Çərşənbə , May 24 2017
Əsas səhifə / Quranda Mehdiyyət / Mehdiyyət gizlənməli deyil, müjdələnməli bir mövzudur

Mehdiyyət gizlənməli deyil, müjdələnməli bir mövzudur

Hz. Mehdidən bəhs edilməsi hz. Mehdinin çıxış əlamətlərindəndir

Hicri 13-cü əsrin mücəddidi Bədiüzzaman əsərlərində hz. Mehdinin gəlişi və İslam əxlaqını bütün dünyaya hakim etməsi mövzusunda bütün müsəlmanlara yol göstərən əhəmiyyətli açıqlamalar vermişdir. Lakin bəzi çevrələrin fikrincə, Bədiüzzamanın əsərlərində geniş yer verdiyi “Mehdiyyət mövzusundan ictimai şəkildə bəhs edilməsi bir çox baxımdan yanlış və təhlükəlidir”.

Halbuki, “Mehdiyyət məsələsi gizlənməli, örtbasdır edilməli deyil; müjdələnməli bir mövzudur”. Hz. Mehdinin gəlişi şəxsən Peyğəmbərimiz (s.ə.v.) tərəfindən müjdələnmişdir və Peyğəmbərimizin (s.ə.v.) bu mövzuda mütəvatir olaraq qəbul edilən çox saylı hədisi var. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində “HZ. MEHDİ İLƏ MÜJDƏLƏNİN. O Qüreyşdən və Əhl-i Beytimdən bir adamdır.” (Kitab-ül Bürhan Fi Əlamət-əl Axırzaman, s. 13) sözləri ilə bu mövzunun müsəlmanlar üçün bir müjdə olduğunu bildirmişdir. Başqa bir hədisində isə Peyğəmbərimiz (s.ə.v.)“Mehdi zühur edər, HƏR KƏS YALNIZ ONDAN DANIŞAR, Onun sevgisini içər və Ondan BAŞQA BİR ŞEYDƏN BƏHS ETMƏZLƏR.” (Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, s. 33) sözləri ilə hz. Mehdinin ortaya çıxacağı dövrdə hər kəsin bu mübarək şəxsdən bəhs edəcəyini xəbər vermişdir.

Peyğəmbərimizin (s.ə.v.) bildirdiyi bu hədislər hal-hazırda reallaşmağa başlamışdır və hər kəs hz. Mehdidən bəhs edir.

Bədiüzzaman da əsərlərində bu mövzuya geniş yer ayırmış və ətraflı açıqlamalar vermişdir. Aydındır ki, əgər bu mövzunun gizlədilməsinin və ya oxunmamasının lazım olduğunu düşünsəydi, bu mövzudakı şərhlərini risalələrə yerləşdirməzdi. Belə ki, təhlükəli bir mövzu olduqda Bədiüzzaman əsərlərində bunun “məhrəm” olduğunu və nəşr olunmasının qadağan olduğu üçün risalələrə qoyulmadığını müxtəlif yerlərdə ifadə etmişdir. Bədiüzzamanın bu şərhlərindən biri belədir:

“Risalələrin isə – o kimi risalələrə məhrəm demişik – nəşrini qadağan etməyə çağırmışıq…” (Bədiüzzaman və Tələbələrinin Məhkəmə Müdafiələri, s. 187)

Bədiüzzamanın da söylədiyi kimi, gizli olan nəşr olunmaz. Ancaq Mehdiyyət mövzusunda bunun tam əksi olan bir vəziyyətdən bəhs olunur. Bədiüzzaman hz. Mehdinin gəlişini açıqlayaraq bu mövzuya aydınlıq gətirmiş və bunun gizlənəcək bir məsələ olmadığını açıq ifadə etmişdir. Belə ki, illərdir risalələrin milyonlarla insan tərəfindən oxunması da bu mövzunun gizli deyil, açıq-aşkar mövzu olduğunu sübut edir.

Lakin Bədiüzzamanın bu mövzuya baxışı çox aydın olduğu halda, bu yanlış düşüncə Bədiüzzamanın sözlərinə bəzi yanlış mənalar verilərək dəstəklənməyə çalışılır. Bu məqsədlə qarşıya qoyulan və yanlışizah olunan Bədiüzzamanın sözlərindən biri belədir:

Qardaşlarımın ikinci iltibası (səhvi): Fani (keçici) və çürüdülə bilən bir şəxsiyyəti, bəzi cəhətlərlə (yönləri ilə) birinci vəzifədə pişdarlık (liderlik) edən Nur Şagirdlərinin (tələbələrinin) şəxs-i mənəvisini təmsil edən o aciz qardaşına verirlər. Halbuki, bu iki iltibas (səhv, qarışdırma) da Risalə-i Nurun həqiqi ixlasına və heç bir şeyə, hətta mənəvi və ührəvi məqamata beləvasitə olmamasına bir cəhətdə (yöndən) zərər verdiyi kimi, əhl-i siyasəti də (siyasət əhlini də) yanlış fikrə ( qorxuya, olmayan bir şeyi olan zənni ilə narahatlığa) salıb Risalə-i Nurun nəşrinə (nəşr olunmasına, paylanmasına, dinlənməsinə) zərər gəlir. Bu zaman, şəxs-i mənəvi zamanı olduğu üçün belə böyük və baki (əbədi) həqiqətlər, fani (keçici) və aciz və sükut edə bilən (qüsur işləyə bilən) şəxsiyyətlərə bina edilməz. Xülasə (nəticə olaraq): O gələcək şəxsin adını vermək, üç vəzifəsi birdən xatirə gəlir, səhv olar. Həm heç bir şeyə vasit olmayan Nurdakı ixlas zədələnər, avam-i möminin (elmi mədəniyyəti az olan möminlərin) nəzərində həqiqətlərin qüvvəti bir dərəcə nöqsanlaşar, yəqiniyyət-i bürhaniyə (yəqin dərəcəsində bilinən, rədd və inkar üçün etiraz qəbul edilə bilməyəcək surətdə həqiqətləri sübut edən qəti dəlil) belə qəza-yı məqbulədəki (qəbula məzhər olmuş hökm və iddia, etimad edilər şəxslərin söylədikləri və bu etimada görə qəbul edilən) zənn-i qalibə inqilab edər (həqiqətə yaxın qüvvətli qənaətə çevrilər), daha muannid dəlalətə (inadçı dəlilə, işarəyə) və inadçı zındıkaya (inadçı, tərsli, qürurlu dinsizliyə) tam qələbəsi (qalibiyyəti, üstünlüyü), mütəhayyir (qarışıqlıq içərisindəki) əhl-i imanda görünməməyə başlayar; əhl-i siyasət yanlış fikrə (şübhə və narahatlığa) və bir qisim müəllimlər etiraza başlayar. Onun üçün Nurlara o adı vermək münasib (uyğun) görünmür. Bəlkə mücəddiddir, onun pişdarıdır (qabaqcılıdır), deyilə bilər. (Sikkə-i Təsdiq-i Qeybi, s. 10)

Bədiüzzamanın bu sözündə izah etdiyi həqiqətlər təhrif edilir və “Hz. Mehdi məsələsindən aşkar bəhs edilməsinin zərərli olacağını söylədiyi” iddia edilir. Halbuki, bu düşüncə tamamilə yanlış bir izahaəsaslanır. Çünki Bədiüzzaman bu sözündə izah etdiklərini öz yaşadığı dövrlə əlaqələndirərək açıqlamışdır. Bədiüzzaman tələbələrinin özünə Mehdilik mövzusunda bir hüsnü zənn bəslədiklərini, lakin bunun “bənzətmədən qaynaqlanan bir səhv olduğunu” dilə gətirir. Bu səbəbdən də özü üçün “belə söyləməyin; belə bir Mehdilik iddiasında olmayın” demişdir. Ancaq diqqət yetirilsə, Bədiüzzaman burada “Mehdilik mövzusundan bəhs etmənin deyil; ‘yanlış bir qənaətə əsaslandığı üçün özünə istiqamətli olaraq Mehdilik iddiasının’ təhlükəli və zərərli olacağından” bəhs etmişdir. O dövr üçün Bədiüzzamanla bağlı belə səhv düşüncənin gündəmə gətirilməsinin ixlası zədələyə biləcəyini, bəzi siyasətçilərin narahatlığına səbəb ola biləcəyini, Risalə-i Nurun nəşr edilməsinə zərər verə biləcəyini və Risalə-i Nurun inkar edənlərə qarşı əldə edəcəyi qalibiyyətinin yarım qalacağını xatırladır. Bədiüzzaman belə yanlış hüsnü zənndə olmanın Mehdiyyət mövzusunda səhviin, “zənni qalib”in (həqiqətə yaxın düşüncə) meydana gəlməsinə və beləcə iman əhlinin yanlış istiqamətləndirilməsinə səbəb olacağını; bu qarışıqlıq nəticəsində də bunun müsəlmanların əsl hz. Mehdini tanımalarına mane ola biləcəyini söyləyir.

Bədiüzzaman həmçinin burada istifadə etdiyi ifadələrlə, özünün hz. Mehdi olmadığını da dəfələrlə bildirmişdir. Məsələn, “mən hz. Mehdinin üç vəzifəsini birdən yerinə yetirdim” demir. Diqqət yetirilsə özünün “yalnız hz. Mehdinin birinci vəzifəsi olan iman həqiqətləri mövzusunda hz. Mehdiyə yalnız liderlik etdiyini və bunu da yalnız bəzi cəhətlərdə (yönlərdə) yerinə yetirdiyini” ifadə edir. “O gələcək şəxsin adını çəkmək… yanlış olar” sözləri ilə “bu adın hz. Mehdi olmadığı halda özünə verilməsinin yanlış olacağını və ixlasa zərər verəcəyini; bu səbəbdənhz. Mehdi adının özünə deyil, o gələcək şəxsə verilməsini” ifadə edir. Özü üçün isə “bəlkə mücəddid və hz. Mehdinin pişdarıdır, yəni qabaqcılıdır deyə bilərsiniz” demişdir.

Bütün bunlarla yanaşı, Bədiüzzamanın hz. Mehdinin çıxışı ilə bağlı verdiyi tarix 2011-ci ildir. Belə mühümhadisənin reallaşmasına bu qədər az müddət qaldığı halda, bu mövzudan hələ bəhs edilməməsi və gizli saxlanılması,əlbəttə ki, mümkün deyil.

Bədiüzzamanın sözləri son dərəcə açıqdır. Bədiüzzaman risalələrin “avamdan həvassa (elmi az olan sadə insandan, Quranı və mənəvi sirlərə və xüsuslara yiyələnən, elm, ibadət və təqva yolunda yüksəlmiş Övliyaullaha), ya da orta məktəb tələbəsindən filosofa qədər oxuyan hər kəsin asanlıqla anlaya biləcəyi” (Kastamonu Lahikası, s. 70) (Şüalar, s. 549) əsərlər olduğunu ifadə etmişdir. Bədiüzzamanın bu mövzudakı sözlərindən bəziləri belədir:

… Risalə-i Nur bu vəzifəni; ən dəhşətli bir zamanda və ən lazımlı bir vaxtda, hər kəsin anlayacağı bir tərzdə, həqaiq-i Quraniyyə (Quran həqiqətləri) və imaniyyənin ən dərin və ən gizlilərini çox qüvvətli bürhanlar (dəlillər) ilə sübut edir. (Şüalar, səh. 748)

… Risalə-i Nuru qadın, kişi, məmur, alim və filosof kimi hər cür xalq təbəqəsi oxuyub anlaya bilir… (Şüalar, səh. 549)

Buna baxmayaraq, risalələri yalnız xüsusi sirləri bilən, xüsusi təfsir gücü olan və xüsusi qabiliyyətlərə malik olan bəzi xüsusi şəxslərin anlaya biləcəyini qarşıya qoyaraq, Bədiüzzamanın sözlərinə əsl mənasından fərqli izahlar gətirmək çoxyanlışdır. Belə olduğu təqdirdə, istəyən hər kəs Bədiüzzamanın sözlərindən özgörüşünə görə yeni yanlış izahlar verə biləcək. Bu şəkildə risalələr də Bədiüzzamanın əsl sözlərini deyil, bu sözləri öz məlumat və anlayışı içərisində təfsir edən şəxslərin düşüncələrini əks etdirən əsərlərə çevriləcək. Belə təfsir məntiqinin Bədiüzzamanın yığcam və səmimi bir dillə qələmə aldığı Külliyatı üzərində necə mənfi təsir yaradacağına diqqət etmək lazımdır.

Bədiüzzaman ona Mehdilik mövzusunda hüsn-ü zənn edənlərə Mehdi olmadığını dəlilləri ilə birlikdə açıqlamışdır.

Yaşadığı dövrdə tələbələrindən və ətrafındakı digər insanlardan Bədiüzzamana Mehdi olub olmadığı mövzusunda bəzi suallar yönəldilmişdir. Belə ki, tarix boyu bənzər suallar Bədiüzzamandan əvvəl yaşamış mücəddidlərə də yönəldilmiş, tələbələrindən bəzilərionlara Mehdilik iddiası ilə yaxınlaşmışdır. Onlar da tələbələrinə Mehdi olmadıqlarını, hz. Mehdinin xüsusiyyətlərinin özləri ilə uyğunlaşmadığını dəlilləri ilə birlikdə açıqlamışlar. Hz. Mehdinin nə vaxt və harada zühur edəcəyini, hansı xüsusiyyətlərə sahib olacağını, mübarizəsini, İslam əxlaqını necə hakim edəcəyini ətraflı təsvir etmişlər. “Mən Mehdi deyiləm, çünki hz. Mehdi bu yaşında olacaq, buradanzühur edəcək, bu xüsusiyyətlərə sahib olacaq, seyid olacaq” kimi Peyğəmbərimizin (s.ə.v.) hədisləri istiqamətində bəzi açıqlamalar ediblər.

Bədiüzzaman bu mövzudakı düşüncələrini bilmək istəyənlərə iki cür cavab vermişdir:

1) Açıq-aşkar özünün hz. Mehdi olmadığını ifadə etmiş və özünə Mehdilik iddiası ilə yaxınlaşan şəxslərə “Mehdi olmadığını və niyə ola bilməyəcəyini” əsərlərində etdiyi səhifələr dolusu izahlarla açıqlamışdır.

2) Ona Mehdilik iddiası ilə yaxınlaşanlara “hüsn-ü zənn çox əvvəllərdən cərəyan edir, buna etiraz edilmir; bu səbəbdən mən də hüsn-ü zənn bəsləyənlərə bir söz demirəm” deyərək cavab vermiş,lakin bu şəxslərə də ona yönəldilən “Mehdilik iddiasını qəbul etmədiyini” açıqlamışdır.

1. Bədiüzzaman “Bütün qardaşlarım şahidlik edirlər ki, Mehdilik iddiasını heç qəbul etmirəm ” (Şüalar, s. 365) demiş və bunu risalələrdə sübut etmişdir:

Bir mövzuda sual verildikdə Bədiüzzamanın bu mövzuya nə cavab verdiyi əhəmiyyətlidir və hz. Mehdi olmadığını da açıq-aşkar söyləmişdir. Bədiüzzaman əsərlərində “hz. Mehdi olmadığını” (Əmirdağ Lahikası, s. 266), “hz. Mehdinin ondan yüz il sonra gələcəyini” (Kastamonu Lahikası, s. 57), “özünün hz. Mehdinin qabaqcılı olduğunu” (Barla Lahikası, s. 162), “əsərləri və etdiyi fəaliyyətlərləhz. Mehdiyə zəmin hazırladığını” (Sikkə-i Təsdiq-ı Qeybi, s. 189) , “özünün və Risalə-i Nurların Mehdi zənn edilməsinin isə bir yanlışlıq və qarışdırma olduğunu” (Emirdağ Lahikası, s. 266) ifadə etmişdir.

“Hz. Mehdinin ‘seyid’ olacağını” (Tənvir, Şüalar, s. 365), “siyasət, səltənət və din aləmində üç böyük vəzifəni bir yerdə yerinə yetirəcəyini” (Şüalar, s. 456) (Şüalar, s. 590) (Əmirdağ Lahikası, s. 259-260), “Peyğəmbərimizin (s.ə.v.) xəlifəsi və bütün müsəlmanların mənəvi lideri ünvanını daşıyaraq İslam əxlaqının əsaslarını yenidən canlandıracağını” (Sikkə-i Təsdiq-i Qeybi, s. 9), “bütün dünyaya barış və ədalət gətirəcəyini” (Əmirdağ Lahikası, s. 259) (Məktubat, s. 411-412), “‘Mücəddid-i Əkbər’, yəni ‘ən böyük mücəddid’ xüsusiyyətini daşıyacağını” (Tilsimlər Məcmuəsi, s. 168), “İslam birliyini təmin edəcəyini” (Əmirdağ Lahikası, s. 260), “bütün İslam alimlərinin Peyğəmbərimizin (s.ə.v.) soyundan gələn seyidlərdən və bütün müsəlmanlardan dəstək alacağını” (Əmirdağ Lahikası, s. 260), “Xristian dünyası ilə ittifaq edəcəyini” (Sikkə-i Təsdiq-i Qeybi, s. 9), “hz. İsa ilə birlikdə namaz qılacaqlarını” (Şüalar, s. 493), “Quran əxlaqını bütün dünyaya hakim edəcəyini və bütün insanları doğru yola çatdıracağını” (Sikkə-i Təsdiq-i Qeybi, s. 9) (Məktubat, s. 473) ətraflı izah etmişdir.

Bədiüzzaman yaşadığı dövrdə “bütün müsəlmanları tək bir dam altında toplayaraq İslam birliyini meydana gətirməmiş; bütün inananların xəlifəsi (mənəvi lideri) xüsusiyyətini daşımamışdır”. “Bütün dünyaya ədalət və haqqaniyyət gətirməmiş”, “İslam əxlaqını bütün yer üzünə hakim etməmişdir”. “Mücəddid-i əkbər və Hakim xüsusiyyətlərinə sahib olmamış”, “bütün İslam alimlərinin, Peyğəmbərimizin (s.ə.v.) soyundan gələn seyidlərdən və bütün müsəlmanlardan dəstək almamışdır.” Həyatını Quran əxlaqının təbliğinə həsr etmiş, bu yolda hər hansı fədakarlıqdan çəkinməmiş və çox böyük iman xidməti etmişdir. Yaşadığı əsrin mücəddidi olaraq öhdəsinə götürdüyü vəzifəsini ən şərəfli şəkildə yerinə yetirmişdir. Ancaq onun təbliği qüvvət və hakimiyyət içərisində deyil, maddi və mənəvi baxımdan çox çətin şərtlərdə və bənzərsiz çətinliklər içərisində keçmişdir. Hakim mövqeyində olmamış; əksinə təzyiq altına alınmış, ömrünü əsarət və maddiçətinliklər altında keçirmişdir. Zənn edildiyi kimi geniş bir seqmentdən dəstək almamış; əksinə müxtəlif haqsızlıqlara, əziyyətlərə məruz qalmış, həyatının böyük hissəsini həbs və sürgün kimi şərtlər altında davam etdirmişdir. Yuxarıda sayılan imkanların və yerinə yetiriləcək məsuliyyətlərin isəözündən sonrakı əsrin mücəddidi olaraq hz. Mehdiyə nəsib olacağını bildirmişdir.

2. Bədiüzzaman Mehdi olmadığını dəlilləri ilə birlikdə açıqlamış, ancaq özünə hüsn-ü zənn edənlərə də bir söz demədiyini ifadə etmişdir:

Yaşadığı dövr ərzində yaxın ətrafından Bədiüzzamana Mehdilik mövzusunda hüsn-ü zənn edənlər olmuşdur. Hətta Bədiüzzaman tələbələrinin bu düşüncələrini ifadə edən sözlərini risalələrin müxtəlif hissələrinə əlavə etmişdir.

Lakinməlum olduğu kimi, bir mövzuda bir insana hüsn-ü zənn edilməsi bu düşüncənin həqiqəti əks etdirdiyini göstərən dəlil deyil. Belə ki, Bədiüzzaman da risalələrində bunu dilə gətirmişdir. “Ona hüsn-ü zənn edən şəxslərin ola biləcəyini; bunun lap əvvəllərdən olduğunu, buna etiraz edilə bilməyəcəyini; ancaq əslində bunun bir qarışdırma və yanlışlıq olduğunu” ifadə etmişdir. Bədiüzzamanın bu mövzunu açıqladığı sözlərindən biri belədir:

… Risalə-i Nurun şəxs-i mənəvisininMehdi olduğunu dərk edirlər (şəxsi bir görüş olaraq qəbul edirlər). O şəxs-i mənəvinin də bir müməssili (nümayəndəsi), Nur şagirdlərinin təsanüdündən (tələbələrinin həmrəyliyindən) gələn bir şəxs-i mənəvisi və o şəxs-i mənəvidə bir cür müməssili (nümayəndəsi) olan biçarə tərcümanı zənn etdiklərindən, bəzən o adı (hz. Mehdi adını) ona da verirlər. Əslində bu bir iltibas (qarışdırma) və bir səhivdir (səhvdir, yanılmadır), lakin onlar onda məsul (məsul) deyildirlər. Çünki çox hüsn-ü zənn əvvəldən bəri cərəyan edir və etiraz edilmir. Mən də o qardaşlarımın çox hüsn-ü zənnlərini bir cür dua və bir xahiş və Nur tələbələrinin kamal-i etiqadlarının bir tərəşşuhu (əks olunması) kimi gördüyümdən onlara çox ilişməzdim. (Əmirdağ Lahikası, s. 248)

Bədiüzzaman Risalə-i Nurun şəxsi mənəvisinin və bu əsərlərin yazıçısı olaraq özünün bəzən hz. Mehdi ola biləcəyinin düşünüldüyünü, ancaq bunun bir qarışdırma və yanlışlıq olduğunu ifadə etmişdir. Bu düşüncədə olan şəxslərin iman həqiqətlərini izah etmə mövzusu yönündə bir qiymətləndirmə etdiklərini, ancaq hz. Mehdinin digər iki vəzifəsi olan “İslam birliyinin təmin edilməsi, bütün İslam dünyasının lideri olması və İslam əxlaqının dünyaya hakim edilməsinin özündə görünmədiyi xüsusuna fikir vermədiklərini” söyləmişdir. Buna görə də Risalə-i Nura və özünə edilən Mehdilik yaraşdırmasının yalnız bir “zənn”dən ibarət olduğunu ifadə etmişdir.

Bədiüzzaman “hz. Mehdinin seyid olacağını; özünün isə seyid deyil, kürd olduğunu” əsərlərində dəfələrlə ifadə etmişdir

Bədiüzzaman özünün hz. Mehdi olmadığını açıqladığı dəlillərdən birində “hz. Mehdinin seyid olacağını, ancaq özünün seyid olmadığını” ifadə etmişdir. Bədiüzzamanın bu həqiqəti dilə gətirdiyi sözlərindən bəziləri belədir:

… Həm mehdilik iddiasını heç qəbul etmədiyimə bütün qardaşlarım şahidlik edirlər. Hətta Dənizlidəki əhli vukuf (məlumat sahibi şəxslər) əgər Səid mehdiliyini ortaya atsa, bütün şagirdləri (tələbələri) qəbul edəcək dediklərinə müqabil (qarşılıq), Səid etiraznaməsində demişdir ki: “mən seyid deyiləm, Mehdi seyid olacaq” deyə onları rədd etmiş… (Şüalar, s. 365)

Mən özümü seyid (Peyğəmbərimizin (s.ə.v.) soyundan) bilmirəm. Bu zamanda nəsillər bilinmir. Halbuki? axırzamanın o böyük şəxsi Ali Beytdən (Peyğəmbərimizin (s.ə.v.) soyundan) olacaq. (Əmirdağ Lahikası, s. 247-250)

Bədiüzzaman həmçininəsərlərində Peyğəmbərimizin (s.ə.v.) bir hədisini xatırlatmış; “seyid olan bir adamın seyidliyini gizləməsinin Quran əxlaqına uyğun olmadığını” ifadə edərək, bu mövzudakı sözünün qəti olaraq doğru olduğunu ifadə etmişdir:

Seyid olmayan seyidəm və seyid olan deyiləm deyənlər, ikisi də günahkar və etdikləri duhul və hüruc (üsyan) haram olduğu kimi… hədis və Quranda beləziyadə və ya nöqsan etmək məmnudur (qadağan edilmişdir). (Muhakemat, s. 52)

Əgər Bədiüzzaman seyid olsaydı, bunu gizləməsi üçün heç bir səbəb yoxdur. Çünki Peyğəmbərimizin (s.ə.v.) nəslindən olmaq, gizlədilməsi lazım olan bir xüsusiyyət deyil; tam əksinə müsəlmanlar üçün böyük bir şərəfdir. Dünyada milyardlarla seyid vardır və hər biri də özlərindən soruşulduqda bu həqiqəti açıq dilə gətirirlər. Başqa sözlə, Bədiüzzaman da əgər seyid olsaydı, özünə belə bir sual verildikdə “Bəli seyidəm, şərifəm, amma Mehdi deyiləm” deyər; özünün Peyğəmbərimizin (s.ə.v.) soyundan olduğunu ifadə etməkdən böyük qürur duyardı. Çünki “seyid olduğunu qəbul etməsi hz. Mehdi olduğunu da qəbul etməsini” iddia edən bir mövzu deyil. Ancaq buna baxmayaraq, seyid olmadığını çox açıq bir şəkildə dəfələrlə ifadə etmişdir. Həmçinin Bədiüzzaman risalələrdə yenə dəfələrlə “kürd” olduğunu ifadə edərək bu həqiqəti sübut etmişdir. (Münazarat, s. 84; Tarixçə-i Həyat, s. 228; Bədiüzzaman və Tələbələrinin Məhkəmə Müdafiələri, s. 18). Eyni şəkildə əgər özünün hz. Mehdi olduğu yönündə bir düşüncəsi olsaydı, milyonlarla insanın oxuduğu əsərlərində bununla daban-dabana zidd olan yüzlərlə səhifə izah etməz; hz. Mehdinin xüsusiyyətlərinin özü ilə uyğunlaşmadığını və bu mübarək şəxsin özündən sonrakı dövrdə gələcəyini onlarla sübutu ilə birlikdə açıqlamazdı.

Bununla yanaşı, “hər seyid olan adam mütləq Mehdi olacaq deyə bir vəziyyət yoxdur”. Dünyada milyonlarla seyid olan insan vardır. Bir adamın seyid olması Mehdi olmasını iddia etmədiyi üçün seyid olan hər insan bu həqiqəti rahatlıqla və iftixarla dilə gətirir. Bundan əlavə, Bədiüzzaman “Mənim bu mövzudakı tək əksikliyim seyidliyim, əgər seyid olsaydım Mehdi olardım” da deməmişdir. Tam əksinə “hz. Mehdinin bütün xüsusiyyətlərini, edəcəyi bənzərsiz fəaliyyətləri uzun-uzun açıqlamış və bunların öz yaşadığı dövrdə hələ reallaşmadığını ifadə etmişdir”.

Bədiüzzaman həyatda ikən hz. Mehdi əleyhdarı Dəccaliyyət və Süfyaniyyətin təsiri günümüzdəki şiddəti ilə yaşanmamışdır.

Hal-hazırda İslam ölkələrinin və bütün dünya müsəlmanlarının yaşadığı vəziyyət hz. Mehdinin yerinə yetirəcəyi vəzifələrin Bədiüzzamanın dövründə reallaşdırılmadığını açıq-aşkar ortaya qoymuşdur. Süfyaniyyət və Dəccaliyyətin təsiri müsəlman ölkələr üzərində bütün gücü ilə hiss edilir. Dünyanın müxtəlif ölkələrində din azadlığı lazım olan kimi yaşanmır. Bədiüzzaman həyatda olkən isə müsəlmanların məruz qaldıqları çətinlikvə əziyyətlər bu dərəcə şiddətli deyildi. Bu da hz. Mehdi kimi, Süfyan və Dəccalın fəaliyyətlərinin də o dövrdə hələ reallaşmadığını göstərir. Dəccal və Süfyan ilə mübarizə mühiti meydana gəlmədən hz. Mehdinin vəzifəsini yerinə yetirə bilməsindən bəhs edə bilmək isə heç bir şəkildə mümkün deyil.

Bununla yanaşı, hal-hazırda bütün İslam aləmi və müsəlmanlar öz içlərində parça-parçadır. Bədiüzzaman yaşadığı dövrdə bütün dünya müsəlmanları üzərində birləşdirici bir rol oynamamışdır. Peyğəmbərimizin (s.ə.v.) hədislərində bütün müsəlmanları birləşdirəcək şəxsinhz. Mehdi olduğunu bildirmişdir. Bədiüzzaman da hz. Mehdinin bu xüsusiyyətini belə bildirir:

… o şəxs bütün əhl-i imanın (iman gətirənlərin) mənəvi köməkləri ilə və ittihad-i İslamın müavinəti ilə (İslam birliyinin köməkləşməsi ilə) və bütün üləma və övliyanın (alimlərin və vəlilərin) və xüsusilə Ali Beytin nəslindən (Peyğəmbərimizin (s.ə.v.) soyundan) hər əsrdə qüvvətli və kəsrətli (çox sayda) olan milyonlarla fədakar seyidlərin iltihakları ilə (Peyğəmbər soyundan gələn fədakar şəxslərin iştirakları ilə) o vəzifə-i uzmayı (böyük vəzifəni) etməyə çalışar. (Əmirdağ Lahikası, s. 260)

Bədiüzzaman bu sözündə hz. Mehdinin üçüncü vəzifəsini açıqlamışdır. Buna görə, hz. Mehdi Quran əxlaqının göz ardı edildiyi bir dövrdəinsanların yenidən din əxlaqına yönəlməsinə səbəb olacaq, İslam birliyini quracaq və bütün müsəlmanların birləşərək ittifaq halında hz. Mehdinin bu vəzifədəki köməkçiləri olacağını bildirmişdir. Bütün müsəlmanların daxil olacağı belə geniş diametrdə bir ittifaq və dəstək Bədiüzzamanın dövründə reallaşmış deyil. Bədiüzzamanın da müjdələdiyi kimi, bu geniş kütlənin mənəvi köməkləri, ancaq axırzamanda hz. Mehdi ilə birlikdə meydana gələcək və İslam əxlaqının bütün dünyaya hakim edilməsində böyük rol oynayacaq.

Bədiüzzaman risalələrdəki açıqlamalarının hər mövzuda kifayət qədər olduğunu söyləmişdir.

Bədiüzzaman “Bir Risalə-i Nur tələbəsi olaraq mən də bunlara tabe oluram” deyərək, yaşadığı müddətdə əsərlərində yazdıqlarının doğruluğunu dəfələrlə təsdiq etmişdir. Risalələrin hər biri minlərlə nüsxəsi olan kitablardır. Başqa sözlə, əsərlərində açıq-aşkar “Mən özümü seyid bilmirəm” deyirsə, bəzi şəxslərin “Bədiüzzamanın bu açıqlamaarı doğru deyil; özü filan gün bizi çağırmış, həm şərif, həm seyid, həm də hz. Mehdiyəm demişdir” demələri Bədiüzzaman Səid Nursi həzrətlərinə qarşı çox pis təhqir, böyük zülm və böhtan olar. Çünki bu Bədiüzzaman kimi qiymətli və üstün əxlaqlı bir şəxsin bu mövzuda yazdıqlarının “yalan” olduğunu iddia etmək mənasına gəlir. Yüzlərlə səhifə boyu yazdıqlarının əksinə, Bədiüzzamanın “-yalnız ik-üç adama- bütün yazdıqlarının yalan olduğunu söylədiyi” şəklində bir iddia bu cür iddiaların sahiblərini çətin vəziyyətdə qoyur. “Bədiüzzaman həzrətləri milyonlarla insanı aldatdı, yalan danışdı; lakin bu mövzunun doğrusunu üç-beş adama açıqladı” şəklində bir iddia heç bir şəkildə qəbul edilə bilməz.

Digər tərəfdən, Bədiüzzamanın özünün Mehdi olmadığını söyləməsi üçün yalnız “mən Mehdi deyiləm” deməsi kifayətdir. Belə mübarək bir insanın “yüzlərlə səhifə dolusu kitablarda əhatəli və ətraflı yalan danışdığını; ümməti aldatdığını, bu yazılanların bir aldatma ünsürü olduğunu” iddia etmək bir cəfəngiyyatdır. Sevgi adına da olsa belə ağır təhqir edilə bilməz.

Bədiüzzaman kimi dərin imanlı böyük bir mücəddidin əsərlərində düşündüyü və inandığı şeylərin tam tərsinə açıqlamalar verməsi heç bir şəkildə mümkün deyil. Başqa sözlə, Bədiüzzamanın vəfatından illər sonra belə bir iddia ilə ortaya çıxmaq, nə qədər yaxşılıq adına, Bədiüzzamanı sevmə adına edilmiş də olsa, Bədiüzzaman adına çox böyük böhtan olar. Onu yalançılıqla ittiham edən və yüzlərlə səhifə ilə ümməti aldatdığını iddia edən belə düşüncəni isə heç bir vicdan sahibi insan qəbul edə bilməz.

Bununla yanaşı, heç bir dəlilə əsaslanmayan bu iddianın sübut edilməsi üçün hz. İsa ilə bağlı da həqiqətdən kənar bəzi iddialar önə sürülür. Məlum olduğu kimi, Peyğəmbərimizin (s.ə.v.) hədislərində hz. Mehdi dövründə hz. İsanın ikinci dəfə yer üzünə gələcəyi bildirilir. Hz. Mehdinin imamlığında hz. İsa və hz. Mehdi birlikdə namaz qılacaq, yeddi il yer üzündə birlikdə hökm sürəcəklər. Ancaq bu hadisələrin heç biri Bədiüzzaman həyatda ikən reallaşmamışdır. Bədiüzzaman hz. İsa ilə birlikdə olmamışdır. Bu vəziyyət də müxtəlif şəkillərdə izah edilməyə çalışılır; hz. İsanın yalnız bir ruh olaraq gələcəyi, ya da Bədiüzzaman həyatda ikən gəldiyi və vəfat edib basdırıldığı kimi əsassız fikirlər qarşıya qoyulur. Halbuki Bədiüzzaman əsərlərində çox açıq bir dillə və dəfələrləhz. İsanın -cismi bədəni ilə- “bir şəxs” olaraq yer üzünə gələcəyini ifadə etmişdir. Hz. İsanın “xristian ruhaniləri ilə ittifaq edəcəyini, Dəccal ilə mübarizə apararaq onu fikirlə təsirsiz hala gətirəcəyini” ifadə etmişdir. Bu sözlərinin birində Bədiüzzaman hz. İsanın bir şəxsi mənəvi deyil, bir şəxs olduğunu belə ifadə edir:

… aləm-i səmavatda (göylər aləmində) CİSM-İ BƏŞƏRİSİ İLƏ (insani cismi ilə) olan ŞƏXS-İ İSA ƏLEYHİSSALAM, o din-i haqq cərəyanının (Haqq dinin) başına keçəcəyini…. (Məktubat, sf. 60)

Bununla yanaşı, Bədiüzzaman hz. İsanın Dəccal ilə olan mübarizəsini izah etdiyi sözlərində də bir şəxsi mənəvi ilə başqa bir şəxsi mənəvi arasında yaşanacaq mövzudan deyil; hz. İsanın özünün Dəccala qarşı aparacağı mübarizədən bəhs edir:

… Əlcavab: Hədis-i səhihdə (doğruluğu qəti olan hədisdə) rəvayət edilən: “Həzrət-i İsa Əleyhissalamın gələcəyini və Şəriət-i İslamiyə ilə əməl edəcəyini, Dəccalı öldürəcəyini” imanı zəifolanlar istib’ad edirlər (ehtimal vermirlər, uzaq görürlər, olmayacaq zənn edirlər). Onun həqiqəti izah edilsə, heç istib’ad (uzaq görünəcək) yeri qalmaz. (Məktubat, s. 58-59)

Başqa bir sözündə isə Bədiüzzaman Dəccalın təsirinin ancaq möcüzə sahibi bir peyğəmbər tərəfindən aradan qaldırıla biləcəyini ifadə edərək, hz. İsanın bir şəxsi mənəvi deyil, möcüzələr göstərəcək xüsusiyyətlərə sahib bir şəxs olacağını bir daha ifadə etmişdir:

… ancaq möcüzə və mu’cizatlı (möcüzələr sahibi) və ümumun məqbulu (hər kəsin qəbul etdiyi) BİR ŞƏXS ola bilər ki: O ŞƏXS, ən çox əlaqədar və əksər (bir çox) insanların peyğəmbəri olan HƏZRƏT-İ İSA ƏLEYHİSSALAMdır… (Şüalar, sf. 463)

Bədiüzzamanın hz. İsa və hz. Mehdinin gəlişi ilə bağlı bu çox açıq sözlərinə baxmayaraq, xüsusi söhbətlərin dəlil göstərilməsi ilə qarşıya qoyulan bu kimi iddialar beləqiymətli mücəddidin qələmə aldığı risalələrin hamısını şübhəli hala gətirəcək çox təhlükəli cəhdlərdir. Bunun kimi bir çox adam bir-birindən fərqli iddialarla ortaya çıxıb “Bədiüzzaman Səid Nursi burada belə demişdir, amma bunların hamısı bir taktikadır, yalandır; doğrusunu bizə söylədi” desə bu nə qədər etibarlı olacaq? Belə bir vəziyyətdə bir müddət sonra Risalə-i Nurdakı hər mövzu üçün bir şey deyilə bilər və Bədiüzzamanın əsərləri əsl mənasından və hikmətindən getdikcə uzaqlaşar. Belə bir təhlükəni önləmək isə Bədiüzzaman kimi qiymətli bir İslam aliminin şəxsən yazıb təsdiq etdiyi açıq-aşkar sözlərini qorumaqla mümkün olacaq. Belə ki, Bədiüzzaman da əsərlərində, hər mövzuda olduğu kimi bu mövzuda da ən doğru izahların risalələrdə ola biləcəyini xatırlatmış, risalələrdə yazılanlar oxunduqda sanki özü ilə görüşülmüş kimi ən doğru məlumatların əldə oluna biləcəyini ifadə etmişdir.

Risalə-i Nurun hər bir kitabı bir Səiddir. Siz hansı kitaba baxsanız mənimlə üz-üzə görüşməkdən on dəfə çox həm faydalanar, həm həqiqi surətdə mənimlə görüşmüş olarsınız. Risalə-i Nur mənə heç bir ehtiyac qoymur. (Əmirdağ Lahikası, s. 159)

… Çünki deyər: “Mənimlə görüşmək istəyən, əgər axirət üçün Risalə-i Nur üçün isə; Risalə-i Nur mənə qətiyyən ehtiyac qoymamışdır. Milyonlarla nüsxəsinin hər birion Səid qədər fayda verir… Əgər Risalə-i Nurun xidmətinə, intişarına (yayılmasına) aid olsa; mənə xidmət edən həqiqi fədakar tələbələrimin və mənəvi övladlarımın və qardaşlarımın mənim əvəzimə görüşmələri kifayətdir, mənə heç ehtiyac yoxdur… (Əmirdağ Lahikası-2, s. 214)

Bədiüzzaman əsərlərində buhəqiqəti dilə gətirən tələbələrinin sözlərinə də yer vermişdir. Bunlardan bəziləri belədir:

Ey müəllimlər və əhl-i ürək! Verəcəyiniz sualların cavablarını Risalə-i Nurda tapa bilərsiniz. Əhl-i kəşf (gözlə görünməyən qeyb həqiqətlərini Allah’ın lütfüilə kəşf edib bilən övliyalar) mənim kimi aciz bir insandan Mehdini soruşur. “Nə vaxt gələcək…” Hələ Mehdini başa düşməyib. Dabbətü’l Ərzin kimlər olduğunu bilmir. Bunlara dair, risalələrdə bir bəhs (söz, şərh) vardır. Hər müşkül sualın (çətin sualın) cavabını o risalələrdən axtarın, taparsınız. (Mustafa Hulusi, Barla Lahikası, s. 143)

… bu barədə ərz edim ki, ustadımız Bədiüzzaman bir Nur tələbəsinə Risalə-i Nurdan bəzən oxumaq lütfünü bəxş edərkən izah etmir, deyir ki: “Risalə-i Nur imani məsələləri zəruruliyi dərəcəsində izah etmişdir. Risalə-i Nurun müəllimi Risalə-i Nurdur. Risalə-i Nur başqalarından dərs almağa ehtiyac qoymur. (Sözlər, s. 772)

HZ. MEHDİNİN GƏLİŞİ

Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v.) tərəfindən müjdələnmişdir

Peyğəmbərimizin (s.ə.v.) axırzamanla bağlı hədisləri içərisindəhz. Mehdi ilə bağlı mütəvatir olaraq qəbul edilən çox sayda hədis var. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində “HZ. MEHDİ İLƏ MÜJDƏLƏNİN. O Qüreyşdən və Əhl-i Beytimdən bir adamdır.” (Kitab-ül Bürhan Fi Əlamət-əl Axırzaman, s. 13) sözləri ilə bu mövzunun müsəlmanlar üçün müjdə olduğunu bildirmişdir. Başqa hədisində isə Peyğəmbərimiz (s.ə.v.) “Mehdi zühur edər, HƏR KƏS YALNIZ ONDAN DANIŞAR, Onun sevgisini içər və Ondan BAŞQA BİR ŞEYDƏN BƏHS ETMƏZLƏR.” (Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, s. 33) sözləri ilə hz. Mehdinin ortaya çıxacağı dövrdə hər kəsin bu mübarək şəxsdən bəhs edəcəyini xəbər vermişdir.

Bədiüzzaman da hz. Mehdini (ə. s. ) müjdələmişdir.

Bədiüzzamanın şəxsiyyətində olan və bütün həyatına hakim olan dürüstlük, aydınlıq və dəqiqlik əsərləri olan Risalə-i Nurlara da əks olunmuşdur.

Bədiüzzaman Səid Nursi əsərlərində Mehdiyyət mövzusuna geniş yer ayırmış, bu mövzunu ətraflı açıqlamışdır. Aydındır ki, əgər bu mövzunun gizlənməli olduğunu, ya da oxunmasına ehtiyac olmadığını düşünsəydi, bu mövzudakı açıqlamalarını risalələrə yerləşdirməzdi.

Bədiüzzaman açıqlamaları ilə bu mövzuya aydınlıq gətirmiş və bunun gizlənəcək bir məsələ olmadığını açıq ifadə etmişdir. Belə ki, illərdir risalələrin milyonlarla insan tərəfindən oxunması da bu mövzunun gizli deyil, aydınlaşmış bir mövzu olduğunu sübut edir.

Risalə-i Nur əsərləri ötən əsrin mücəddidi Bədiüzzaman Səid Nursi Həzrətlərinin ürəyindən, dilindən çıxan həqiqətləri qələmə aldığı çox qiymətli külliyattır.

Bədiüzzaman özünün hz. Mehdi olmadığını (Əmirdağ Lahikası, s. 266),

Hz. Mehdinin özündən bir əsr sonra gələcəyini (Kastamonu Lahikası, s. 57),

özünün hz. Mehdinin qabaqcılı olduğunu (Barla Lahikası, s. 162),

əsərləri və etdiyi fəaliyyətlər ilə də hz. Mehdiyə zəmin hazırladığını (Sikkə-i Təsdiq-i Qeybi, s. 189),

özünün və Risalə-i Nurların Mehdi zənn edilməsinin isə bir səhv və qarışdırma olduğunu (Emirdağ Lahikası, s. 266),

açıq bəyan etmişdir.

Mehdiyyət müjdələnməsi vacib olan bir mövzudur.

Hörmətli Adnan Oktarın söhbətlərində İslam əxlaqının hakimiyyəti və Mehdiyyət mövzularına xüsusi yer ayırması, Quran əxlaqının tələbi və Peyğəmbərimizin (s.ə.v.) sünnəsidir.

Hörmətli Adnan Oktar etdiyi bütün radio və televiziya reportajlarında və söhbətlərində Mehdiyyət mövzusuna xüsusi əhəmiyyət vermiş və bu mövzuya geniş yer ayırmışdır. Şübhəsiz ki, bu vəziyyət hər mövzuda olduğu kimi hörmətli Adnan Oktarın özünə Quran ayələrini və Peyğəmbərimizin (s.ə.v) sünnəsini rəhbər etməsindən qaynaqlanır.

1.  Hz. Mehdidən (ə.s.) bəhs edilməsi və hz. Mehdinin (ə.s.) gəlişinin müsəlmanlara müjdələnməsi Peyğəmbərimizin (s.ə.v) sünnəsidir.

Allah Quranda İslam əxlaqının yer üzünə hakim olması üçün cəhd göstərmənin bütün müsəlmanların borcu olduğunu bildirmişdir. Quranda bu mövzuda bir çox ayə var və Allah’ın Adətullahı gərəyi, tarixin hər dövründə haqq dinin təbliğində müsəlmanlara liderlik edən, onları hidayətə yönəldən mənəvi bir lider olmuşdur. Allah Quran ayələrində bütün cəmiyyətlərə, onlara yol göstərəcək bir elçi göndərdiyini bildirmişdir. Məhz axırzamanda müsəlmanları Quran əxlaqına və hidayətə yönəldəcək, onları birləşdirib tək bir dam altında toplayacaq adam da hz. Mehdidir (ə.s.). Peyğəmbərimizin (s. ə. v. ) təvatür dərəcəsindəki səhih hədisləri ilə bu mövzu təxminən 14 əsr əvvəl insanlara müjdələnmişdir. Peyğəmbərimiz (s.ə.v.) bu mövzunun əhəmiyyətini hədislərində çox açıq şəkildə vurğulamış və müsəlmanların da bir-birlərini bu mövzunu gündəmə gətirərək müjdələmələrini bildirmişdir:

“HZ. MEHDİ (Ə.S.) İLƏ MÜJDƏLƏNİN. O Qüreyşdən və Əhl-i Beytimdən bir adamdır.” (Kitab-ül Bürhan Fi Əlamət-əl Axırzaman, s. 13)

Başqa hədisində isə Peyğəmbərimiz (s.ə.v.) “Mehdi (ə.s.) zühur edər, HƏR KƏS YALNIZ ONDAN DANIŞAR, Onun sevgisini içər və Ondan BAŞQA BİR ŞEYDƏN BƏHS ETMƏZLƏR.” (Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, s. 33) sözləri ilə hz. Mehdinin (ə.s.) ortaya çıxacağı dövrdə hər kəsin bu mübarək şəxsdən bəhs edəcəyini xəbər vermişdir.

Hörmətli Adnan Oktar daPeyğəmbərimizin (s.ə.v) bu hədislərinin tələbi olaraq, hz. Mehdinin (ə.s.) gəlişini müsəlmanlara müjdələyir, hz. Mehdini (ə.s.) insanlara tanıdır və Peyğəmbərimizin (s.ə.v) xəbər verdiyi kimi, söhbətlərində sıxlıqla hz. Mehdidən (ə.s.) bəhs edir.

Peyğəmbərimiz (s.ə.v.) də yaşadığı dövrdə, həm ətrafındakımüsəlmanlara, həm də özündən sonra yaşayacaq nəsillərə hz. Mehdini (ə.s.) tanıtmış və söhbətlərində hz. Mehdiyə (ə.s.) geniş yer ayırmışdır. Əgər Mehdiyyət əhəmiyyətsiz, ya da üzərində dayanılmasına ehtiyac olmayan bir mövzu olsaydı, əlbəttə ki, bunun tətbiqini ən başda Peyğəmbərimizin (s.ə.v) söhbətlərində görərdik. Ancaq tam əksinə, Peyğəmbərimiz (s.ə.v.)Allah’ın yol göstərməsi ilə, həm özü bu mövzunu çox əhəmiyyətli görmüş, həm də müsəlmanları, tarixin hər dövründə bu mövzunu gündəmdə saxlamağa, bütün müsəlman aləmini bu mövzu ilə müjdələməyə təşviq etmişdir.

2. Bütün böyük İslam alimləri müsəlmanlara hz. Mehdinin (ə.s.) gəlişini müjdələmiş; əsərlərində və söhbətlərində bu mövzuya geniş yer ayırmışdırlar.

Peyğəmbərimizdən (s. ə. v. ) indiyə qədər, 14 əsr boyu yaşamış bütün İslam alimləri Peyğəmbərimizin (s. ə. v. ) sünnəsi gərəyi Mehdiyyət mövzusunun üzərində dayanmış; hədisləri təfsir etmiş və hz. Mehdini (ə.s.) insanlara tanıdan xüsusiyyətləri bütün təfsilatları ilə yüzlərlə səhifələrdə açıqlamışlar. Bu şəxslərin hər biri İslam tarixində əhəmiyyətli yeri olan, müsəlmanlara bir çox mövzuda yol göstərmiş böyük alimlərdir. Yenə Əhli Sünnənin böyükləri olan hədis imamlarımız, təriqət imamlarımız da Mehdiyyət mövzusuna böyük əhəmiyyət vermiş; əsərlərində Mehdiyyət mövzusunu ətraflı açıqlamışlar. Hz. Mehdinin (ə.s.) müjdəçisi hicri 13-cü əsrin qütbü-əzəmi, böyük İslam alimi Bədiüzzaman Səid Nursi də əsərlərində yüzlərlə səhifəni hz. Mehdinin (ə.s.) gəlişinə həsr etmişdir.

Mehdiyyət mövzusunu vurğulayan və tarix boyu müsəlmanlara yol göstərici olmuş böyük İslam alimlərindən bəzilərinin adları belədir:

1.  İMAM-İ ƏZƏM ƏBU HƏNİFƏ

2.  İMAM-İ HANBƏLİ

3.  İMAM-İ ŞAFİİ

4.  İMAM-İ MALİKİ

5.  İMAM MUHƏMMƏD İBN İSMAYIL BUXARİ (BUXARİ)

6.  ƏBUL-HÜSEYN MÜSLİM İBN HACCAC KUŞEYRİ (MÜSLİM)

7.  BÖYÜK HƏDİS ALİMİ  MUHƏMMƏD İBN İSA TİRMİZİ

8.  HAFİZ ƏBU DAVUD SÜLEYMAN İBN ƏŞ’AS SİCİSTANİ

9.  ƏBU ABDULLAH MUHƏMMƏD İBN YEZİD (İBN-İ MACƏ)

10. MUHƏMMƏD B. RƏSUL BƏRZƏNCİ

11. ƏLAƏDDİN ƏLİ B. HİŞAM MÜTTƏQİ HİNDİ

12. ƏBDÜLQADİR GEYLANİ

13. İMAM QAZALİ

14. İMAM-İ RƏBBANİ,

15. MUHYİDDİN ƏRƏBİ

16. İBN KƏSİR

17. İBN TƏYMİYƏ

18. ZAHİDU’L KÖVSƏRİ

19. CƏLALƏDDİN SUYUTİ

20. BƏDİÜZZAMAN SƏİD NURSİ

21. ŞƏHABƏTTİN İBN-İ HƏCƏR ƏSKƏLANİ

22. HÜSEYİN HİLMİ İŞIQ

23. MAHMUD ƏSA’D COŞAN

24. MAHMUD SAMİ RAMAZANOĞLU

25. ƏBU QASİM TƏBƏRANİ

26. ALMALILI HƏMDİ YAZAR

27. MUHƏMMƏD B. ƏLİ ŞÖVKANİ

28. MUHƏMMƏD CƏMALƏDDİN ƏL-QASİMİ ƏL-DƏMƏŞKİ

29. KURTUBİ

30. İMAM MATURİDİ

31. İMAM ACCURİ

32. İBN HƏZM

33. PƏZDƏVİ

34. NƏSƏFİ

35. TƏFTƏZANİ

36. İBNU’L ƏRƏBİ

37. İMAM CƏFƏR ƏT TAHAVİ

38. BƏYAZİ

39. SEYİD ALUSİ

40. ƏBUL MÜNTƏHA

41. ƏS-SƏFFARİNİ

42. ƏBDÜLMUHSİN İBN HƏMD ƏL-ABBAD

43. ƏBU MUHƏMMƏD HƏSƏN B. ƏLİ ƏL-BƏRBƏHARİ HANBƏLİ

44. MUHƏMMƏD NASRƏDDİN ALBANİ

45. ŞƏMSƏDDİN MUHƏMMƏD İBN ƏHMƏD SƏFAREYNİ

46. ƏBU ABDULLAH MUHƏMMƏD B. CƏFƏR İDRİSİ KƏTANİ

47. ŞƏHABƏDDİN ƏHMƏD B. MƏHƏMMƏD GUMARİ

48. HASANEYN MUHƏMMƏD MAHLUF ƏL-MISRİ

49. ƏBUL-HƏSƏN MUHƏMMƏD B. HÜSEYİN ABURİ

50. SƏİD HƏVVA

51. ŞEYX HƏSƏN ƏDVİ HƏMZƏVİ

52. M. SİDDİQ B. HƏSƏN KUNUCİ

53. MUHƏMMƏD B. HƏSƏN ƏL-ƏSNƏVİ

54. NURƏDDİN ATAR

55. ƏBU ABDULLAH MUHƏMMƏD B. CƏFƏR İDRİSİ KƏTANİ

56. ƏBU’S-SADAT MUHƏMMƏD B. MUHƏMMƏD ƏBU ŞOHBE

57. ƏN-NƏVƏVİ

58. ƏBUL-FƏZL ABDULLAH B. MUHƏMMƏD ƏL-İDRİSİ

59. MUHƏMMƏD ƏL-MƏKKİ

60. ƏBU BƏKİR ƏHMƏD B. MUHƏMMƏD İSKAFİ

61. HAFİZ ƏBU BƏKİR B. HAYSƏMƏ

62. ƏBU-L BƏKİR MUHƏMMƏD B. İBRAHİM KƏLABAZİ BUXARİ

63. ƏBU QASİM ƏBDÜRRƏHMAN SÜHEYLİ

64. YUSUF B. YƏHYA MƏQDİSİ ƏŞ-ŞAFİİ

65. ŞEYX İBRAHİM B. MUHƏMMƏD HAMVİNİ

66. İBN-İ HƏCƏR ƏŞ-ŞAFİİ ƏL-MƏKKİ

67. İBN-İ HƏCƏR-İ MƏKKİ

68. ŞEYX MUHƏMMƏD B. ƏHMƏD SƏFARİNİ  ƏL-HANBELİ

69. SÜLEYMAN B. İBRAHİM KUNDUZİ

70. SEYİD MUHƏMMƏD SİDDİQ KANUCİ BUXARİ

71. ƏBÜLFƏZL ABDULLAH B. MUHƏMMƏD SİDDİQ

72. ƏLLAMƏ ŞÖVKANİ,

73. HAFİZ ƏSKƏLANİ

74. İBN-İ HƏCƏR-İ HEYSƏMİ

75. ŞƏBLƏNCİ

76. MİSİRLİ ŞEYX MUHƏMMƏD-İ HƏNƏFİ

77. ŞEYX MUHƏMMƏD SABBAN

78. SÜVEYDİ

79. ƏHMƏD İBN ZEYNİ DEHLAN ƏŞ ŞAFİİ

80. ƏBDÜLVAHHAB ƏBDÜLLATİF

81. ƏLLAMƏ ƏBU TAYİB

82. SƏİD İBN CABİR

83. NİYAZİ MİSRİ

84. ƏN NİFƏRİ

85. İMAMİ ƏZƏM FİQHİ ƏKBƏR ŞƏRHİNDƏ ƏLİYYUL KARİ

86. TAHTAVİ

87. ŞEYX MƏNSUR ƏLİ NASİF  (TAC ELMİHALI)

88. SEYİD QÜTB

89. ŞEYX FAKİH İMANİ

90. ƏLİ ƏS SABUNİ

91. MUHƏMMƏD MEHDİ ƏL-XORASAN

92. ŞEYXÜLİSLAM MUSTAFA SABRİ ƏFƏNDİ

3. Uca Rəbbimiz hz. Adəmdən (ə.s.) və dünyanın yaradılışından indiyə qədər bütün dünyanı Mehdiyyət üçün hazırlamışdır.

“Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz)kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar.” (Ənbiya surəsi, 105)

Dünyanın yaranmasından, hz. Adəmin (ə.s.) yaradılışından indiyə qədər Allah bütün yer üzünü və tarixdə yaşanan bütün hadisələri Mehdiyyət üçün hazırlamışdır. Hz. İsa (ə.s.) dövründə İncil, hz. Musa (ə.s.) dövründə Tövrat ilə, hz. Davud (ə.s.) dövründə Zəbur ilə bütün insanlar hz. Mehdinin (ə.s.) gəlişi ilə müjdələnmişdirlər. Allah hz. Mehdi (ə.s.) ilə bütün yer üzünə İslam əxlaqını hakim etmək üçün hz. Mehdinin (ə.s.) gəlişindən əvvəl dünyaya dinsizliyi hakim etmişdir. 20-ci əsrdə baş verən bütün müharibələr; Ivə IIDünya Müharibələri, yer üzündə hökm sürən terror və anarxiya hadisələri, müsəlmanların yaşadığı bir çox bölgədə hökm sürən təzyiqlər, çətinlikvə ağrılar, aclıq, səfalət və qarışıqlıqlar, həmişə hz. Mehdinin (ə.s.) gəlişindən əvvəl xüsusi olaraq yaradılmış hadisələrdir. Allah, Peyğəmbərimizin (s. ə. v.) hədisləri ilə hz. Mehdinin (ə.s.) çıxışını insanlara xəbər verən yüzlərlə hadisənin reallaşacağını bildirmişdir və bu əlamətlərin çox böyük hissəsi də yenə bu dövrdə sırf hz. Mehdinin (ə.s.) çıxışı üçün xüsusi olaraq reallaşdırılmışdır. Rəbbimiz Öz Qatına yüksəltdiyi hz. İsanı (ə.s.) əsrlər sonra belə şərəfli bir hadisə üçün təkrar yer üzünə endirəcəyini bildirmişdir. Bütün bunlar dünyanın vəziyyətini dəyişdirən, dönüş nöqtəsi olaraq ifadə edilən çox böyük və tarixi hadisələrdir.

Allah’ın bütün bu tarixi hadisələri sırf hz. Mehdinin (ə.s.) gəlişinin hazırlıq mərhələləri olaraq yaratması, şübhəsiz ki, Mehdiyyət mövzusunun əhəmiyyətini ortaya qoyur. Buna baxmayaraq, Mehdiyyəti və hz. Mehdini (ə.s.) (Allah’ı tənzih edirik) əhəmiyyətsiz kimi göstərmək və davamlı gündəmə gətirilməsinə ehtiyac olmadığını düşünmək çox yalnışdüşüncədir. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində “dünyanın tək bir günlik ömrü belə qalsa, hz. Mehdinin (ə.s.) gəlişi üçün bu vaxtın uzadılacağını” bildirmişdir. Yalnız bu hədis belə, Mehdiyyətin nə qədər əhəmiyyətli mövzu olduğunu müsəlmanların anlaması üçün olduqca anlaşıqlıdır:

“Abdullahdan (r.ə) rəvayət edilmişdir: Rəsulullah (s.ə.v.) buyurdu ki: Əhl-i Beytimdən adı adıma uyğun gələn bir adam (hz. Mehdi (ə.s.)) başa keçəcək… DÜNYANIN ANCAQ BİR GÜNLÜK ÖMRÜ QALSA, ONUN (HZ. MEHDİNİN (Ə.S.)) BAŞA KEÇMƏSİ ÜÇÜN ALLAH O GÜNÜ MÜTLƏQ UZADAR.”(Sünen-i Tirmizi 4/92)

4. Quranda İslam əxlaqının bütün yer üzünə hakim olacağı vəd edilmişdir. Peyğəmbərimiz (s.ə.v.) də 14 əsrdir həsrətlə gözlənilən bu böyük hadisəyə hz. Mehdinin (ə.s.) səbəb olacağını bildirmişdir. Mehdiyyətdən bəhs edilməsini əhəmiyyətsiz və lazımsız görmək İslam əxlaqının hakimiyyətini də əhəmiyyətsiz görmək deməkdir.

Allah Quranın bir çox ayəsi iləİslam əxlaqını bütün dünyada hakim edəcəyi bir dövr olacağını vəd etmişdir. Hədislərdə də bu vədin hz. Mehdi (ə.s.) vəsiləsilə reallaşacağı bildirilmişdir. Buna baxmayaraq, Mehdiyyətin əhəmiyyəti yoxdur demək, (Allah’ı tənzih edirik) Quranın da, İslamın da, İslam əxlaqının dünya hakimiyyətinin də əhəmiyyətini təqdir edə bilməyən bir dünyagörüşü olduğunu göstərir.

Halbuki Allah’ın Quranda bildirdiyi ayələr çox aydındır. Allah haqq din olan İslamı dünyaya hakim edəcək. Allah hər dövrdə müsəlmanları xəbərdar edib qorxudan, onları hidayətə yönəldən, onları tək birbirlik altında cəmləyən bir elçi göndərir. Bu Allah’ın Adətullahıdır və Allah Peyğəmbərimiz (s.ə.v.) ilə axırzamanda müsəlmanların bu mənəvi liderinin, dünyada İslamın hakimiyyətinə səbəb olacaq şəxsin hz. Mehdi (ə.s.) olduğunu bildirmişdir. İslam aləmi Peyğəmbərimizin (s.ə.v) yaşadığı dövrdən indiyə qədər, 1400 ildən çox bir müddətdir Mehdiyyəti şövqlə gündəmdə saxlamış, hz. Mehdini (ə.s.) sevgi ilə xatırlamış və onun dövründə yaşayanlardan ola bilmək üçün Allah’a könüldən dua etmişdirlər. Hz. Mehdinin (ə.s.)bütün gəliş əlamətlərinin reallaşdığı yaşadığımız axırzamanda isə müsəlmanlar Mehdiyyət mövzusunu yaddan çıxarmamalıdırlar. Bütün müsəlmanların Mehdiyyət mövzusundan şövqlə bəhs etmələri, əzm və səylə gündəmdə saxlamaları və bütün dünya müsəlmanlarını da bu əsrdə reallaşacaq bu tarixi hadisə ilə müjdələmələri çox əhəmiyyətlidir.

Allah’ın Quranda İslam əxlaqını yer üzünə hakim edəcəyini bildirdiyi və hz. Mehdinin (ə.s.) gəlişinə işarə edən ayələrdən bəziləri belədir:

“Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.” (Nur surəsi, 55)

“Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri (bununla) müjdələ.” (Səff surəsi, 13)

“Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz) kitablarda da yazmışdıq ki, yer üzünə Mə­­nim əməlisaleh qullarım varis olacaqlar.” (Ənbiya surəsi, 105)

“Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi. “Həqiqətən, onlara kömək göstəriləcəkdir.Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”.” (Saffat surəsi, 171-173)

“Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.” (Mücadilə surəsi, 21)

“Müşriklərin xoşuna gəlməsə də, (İslam) dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur.” (Səff surəsi, 9)

“Allah’ın köməyi və qələbə gəldiyi zaman,insanların dəstə-dəstə Allah’ın dininə girdiklərini gördükdəhəmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!” (Nəsr surəsi, 1-3)

5. Quranda tarix boyupislərlə yaxşıların, Dəccaliyyət ilə Mehdiyyətin, batil ilə haqq dinin mübarizəsi olduğu bildirilmişdir. Axırzamanda Dəccaliyyəti məğlub edə bilən güc və hər problemin həlli də Mehdiyyət olacaq.

Allah’ın Quran ayələrindəki vədləri və Peyğəmbərimizin (s. ə. v.) hədislərində verilən məlumatlar Mehdiyyət mövzusunun əhəmiyyətini ortaya qoyur. Quranda tarix boyu yaşanmış hər dövrdə Dəccalların və Mehdilərin mübarizəsinin mövcud olduğu bildirilir və bu iki fikrin, yəni inananlarla inanmayanların, haqq ilə batilin mübarizəsi qiyamətə qədər də davam edəcək.

Məsələn,hz. İbrahim (ə.s.) yaşadığı dövrün Mehdisi, Nəmrud da o dövrün Dəccalı olmuşdur. Hz. Musa (ə.s.) da öz dövrünün Mehdisi və Firon da o zamanın Dəccalı olmuşdur. Tarixin hər mərhələsində Dəccallar və Mehdilər arasında çox güclü bir mübarizə olmuşdur.

Peyğəmbərimiz (s.ə.v.)axırzamanda çıxacaq Dəccalın bu günə qədər gəlmiş keçmiş ən azğın, ən təsirli və ən güclü Dəccal hərəkatı olacağını bildirmişdir. Elə buna görə, Allah Axırzaman Mehdisini də o cür əhəmiyyətli etmiş, hz. Mehdinin (ə.s.) Dəccal ilə olan mübarizəsini və bunun nəticəsindəki qalibiyyətini də o cür böyük bir hadisə olaraq yaratmışdır.

Səid Nursi risalələrində axırzaman Mehdisinin gələcəyi bu əsri “axırzamanın ƏN BÖYÜK FƏSAD dövrü” (Məktubat, s. 411-412) sözləri ilə təyin etmişdir. Həqiqətən də, yaşadığımız dövrdə dünya tarixinin ən böyük fəsadı yaşanır. Hz. Adəmdən (ə.s.) bu dövrə qədər bu dərəcə böyük fəsad nə Nəmrud, nə Firon, nə də Hülakü dövründə heç olmamışdır. Bu qədər böyük fəsad ilk dəfə yaşanır. Axırzaman Dəccalı artıq çıxmışdır. Dəccal dünya tarixinin ən böyük fəsadıdır. Belə ki, tarix boyu bütün peyğəmbərlər axırzaman Dəccalının şərindən Allah’a sığınmışlar. Hal-hazırda tarix boyu yaşamış bütün Fironların, Nəmrudların və Dəccalların hamısından daha şiddətli bir küfr dünyaya hakim olmuşdur. Başqa sözlə, əlbəttə ki, axırzamanda gələcək hz. Mehdi (ə.s.) də əhəmiyyətli bir şəxs və Mehdiyyət də əhəmiyyətlə üzərində dayanılması lazım olan mövzudur.

Tarixdə ilk dəfə bu qədər böyük Dəccal və bu qədər şiddətli bir küfr hakim ikən, Mehdiyyətin əhəmiyyətsizliyindən bəhs etmək və hz. Mehdinin (ə.s.) gəlməyəcəyini iddia etmək, Allah’ın Quran ilə bildirdiyi Adətullahına da uyğun deyil. Rəbbimiz dünya tarixi boyu həmişə belə Adətullah yaratmışdır. Hər zaman küfr olmuşdur, Dəccallar olmuşdur və bunların qarşısında da Mehdilər olmuşdur. Amma bu dövrdə ən böyük Dəccallar, ən böyük Nəmrudlar, ən böyük Fironlar ortaya çıxmışkən, bu dövrdə “hz. Mehdi (ə.s.) yoxdur, gəlməyəcək” deyilməsi Quranın məntiqinə uyğun deyil. Dəccal varsa, mütləq hz. Mehdi (ə.s.) də vardır. Başqa sözlə də, belə bir dövrdə hz. Mehdidən (ə.s.) bəhs etməmək mümkün deyil. Çünki həll Mehdiyyətdədir. Hz. Mehdi (ə.s.) vəsiləsiləmüsəlmanların yaşadığı bütün çətinliklər, ağrılar, əzab-əziyyətlər sona çatacaq; yer üzündə hökm sürən dinsizlik elmlə məğlub olacaq, Nəmrudların, Fironların, dəccalların fikri sistemi yox olub gedəcək.

6. Bəzi insanların hz. Mehdinin (ə.s.) gəlməsini istəməmələrinin səbəbi dünyaya yönəlmiş mənfəət qayğılarıdır.

Bəzi insanların Mehdiyyət mövzusuna həmişə şübhə və tərəddüd ilə yaxınlaşmalarının, hz. Mehdinin (ə.s.) gələcəyini bildirən açıq-aşkar dəlillərə belə davamlı olaraq müxalif çıxmalarının səbəbi “mənfəət qayğısı”dır. Hz. Mehdinin (ə.s.) gəlişi və Mehdiyyət mövqeyi bütün inananlar üçün rəhmət olduğu; onun vəsiləsilə bütün İslam aləminə barış, ədalət, bolluq, bərəkət, dinclik, rifah, xoşbəxtlik gələcəyi halda, yenə də bəzi şəxslər hz. Mehdinin (ə.s.) gəlməsini istəmirlər.

Əlbəttə ki, bu çox diqqət çəkici və düşündürücü bir vəziyyətdir. Bir müsəlmanın dünyadakı bütün müsəlmanların yaxşılığını, rahatlığını, birlik və bərabərliyini, təhlükəsizlik və rifah içərisində yaşamalarını istəməsi lazımdır. Amma buna baxmayaraq, bəzi şəxslər bu vəziyyətə səbəb olacaq şəxsin gəlməsini dəstəkləmirlər. Bəziləri sakit, problemsiz həyat yaşamaq üçün; bəziləri rahatlıqlarının pozulmaması, işlərinə, dolanışıqlarına, ictimai həyatlarına zərər gəlməməsi üçün; bəziləri mehdilik xüsusiyyətini öz bağlı olduqları müəllimlərinə yönəltmək və beləcə bu şəxsin mövqeyini, etibarını qorumaq məqsədi ilə hz. Mehdinin (ə.s.) gəlməsini istəmir və Mehdiyyət mövzusundan bəhs edilməsindən də narahat olurlar. Həmçinin əgər hz. Mehdi (ə.s.) gəlsə, ONA dəstək olmaları, onunla birlikdə bir çox fədakarlıq və çətinlikdən boyun qaçırmamaları; lazım olduqda ailə və iş mənfəətlərindən keçmələri; gələcəklə bağlı dünyəvi planlarından imtina etmələri lazım olacağını düşünərək, hz. Mehdi (ə.s.) mövzusunun gündəmə gəlməsindən ehtiyat edirlər.

Ancaq bilinməlidir ki, bu şəxslərin yaşadığı vəziyyət tarixin hər dövründə və Peyğəmbərimiz (s.ə.v.) dövründə də yaşanmışdır. Hər müsəlman cəmiyyətində, iman şövqü az olan, İslamın mənfəətlərindənsə öz mənfəətlərini üstün tutan və dünya həyatının bər-bəzəyinə aldanan insanlar olmuşdur. Quranda Peyğəmbərimiz (s.ə.v.) müsəlmanları hicrət etməyə, mübarizəyə, ya da döyüşə çağırdıqda, ailəsini, işini, uşaqlarını bəhanə edərək geridə qalan insanların vəziyyətini izah edən bir çox ayə var. Bu şəxslər Peyğəmbər (s.ə.v.) ilə birlikdə Allah üçün çətinliklərə, fədakarlıqlara dözməyi sanki bir kabus kimi görmüş və uzaq dayanmışlar.

Elə axırzamanda hz. Mehdinin (ə.s.) gəlməsini, hz. Mehdidən (ə.s.) bəhs edilməsini istəməyən şəxslərin vəziyyəti də bundan fərqli deyil. Hz. Mehdinin (ə.s.) gəlişi səmimi müsəlmanlara  bir nur kimi gəlirkən, dünya həyatını hədəfləyən insanlar bu vəziyyətdən şiddətlə çəkinirlər. Bir ayədə Allah bu şəxslərin vəziyyətini belə açıqlayır:

“Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!”(– deyə) Allah’a and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir..” (Tövbə surəsi, 42)

“Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri (bununla) müjdələ.” (Səff surəsi, 13)

7.  Hz. Mehdinin (ə.s.) gəlişi Allah’ın yaratdığı qədərdir. Əleyhinəolan səylər bu müjdənin reallaşmasına maneə ola bilməyəcək.

Allah bir ayəsində, “Müşriklərin xoşuna gəlməsə də, (İslam) dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur.” (Səff surəsi, 9) şəklində buyurmuşdur. Bu ayə bizə çox əhəmiyyətli bir həqiqətdən xəbər verir. Nə Dəccalların, Nəmrudların, Fironların mübarizəsi, nə də ürəklərində xəstəlik, ya da imanlarında zəiflik olan şəxslərin səyləri Allah’ın Adətullahına əsla təsir edə bilməz. Allah hər nə olursa olsun, vədini yerinə yetirəndir. Allah, Peyğəmbərimizin (s.ə.v) hədisləri ilə hz. Mehdinin (ə.s.) bu əsrdə gələcəyini və İslam aləmini şərəfləndirəcəyini xəbər vermişdir. Allah vədini reallaşdıracaq və inşaAllah hz. Mehdi (ə.s.) bütün müsəlmanların mənəvi lideri olaraq yer üzünə Quran əxlaqını hakim edəcək.

CƏNAB ADNAN OKTARIN MÖVZU İLƏ BAĞLI AÇIQLAMALARI

“Mehdiyyəti gündəmə gətirməkdən çəkinmək səmimiyyətsizlikdir”

ADNAN OKTAR: “Bir də bir cavan; “Müəllimim” deyir, “siz, Allah razı olsun, yaxşı, xoş, gözəl danışırsınız, amma hər mövzunu fırladıb Mehdiyə (ə.s.) gətirirsiniz. Yəni biz bunu anlaya bilmirik…” deyirlər. Yaxşı qardaşım, yəni Qurana baxdıqda hansı dövrdə Dəccal və Mehdi (ə.s.) mübarizəsi olmayan bir dövr var? Hansı dövrdə var? Bir göstərsinlər baxım. Quranın hər dövründə, hər yerdə, hz. İbrahim (ə.s.) dövründə. Hz. İbrahim (ə.s.) “dövrün Mehdisi”dir. Nəmrut “dövrün Dəccalı”dır. Firon “dövrün Dəccalı”dır. Hz. Musa (ə.s.) “dövrün Mehdisi”dir. Elə deyilmi? Başqa sözlə,Quranda onların çox güclü bir mübarizəsindən bəhs edilir.

“Axırzamanın ən böyük fəsadı zamanında…” deyir Səid Nursi. Hal-hazırda dünya tarixinin görünmüş, gəlmiş-keçmiş ən böyük fəsadı yaşanır. Baxın, hz. Adəmdən (ə.s.) etibarən bu dövrə qədər bu dərəcə böyük fəsad nə Firon dövründə, nə Nəmrud dövründə, nə Hülakü dövründə olmamışdır. İlk dəfədir ki, bu qədər böyük bir fəsad və Dəccal çıxmışdır. Bütün peyğəmbərlər dəccalın şərindən Allah’a sığınırlar. Dəccal dünya tarixinin ən böyük hadisəsidir. Yaxşı, Dəccaliyyət zühur etmişdir, elə deyilmi? Fironların, Nəmrudların hamısından daha şiddətli bir küfr dünyaya hakim olmuşdur, lakin Mehdi yoxdur, deyirlər. Mehdisi yoxdur bu hərəkətin. İlk dəfə deyirlər yəni. “Dünya tarixində həmişə Allah belə bir Adəullah yaratmışdır, həmişə küfr olmuşdur, Dəccallar olmuşdur, Mehdilər olmuşdur, amma bu dəfə ən böyük Dəccal çıxmışdır, ən böyük Firon və Nəmrudlar zühur etmişdir, lakin Mehdi (ə.s.) yoxdur” deyirlər. İndi bu olmadı. Bu saxtakarlıq və səmimiyyətsizlik olar. Yəni Qurana görə, Quran məntiqi ilə qiymətləndirdikdə səmimiyyətsizlik olar. Yəni Dəccal varsa, mütləq Mehdi vardır inşaAllah. “Başqa sözlə, bizə Mehdidən (ə.s.) bəhs etmə”. Yaxşı bəs nədən bəhs edək? Necə əziyyət çəkdiyimizdən bəhs edək? “Ey Amerika qəhr ol” deyəcəksən. Yəhudilərə, Siyonistlərə lənət edəcəksən, masonlara lənət edəcəksən. Budurmu həll? “Ağlaşacağıq” deyir. “Birlikdə ağlayaq” deyirlər. Başla baxaq deyirlər. Bismilləh deyib, ağlamağa başlayırlar. Ağlama günü tərtib edilir, ağlamağa başlayırlar. Hər kəs dəsmallarla filan; “niyə bizi bu hala gətirdiniz ey zalımlar, ey mərhəmətsizlər?” Hönkür, hönkür, hönkür, hönkür. “Sizdə heç mərhəmət yoxdurmu ey zalımlar?” Hönkür, hönkür, hönkür, hönkür. Mövzu budur. Bəs həll? Aman deyirlər, yəni “Mehdi mövzusunu burax. Bunun həlli ağlamaqdır” deyirlər. Həlli Mehdiyyətdir. Peyğəmbərimiz (s.ə.v.) hədislərdə bunu demişdir. Amma deyir ki adam, “Mehdiyyət gündəmə gəlincə, indi mənim işim var, gücüm var, gözəl rahat evə qovuşdum, yeməyim, içkim yerində. Tam evləndik, gəlin evdə. Kəşkül, sütlaç filan hər şey var.” Mehdi dedinmi; Mehdi (ə.s.) nə deməkdir?

Əziyyət, əzab çəkmək, həbs. Həyəcan, aclıq, susuzluq. Ayədə nə deyir Uca Allah? Aclıq, susuzluq, çətinliklərlə möminləri imtahan edəcəyini söyləyir və nə deyir ayədə həmçinin? “Daha əvvəlkilərin başına gələnlər” deyir şeytandan Allah’a sığınıram; “sizin də başınıza gəlmədən cənnətə girə biləcəyinizimi zənn etdiniz?” deyir Allah. İndi adam daha əvvəlkilərin başına gələnlər; “aman Allah əsirgəsin” deyir. Hz İbrahimin (ə.s.) başına gələnlər, hz. Musa qövmünün, Rəsulullahın (s.ə.v.) zamanında olan hadisələr indi bizim də başımıza gələrsə, bütün kefimiz, əhvalımızpozular. İndi ən yaxşısı, biz Mehdi (ə.s.) mövzusunu bir ortadan qaldıraq. Başqa sözlə, yalnız Dəccal çıxdıqda ağlaşaq. Dəccal vursun, bunlar da ağlasın. Elə deyilmi? Dəccal döysün, öldürsün, bunlar ağlaşsınlar. Qışqırsınlar, döyünə-döyünə, mahnılar söyləyərək. Orada adam mahnı bəstələyir. Yəni bəstə ilə ağlayır. Həll budur deyir. Həll ağlamaq deyil. Dəccal çıxmışkən, axırzamanın ən böyük fəsadı zamanında Mehdini (ə.s.) axtarmamaq oyundur. Eqoist bir oyundur və şeytanın da bunda təsiri olduğunu görməmək üçün uşaq olmaq lazımdır. Elə deyilmi? Bu qəsdən etinasızlıq edilən sistemdir.” (Hörmətli Adnan Oktarın 4 mart 2010 tarixli HarunYahya.tv reportajından)

“Ev Mücahidliyi Məntiqi Böyük Yanılmadır”

ADNAN OKTAR: “Bunu əvvəl Bədiüzzamana həvalə etdilər. Onsuzda o Mehdidir (ə.s.). 30 il gedər həbsdə yatar, onlar da evdə oturarlar, Risalə-i Nur külliyatını oxuyar, “vay-vay Ustadımız nə qədər çətinliklər çəkmişdir maşaAllah” deyəcək. Amma o Ustad təbii ki, o edər. Yəni o əziyyət çəkər. Əvvəlki peyğəmbərlər, bizim Peyğəmbərimiz də (s.ə.v.) əziyyət çəkə bilər, amma 21-ci əsrə gəlmişik, yəni onlar üçün artıq əziyyət dövrü qalmışmı? Artıq ev mücahidliyi dövrü başlamış, artıq məscid mücahidliyi başlamış. Məscidə çıxacaq, sarığı, cübbəni taxacaq. Belə əlində üzüklə, əqiq üzüklə qışqıra qışqıra; “Ey qafillər, ey cahillər” deyə məsciddəki fəqirləri aldadacaq. Hadisənin təsirindən artıq onlar da tərləyir və böyük bir cihad edilmiş olur. Belə bir hadisə yoxdur. Küfrə qarşı aktiv olaraq, təsirli elmi mübarizə var inşaAllah və bunun nəticəsində də mətbuat üstünə gəlir, böhtana məruz qalırsan, təhqirə məruz qalırsan, həbs olunursan. Nəzarətə alınırsan, işindən, gücündən olursan, kefin qaçır, xəstələnirsən. Hamısı olacaq yəni. Bunlardan qorxmayacaq mömin inşaAllah. İndi Quranın hər hansı səhifəsini açsınlar. Açdıqda ya Dəccal, ya Mehdi; ikisi birdən hətta. Məsələn, bu iki səhifəni açdıqda həm Dəccaldan, həm Mehdidən bəhs edir. Mehdi və Dəccal mübarizəsi ilə doludur Quran. Onlar istəyir ki, Dəccal olsun, lakin Mehdi olmasın. Belə olmaz.” (Adnan Oktarın 4 mart 2010 tarixli HarunYahya.tv reportajından)

HƏMÇİNİN BAX

Hz. Mehdinin (ə.s.) gəlişinə və İslam əxlaqının dünya hakimiyyətinə işarə edən Quran ayələri

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir