Cümə , Oktyabr 20 2017
Əsas səhifə / Axırzamanda Hz Mehdi / Hz. Mehdinin (əs) zühur zamanı

Hz. Mehdinin (əs) zühur zamanı

  1. MEHDİ (ƏS) HİCRİ TƏQVİMİ İLƏ 1400-CÜ İLDƏ, YƏNİ BU ƏSRDƏ ZÜHUR EDƏCƏK.

Hər əsrdə bir mücəddid gələcək. Hicri 1400-cü ildə isə axırzamanın böyük mücəddidi hz. Mehdi (əs) gələcək.

Peyğəmbərimizdən (səv) rəvayət edilən hədislərdə, böyük əhli-sünnə alimi Əbu Davudun «Sünəni-Əbu Davud» adlı əsərində, İmam Rəbbaninin «Məktubat»ındakı hədislərdə hər əsrdə İslam dinini bidətlərdən təmizləyəcək bir insanın gələcəyi, onun vəsiləsilə İslam əxlaqı və fəzilətinin, Peyğəmbərimizin (səv) sünnəsinin canlandırılacağı xəbər verilmişdir. 

Peyğəmbərimiz (səv) hədislərində hz. Mehdinin (əs) zühur vaxtının hicri təqvimi ilə 1400-cü il olduğunu bildirmiş və bu zamandan etibarən insanların hz. Mehdinin (əs) ətrafında toplanmağa başlayacağını söyləmişdir.

Əbu Hüreyrənin rəvayətinə görə, Rəsulullah (səv) belə buyurmuşdur: Həqiqətən, Əziz və Cəlil olan Allah HƏR YÜZ İLİN ƏVVƏLİNDƏ bu ümmətin dinini bidətdən (dinə sonradan qarışmış batil tətbiqlərdən) ayıran, yeniləyən (elm sahibi) bir şəxsi göndərər. (Sünəni-Əbu Davud, 5/100)

HƏR YÜZ İLİN ƏVVƏLİNDƏ bu ümmətin üləması içərisindən BİR MÜCƏDDİD GƏLƏCƏK və şəriəti (Quran əxlaqı və fəziləti ilə Peyğəmbərimizin (səv) sünnəsini) canlandıracaq. (Məktubati-Rəbbani, 1/520)

Mövlana Xalidi Bağdadi hicri 1193-cü (miladi 1779-cu) ildə doğulmuş, hicri 1242-ci ildə (miladi 1827) vəfat etmişdir. İslam alimlərinin böyük əksəriyyətinin fikrinə görə, bu mübarək insan hicri 12 və 13-cü əsrlər arasındakı mücəddiddir.

HƏMÇİNİN BAX

Hz. Mehdi (əs) Peyğəmbərimizin (səv) yolu ilə gedəcək

Mehdi (əs) Peyğəmbərin (səv) yolu ilə gedəcək, YATMIŞ İNSANI OYATMAYACAQ, QAN DA TÖKMƏYƏCƏK. (Qiyamət əlamətləri, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir