Bazar ertəsi , Avqust 21 2017
Əsas səhifə / Ayətlərdə Hz.Mehdi(ə.s) / İncildə Hz.Mehdi (ə.s) haqqında / İncildə hz.Mehdinin (ə.s) gəlişindən əvvəlki dövrün xüsusiyyətləri

İncildə hz.Mehdinin (ə.s) gəlişindən əvvəlki dövrün xüsusiyyətləri

İsa Zeytun dağında ikən şagirdlər ayrılıqda onun yanına gəlib dedilər: “Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Sənin zühurun və dövrün sonunda hansı əlamətlər olacaq?” İsa onlara cavab verib dedi: “Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın. Çünki Mənim adımla çox adam gəlib “Məsih mənəm” deyərək çoxlarını aldadacaq. Siz müharibələr və müharibə xəbərləri eşidəcəksiniz. Amma təlaşa düşməyin. Bunlar baş verməlidir… Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer aclıq və zəlzələlər olacaq. Bütün bunlar sanki doğuş ağrılarının başlanğıcıdır. O zaman sizi əziyyətə salıb öldürəcəklər.Mənim adıma (hz.Mehdinin (ə.s) adına) görə bütün millətlər sizə nifrət edəcək. Onda bir çoxu imandan büdrəyərək bir-birini təslim edəcək və bir-birinə nifrət edəcək. Bir çox yalançı peyğəmbər törəyib çox adamı aldadacaq. Qanunsuzluq çoxaldığı üçün bir çoxunun məhəbbəti soyuyacaq. Amma axıracan dözən xilas olacaq. Səmavi padşahlığın bu müjdəsi bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada yayılacaq. O zaman hər şeyin axırı gələcək.”

(Matta, 24:4-14)

…İnsanlar imanlarını itirmədikcə… o gün gəlməyəcək.

(Paulun saloniklilərə ikinci məktubu, 2:3)

…İsa Məsihin həvarilərinin əvvəlcədən söylədikləri sözləri xatırlayın. Onlar sizə dedilər: “Axırzamanda öz Allah’sız ehtiraslarına görə hərəkət edən rişxəndçilər ortaya çıxacaq”.Bunlar ayrılıq salan, öz təbiətinə əsir olan, ruha malik olmayan insanlardır.

(Yəhudanın məktubu, 1:17-19)

Adamlar Allah’ı tanıdıqları halda ona nə Allah kimi izzət verdilər, nə də şükür etdilər. Əksinə, boş düşüncələrə qapıldılar və axmaq ürəklərini qaranlıq bürüdü. Müdrik olduqlarını iddia etdikləri halda ağılsız olub, fani olmayan Allah’ın izzətini fani olan insana, quşlara, dördayaqlılara və sürünənlərə bənzəyən bütlərlə əvəz etdilərOnlar Allah’ın həqiqətini yalanla əvəz etdilər, Yaradanın yerinə yaradılışa səcdə və ibadət etdilər; o Yaradana əbədi alqış olsun! Amin.

(Paulun romanlılara məktubu, 1:21-25)

…Axırzamanda…insanlar xudbin, pulpərəst, təkəbbürlü, eqoist, kobud, valideynlərinə itaət etməyən, nankor, şəfqətsiz, böhtançı, nəfsini saxlamayan, rəhmsiz, yaxşılığın düşməni, mənfur olacaq, Allah’dan çox dünyanı sevəcək.

(Paulun Timoteyə ikinci məktubu, 4:3-4)

Bunu bil ki, son günlərdə çətin anlar olacaq. İnsanlar özlərini sevən, pul düşgünü, eqoist, təkəbbürlü, dili küfürlü, ata-ana sözünü eşitməyən, nankor, təmizlik və sevgidən yoxsul, böhtançı, azğın, yaxşılığın düşməni olacaqlar. Mənfur, tələskən, özünü bəyənən, Allahdan çox əyləncəni sevən, Allah yolunda imiş kimi görünüb bu yolun gücünü inkar edənlər olacaq.

(Pavlus’tan Timoteos’a II. Mektup, 3:1-5)

…Mənim adıma (hz. Mehdinin (ə.s) adına) görə sizi …padşahların və valilərin qarşısına aparacaqlar. Ata-analarınız, bacı-qardaşlarınız, qohumlarınız və dostlarınız sizi təslim edəcək və bəzinizi edam etdirəcək. Mənim adıma görə hamı sizə nifrət edəcək… Dayanıb dözməklə canlarınızı qurtarın. (Hz. Mehdi (ə.s) və tələbələri də bu cür əziyyət çəkəcəklər)

(Luka, 21:12, 16-19)

Müharibələr və üsyanlar barədə eşidəndə təlaşa düşməyin. Çünki bunlar əvvəlcədən baş verməlidir, amma hər şeyin axırı tez gəlməyəcək». Sonra (hz. Mehdi (ə.s) ) onlara belə dedi: “Millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Güclü zəlzələlər, aclıq və xəstəlik, dəhşətli hadisələr və göydən böyük əlamətlər olacaq.”

(Luka, 21:9-11)

Günəşdə, ayda və ulduzlarda əlamətlər görünəcək. Yer üzündə dənizin və dalğaların gurultusundan millətlər çaşqınlıq içində qalıb dəhşətə gələcəklər. İnsanlar qorxudan və dünya üzərinə gələn fəlakətləri gözləməkdən huşunu itirəcək…

(Luka, 21:25-26)

Nuhun günlərində necə idisə, bəşər oğlunun (hz. Mehdinin (ə.s) ) günlərində də elə olacaq. Nuhun gəmiyə gmindiyi günə qədər insanlar yeyib-içir, evlənir, ailə qururdu. Sonra tufan gəlib hamısını məhv etdi.

(Luka, 17:26-27)

…Yer üzündə sülhü aradan qaldırmaq üçün səlahiyyət verildi və bunun nəticəsində insanlar bir-birini qıracaqlar…

(Vəhy, 6:4)

Bəzi adamlar məbədin gözəl daşlar və Allah’a həsr olunmuş təqdimlərlə bəzəndiyini söyləyəndə İsa dedi: “Elə günlər gələcək ki, burada gördüyünüz şeylərin daşı daş üstündə qalmayacaq, hamısı yerlə-yeksan olacaq!”.

(Luka, 21:5-6)

Yer üzünün tacirləri də onun (Babil) üçün ağlayıb yas tutur, çünki onların malını – qızıl, gümüş, qiymətli daşlar və mirvariləri; incə kətan, ipək, tünd qırmızı və al rəngli parçaları; hər cür ətirli ağacı; fil sümüyündən, ən qiymətli ağacdan, tuncdan, dəmirdən və mərmərdən olan hər cür əşyanı; darçın, hil, buxur, ətirli yağ və küncütü… zeytun yağı, narın un və buğdanı; mal-qara, qoyunlar, atlar və arabaları… artıq heç kəs almır. Onlar deyirlər:“Ürəyinin arzuladığı bəhrələr əlindən çıxdı, bütün cah-calallı malların yox oldu…”. Orada (Babildə) bu mallarla varlanan tacirlər bu şəhərin çəkdiyi işgəncənin qorxusundan dəhşətə gələcəklər… “İncə kətan, tünd qırmızı, al rəngli parçalardan paltar geyinən, qızıl, qiymətli daşlar və mirvarilərlə bəzənən böyük şəhər! Bu qədər var-dövlət bir saat içində viran oldu”. Bütün gəmi rəisləri, sərnişinlər, dənizçilər və dənizdə ticarət edənlərin hamısı uzaqda dayanaraq onun yanğınından çıxan tüstüyə baxıb nida edirdilər: “Hansı şəhər bu böyük şəhərə (Babilə) tay ola bilər?…Dənizdə gəmisi olanların hamısının oranın çox qiymətli malları ilə varlanmışdı! O isə bir saat içində viran oldu”…”Böyük şəhər Babil də belə zorakılıqla yıxılacaq…Sənin tacirlərin Yer üzünün böyük adamları idi.”

(Vəhy, 18:11-21)

*Babil bugünkü İraq dövlətinin paytaxtı Bağdad şəhəri yaxınlığında yerləşən köhnə bir şəhər adıdır.

Ey uşaqlar, axırzamandır. Siz Məsih əleyhdarının (dəccalın) gələcəyini eşitmisiniz, indi də çoxlu Məsih əleyhdarı (dəccal) meydana çıxıb. Bundan bilirik ki, axırzamandır. (Yəhyanın birinci məktubu, 2:18)
Sonra həmin qanunsuz adam (dəccal) meydana çıxacaq İsa onu ağzından çıxan nəfəsi ilə öldürəcək, öz zühurunun əzəməti ilə məhv edəcək.

(Paulun saloniklilərə ikinci məktubu, 2:8)

 

HƏMÇİNİN BAX

İncildə qeyd edilən səhənglə su daşıyan insan ifadəsi hz.Mehdiyə (ə.s) işarə edir.(Ən doğrusunu Allah bilir)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir