Bazar ertəsi , Dekabr 11 2017
Əsas səhifə / Hz.Mehdi(ə.s) qan axıtmaz / İslamda fikir azadlığı

İslamda fikir azadlığı

Yaşadığımız dünyada çox fərqli inanclara sahib olan  birliklər var. Belə bir dünyada yaşayan müsəlmanlar qarşılarındakı insanın inancı nə olursa olsun, mülayim  olmaqla, bağışlamaqla, ədalətli və insani şəkildə  davranmaqla məsuldurlar. İman edənlərə yüklənən bu məsuliyyət Allahın dininə gözəllik, sülh və xoşluqla dəvət etməkdir.

İnsanların fikir, düşüncə və həyat azadlığını açıq şəkildə  təmin edən və zəmanət altına alan dinimiz İslam insanlar arasında anlaşılmazlığı, bir-birləri haqqında xoş olmayan ifadələrdən istifadə etməyi və hətta mənfi düşüncəni (zənn) belə qadağan edən əmrləri gətirmişdir. İslam terror və şiddətə qəti şəkildə qarşı olmaqla yanaşı, insanların üzərində fikri olaraq belə ən kiçik bir təzyiq olunmasını qadağan etmişdir.

İnsanların bir dinə inanmağa və ya o dinin ibadətlərini tətbiq etməyə  məcbur edilməsi İslamın həm  özünə, həm də  ruhuna ziddir. Çünki İslamda səmimi iman azad iradə və vicdani  qəbul ilə mümkündür. Əlbəttə, müsəlmanlar bir-birlərini Quranda izah edilən əxlaqi xüsusiyyətlərin tətbiq olunması üçün xəbərdar edə bilər, təşviq edə bilərlər. Quran əxlaqının ən gözəl sözlə insanlara izah edilməsi bütün iman edənlərin üzərinə yüklənən bir məsuliyyətdir. İman edənlər “… Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et …” (Nəhl surəsi, 125) ayəsi ilə din əxlaqının gözəlliklərini izah edər, ancaq“Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir.” (Bəqərə surəsi, 272) ayəsini də şüurlarında tutaraq  davranarlar. Əsla məcbur etməz, insanlar üzərində maddi, ya da mənəvi təzyiq tətbiq etməzlər. Ya da dünyəvi bir imtiyaz üçün  insanı din əxlaqını tətbiq etməyə istiqamətləndirməzlər. Təbliğlərinə qarşılıq mənfi bir cavab aldıqlarında müsəlmanların verdikləri cavab “Sizin dininiz sizə, mənim dinim mənə.” (Kafirun surəsi, 6) deməkdən ibarətdir.

Yaşadığımız dünyada xristianlarla və yəhudilərlə yanaşı buddist, ateist, deist, bütpərəst kimi fərqli inanclara sahib insanlar var. Bu cür dünyada yaşayan müsəlmanlar qarşılarındakı insanın inancı nə olursa olsun mülayim  olmaqla, bağışlamaqla, ədalətli və insani şəkildə davranmaqla məsuldurlar. İman edənlərə yüklənən bu məsuliyyət Allahın dininə gözəllik, sülh və mülayimliklə dəvət etməkdir. Doğruları tətbiq edib və ya  etməmək , iman edib,  ya da iman etməmək  qərarı qarşı tərəfə aiddir. Bir insanı iman etməyə məcbur etmək, bəzi şeyləri məcburiyyətlə qəbul etdirməyə çalışmaq Quran əxlaqına zidd davranışdır.

İnsanların ibadət etməyə məcbur edildikləri bir cəmiyyət modeli İslama tamamilə ziddir. Çünki inanc və ibadət, yalnız Allaha yönəlmiş və insanın öz seçimiylə olduğu zaman   dəyər qazanır. Əgər bir sistem insanları inanca və ibadətə məcbur edəcək olsa, bu zaman insanlar o sistemdən qorxduqları üçün dindar olarlar. Din baxımından məqbul olan isə vicdanların tamamilə sərbəst buraxıldığı bir mühitdə Allah rizası üçün din əxlaqının yaşanmasıdır.

Allah günahsız insanların öldürülməsini haram buyurur

Bir insanı günahsız yerə öldürmək Qurana görə ən böyük günahlardan biridir:

“… kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölüm-dən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar.” (Maidə surəsi, 32)
Yuxarıdakı ayədə görüldüyü kimi, günahsız insanları haqsız yerə öldürən kəslər böyük bir əzabla təhdid olunur. Allah tək bir insanı öldürməyin bütün insanları öldürmək qədər ağır cinayət olduğunu xəbər verir. Allahın sərhədlərini qoruyan insanın, deyil minlərlə günahsız insanı qətl etmək, tək bir insana zərər vermək ehtimalı belə yoxdur. Dünyada ədalətdən qaçaraq cəzadan xilas olacağını sananlar, öldükdən sonra axirətdə Allahın hüzurunda verəcəkləri hesabdan əsla qaça bilməyəcəklər. Bu səbəblə ölümlərinin ardından Allaha hesab verəcəklərini bilən möminlər Allahın sərhədlərini qorumaqda həddən artıq diqqətlidirlər.

Allah möminlərə mərhəmətli olmalarını əmr edir

Ayələrdə Müsəlman əxlaqı belə izah edilir:

“Sonra isə o, iman gətirən, bir-birinə səbr və mərhəmət tövsiyə edənlərdən olmaqdır.Onlar sağ tərəf sahibləridir..” (Bələd surəsi, 17-18)
Allahın axirət günü qurtuluşa nail olmaları, rəhmətinə və cənnətinə qovuşa bilmələri üçün qullarına endirdiyi əxlaqın ən əhəmiyyətli xüsusiyyətlərindən biri ayədə görüldüyü kimi “mərhəməti bir-birlərinə tövsiyə edənlərdən olmaq”dır.

Həqiqi  mərhəmətin qaynağı Allah sevgisidir. İnsanın Allaha olan sevgisi Onun yaratdığı varlıqlara qarşı qəlbində yaxınlıq  hiss etməsinə səbəb olur. Allahı sevən insan Onun yaratdıqlarına qarşı məhəbbət və sevgi  hiss edər. Özünü və bütün insanları yaradan Rəbbimizə qarşı hiss etdiyi bu güclü sevgi və bağlılığa görə  Quranda əmr edildiyi şəkildə insanlara qarşı gözəl əxlaqlı davranır. Bu gözəl əxlaqı yaşaması sayəsində həqiqi mərhəmət ortaya çıxır.

Möminlərin ayələrdə təsvir edilən bu gözəl əxlaqları Allaha olan dərin sevgilərindən qaynaqlanır. Bu bağlılıqlarına görə  də,  Allahın əmr etdiyi Quran əxlaqını dəqiqliklə və diqqətli şəkildə tətbiq edirlər. Möminlər göstərdikləri mərhəmətdən, etdikləri köməkdən ötrü heç kimə  minnət  etmir və bir təşəkkür qədər belə qarşılıq  gözləmirlər. Onların əsl hədəfləri yaşadıqları gözəl əxlaqla Allahın razılığını qazana bilməkdir. Çünki onlar axirət günü bu əxlaqlarına görə sorğuya çəkiləcəklərini bilirlər.

Allah mülayim olmağı və əfv etməyi əmr edir

Qurani-kərimin Əraf surəsinin 199-cu  ayəsindəki “Sən əfv yolunu tut” sözləriylə ifadə edilən “bağışlayıcılıq və xoşgörüş” anlayışı İslam dininin təməl qaidələrindən birini təşkil edir.

İslam tarixinə baxdığımız zaman  müsəlmanların Quran əxlaqının bu əhəmiyyətli xüsusiyyətini ictimai həyata necə keçirdikləri çox açıq bir şəkildə görünür. Müsəlmanlar olduqları hər yerdə sərbəst və mülayim  mühit yaratmışdılar. Din, dil və mədəniyyət baxımından bir-birinə tamamilə zidd olan xalqların eyni dam altında sülh və hüzur içərisində yaşamalarını təmin etmiş, özlərinə tabe olanlara rahatlıq vermişlər. Böyük bir coğrafiyaya yayılan Osmanlı İmperatorluğunun varlığını əsrlərlə  davam etdirə bilməsinin  ən əsas səbəblərdən biri İslamın gətirdiyi xoşgörüş və anlayış mühitinin yaşanması olmuşdur. Əsrlərdir mülayim  və şəfqətli olmaqla  tanınan  müsəlmanlar hər zaman dövrlərinin ən mərhəmətli və ən ədalətli kəsləri olmuşlar. Bu çoxmillətli cəmiyyət  içindəki bütün etnik qruplar mənsub olduqları dinlərini azad yaşamışlar, hətta öz dinlərinin hüququna görə yaşamaq  haqqına sahib olmuşlar.

Bütün bunlar İslamın insanlara bildirdiyi əxlaq xüsusiyyətlərinin dünyaya sülh, dinclik və ədalət gətirəcək ərdəmlər olduğunu göstərir. Hazırda dünya gündəmində olan və adına “terror” deyilən barbarlıq isə Quran əxlaqından tamamilə uzaq, cahil və fanatik insanların, dinlə realda  heç bir əlaqəsi olmayan canilərin əsəridir. İşlədikləri vəhşiliklər hansı olursa olsun, din adı altında icra etməyə çalışan bu kəslərə və qruplara qarşı tətbiq olunacaq mədəni çarə həqiqi  İslam əxlaqının insanlara öyrədilməsidir. Başqa bir  şəkildə desək, İslam dini və Quran əxlaqı terrorizmin və terroristlərin dəstəkləyicisi deyil, yer üzünü terrorizm bəlasından qurtaracaq çarədir.

HƏMÇİNİN BAX

İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları

İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları Hz. Mehdinin vəsiləsi ilə İslam əxlaqının …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir