Çərşənbə , Oktyabr 18 2017
Əsas səhifə / Hz.Mehdi(ə.s) qan axıtmaz / Hz. Mehdi hz. Zülqərneyn və hz. Süleyman kimi sülhlə hökm edəcək

Hz. Mehdi hz. Zülqərneyn və hz. Süleyman kimi sülhlə hökm edəcək

Hədislərdə hz. Mehdinin daha əvvəl İslam əxlaqını dünyaya hakim etmiş hz. Süleyman və hz. Zülqərneyn kimi yer üzünə hökm edəcəyi bildirilir. Bu hədislərdən biri belədir:

Mehdi eynilə Zülqərneyn və Süleyman kimi dünyaya hökm edəcəkdir.  (Əl-Qəvlül Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 29)

Böyük İslam alimi İmam Rəbbani də məşhur əsəri Məktubatda hz. Mehdinin hz. Süleyman və hz. Zülqərneyn kimi dünyaya İslam əxlaqını hakim edəcəyini bildirən hədislərə yer vermişdir. Bu hədislərdən birində belə deyilir:

Yer üzünün dörd məliki var. Onların ikisi möminlərdən, ikisi də kafirlərdəndir. Zülqərneyn və Süleyman möminlərdəndir. Nəmrud və Buxtunnəsr isə kafirlərdəndir. Yerə beşinci olaraq Əhli-beytimdən biri sahib olacaq. Yəni, Mehdi.  (Məktubat-i Rəbbani, 2/251)

Peyğəmbərimizin (s.ə.v) hədisində də bildirildiyinə görə bu günə qədər müsəlmanlardan İslam əxlaqını dünyaya hakim etmiş iki mübarək kəs hz. Zülqərneyn və hz. Süleymandır. Dünyaya hakim olacaq üçüncü Müsəlman isə hədisdə eynilə hz. Zülqərneyn  və hz. Süleyman kimi xəbər verilən hz. Mehdidir. Hz.Zülqərneyn və hz. Süleymanın üstün əxlaq xüsusiyyətləri İslam əxlaqını yer üzünə hakim edəcək olan hz. Mehdidə də olacaqdır.

Quran ayələrində hz. Süleyman və hz. Zülqərneynin xoşgörüşlü, əfvedici və sülhsevər olduqları bildirilmişdir. Hz. Zülqərneyn ilə əlaqəli ayələrdən bəziləri bu şəkildədir:

Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü. (Zülqərneyn) onun yanında bir tayfaya rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!”  (Kəhf surəsi, 86)

İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq”.   (Kəhf surəsi, 88)

Ayələrdə buyurulduğu kimi, hz. Zülqərneyn qarşılaşdığı cəmiyyətə qarşı gözəlliklə davranmış və bu cəmiyyəti asan olana dəvət etmişdir. Həm bu cəmiyyətə, həm də ayələrdə bildirildiyi kimi daha sonra qarşılaşdığı cəmiyyətlərə qarşı ədalətlə davranmış və problemləri qarışısında onlara çıxış yolları göstərmişdir. Özündən yardım istəyən cəmiyyətə qarşılığında heç bir şey gözləmədən yardım etmişdir. Hz. Zülqərneyn ətrafındakı xalqlar tərəfindən yer üzündə pozğunluğu və fitnəni əngəlləyən insan olaraq tanınmış, insanlara sülh və hüzur gətirən bir öndər olmuşdur. Şübhəsiz, bunlar uca Rəbbimizin əmr etdiyi gözəl əxlaqı ən gözəl şəkildə yaşamasının bir nəticəsidir.

Hz. Süleyman da ayələrdə yer alan məlumatlardan aydın olduğu kimi, yaşadığı dövrdə çox üstün bir mədəniyyət meydana gətirmiş və hakimiyyətini də sülh yolu ilə, sənətlə və mədəniyyətlə təmin etmişdir. Çox güclü qarşıqoyulmaz ordulara sahib olmasına baxmayaraq, əsgəri gücünü istifadə etməmişdir.

Hz. Mehdi də ortaya çıxıdığı zaman İslam əxlaqını eynilə hz. Zülqərneyn və hz. Süleyman kimi mədəni fəaliyyətlərlə hakim edəcək, sülh yolunu istifadə edəcək, sənət və estetikaya əhəmiyyət verəcək, ədaləti və dürüstlüyü ilə bütün insanların sevgisini qazanacaqdır. İslam əxlaqının hakim olduğu dövrdə insanlar arasında kin, hüsumət və düşmənlik deyil, sevgi, anlayış və şəfqət yayılacaqdır. İnsanların ən çox sevgilərini yönəltdikləri, özündən ən çox razı olduqları insan isə bu gözəl dövrə səbəb olan hz. Mehdi olacaqdır.

HƏMÇİNİN BAX

İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları

İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları Hz. Mehdinin vəsiləsi ilə İslam əxlaqının …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir