Bazar ertəsi , Avqust 21 2017
Əsas səhifə / Ayətlərdə Hz.Mehdi(ə.s) / Tövratda Hz.Mehdi (ə.s) haqqında / Musəvi mənbələrində hz.Mehdinin (ə.s) gəlişindən əvvəlki dövrün xüsusiyyətləri

Musəvi mənbələrində hz.Mehdinin (ə.s) gəlişindən əvvəlki dövrün xüsusiyyətləri

Davud oğlunun (hz. Mehdinin (ə.s)) gələcəyi nəsildə bütün dövlətlər Minim dinini (ateizmi) qəbul edəcək və verilən öyüdlərdən üz çevirəcək…

(Talmud, Sanhedrin 97a)

Məsihin (hz. Mehdinin (ə.s) ) dövründən əvvəlki müddətdə …günahdan qorxan insanlara həqarətlə baxılacaq, haqları əllərindən alınacaq…

(Talmud, Sota 49b)

Davud oğlunun (hz. Mehdinin (ə.s)) gələcəyi nəsildə …pis insanlar üstün tutulacaq…

(Talmud, Sanhedrin 97a)

Məsihin (hz. Mehdinin (ə.s)) dövründən əvvəlki müddətdə … dövlət başçıları zəlalətə düşəcək (dini inanclara qarşı çıxacaq) və onları qınayan kimsə olmayacaq…

(Talmud, Sota 49b)

Davud oğlunun (hz. Mehdinin (ə.s)) gələcəyi nəsildə… soyğunçular və soyğunçuların da soyğunçuları olacaq…

(Talmud, Kethuboth 112b)

Davud oğlunun (hz. Mehdinin (ə.s)) gələcəyi yeddi illik müddətin sonunda… aclıq oxları göndəriləcək… böyük qıtlıq olacaq və bunun nəticəsində kişilər, qadınlar, uşaqlar, dindar və müqəddəs adamlar öləcək…

(Talmud, Sanhedrin 97a)

..Üzüm mövsümü olmayacaq, toplanmaq üçün meyvə tapılmayacaq… Gözəl tarlalar, məhsuldar üzümlər, xalqımın tikanlı kollar bitən torpağı üçün, səfalı şəhərlərdəki şən evlər üçün sinə döyün.

(Yeşaya, 32:10-13)

Davud oğlunun (hz. Mehdinin (ə.s)) gəldiyi nəsildə… daima yeni bəlalar gələcək və şeytani qərarlar qüvvəyə minəcək, hər yeni pislik digəri bitmədən sürətlə gələcək…

(Talmud, Sanhedrin 97a)

Yenidən xilas olacaqlarına dair ümidlərini itirmədikcə (hz. Mehdi (ə.s.)) gəlməyəcək…

(Talmud, Sanhedrin 97a)

Davud oğlunun (hz. Mehdinin (ə.s)) gələcəyi nəsildə alimlərin toplanma məclisləri qeyri-qanuni işlərin həyata keçirildiyi evlərə çevriləcək…

(Talmud, Sanhedrin 97a)

Məsihin (hz. Mehdinin (ə.s.)) gələcəyi nəsildə…atası məzəmmət etdikdə oğlu utanmayacaq…

(Talmud, Sanhedrin 97a)

Məsihin (hz. Mehdinin (ə.s)) dövründən əvvəlki müddətdə… cəbhə bölgəsində yaşayan insanlar bir yerdən başqa yerə (yardım diləyərək) keçəcək, amma heç kimin onların halına canı yanmayacaq…

(Talmud, Sota 49b)

…Bütün millətləri müharibə etmələri üçün toplayacağam… Evlər qarət ediləcək, qadınlara təcavüz ediləcək. Şəhər əhalisinin yarısı sürgünə göndəriləcək…

(Zəkəriyyə, 14:2)

…Müharibə edən bütün xalqları Rəbb bu bəla ilə cəzalandıracaq. Sağlam olduqları halda gözləri, dilləri çürüyəcək.

(Zəkəriyyə, 14:12)

…Sevincdən əsər-əlamət qalmadı. Dünyanın nəşəsi yox oldu.

(Yeşaya, 24:11)

…Dünyanın təməlləri sarsılacaq…sarsıldıqca sarsılacaq.Dünya…yırğalanacaq, bir daxma kimi silkələnəcək..

(Yeşaya, 24:18-20)

…Orduların Rəbbi göy gurultusu ilə, zəlzələ ilə, böyük səs-küylə, qasırğa və fırtına ilə, hər şeyi məhv edən od ilə hər şeyi əlinə alacaq.

(Yeşaya, 29:6)

Davud oğlunun (hz. Mehdinin (ə.s)) gələcəyi yeddi illik müddətin sonunda, birinci ildə bu ayə gerçəkləşəcək: bir şəhərin üzərinə yağış yağdırarkən, digərinin üzərinə yağış yağdırmayacağam…

(Talmud, Sanhedrin 97a)

…Yeşayaya Babil* ilə bağlı verilən xəbərdarlıq: Onlar uzaq ölkədən, dünyanın o biri tərəfindən bütün ölkəni tamamilə yerlə yeksan etmək üçün gəlir…Evləri talan ediləcək, qadınların namusuna toxunulacaq… Oxları ilə gəncləri parça-parça edəcək, körpələrə rəhm etməyəcəklər, uşaqları əsirgəməyəcəklər.

(Yeşaya, 13:1, 5, 16-18)

*Bugünkü İraqın paytaxtı Bağdad yaxınlığındakı köhnə bir şəhərin adıdır.

HƏMÇİNİN BAX

Yəhudi mənbələrində hz.Mehdinin (ə.s) gəlişindən əvvəlki dövrün xüsusiyyətləri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir