Cümə , Avqust 18 2017
Əsas səhifə / BAŞ VERƏCƏK BÖYÜK HADİSƏLƏR / Kəbə basqını və Kəbədə qan axıdılması

Kəbə basqını və Kəbədə qan axıdılması

Onun çıxacağı il insanlar həccə başlarında əmir olmadan gedəcəklər. Beytül Şərifi birlikdə təvaf edəcəklər. Minaya çatdıqda isə bir-birlərinə itlər kimi hücum edəcəklər. Zəvvarlar qarət olunacaq, qanlar Akabə cəmrəsinin (şeytana daş atılan yer) üzərinə axacaq. (Kıyamet Alametleri, Berzenci, səh. 169)
İnsanlar başlarında imam olmadan həcc edərlər. Minaya çatdıqda itlərin ətrafı sarması kimi əhatəyə alınarlar. Qəbilələr arasında böyük müharibələr olar. Ayaqlar qan gölü içində qalar. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 35)
Yuxarıdakı hədislərdə “onun çıxacağı il” ifadəsi ilə hz. Mehdinin zühur etdiyi dövrdə həcc əsnasında baş verəcək qırğına diqqət çəkilir. 1979-cu ildə həcc əsnasında Kəbəyə edilən hücum zamanı eynilə belə bir qırğın yaşanmışdır. Maraqlıdır ki, bu qanlı Kəbə basqını da Mehdinin digər çıxış əlamətləri ilə eyni dövrdə, hicri 1400-cü ilin ilk günündə, 1 Məhərrəm 1400-cü il (21 noyabr 1979) tarixində baş vermişdir.
Hədisdə qanların axıdılacağından bəhs edilərək öldürülmə hadisəsinə də diqqət çəkilmişdir. Hücum zamanı ərəb əsgərləri ilə təcavüzkar hərbçilər arasında baş verən qarşıdurmada 30 insanın öldürülməsi ilə bu rəvayətin qalan qismi də təsdiqlənmişdir.
1979 – cu ildə (hicri 1400) Kəbəyə edilən hücumdan 7 il sonra, hicri 1407-ci ildə həcc əsnasında daha böyük qanlı hadisə baş vermişdir. Bu hadisədə küçələrdə nümayiş edən zəvvarlara hücum edilmiş və 402 nəfər qətlə yetirilmişdir, çoxlu qan axıdılmışdır. Kəbənin yanında müsəlmanların (ərəb əsgərləri ilə İran zəvvarlarının) bir-birlərini öldürmələri ilə böyük günahlar işlənmiş, harama girilmişdir. Bu qanlı hadisələr hədislərdə bəhs edilənlərə çox bənzəyir.
Rəsulullah buyurdu: “Ramazanda bir səda, Şəvvalda bir səs, Zilqiddədə qəbilələr arasında müharibə olar. Zəvvarlar qarət edilər. Minada müharibə baş verər, çoxlu insan ölər, daşlar qana boyanar. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 31)
Ramazanda bir səda olar. Şəvvalda da bir səda olar. Zilqiddədə qəbilələr vuruşar. Zilhiccədə zəvvarlar qarət edilər. Məhərrəm ayında göydən belə bir nida eşidilər. “Diqqət edin! O, Allahın xalqının xeyirlilərindəndir. Onu dinləyin və ona tabe olun.” (Ramuz El Hadis, 2/518)
Şəvval ayında üsyan, Zilqiddədə hərbi danışıqlar, Zilhiccədə isə müharibə olacaq. Zəvvarlar qarət ediləcək, qanları axıdılacaq. (Kıyamet Alametleri, Berzenci, səh. 166)
Zilqiddə ayında qəbilələr döyüşər, zəvvarlar qaçırılar, qanlı müharibə olar. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 34)
“İkdiddurer” adlı kitabdakı əlamətlərdən: Şəvvalda döyüş nidaları, Zilhiccədə müharibə olar, zəvvarlar qarət olunar, küçələr qana boyanar, haram işlər görülər. Kəbənin yanında böyük günahlar işlənər. (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, səh. 37)
Beytül Muazzamanın (Kəbənin) yanında böyük günahlar işlənər
Yuxarıdakı hədisdə Beytül Muazzamanın (Kəbənin) içində deyil, yanında baş verəcək hadisələrə diqqət çəkilir. 1407-ci ilin Zilhiccə ayında (həcc dövründə) baş verən hadisələr əvvəlkindən fərqli olaraq Kəbənin içində deyil, yanında baş vermişdir. Lap əvvəldə bəhs etdiyimiz hadisə isə 1 Məhərrəm 1400-cü ildə Beytül Muazzamanın (Kəbənin) tam içərisində olmuşdu. Hər iki hadisə rəvayətlərdə bəhs edilən hadisələrə uyğun olaraq reallaşmışdır.
Kəbədə qan axıdılması, zəvvarların qətl edilməsi kimi hədislərdə xəbər verilən iki önəmli hadisənin hz. Mehdinin çıxış əlamətləri ilə eyni dövrdə, bir-birinin ardınca reallaşmasının təsadüf olması qeyri-mümkündür.
Hədislərdə keçən ifadələri araşdırdığımız zaman həmin dövrlə bağlı mühüm hadisələrə işarələr olduğunu görərik:
… Zilhiccədə müharibə olar
Hədislərdə bu müharibə və qarşıdurmaların zəvvarların öldürülməsi mövzusu ilə birlikdə bəhs edilməsi bu hadisələrin eyni dövrdə baş verəcəklərini göstərir. Həmin dövr İran-İraq müharibəsinin, Türkiyənin cənub-şərqində, Yaxın Şərq ölkələrində iğtişaşların ən çox baş verdiyi dövr idi.
… Şəvvalda döyüş səsləri eşidilər
Yenə həmin dövrlərdə İran körfəzindəki qarışıqlığa, İran-Amerika arasındakı ixtilaf və müharibə vəziyyətinə diqqət çəkilmiş ola bilər.

HƏMÇİNİN BAX

Qətər böhranı hədislərdə bildirilirmi?

Ötən günlərdə Səudiyyə Ərəbistanı başda olmaqla, 6 ərəb ölkəsinin verdiyi qərarla Qətər ilə bütün diplomatik …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir