Şənbə , İyun 24 2017
Əsas səhifə / Hz.Mehdi(ə.s) qan axıtmaz / Hz. Mehdi sevgi və mərhəmətlə insanları İslam əxlaqına dəvət edəcək

Hz. Mehdi sevgi və mərhəmətlə insanları İslam əxlaqına dəvət edəcək

Hz.Mehdi çox üstün əxlaqa sahib olan mübarək bir şəxsdir. Bir çox hədisdə hz. Mehdinin gözəl əxlaqı detallı olaraq tərif edilmiş və öyülmüşdür. Hz. Mehdinin əxlaqı ilə əlaqəli bildirilən hədislərdən birində isə bu mübarək zatın əxlaqının Peyğəmbərimizin (s.ə.v) əxlaqına bənzədiyi ifadə edilmişdir:

Əxlaqı mənim əxlaqım olan bir övladım çıxacaq. (Kitab-ül Bürhan Fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 21)

Peyğəmbərimiz (s.ə.v) əxalqı və imanı ilə aləmlərə üstün tutulmuş, Rəbbimizin özünə böyük nemətlər bəxş etdiyi çox dəyərli və üstün bir insandır. Rəbbimiz Quranda Peyğəmbərimizin (s.ə.v) üstün əxlaqına dair bir çox nümunə vermişdir. Özünün bütün iman edənlərə nümunə olduğu yönlərindən biri də sevgi dolu, incə düşüncəli və mərhəmətli olması, insanlara yumşaq davranmasıdır. Ayədə bu şəkildə buyurulur:

Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, (Allahdan) onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir.  (Ali-İmran surəsi, 159)

Hədislərdə olan məlumatlardan açıq aydın olduğu kimi, hz. Mehdi də eynilə Peyğəmbərimiz (s.ə.v) kimi insanlara sevgi və mərhəmətlə yaxınlaşacaq, anlaşmazlıqları sülh yolu ilə həll edəcək, insanları səbirlə gözəl əxlaqa və imana dəvət edəcəkdir. Hz. Mehdinin inkarçı ideologiyalara qarşı mübarizəsi fikrən olacaq, Rəbbimizin lütfü ilə çox ağıllı və hikmətli üsullarla küfr ideologiyalarını fikrən məğlub edəcəkdir. Hədislərdə xəbər verildiyinə görə hz. Mehdinin bu böyük fikri mübarizəsi yatan adamın fərqinə belə vara bilməyəcəyi sakitlik, sükunət və nizam içində olacaq:

(Hz. Mehdi) Zamanında nə bir kimsə yuxusundan oyandırılacaq, nə də bir kimsənin burnu qanayacaq. (Əl Qəvlül Müxtəsər fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 42)

(Hz. Mehdi) Peyğəmbərin (s.ə.v) yolundan gedəcək. Yatan insanı oyatmayacaq, qan da axıtmayacaq. Canlandırılmamış sünnət, qaldırılmayan bidət buraxmayacaq… (Qiyamət Əlamətləri, s. 163)

Hədislərdə də bildirildiyi kimi, Mehdi bütün dünyaya İslam əxlaqını sülh yolu ilə hakim edəcək. Gərginliklərə və anlaşmazlıqlara bütün tərəflərin razı olacağı bir ədalətlə çarə tapacaq, bütün problemlər sülh yolu ilə ortadan qaldırılacaq. Hz. Mehdi insanları İslam əxlaqının əmri olan mərhəmətə, səbrə, yaxşılığa və gözəlliyə çağıracaq, öz üstün əxlaqı və davranışı ilə insanlara hər mövzuda olduğu kimi, bu mövzuda da nümunə olacaq. Hz. Mehdinin insanlara bu dəvəti bir hədisdə belə bildirilir:

(Hz. Mehdi) Yatsı namazını qıldıqdan sonra ən yüksək səsi ilə belə xitab edər: Ey insanlar, Mən sizə Allahı xatırladıram. Sabah məhşər günündə Allahın hüzurunda yerinizin nə olacağını xəbər verirəm. Allah-Təala sizə bir çox dəlillər və peyğəmbərlər göndərmiş, Quranı endirmiş və sizə belə əmr etmişdir: Allaha heç bir şeyi ortaq qoşmayın, Allah və Rəsuluna itaəti qoruyun. Quranın canlandırdığını dirildin, qadağalarını da qadağan edin və siz Mehdiyə köməkçi və dəstək olun. Necə ki, dünyanın pisləşməsi və zavala çatması yaxınlaşmışdır. Bu dəqiqdir. Mən sizi Allaha və Rəsuluna, Onun kitabı ilə əməl etməyə, batili yox edib, sünnəti canlandırmağa dəvət edirəm. (Kitab-ül Bürhan fi Əlamət-il Mehdiyy-il Axırzaman, Əli b. Hüsaməddin əl-Müttəqi, s. 55-56)

Bütün bu məlumatlar açıqca göstərir ki, hz. Mehdinin izləyəcəyi yol bütün dünyada böyük bir mədəni atılımla insanların İslam əxlaqına istiqamətləndirilməsi olacaq.

HƏMÇİNİN BAX

İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları

İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları Hz. Mehdinin vəsiləsi ilə İslam əxlaqının …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir