Çərşənbə , Oktyabr 18 2017
Əsas səhifə / İttihadi-İslam / İttihad-i İslam (İslam Birliyi)

İttihad-i İslam (İslam Birliyi)

Quran əxlaqının bütün dünyaya hakim olması, Quran-i kərimdə xəbər verilən, Peyğəmbərimizin (s.ə.v.) hədislərində bildirdiyi, İslam alimlərinin də əsərlərində yer verdiyi böyük bir müjdədir. Peyğəmbərimiz (s.ə.v.) Allah’ın hz. Mehdini vəsilə edərək İslam əxlaqını bütün dünyaya hakim edəcəyini bildirmişdir. Hz. Mehdinin Allah’ın izni ilə axırzamanda ortaya çıxacağı və İslam əxlaqını yer üzünə hakim edəcəyi Peyğəmbərimizin (s.ə.v.) bir hədisində belə xəbər verilmişdir:

Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmasa da, Allah mənim Əhl-i Beytimdən (soyumdan) BİR ŞƏXSİ GÖNDƏRƏCƏK, yer üzü zülmlə dolduğu kimi, O YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ. 1

Hədislərdə və İslam alimlərinin izahlarında bildirildiyinə görə, İslam əxlaqının hakimiyyətinin ən mühüm mərhələlərindən biri İttihad-i İslamın, yəni İslam dünyasının birliyinin təmin edilməsidir. Hədislərdə xəbər verildiyi kimihz. Mehdinin zühuru ilə birlikdə İslam dünyasındakı dağınıqlıq sona çatacaq və hz. Mehdinin liderliyində müsəlmanlar Quran əxlaqında ittifaq edəcəklər.

Öz kitablarında axırzaman və Quran əxlaqının dünya hakimiyyəti mövzularına toxunan Bədiüzzaman Səid Nursi də İslam Birliyi mövzusunun əhəmiyyətinə diqqət çəkmişdir. Bədiüzzaman, hz. Mehdinin İslam Birliyinin qurulmasına səbəb olacağını ifadə etmiş, İslam Birliyinin meydana gətirilməsini və İslam əxlaqının dünyaya hakim olmasını İslam dünyasının böyük bayramı olaraq xarakterizə etmişdir. Bədiüzzaman Səid Nursinin mövzu iləbağlı bəzi sözləri belədir:

Bu zamanın ƏN BÖYÜK fərz VƏZİFƏSİ İTTİHAD-İ İSLAMDIR (İslam Birliyidir). 2

… inşaAllah, aləm-i İslamın (İslam aləminin) də BÖYÜK BAYRAMINA YETİŞƏRSİNİZ. CƏMAHİR-İ MÜTTƏFİQƏ-İ İSLAMİYYƏNİN (İslam respublikalarının birləşməsinin) kudsi qanun-u əsasıyalarının (müqəddəs qanunlarının) mənbəyi (qaynağı) olan Quran-i Hakim, GƏLƏCƏYƏ TAM HAKİM OLUB bəşəriyyətə (insanlığa) bayram gətirəcəyinə ÇOX ƏLAMƏTLƏR (işarələr) VAR. 3

Göründüyü kimi, Bədiüzzaman İslam Birliyinin təmin edilməsini mütləq yerinə yetirilməsi vacib olan əhəmiyyətli bir vəzifə olaraq bildirmişdir. Bədiüzzamanın da ifadə etdiyi kimi, İslam Birliyinin reallaşacağına və Quran əxlaqının yer üzünə hakim olacağına dair bir çox əlamət və işarə var. Bu əlamətlər hədislərdə ətraflı bildirilmişdir. Bütün əlamətlərin təcəlli etdiyi və İslam əxlaqının dünyaya hakim olmasına səbəb olacaq mübarək insan isə hz. Mehdidir.

Hz. Mehdinin inkar edilə bilməyən əlaməti

Hz. Mehdinin yerinə yetirəcəyi vəzifələr bu müqəddəs şəxsin ən əhəmiyyətli əlamətləridir. Mübarək Peyğəmbərimizin (s.ə.v.) hədislərində bildirdiyi kimi, İslamın yer üzünə hakim olmasına səbəb olması isə hz. Mehdinin inkar edilməsi mümkün olmayan xüsusiyyətidir.

Bədiüzzaman da əsərlərində, hz. Mehdinin mübarək şəxsini təyin edəcək xüsusiyyətləri ətraflı açıqlamışdır. Bədiüzzaman Səid Nursi hz. Mehdinin vəzifələrinin nələr olacağını izah edərkən, İslam Birliyinin təmin edilməsini hz. Mehdinin üç böyük vəzifəsindən biri olaraq ifadə edir. Bədiüzzaman Səid Nursi hz. Mehdinin bu böyük vəzifəsini bir sözündə belə açıqlamışdır:

O ŞƏXSİN ÜÇÜNCÜ VƏZİFƏSİ, Xilafət-i İslamiyəni İTTİHAD-İ İSLAMA (İslam Birliyinə) BİNA EDƏRƏK, İsəvi ruhaniləri ilə ittifaq edib DİN-İ İSLAMA XİDMƏT ETMƏKDİR. Bu vəzifə, ÇOX BÖYÜK BİR SƏLTƏNƏT və qüvvət və milyonlarla fədakarların səyi ilə tətbiq edilə bilər (tətbiq oluna bilər). Birinci vəzifə, o iki vəzifədən üç-dörd dərəcə daha çox qiymətlidir, lakin o ikinci, üçüncü vəzifələr çox parlaq və çox geniş bir dairədə və ehtişamlı bir tərzdə olduğundan xalqın nəzərində daha əhəmiyyətli görünürlər. 4

Bədiüzzamanın ifadə etdiyi kimi,hz. Mehdi, əvvəl İslam Birliyini təsis edəcək. Sonra İslam Birliyinin qüvvət və dəstəyini alaraq Quran əxlaqını və Peyğəmbərimizin (s.ə.v.) sünnəsini bütün dünyaya hakim edəcək. Bu müqəddəs vəzifəsini yerinə yetirərkən –Allah’ın izni ilə– böyük bir güc, qüvvət və iqtidara da sahib olacaq. Bədiüzzaman Səid Nursi başqa sözündə də, bu həqiqəti belə ifadə etmişdir:

BÖYÜK HZ. MEHDİNİN ÇOX VƏZİFƏLƏRİ VAR VƏ SİYASƏT ALƏMİNDƏ, DİN ALƏMİNDƏ, SƏLTƏNƏT ALƏMİNDƏ, MÜBARİZƏ ALƏMİNDƏ, ÇOX DAİRƏLƏRDƏ İCRAATLARI (FƏALİYYƏTLƏRİ) OLDUĞU KİMİ…

Göründüyü kimi, Bədiüzzaman Səid Nursi hz. Mehdinin siyasət, səltənət və din kimi çox böyük sahələrdə fəaliyyət göstərəcəyini söyləmişdir. Hədislərdəki məlumatlara və Bədiüzzamanın izahlarına görə hz. Mehdi bu böyük sahələrdə fəaliyyət göstərəcək, İslam Birliyini təsis edəcək, materializm və ateizmi fikirlə məğlub edəcək, mənəvi dəyərləri gücləndirəcək və İslam əxlaqının bütün dünyaya hakim olmasına səbəb olacaq mübarək bir şəxsdir. Hz. Mehdinin əsl əlaməti, Bədiüzzamanın da ifadə etdiyi kimi, İslam Birliyini təmin etməsi və Quran əxlaqını dünyaya hakim etməsidir. Bundan əlavə digər əlamətləri söyləmənin, bunların üzərində dayanmanın və yalnız bunları axtarmağın bir mənası yoxdur. Digər əlamətlər ancaq bu böyük əlamət reallaşdığı təqdirdə məna qazanır.

Bir az əvvəl də ifadə etdiyimiz kimi,İslam əxlaqının hakimiyyəti hz. Mehdinin inkar edilməsi mümkün olmayan əlamətidir. Bu inkar edilməsi mümkün olmayan əlamət reallaşmadığı müddətcə, Mehdilik mövqeyindən, ya da Mehdilik vəzifəsinin yerinə yetirildiyindən bəhs edilməsi də mümkün deyil. Hz. Mehdinin mübarək siması Allah’ın izni ilə zühur etdiyi zaman, hədislərdə də ifadə olunduğu kimi, Mehdiliyini iddia etməyəcək, ya da bunun təbliğatını aparmayacaq. Hz. Mehdinin böyük fəaliyyətləri bu müqəddəs şəxsin ortaya çıxdığının ən böyük isbatı və dəlili olacaq. Bir hədisdə hz. Mehdinin “özü istəmədiyi halda, ons beyət ediləcəyi” bildirilmişdir:

Hz. Mehdi İSTƏMƏDİYİ HALDA ONA BEYƏT EDƏCƏKLƏR. Daha sonra hz. Mehdi onlara iki rükət namaz qıldıracaq və Məqamın yanında minbərə çıxacaq. 5

Hədisdə hz. Mehdiyə özü istəmədiyi halda, beyət ediləcəyinin bildirilməsi, özünün heç bir zaman  Mehdilik iddiasında olmayacağının işarəsidir. Hz. Mehdidə təcəlli edən açıq əlamətlər və böyük fəaliyyətləri onun gözlənilən mübarək şəxs olduğunu göstərəcək. Özü hər hansı bir təlqin və ya iddiada olmayacaq.

Hədislərdə və İslam alimlərinin əsərlərindəki məlumatlarla yanaşı, Quran-i kərimin bir çox ayəsində də Quran əxlaqının yer üzünə hakim olacağına dair rəmzi mənalar var.

İslam əxlaqının yer üzünə hakim olacağı Quranda bildirilmişdir

Quran hökmü qiyamətə qədər etibarlı olan, möminlərin həyatının bütün sahələrini əhatə edən, Rəbbimizin hər hökmünün əksiksiz olduğu mübarək kitabdır. Quranın ən böyük möcüzələrindən biri ilk vəhyin enməsindən indiyə kimi, hər əsrdə yaşayan bütün müsəlmanların onda öz əsrlərinə baxan işarələr tapmalarıdır. Hədislərdə ifadə olunduğuna görə İslam əxlaqının dünyaya hakim olması, Peyğəmbərimizin (s.ə.v.) vəfatından sonra qiyamətə qədər reallaşacaqəlamətlərin ən əhəmiyyətlilərindəndir. Quranın «Nur» surəsinin 55-ci ayəsində də İslam əxlaqının yer üzünə hakim olacağı xəbər verilmişdir:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.

Ayədə bildirildiyi kimi, İslam əxlaqının hakim olması Rəbbimizin hökmüdür və səmimi və şirk qoşmadan iman gətirən qullarına bir vədidir. Allah’ın izni ilə bu hökm, axırzamanda hz. Mehdi vasitəsilə reallaşacaq. Quranda peyğəmbərlər haqqında məlumat verilən bir çox hekayədə də İslam əxlaqının hakimiyyətinə və bu müqəddəs hadisəyə səbəb olacaq mübarək şəxs hz. Mehdiyə işarə edən ayələr var. Peyğəmbərimizin (s.ə.v.) bu əhəmiyyətli mövzuya Quranda işarələr olduğunu bildirən müxtəlif hədisləri də var. Bu hədislərdən biri belədir:

Hz. Mehdi eynilə Zülqərneyn və Süleyman kimi dünyaya hökm edəcək.6

Göründüyü kimi, hədisdə Quranda bildirilən hz. Zülqərneyn və hz. Süleyman hekayələrinin, hz. Mehdi və İslam əxlaqının hakimiyyəti mövzuları ilə əlaqəliolduğuna işarə edilir.

Aşağıdakı hədislərdə də Kəhf və Talut hekayələrində hz. Mehdiyə və axırzamana baxan əhəmiyyətli işarələr olduğu bildirilir:

Əshab-i Kəhf hz. Mehdinin köməkçiləri olacaq. 7

Hz. Mehdinin köməkçilərinin sayı Talut ilə çayı keçənlər qədərdir. 8

Peyğəmbərimizin (s.ə.v.) hz. Mehdi və köməkçiləri ilə bağlı hədislərini çox müxtəlif şəkillərdə izah edə biləcəyi halda, xüsusilə Quran hekayələri ilə əlaqə quraraq izah etməsi çox əhəmiyyətlidir və Quranda axırzamana işarə edən bir çox ayənin olduğunundəlillərindən biridir. Hədislərdə və Quran-i kərimdə işarə edilən məlumatlara görə, hz. Mehdi eynilə hz. Süleyman və hz. Zülqərneyn kimi böyük güc və iqtidar sahibi olacaq. Eyni hz. Zülqərneynin Yəcüc və Məcüc fitnəsini sona çatdırması kimi, insanlara böyük bəla olan şiddət və terroru sona çatdıracaq. Hz. Süleymanın dövründə olduğu kimi, hz. Mehdi dövründə də sənət və estetikaya çox əhəmiyyət veriləcək, yer üzü abadlaşdırılacaaq.

Quran ayələri və hədislərdəki məlumatlar istiqamətində hz. Mehdinin zühur edəcəyi dövrün digər bəzi xüsusiyyətləri aşağıda ətraflı izah olunmuşdur.

Hz. Mehdi və Qızıl Əsr

İslam alimləri hz. Mehdinin liderliyində İslam əxlaqının yer üzünə hakim olduğu dövrü “qızıl əsr” adlandırıblar. Hədislərdəki məlumatlara görə qızıl əsr yarım əsrdən çox davam edən “Əsr-i Səadət”ə bənzər bir dövrdür. Qızıl Əsrdə yoxluq və aclıq tamamilə ortadan qalxacaq, hər cür məhsul və mal bolluğu olacaq, haqsızlıqlar və zülmlər sona çatacaq, yer üzünə ədalət tam mənası ilə hakim olacaq, anlaşılmazlıqlar, şiddət və qarşıdurmalar sona çatacaq, barış, dinclik və təhlükəsizlik təmin ediləcək, texnoloji nailiyyətlər son həddə çatacaq və insanlar bütün bu texnoloji inkişaflardan ən gözəl şəkildə faydalanacaqlar.

Quran əxlaqının tələbi olaraq insanların dövlətə və onun qurumlarına tam itaətli olmaları ilə cəmiyyətdə dinclik və sakitlik olacaq.

İnsanlar qızıl əsrdə həyatlarından o qədər məmnun olacaqlar ki, hədisdə deyildiyi kimi, bu gözəlliklərdən daha çox faydalanmaq üçün Allah’dan ömürlərinin uzadılmasını istəyəcəklər. Hədisdə belə bildirilmişdir:

Hz. Mehdinin dövründə “Kiçiklər kaş ki mən böyük olsaydım, böyüklər də kaş ki mən kiçik olsaydım” deyərlər.

Naim, Tovuzdan rəvayət etdi: Mən hz. Mehdiyə yetişənə qədər ölməyi istəmədim. Çünki onun dövründə yaxşı insanların yaxşılığı artar, pislərə qarşı belə yaxşılıq edilər. 9

Hz. Mehdi barış və sevgi ilə İslam əxlaqını hakim edəcək

Hədislərdə hz. Mehdinin İslam əxlaqını barış və sevgi ilə yer üzünə hakim edəcəyi bildirilmişdir. Hz. Mehdi tolerantlıq, səbir, mərhəmət və sevgi ilə insanları davamlı olaraq Allah’a bir və tək olaraq iman gətirməyə dəvət edəcək, onları Quran əxlaqını və sünnəni yaşamağa çağıracaq. İslam əxlaqının dünyaya hakimiyyətinin sülh içində olacağı hədislərdə belə xəbər verilir:

(Hz. Mehdinin) dövründə NƏ BİR KİMSƏ YUXUSUNDAN OYANDIRILACAQ, NƏ DƏ BİR KİMSƏNİN BURNU QANAYACAQ. 10

Hz. Mehdi, Peyğəmbərin yolunda gedəcək, YATAN ADAMI OYANDIRMAYACAQ, QAN DA AXITMAYACAQ. 11

Hədislərdə də ifadə olunduğu kimi, hz. Mehdi bütün dünyaya İslam əxlaqını barış yolu ilə hakim edəcək, müharibə və zorakılıqdan uzaq duracaq. Hz. Mehdi dünya səviyyəsində böyük mədəni intibahla insanların İslam əxlaqına yönəlməsinə çalışacaq.

Peyğəmbərimizin (s.ə.v.) işarə etdiyi hz. Mehdinin hz. Süleyman və hz. Zülqərneynlə olan bənzərliklərindən biri də bu mövzudadır. Quran ayələrində xəbər verildiyi kimi, hz. Süleyman yaşadığı dövrdə çox üstün bir mədəniyyət meydana gətirmiş və hakimiyyətini də diplomatiya, sənət və mədəniyyətlə qoruyub saxlamışdır.

Çox güclü ordulara sahib olmasına baxmayaraq, onlardan istifadə etməmişdir. Quranda bildirildiyi kimi,hz. Zülqərneyn ətrafındakı xalqlar tərəfindən “yer üzündə məğlubiyyəti və fitnəni önləyən insan” olaraq tanınmış, insanlara sülh və dinclik gətirən lider olmuşdur. Hz. Süleyman və hz. Zülqərneyn dövrləri bu yönü ilə hz. Mehdinin dünyaya İslam əxlaqını hakim edəcəyi dövrlə çox böyük bənzərliklər göstərir.

Hz. Mehdi zülmə, şiddətə və terrora son qoyacaq

Peyğəmbərimiz (s.ə.v.) hz. Mehdinin İslam əxlaqını yer üzünə hakim etməsi ilə birlikdə axırzamanın mühüm əlamətlərindən olan qarışıqlıq, qarşıdurma, şiddət, döyüş, haqsızlıq və zülmlərin sona çatacağını bildirmişdir. Hz. Mehdinin gəlişi ilə birlikdə yer üzündə yaşanacaq böyük dəyişikliyi Peyğəmbərimiz (s.ə.v.) belə müjdələmişdir:

Zülm və fitnə ilə dolu olan dünya, O (Hz. Mehdi) GƏLDİKDƏN SONRA ƏDALƏTLƏ DOLUB DAŞACAQ. 12

Quran-i kərimdə də Rəbbimizin insanları barışa dəvət etdiyi belə bildirilir:

Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola yönəldir. (Yunus surəsi, 25)

Hz. Mehdi də Quran əxlaqının tələbi olaraq, insanları sülhsevər olmağa çağıracaq, insanları bir-birləri ilə yaxınlaşdırıb barışdıracaq. Hədislərdə bildirildiyinə görə, hz. Mehdinin dövründə yer üzündə düşmənçilik və kin qalmayacaq, şiddət və terror bitəcək. Mövzu ilə bağlı hədislərdən bəziləri belədir:

(Hz. Mehdi dövründə) düşmənçilik və kin də qalmayacaaq. Zəhərli olan hər heyvanın zəhəri də çıxarılacaq. Hətta kiçik oğlan uşağı əlini ilanın ağzına soxacaq və ilan ona zərər verməyəcək. Qurd, qoyun-keçi sürüsü içində sürünün iti kimi olacaq. QAB SU İLƏ DOLU OLDUĞU KİMİ YER ÜZÜ BARIŞLA DOLACAQ. Din birliyi də olacaq, artıq Allah’dan başqasına ibadət edilməyəcək.MÜHARİBƏLƏR AZALACAQ. 13

Onun (hz. Mehdi) dövründə QURDLA QOYUN BİR YERDƏ OYNAYACAQ, ilanlar uşaqlara zərər verməyəcək …14

Hədislərdə də göründüyü kimi, hz. Mehdi dövründə, aralarında düşmənçilik olan xalqlar arasında çox böyük dostluq yaşanacaq, hər cür döyüşün yerini barış və sevgi alacaq. Bu mübarək şəxsin dövründə meydana gələcək mötədil, müasir, ağıllı və mədəni İslam modeli bütün dünyaya işıq saçacaq.

Hz. Mehdi dövründə bolluq və bərəkət olacaq

Hz. Mehdi dövründə məhsullarda və mallarda görünməmiş bolluq olacağı və hz. Mehdinin insanlara çox comərd davranacağı hədislərdə belə xəbər verilmişdir:

Ümmətimdən hz. Mehdi çıxacaq. Allah-u Təala İNSANLARI ZƏNGİN ETMƏK ÜÇÜN ONU GÖNDƏRƏCƏK. O zaman ümmətim NEMƏTLƏNƏCƏK, heyvanlar BOLLUQ İÇİNDƏ və Yerin NƏBATATI (bitki, meyvə) ÇOX olacaq, Hz. Mehdi, insanlara bərabər şəkildə BOL-BOL MAL PAYLAYACAQ. 15

… O zaman, yer və göy əhli, bütün vəhşi heyvanlar, quşlar, hətta dənizdəki balıqlar belə onun xilafəti ilə sevinəcəklər. Onun dövründə, AXAN ÇAYLAR BELƏ SUYUNU ÇOXALDACAQ. HZ. MEHDİ XƏZİNƏLƏRİ ÇIXARACAQ…16

Hədislərdə də göründüyü kimi, hz. Mehdi dövründə hər sahədə böyük bolluq və bərəkət yaşanacaq, insanların çəkdikləri əziyyət və çətinliklər tam mənası ilə sona çatacaq.

Hz. Mehdi dövründə texnologiyanın bütün imkanlarından ən səmərəli şəkildə istifadə olunacaq

Hz. Mehdi dövründə yaşanacaq böyük bolluq və bərəkətin, insanların rifaha qovuşmasının təməlində hz. Mehdinin texnologiyanın imkanlarını ən yaxşı şəkildə qiymətləndirməsi dura bilər. Bir hədisdə hz. Mehdi dövründəki bolluq belə təsvir edilmişdir:

İnsanlar bir ölçək buğda əkdikdə qarşılığında yeddi yüz ölçək tapacaq… İnsan BİR OVUC TOXUM ATACAQ, YEDDİ YÜZ OVUC MƏHSUL götürəcək… Çox yağış yağmasına baxmayaraq, bir damlası belə boşa getməyəcək. 17

Bu hədisdə axırzamanda müasir əkinçiliyə keçilməsi, yeni istehsal texnikalarının inkişaf etdirilməsi, toxum islahı işləri və yağış sularının yeni anbarlar, süni göllər inşa edilərək istifadə edilməsi kimi nailiyyətlər nəticəsində meydana gələcək istehsal artımına diqqət çəkilir. (Allahu Aləm – Ən doğrusunu Allah bilər.) Şübhəsiz bütün bunlar, texnoloji nailiyyətlərin nəticəsində əldə edilən texnika və üsullardır.

Yaşadığımız əsrdə texnoloji inkişaf baxımından dünya tarixində misli görünməmiş sürətdə nailiyyətlər əldə edilmişdir. Bundan 100 il əvvəl adı belə bilinməyən bir çox texnoloji vasitə, bu gün insanların həyatının ayrılmaz  parçasına çevrilmişdir. Hətta bundan 5 il əvvəllə müqayisədə bugünki texnologiya arasında böyük fərqlər var. Şübhəsiz bütün bunlar da yaşadığımız dövrün xüsusi dövr olduğuna işarə edir. Hədislərdəki izahlardan da aydın olduğu kimi,hz. Mehdinin zühur etməsi ilə birlikdə bütün bu nailiyyətlər daha da artacaq, texnoloji imkanlar bütün insanların xidmətinə bərabər şəkildə təqdim ediləcək. Tibb, nəqliyyat, rabitə, əkinçilik, enerji kimi sahələrdəki texnoloji nailiyyətlər sayəsində insanların ən rahat, ən konfortlu, ən gözəl şəkildə yaşamaları mümkün olacaq.

Bütün bu məlumatlar göstərir ki, hz. Mehdi dövrü eynilə Peyğəmbərimiz (s.ə.v.) dövründə olduğu kimi, dünya tarixinin ən dinc, ən etibarlı, ən ehtişamlı, ən rahat və ən konfortlu dövrlərindən biri olacaq.

Nəticə

“Heç şübhəsiz, Biz hər şeyi qədər ilə yaratdıq.” (Qəmər surəsi, 49) ayəsi ilə də buyrulduğu kimi, Rəbbimiz hər şeyi müəyyən bir qədərlə yaratmışdır. Bütün canlı və cansız varlıqların qədəri kimi, hz. Mehdinin də qədəri Allah Qatında müəyyəndir. Bu mübarək insanın şəxsiyyəti, əlamətləri, ortaya çıxışı, İslam Birliyini təmin etməsi, İslam əxlaqını yer üzünə hakim etməsi Allah Qatında yaşanmış və bitmişdir.

Allah zamandan və məkandan münəzzəhdir. İnsanlar isə zaman və məkandan asılı olan bir ölçüdə yaşayır və yaddaşlarına verilən məlumatlardan başqa heç nə bilmirlər. Məsələn, insanların “gələcək” olaraq xarakterizə etdikləri hadisələr, Allah dünyadakı imtahan mühitinə uyğun olaraq bu hadisələri yaddaşımıza vermədiyi üçün “gələcək”dir və biz bunları bilmirik. Gələcəyə dair hadisələr insanlar üçün yaşanmamışdır. Uca Rəbbimiz isə zamana və məkana bağlı deyil və bunların hamısını yoxdan yaradan Özüdür. Bu səbəbdən Allah üçün keçmiş, gələcək və bu an birdir və hamısı olub bitmişdir. Allah Qatında zamanın tək bir an olduğunu, Allah üçün keçmiş və gələcək olmadığını Quranda bildirilən üslubdan da anlayırıq.

Dünyada yaşanmış və yaşanacaq hadisələrin hamısı uca Allah’ın təyin etdiyi qədər istiqamətində tək bir anda baş verib sona çatmışdır. Başqa sözlə, Peyğəmbərimizin (s.ə.v.) gələcəkdə reallaşacağını xəbər verdiyi bütün axırzaman əlamətləri əslində o dövrdə olub bitmişdir. Yəni Peyğəmbərimiz (s.ə.v.) dövründə hz. Mehdi dünyaya gəlmiş, yaşamış, bütün fəaliyyətlərini reallaşdırmış və vəfat etmişdir. Hətta hz. Mehdinin həyatının hər anı hz. Adəm zamanında yaşanmış və bitmişdir. Hz. Musa dövründə, hz. Yusuf dövründə, hz. Nuh dövründə, hz. İsa dövründə də hz. Mehdi vəzifəsini yerinə yetirmişdir. Rəbbimizin təqdir etdiyi vaxt gəldikdə, axırzamanda yaşayan insanlar da bu müqəddəs hadisələri izləyəcək və bütün bunlara şahidlik edəcəklər.

Unudulmamalıdır ki, Rəbbimiz qədərdə kimi təqdir etmişsə hz. Mehdi odur. Hz. Mehdi uca Allah’ın Peyğəmbərimizə (s.ə.v.) 1400 il əvvəl bildirdiyi, Peyğəmbərimizin (s.ə.v.) fiziki və digər xüsusiyyətlərindən, fəaliyyətlərindən, xidmətlərindən və dünyada qoyduğu təsirdən bəhs etdiyi mübarək insandır. Bu xüsusiyyətlərin təqlid edilməsi, səy göstərilərək qazanılması qətiyyən mümkün olmadığı kimihz. Mehdinin işlərinin dayandırılması da Allah’ın izni ilə qeyri-mümkündür. Hz. MehdiPeyğəmbərimizin (s.ə.v.) də xəbər verdiyi kimi bütün xidmətlərini yerinə yetirəcək və Allah’ın izni ilə, Quran əxlaqını bütün dünyaya hakim edəcək. Bu, Allah’ın təyin etdiyi bir qədərdir.

QEYDLƏR:

1 Sünən-i Əbu Davud, 5/92

2 Xütbə-i Şamıya, s. 90

3 Əmirdağ Lahikası-ll, s. 76

4 Sikkə-i Təsdiq-i Qeybi, 9

5 əl-Qavlu’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 34, 50, 44

6 Qiyamət Əlamətləri, s. 183; əl-Qavlu’l Müxtəsər Fi Əlamaətil Mehdiyy-il Müntəzər, s. 32; Kitab ul Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, s. 10

7 Kitab ul Burhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, s. 59

8 Kitab ul Burhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, s. 17

9 Kitab-ül Burhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, s. 17

10 Əl Qavlu’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 42

11 Qiyamət Əlamətləri, s. 163

12 Əl KQavlu’l Müxtəsər Fi Əlamatil Mehdiyy-il Müntəzər, s. 20

13 Sünen-i İbni Mace, Kitabı-l fiten Tərcüməsi və Şərhi- Qəhrəman Nəşriyyat, dəri 10, Tərcüməçi: Haydar Hatipoğlu, Bab 33, s. 331-335

14 Əl Qavlu’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 43

15 Əl Qavlu’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 23

16 Əl Qavlu’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 36

17 əl-Qavlu’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 24; Qiyamət Əlamətləri, s. 164

HƏMÇİNİN BAX

Münafiqlər əsla Allah yolunda mübarizə aparmır, İslam əxlaqının hakim olmasından, İttihad-i İslamın reallaşmasından qorxurlar

(Döyüşə getməyib) arxada qalanlar Allah’ın Elçisinin əleyhinə çıxaraq (evdə) qalmalarına sevindilər. Onlar Allah yolunda öz …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir