Çərşənbə axşamı , İyul 25 2017
Əsas səhifə / BAŞ VERƏCƏK BÖYÜK HADİSƏLƏR / İndependenta gəmisinin partlaması hz. Mehdinin (əs) çıxış əlamətlərindəndir

İndependenta gəmisinin partlaması hz. Mehdinin (əs) çıxış əlamətlərindəndir

Hüseyn ibn Əlidən (rə) rəvayət edilmişdir:

“Səmada şərqdən gecəni aydınladan böyük atəş gördüyünüz zaman, həmin vaxt hz. Mehdi (əs) zühur edəcək. (Mer’iy b. Yusuf b. Ebibekir b. Ahmet b. Yusuf el-Makdi’si “FeraiduFevaidi’lFikrFi’l İmam El-Mehdi El-Muntazar)

Əbu Cəfər ibn Muhəmməd ibn Əlidən (ra) belə rəvayət edildi: Siz üç və ya yeddi gün şərqdən bir atəş gördüyünüz zaman Ali Muhəmmədin çıxmasını gözləyin, inşaAllah, bir münadi (səslənən) Mehdinin adı ilə elə səslənəcək ki, şərqdə və qərbdə olan hər kəs bu səsi eşidəcək. Qorxudan yuxuda olanlar belə oyanacaq, ayaq üstə olanlar yerə çökəcək, oturan isə yerindən atılacaq. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman , s. 32)

Hədisdə Peyğəmbərimizin (səv) bildirdiyi bu böyük partlayış və ardınca meydana gələn böyük yanğın 1979-cu ildə, yəni hicri 1400-cü ildə Kadıköy sahillərində İndependenta adlı tankerdə meydana gəlmişdir. 15 noyabr 1979-cu il tarixində dünyanın dördüncü böyük tankeri olan və 95.530 ton xam neft daşıyan 150 min qrostonluq Rumıniyaya məxsus İndependenta adlı tankerin  İslam aləminin  son mərkəzi olan İstanbula gələrkən yunan yük gəmisi ilə toqquşması nəticəsində neft alovlanmış və dənizdə günlərlə davam edən güclü yanğın meydana gəlmişdir. Peyğəmbərimiz (səv) İstanbulda meydana gələn bu böyük hadisənin olduğu anın hz.Mehdinin (əs) İstanbula gəliş vaxtı olduğunu, “… ELƏ O ZAMAN HZ.MEHDİNİN(ƏS) GƏLİŞ VAXTIDIR” ifadəsi ilə açıq şəkildə bildirmişdir. Hədisdə xəbər verilənlərə əsasən bu hz. Mehdinin (əs) İstanbula ayaq basdığı günlərdə baş verəcək hadisədir. Bu hadisə ilə hz.Mehdinin (əs) İstanbula gəlişi bir müjdə olaraq hər kəsin eşidə biləcəyi şəkildə bütün dünyaya-həm cin, həmdə insan aləminə elan edilmişdir. Beləliklə həm göy gurultusu kimi şiddətli səs və günlərlə davam edən atəş, işıq və duman buludu, həm də ara-sıra baş verən partlayışlarla hz. Mehdinin (əs) İstanbula gəlişi Allah tərəfindən insanlara xəbər verilmişdir.

HƏMÇİNİN BAX

Məsum uşaqların öldürülməsi

… Muhəmməd ümmətindən məsum bir uşaq öldürüldüyü zaman göydən bir mələk “haqq onda (hz. Mehdidə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir