Çərşənbə , May 24 2017
Əsas səhifə / Quranda Mehdiyyət / Hz. Mehdinin (ə.s.) gəlişinə və İslam əxlaqının dünya hakimiyyətinə işarə edən Quran ayələri

Hz. Mehdinin (ə.s.) gəlişinə və İslam əxlaqının dünya hakimiyyətinə işarə edən Quran ayələri

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir” (Nur surəsi, 55)

Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri (bununla) müjdələ. (Səff surəsi, 13)

Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz) kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar. (Ənbiya surəsi, 105)

Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcəkdir. Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”. (Saffat surəsi, 171-173)

Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mücadiləsurəsi, 21)

Müşriklərin xoşuna gəlməsə də, (İslam) dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur. (Səff surəsi, 9)

(İslamı) bütün dinlərdən üstün etsin deyə Öz Elçisini hidayətlə və həqiqi dinlə göndərən Odur. Şahid kimi Allah kifayətdir. (Fəth surəsi, 28)

Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur. (Tövbə surəsi, 33)

və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir”. (Elçilər) qələbə istədilər. Hər bir inadkar dikbaş da ziyana uğradı. (İbrahim surəsi, 14-15)

Allah’ın köməyi və qələbə gəldiyi zaman,insanların dəstə-dəstə Allah’ın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr surəsi, 1-3)

Həqiqətən, Biz sənə aydın bir qələbə verdik ki, Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin və Allah sənə böyük bir qələbə ilə kömək etsin. (Fəth surəsi, 1-3)

…(Allah) sizin bilmədiklərinizi bilir. O, bundan qabaq (Məkkəyə girməzdən əvvəl sizə) yaxın bir qələbə də bəxş edəcəkdir. (Fəth surəsi, 27)

… Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər. (Rəd surəsi, 42)

De ki: “Haqq gəldi, batil yox oldu. Heç şübhəsiz batil yox olucudur.” (İsra surəsi, 81)

(Musa ilə olan) zəif camaatı isə yer üzünün xeyir-bərəkət verdiyimiz məşriqlərinə və məğriblərinə varislər təyin etdik… (Əraf surəsi, 137)

Onlar ağızları ilə Allah’ın nurunu söndürmək istəyirlər. Allah isə (buna) yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar. (Tövbə surəsi, 32)

Onlar Allah’ın nurunu öz ağızlarından (çıxanlarla) söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır. (Səff surəsi, 8)

(Allah) sizi onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir. (Əhzab surəsi, 27)

Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək. (Yunus surəsi, 82)

Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allah’a aiddir. (Həcc surəsi, 41)

Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız. (Ali İmran surəsi, 139)

NUR SURƏSİNİN 55-Cİ AYƏSİNİN TƏFSİRİ

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir… (Nur surəsi, 55)

vaadallahu (vaadə Allah’u): Allah vəd etdi

Quranın bir çox ayəsində bildirildiyi kimi, Allah’ın vədi haqqdır və Allah vədinə xilaf çıxmaz.

fi əl ardı: yer üzündə

Bütün yer üzünə, istisna olmadan hər yerə hakim olunması.

le yestahlifenne-hum: onları mütləq xəlifə edəcək

Xəlifə sözünün lüğət mənası: Allah’ı “Hakimiyyətin Mütləq və Yeganə Sahibi” kimi qəbul edib, Onun verdiyi güc və səlahiyyəti istifadə edərək qoyduğu qanunlara riayət etmək.

Ayədə saleh möminlərin hökmranlığı, üstünlüyü, qalibiyyəti və hakimiyyəti mənasında istifadə edilir. Uca Allah’ın istədiyi sistemi qurmaları, Onun dilədiyi ədalətli nizamı tətbiq etmələri və uca Allah’ın yaratdığı gündən etibarən yetkinlik səviyyəsinə insanlığı çatdırmaları üçünonları da yer üzünə hakim edəcəyinə söz vermişdir.

Onlardan əvvəlkiləri necə ‘güc və iqtidar sahibi’ etdisə, onları da yer üzündə ‘güc və iqtidar sahibi’ edəcək.

Lafzen, “onları yer üzündə güc və iqtidar sahibi edəcəyinə” -yəni onların güc və təhlükəsizlik qazanmalarını təmin edib beləcə bütün dünyaya hakim edəcəyinə.

Fərqli təfsirlər:

Özlərindən əvvəlkiləri hakim etdiyi kimi onları da yer üzündə mütləq hakim edəcəyinə (Diyanet İşleri təfsiri)

Özlərindən əvvəlkiləri sahib və hakim etdiyi kimi, onları da yer üzünə sahib və hakim edəcəyini (Elmalılı Hamdi Yazar təfsiri)

və leyumekkinenne lehim dinehumullezirteda: Özləri üçün seçdiyi dinlərini onlar üçün möhkəmləndirəcəyini vəd etdi

Dinin yer üzündə möhkəm təməllərə dayanması qəlblərə yerləşməsi, həyatı nizamlayıb istiqamətləndirəcək mövqeyə gəlməsi ilə reallaşır. Bu halda uca Allah onları yer üzünə hakim etməyi və özləri üçün seçdiyi dinin hökmran olmasını vəd etmişdir.

Vaadallahullezine amenu su samurum və amilus salihati leyestahlifennehum fil ardı kemestahlefellezine min kablihim, və leyumekkinenne lehim dinehumullezirteda lehim və le yubeddilennehum min ba idi havfihim emna(emnen), ya’buduneni la yuşrikune bi şeyə(şey’en), və məhrum kefere bada zalike fe ulaike humul fasikun(fasikune).

1.

vaadallahu (vaadəAllah’u)

: Allah vəd etdi

2.

ellezine amenu

: Allah’a qovuşmağı istəyənlər, amənu olanlar

3.

min-kum

: sizdən

4.

və amili əs salihati

: və saleh əməl (nəfs təzkiyəsi) işlədilər

5.

le yestahlifenne-hum

: onları mütləq xəlifə təyin edəcək

6.

fi əl ardı

: yer üzündə

7.

kemestahlefellezine (kema istahlefe ellezine)

: xəlifə təyin etdiyimiz şəxslər kimi

8.

min kabli-him

: onlardan əvvəl

9.

və le yumekkinenne

: və mütləq möhkəmləndirəcək

10.

lehim

: onlara, onlar üçün

11.

dinə-hum

: onların dini

12.

ellezi irteda

: ki onu seçdi, razı qaldı, məmnun oldu

13.

lehim

: onlar üçün, onlara

14.

və le yubeddilenne-hum

: və onlara mütləq çevirəcək

15.

min ba di

: sonra

16.

havfi-him

: (onların) qorxuları

17.

emnen

: təhlükəsizlik, güvən

18.

ya’budune-ni

: mənə qul olarlar

19.

la yuşrikune

: şirk qoşmazlar

20.

bi şey’en

: bir şeyi

21.

və məhrum

: və kim

22.

kefere

: örtdü, inkar etdi

23.

bada

: sonra

24.

zalike

: bu

25.

fe ulaike

: məhz onlar

26.

hum

: onlar

27.

əl fasikune

: fasiqlər

SƏFF SURƏSİNİN 13-CÜ AYƏSİNİN TƏFSİRİ

Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri (bununla) müjdələ. (Səff surəsi, 13)

nasrun mina(A)llahi

Nüsrət: Kömək. Zəfər, qələbə, fəth, üstünlük, müvəffəqiyyət, düşmənə qalib olmaq.

və fəthin karrib(un)

Karib: Çox yaxın

SONRAKI AYƏDƏ İSƏ HZ. İSANIN (Ə.S.) HƏVARİLƏRİNDƏN BƏHS EDİLİR, AYƏNİN SONUNDA DA ” Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər. ” BUYURULUR.

Ey iman gətirənlər! Allah’ın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?”– demiş, həvarilər də: “Bizik Allah’ın köməkçiləri!”– demişdilər. İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər. (Səff surəsi, 14)

“Allah’ın hz. İsaya (ə.s.) inananları, onu inkar edənlər üzərində qalib edəcəyi; iman gətirənlərin şübhəsiz üstün gələcəkləri” bildirilir.

Və uhra tuhıbbuneha, nasrun minallahi və fəthin karib(karibun), və beşşiril möminin(mumininə).

1.

və uhra

: və digər, başqa

2.

tuhıbbune-ha

: onu sevərsiniz

3.

nəsrun

: kömək

4.

min Allah’ı

: Allah’dan

5.

və fəthin

: və fəth

6.

karibun

: yaxın

7.

və beşşiri

: və müjdələ

8.

əl mömininə

: möminlər

HƏMÇİNİN BAX

Hz. İsa (ə.s.) bu əsrdə yer üzünə qayıdacaq, ayələrdə hz. İsanin (ə.s.) ikinci dəfə yer üzünə qayıtması

1-ci dəlil Hz. İsanın (ə.s.) ikinci dəfə yer üzünə enəcəyinə dair işarələr daşıyan ayələrdən ilki …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir