üstəlik, böyük məhəbbət göstərmək çox ayrı bir şeydir. Gücü olmayanın təvazökar olması o qədər vacib deyil. Məsələn, adam pərişan şəkildə ağır xəstədir, deyirsən ki, “İntiqam almır adam”. Onsuz da ala bilməz, gücü yoxdur. Amma nəhəng əsgəri gücə, qəhredici gücə sahib olduğu halda bundan istifadə etmirsə,  bu çox böyük bir hadisədir. Hz. Mehdinin  xüsusiyyəti budur. Yəni qəhredici bir əsgəri gücə sahib olacaq. Təbii ki, dünyanın ən böyük ordusu olacaq. Amerika və rus ordularından da üstün bir orduya sahib olacaq. Amma heç bir şəkildə istifadə etməyəcək ordunu. Hz. Mehdinin dərmanı yalnız sevgidir.

Gedər danışar, bölgəni gəzər və məsələ həll olunar. Cənub-şərqdə qardaşlarımız istədiyi kimi malları, davarları götürəcəklər, dağlara çıxacaqlar, halaylar çəkəcəklər. Bütün bölgə onlar üçün etibarlı olacaq. Hər santimetri belə etibarlı olacaq. Məsələn, gecə saat  iki tamamda  sinəsini gərə-gərə dağda gəzəcəklər. İndi mümkündür bu? Deyil. Yəni xəyal belə edə bilməzlər, insanlar. Bax, gecə saat iki tamamda sinəsini gərərək gəzəcəklər. Gecə gözəl Kürd çadırlarını  quracağıq oraya, Allahın izniylə, quzu axtaracağıq. PKK-nı,  axtaracaqlar  görəsən varmı? Tapa bilməyəcəklər ki, tapsaq danışarıq. “Niyə belə olur”, filan deyərik. Amma tapılmaz. Onlar da o qədər səfeh deyilllər ki, terror aktları etməzlər, mövzu baglanar.  (19 Oktyabr 2010-cu il, Kaçkar TV)

Hz. Mehdi dövründə silahlar əridiləcək

OKTAR BABUNA: Hz. Mehdi  “Düşmənçilik və kini də qaldıracaq. Qab su ilə dolduğu kimi, yer üzü sülhlə dolacaq. Din birliyi də olacaq, artıq Allahdan başqasına ibadət olunmayacaq. Döyüş də ağırlıqlarını buraxacaq”.  (Sünən-i İbni Macə)

“Hərb  ağırlıqlarını (silah və s.) buraxar”.

ADNAN OKTAR: Silahlar əridilər, inşaAllah. Quranda Zülqərneyn hekayəsində bildirilən odur. Yəni Quranda polad və dəmirin dağlar kimi əridildiyi bildirilir. Tanklar ,toplar da dağlar kimi dəmir-dümür yığınları halına gələcəkdir. Onlar əridiləcək və sənayedə istifadə ediləcək, inşaAllah. Heç bir şəkildə silah və qan yoxdur bundan sonra. (28 Sentyabr 2010-cu il, Gaziantep Olay TV)

Hz. Mehdi dövrün ən müasir insanıdır, azadlıq verəcək. Fanatiklər və kommunistlər qan tökülməsini istəyər, hz. Mehdi  damla qan axıtmayacaq

ADNAN OKTAR: … Həzrəti Mevdudi söyləyir ki, hz. Mehdi  “dövrün ən müasir insanıdır”. “Ənənəvi din anlayışına sahib bir qisim xuarafat  tərəfdarları şok olacaq onu görüncə” – deyir. “”Bu bizim dinimizi apardı” – deyəcəklər“ – deyir. Çünki, insanlar qadağalara öyrəşdikləri üçün azadlıq görür, ”Haradan çıxardın azadlığı?” -deyir. Gözəlliklər gətirir, “Sən nə edirsən? Mən çirkinlik istəyirəm, sən gözəllik gətirirsən” – deyir. Adam vedrə ilə qan istəyir. Yəni tankerlərlə qan istəyir. Hz. Mehdi  deyir ki; “Mən damla qan axıtmaram”. Adam dəniz kimi qan istəyir. Məsələn, kommunistlər də qana çox meyllidir. Xurafatçılar da qana çox meyllidir. Kommunistlər:  “Bu qırmızı qan dənizinin üfüqündən bir qırmızı günəş doğacaq” – deyirlər. Bax, “bu qırmızı qan dənizidir”, “dəniz kimi qan axacaq” deyir kommunistlər, dəniz kimi və “bu qırmızı qan dənizinin üfüqündən qırmızı bir günəş doğacaq” deyir. Xurafatçılar nə deyir? Bu qırmızı qan dənizinin üfüqündən bir qırmızı günəş doğacaq” – deyirlər. Onlar da eyni iddiadadırlar. Hz. Mehdi nə deyir: “Bu sözləri bir kənara buraxın, damla qan axıtmayacağam”. “Damla” deyir. “İnsanların burnu da qanamayacaq” deyir. Şeytan sel kimi qan istəyir. Bu şeytanın istəyidir, şeytan qana əsla doymaz. Hz. Mehdi isə antişeytandır. Şeytanın boynunu qıran varlıqdır. Hz. Mehdi  dövründə şeytan tam mənasıyla məğlub olar. Şeytanın rəvayətlərdə hz. Mehdi  dövründə öldürüldüyü vardır. Məğlub olar, bitər təbii ki. (13 Avqust 2010-cu il, Kocaeli TV)

Hz. Mehdiyə tabe olduqdan sonra bir insanın qan tökməyə marağı qalmaz. Demokratiyanın ən gözəli onunla gələcəkdir.

ADNAN OKTAR: Hz. Mehdiyə tabe olduqdan sonra bir insanın belə qana marağı qalmaz. Qanla, zülmlə, pis işlərlə əlaqəsi kəsilər. Çünki hz. Mehdi əsrinin ən aydın, ən keyfiyyətli insanıdır. Yəni ən gözəl, ən müasir həyatı müsəlmanlara təqdim edəcək. Ən varlı həyatı təqdim edəcək. Demokratiya və azadlığın ən mükəmməli dünyaya gələcəkdir. Xristianı da ola bildiyinə azad ola bilir, musəvi də ola bildiyinə azad, dinsiz də ola bildiyincə azaddır. Kimsə kimsəyə qarışmaz. Hz. Mehdinin dövrü budur (28 Sentyabr  2010-cu il, Gaziantep Olay TV)

Hz. Mehdi anti-qandır

ADNAN OKTAR: Hz. Mehdi  antiqandır. Qanı qəbul etməz. Hz. Mehdi Müsəlmanların burnunun belə  qanamasına icazə verməz . “Gedin ağızınızı, burnunuzu dağıdın ” deməz, “gedin orada qan, rəvan içində qalın” deməz. Hz. Mehdi  elə bir plan qurar ki, elə bir zəmin hazırlayar ki,  dolanar arxadan, birdən  tutar, hamısını təslim alar. Mehdiyyətin xüsusiyyəti budur, hz. Mehdi  gedib murdarcasına qan axıtdırmaz. Peyğəmbərimiz (s.ə.v.) nə deyir? “Damla qan axıtmaz” deyir. “Yatan insanı oyandırmaz,” yuxusuna davam etdirər. Baxın; “burnu qanamaz, damla qan axmaz” deyir. “Damla.” Yəni damla nə deməkdir? Bu qədərlik bir şey, deyil? Bu düzgün, açıq hədisdir “damla qan axıtmaz,” hz. Mehdi bu şəkildədir.  Mehdiyətdən qan gözləməsinlər, Mehdiyyətdə qan yoxdur. Mehdiyyət sülhlə, ağılla, məqbulluqla hərəkət edəcək. Mən də hz. Mehdi  qabaqcıllarından  olduğum üçün antiqanam, qan axıtdırmaram. Damla qan axıtdırmam. Müsəlman qanı da, musəvi qanı da, xristian qanı da axıtdırmaram. (12 Iyun 2010-cu, Kocaeli TV)

HƏMÇİNİN BAX

İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları

İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları Hz. Mehdinin vəsiləsi ilə İslam əxlaqının …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir