Çərşənbə axşamı , Dekabr 12 2017
Əsas səhifə / BAŞ VERƏCƏK BÖYÜK HADİSƏLƏR / Müsəlmanlara qarşı təzyiqlərin artması

Müsəlmanlara qarşı təzyiqlərin artması

Hədislərdə axırzamanda yaşayan müsəlmanların çətin günlər keçirəcəyi bildirilmişdir. Bu dövrdə müsəlmanlar qarşıdurmalar, müharibələr və ədalətsizliklərlə qarşılaşacaqlar. Bu gün İslam dünyasında baş verən çaxnaşma və qarışıqlıqlar, bəzi müsəlman ölkələrindəki diktator rəhbərlərin səbəb olduğu zülmlər hədislərdə xəbər verilən hadisələrin reallaşmağa başladığını göstərən əlamətlərdəndir.
Rüku və səcdə edən hər kəsi cəzalandırar. Zülm edər, fitnə-fəsad törədər. Alim və zahidləri qətlə yetirər, bir çox şəhərləri işğal edər. Qan axıtmağı halal edərək Ali-Muhəmmədə (Muhəmməd ümmətinə) düşmən kəsilər… (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler – Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 37)

Məndən sonra xəlifələr olar. Xəlifələrdən sonra əmirlər, əmirlərdən sonra zalım məliklər (başçılar) gələr. Ən sonda isə Əhli-beytimdən biri çıxar.(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 84)

O zalım, insanları öldürən məliklərin (başçıların) əlindən vay bu ümmətin halına. Bu zalımlar özlərinə itaət edənlər istisna olmaqla səssiz qalanları da qorxudarlar…(Ebu Nuaym’dan; Suyuti, II cild, səh. 64)

Burada müsəlmanların üçdə bir hissəsi öldürülər… (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 73)

HƏMÇİNİN BAX

Allahdan başqalarını ilah olaraq qəbul etmək

Lat və Uzzaya yenidən Allahdan başqa ilah olaraq ibadət edilmədikcə Qiyamət qopmaz… (Kiyamet alametleri, səh. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir