Bazar ertəsi , Yanvar 22 2018
Əsas səhifə / BAŞ VERƏCƏK BÖYÜK HADİSƏLƏR / Hz. Mehdinin (əs) silahı iman və sevgidir

Hz. Mehdinin (əs) silahı iman və sevgidir

Hz. Mehdi (əs) və tələbələri dinsizlik sistemini Quran, elm, ağıl və imanla yox edəcəklər. İnanc və fikir sistemi qalib gələcək, batil düşüncə, azğınlıq, darvinist, materialist, ateist düşüncə yox olub gedəcək, inşaAllah.
Hz. Əmr ibn Əvfdən (rə) rəvayət edilmişdir:
Rumlara aid Konstantiniyyə təsbih və təkbirlə müsəlmanlar tərəfindən fəth edilmədikcə Qiyamət qopmaz. (Ramuz-el-Ehadis, səh. 478)

İmam Müslümün Əbu Hüreyrədən (rə) rəvayət etdiyi hədisdə Peyğəmbərimizin (səv) bir gün səhabələrinə belə dediyi bildirilir:

… Bu mücahidlər o şəhərə gəldikləri zaman silahla müharibə etməz, ox da atmazlar. “La ilahə illallahu əkbər” deyərək təkbir gətirərlər. Bu təkbirdən sonra şəhərin iki tərəfindəki qala divarlarından biri uçar. Sonra ikinci dəfə təkbir gətirərlər. Şəhərin digər tərəfi də dərhal çökər. Sonra üçüncü dəfə təkbir gətirəcəklər. Bundan sonra İslam ordusu üçün qala divarlarından keçidlər açılacaq, onlar da dərhal oradan girərək şəhəri fəth edəcəklər. (İmam Şerani, Ölüm-Kiyamet-Ahiret ve Ahirzaman alametleri, səh. 445-446)

Bu şəhərə gələndə müsəlmanlar müharibə etməyəcəklər. Yalnız təkbir gətirdikləri zaman şəhərin dənizə tərəf olan hissəsi çökəcək, yenidən təkbir gətirdikləri zaman digər tərəfi də çökəcək. Üçüncü dəfə təkbir gətirəndə bütün şəhəri ələ keçirəcəklər. (El-Kvlül-mühtasar fi alametil-Mehdiyyil-müntazar, səh 30)
Hz. Mehdi (əs) və tələbələri Allahı zikr edərək İstanbulu və dünyanın bir çox şəhərlərini mənən, fikrən, mədəni yöndən fəth edəcək, darvinizmi və materializmi mənən yox edəcəklər. Quranda Allah fikrən yox etməyə diqqət çəkmişdir:

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda (batilin) ​​yox olub getdiyini görərsiniz… (Ənbiya surəsi, 18)

HƏMÇİNİN BAX

2007-ci ildə Bağdad körpülərinin bombalanması hz. Mehdinin (əs) zühur əlamətlərindən biridir

2007-ci ildə Bağdad körpülərinin bombalanması hz. Mehdinin (əs) zühur əlamətlərindən biridir Rəsulullah (səv) 2007-ci ildə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir