Bazar ertəsi , Dekabr 11 2017
Əsas səhifə / Hz.Mehdi(ə.s) qan axıtmaz / İnsanların içinə düşdükləri çarəsizliyi hz. Mehdi ortadan qaldıracaq

İnsanların içinə düşdükləri çarəsizliyi hz. Mehdi ortadan qaldıracaq

Axırzamanda insanların yaşadığı böyük sıxıntıların təməlində Quran əxlaqından və Peyğəmbərimizin (s.ə.v) mübarək sünnətindən uzaqlaşmaları dayanır. Din əxlaqının gərəyi olan sevgi, şəfqət, dürüstlük, ədalət, xoşgörüş, təmkin, səbir, sülhsevərliyin yerini  inkarçı ideologiyaların təlqini olan eqoistlik, mərhəmətsizlik, ədalətsizlik, mənfəətpərəstlik aldığı üçün insanlar axırzamanda böyük əzablar yaşayırlar. Hədisdə axırzamanda insanların din əxlaqından uzaqlaşmaları belə xəbər verilir:

Sünnətlərin itməsi, bidətlərin (dinə sonradan daxil edilmiş batil inanclar) ortaya çıxması, əmri-bil-maruf və nəhyi-əz-münkər (yaxşılığı əmr edib pislikdən mənetmə) imkanlarının itməsi kimi səbəblərlə zəiflədiyi zaman Cənabı-Haqq mənim övladlarımdan Mehdi ilə sünnətləri canlandırar. ( Kitab-ül Bürhan Fi Əlaməti –il Mehdiyy-il Axırzaman, s. 66)

Hədislərdə xəbər verildiyi və İslam alimlərinin əsərlərində açıqlandığına görə hz. Mehdi inkarçı ideologiyaları fikrən tam mənası ilə məğlub etmək, insanlara din əxlaqının və dinin özünü öyrətmək, onları imana və gözəl əxlaqa istiqamətləndirmək üçün böyük bir fikri mübarizə aparacaqdır. Rəbbimiz hz. Mehdini və apardığı böyük fikri mübarizəsini axırzamanın çətinliklərinin ortadan qaldırılmasına səbəb edəcəkdir. Bir hədisdə hz. Mehdinin bu xüsusiyyəti belə bildirilir:

Muhəmməd ümmətinin ən xeyirlisi və sizin çətinliklərinizi aradan qaldıran, vəliniz olan şəxsə… O Mehdidir. (Kitab-ül Burhan Fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 57)

Bir başqa hədisdə isə hz. Mehdi vasitəsi ilə fitnələrin sona çatacağı, fitnələrin bitməsi ilə yer üzünə hüzur və güvənin hakim olacağı belə xəbər verilir:

Allah, kor fitnələri Onun (Hz. Mehdi) vasitəsi ilə söndürər. Hər yer əmin bir hala gələr… (Kitab-ül Bürhan Fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 58)

Hədislərdə xəbər verilənlərə görə əzablar, sıxıntılar və yoxluq içindəki xalq hz. Mehdinin ədalətinə, mərhəmətinə, sevgisinə və cömərdliyinə sığınacaq. Bir hədisdə belə bildirilir:

Ümmət bal arılarının ana arı ətrafında toplanması kimi, Mehdiyə sığınar. O daha əvvəl zülmlə dolu olan dünyanı ədalətlə doldurar, insanlar sanki Əsr-i Səadət dövrünə geri dönər… (Kitab-ül Bürhan Fi Əlamət-il Mehdiyy-il Axırzaman, s.11)

Hz. Mehdinin İslam əxlaqını yer üzünə hakim etməsi ilə birlikdə yoxluqlar, aclıqlar, əzablar, sıxıntılar sona çatar, axan qanlar dayanar, insanlar uzun illərdir axtardıqları gerçək xoşbəxtlik, hüzur və etibarı taparlar. Hz. Mehdinin səbəb olduğu bu sevgi və sülh dolu, bolluq və bərəkət mühiti hədislərdə bu cür tərif edilmişdir:

Yer üzü zülm və düşmənçiliklə dolduqdan sonra mütləq mənim Əhli-beytimdən biri çıxar. Əvvəllər necə zülm və düşmənliklə dolmuşdusa, O, dünyanı ədalətlə doldurar. (Kitab-ül Bürhan Fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 11)

O, yer üzünü ədalətlə və nəsafətlə doldurar. Ərz (yer üzü) nəbatatını (bitkisini) çıxarar, göy də yağmurunu yağdırar. Ümmətim daha əvvəl görülməmiş şəkildə nemətlənər. (Kitab-ül Bürhan Fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 35)

O zaman göy heç bir yağmur damlasını əsirgəməyəcək və yer də bərəkətlənəcəkdir. (Kitab-ül Bürhan Fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 12)

Onun dövründə ölülərin dirilərə qibtə edəcəyi bir ədalət olar. (Kitab-ül Bürhan Fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 68)

HƏMÇİNİN BAX

İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları

İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları Hz. Mehdinin vəsiləsi ilə İslam əxlaqının …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir