Şənbə , İyul 22 2017
Əsas səhifə / BAŞ VERƏCƏK BÖYÜK HADİSƏLƏR / PKK terror təşkilatı və Öcalan

PKK terror təşkilatı və Öcalan

(Nuaym ibn Həmmadın “Fitən” adlı əsərindən, 971): Kabdan belə rəvayət edilir: “Şamdan bir az aralıda, Fərat ətrafında böyük bir ordu toplanar, mal-mülk uğrunda müharibə edərlər. Hər doqquz nəfərdən yeddisi öldürülər… İçlərində Abdullah adlı bir şəxs var.”
Peyğəmbərimiz (səv) 1400 il əvvəl axırzamanda ortaya çıxacaq PKK terror təşkilatı haqqında məlumat vermişdir. Hədisdə Şamdan bir az aralıda, Fərat çayının ətrafında böyük bir ordunun toplanacağından bəhs edilir. PKK-nın ən fəal olduğu yer Fərat çayının ətraf əraziləridir.
Peyğəmbərimiz (səv) materialist düşüncədə olan PKK terror təşkilatının mal-mülk uğrunda müharibə edəcəyini, terror hadisələrində, qarşıdurmalarda xeyli insanın öldürüləcəyini bildirmişdir. Hədisdə ən diqqətçəkən məqam isə həmin qruplaşmanın tərkibindəki Abdullah adlı bir şəxsdən bəhs edilməsidir. Bəhs edilən bu insan PKK terror təşkilatının lideri Abdullah Öcalandır.
Başqa bir hədisdə isə axırzamanda Dəclə və Fərat çayları arasında yerləşən Zəvra adlı bölgədə məsum insanlara zülm ediləcəyi və qanlı müharibələr baş verəcəyi xəbər verilmişdir.
“Məlahim və Fitən” adlı kitabda İbn Abbasdan belə nəql edilmişdir: “Zəvrada (Fəratla Dəclə arasındakı bölgədə) insanları inildədəcək qızıl yel əsəcəkdir. (Et Teşrifi-bil-Menun, səh. 283)
Hədisdə bəhs edilən “qızıl yel” ifadəsi kommunizmə işarə edir. PKK da kommunist terror təşkilatıdır.
Peyğəmbərimiz (səv) Zəvrada insanları inildədəcək qızıl yel əsəcəyini bildirərək Dəclə-Fərat arasındakı bölgədə, yəni bu gün PKK-nın Türkiyədə ən çox fəaliyyətdə olduğu Şərqi və Cənub-şərqi Anadolu bölgələrindəki kommunist təhlükəyə diqqət çəkmişdir.

HƏMÇİNİN BAX

Azərbaycanın işğalı

… Əbu Bəsir deyir ki: İmam Əbu Abdulla Cəfəri-Sadiq əleyhissəlam belə buyurdu: “Atam mənə belə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir