Çərşənbə , May 24 2017
Əsas səhifə / Quranda Mehdiyyət / Hz. Mehdinin (ə.s.) gəlişinə və İslam əxlaqının dünya hakimiyyətinə işarə edən ayələrin əbcədləri

Hz. Mehdinin (ə.s.) gəlişinə və İslam əxlaqının dünya hakimiyyətinə işarə edən ayələrin əbcədləri

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir…” (Nur surəsi, 55)

Əbcəd: MİLADİ: 201

Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri (bununla) müjdələ. (Səff surəsi, 13)

Əbcəd: HİCRİ: 1402, MİLADİ: 1981

Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz) kitablarda da yazmışdıq ki, yer üzünə Mə­­nim əməlisaleh qullarım varis olacaqlar. (Ənbiya surəsi, 105)

Əbcəd: 2051

Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi:

“Həqiqətən, onlara kömək göstəriləcəkdir.Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”. (Saffat surəsi, 171-173)

Onlar əvvəllər də fitnəkarlıq etməyə çalışmış və sənin əleyhinə hiylələr qurmuşdular. Axırı ki, haqq yerini tapdı və onlar istəmədikləri halda Allah’ın hökmü qələbə çaldı. (Tövbə surəsi, 48)

2025 (Şəddəli)

Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mücadilə surəsi, 21)

Onlar Allah’ın nurunu öz ağızlarından (çıxanlarla) söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır. (Səff surəsi, 8)

Müşriklərin xoşuna gəlməsə də, (İslam) dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur. (Səff surəsi, 9)

Əbcəd: Şəddəsiz 2021

(İslamı) bütün dinlərdən üstün etsin deyə Öz Elçisini hidayətlə və həqiqi dinlə göndərən Odur. Şahid kimi Allah kifayətdir. (Fəth surəsi, 28)

Əbcəd: 1444, (Miladi) 2022)

Onlar ağızları ilə Allah’ın nurunu söndürmək istəyirlər. Allah isə (buna) yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz  nurunu tamamlayar. (Tövbə surəsi, 32)

Əbcəd: Hicri 1423, Miladi: 2002

Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur. (Tövbə surəsi, 33)

və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir”. (Elçilər) qələbə istədilər. Hər bir inadkar dikbaş da ziyana uğradı. (İbrahim surəsi, 14-15)

Allah’ın köməyi və qələbə gəldiyi zaman,insanların dəstə-dəstə Allah’ın dininə girdiklərini gördükdəhəmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr surəsi, 1-3)

Əbcəd: 2016

Həqiqətən, Biz sənə aydın bir qələbə verdik ki,Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsinvə Allah sənə böyük bir qələbə ilə kömək etsin. (Fəth surəsi, 1-3)

Əbcəd: 1979

…(Allah) sizin bilmədiklərinizi bilir. O, bundan qabaq (Məkkəyə girməzdən əvvəl sizə) yaxın bir qələbə də bəxş edəcəkdir. (Fəth surəsi, 27)

Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin istəyinə uyma, yoxsa o səni Allah’ın yolundan azdırar. Həqiqətən, Allah’ın yolundan azanları Hesablaşma gününü unutduqları üçün şiddətli bir əzab gözləyir. (Sad surəsi, 26)

1428/2007 (şəddəli)

Allah, Onun rizasını arayan şəxsləri (bu Kitabla) əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 16)

Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək. (Qəsəs surəsi, 5)

Əbcəd (1): 1996

Əbcəd (2) liderlər … və varislər etmək: 2021

Beləliklə, Yusufa yer üzündə hökmranlıq verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsirgəmirik. (Yusuf surəsi, 56)

Əbcəd: 2017

Onu alan misirli öz arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək”– dedi. Beləliklə, Yusufu yer üzündə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların çoxu (bunu) bilmir.(Yusuf surəsi, 21)

Əbcəd: MİLADİ 2014

Kim Allah’ı, Onun Elçisini və iman gətirənləri (özünə) dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allah’ın firqəsidir. (Maidə surəsi, 56)

Əbcəd: 2055

Sonra onların ardınca sizi yer üzündə xələflər etdik ki, görək necə davranacaqsınız. (Yunus surəsi, 14)

Əbcəd: MİLADİ: 204

…. Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər. (Rəd surəsi, 42)

De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!” (İsra surəsi, 81)

(Musa ilə olan) zəif camaatı isə yer üzünün xeyir-bərəkət verdiyimiz məşriqlərinə və məğriblərinə varislər təyin etdik… (Əraf surəsi, 137)

(Allah) sizi onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir. (Əhzab surəsi, 27)

Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək. (Yunus surəsi, 82)

Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allah’a aiddir. (Həcc surəsi, 41)

Əbcəd: 1399 ; 1979 (Şəddəli)

Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız. (Ali İmran surəsi, 139)

1437 / 2016

5/54- Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allah’ın lütfüdür, onu istədiyinə verər. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir.

Bilin ki, göylərdə və yerdə olanların hamısı Allah’ındır. Bilin ki, Allah’ın vədi haqdır, lakin onların çoxu (bunu) bilmir. (Yunus  surəsi, 55)

ƏBCƏD: 1446 / 2025 (Şəddəsiz)

Şübhəsiz ki, Rəbbin sənə (nemət) bəxş edəcək, sən də razı qalacaqsan. (Duha surəsi, 5)

Əbcəd: MİLADİ vav-ı atifla 2015, vav-ı atifsiz 2009

Sən qəlbində xəstəlik olanların: “Qorxuruq ki, başımıza bir fəlakət gələ”– deyərək onların (Kitab əhli) arasında vurnuxduqlarını görürsən. Ola bilsin ki, Allah qələbə (bəxş etsin) və ya dərgahından bir əmr versin və onlar ürəklərində gizlətdiklərindən peşman olsunlar. (Maidə surəsi, 52)

Əbcəd: MİLADİ: 1996

Beləcə, Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin Biləndir, Müdrikdir”. (Yusuf surəsi, 6)

Əbcəd: HİCRİ: 1443, MİLADİ: 2020 (Şəddəsiz)

Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik. (Kəhf surəsi, 84)

Əbcəd: HİCRİ: 1440, MİLADİ: 2017 (Şəddəli)

O dedi: “Rəbbimin mənə əta etdiyi (mülk) daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim. (Kəhf surəsi, 95)

Əbcəd: HİCRİ: 1409,  MİLADİ: 1987 (Şəddəsiz)

Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır. (Məryəm surəsi, 40)

1992 (şəddəli)

Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbin Müdrikdir, Biləndir. (Ənam surəsi, 83)

ƏBCƏD: 2003

DUXAN SURƏSİ, 32:

Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən üstün tutduq.

ƏBCƏD: 2011-2029

Lekad ihternahum (And olsun onları seçdik, üstün etdik) =1431/2010

58/21- Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.

2039 (Şəddəli)

Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və Qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!”. (Ali İmran surəsi, 194)

Əbcəd: 1444 / 2023 (Şəddəsiz)

                                                                          

HƏMÇİNİN BAX

Hz. Mehdinin (ə.s.) gəlişinə və İslam əxlaqının dünya hakimiyyətinə işarə edən Quran ayələri

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir