Çərşənbə axşamı , Dekabr 12 2017
Əsas səhifə / BAŞ VERƏCƏK BÖYÜK HADİSƏLƏR / Qadınların və uşaqların da qətl ediləcəyi fitnələrin baş verməsi

Qadınların və uşaqların da qətl ediləcəyi fitnələrin baş verməsi

Hz. Mehdinin zühurundan əvvəl baş verən fitnələrdə qadınlar, uşaqlar, yaşlılar qətl ediləcək, məsum, günahsız insanlar öldürüləcək.
Bu zaman bir qadının öldürülməsi bir qamçının sallanması qədər asan olar. Bu hadisə Mədinədən 24 mil (38.624 km) uzağa yayılar. Sonra hz. Mehdiyə beyət edərlər. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler – Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh 34)
Günahsız insanlar öldürülmədən Mehdi çıxmaz… (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler – Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 35)
Bu fitnələrin ən sonuncusu günahsız insanların öldürülməsidir. Artıq hər kəsin hz. Mehdidən (əs) razı olacağı zamanda o, zühur edər. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler – Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 38)
Günahsız insanlar qətl edilməyənə kimi Mehdi çıxmayacaq. Qırğınlara yerdəkilər və göydəkilər dözə bilməyəndə Mehdi zühur edəcək… (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 37)
Ana, ata, qız, oğlan, hər kəs öldürülər. Əcəm (ərəb olmayan) və İraq diyarları fəth edilər. Ümmətə ağır əzablar verilər. Bu zaman fitnə, zülm, qətllər baş verər. İnsanlar yurdlarını tərk edərlər. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler – Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 36)

HƏMÇİNİN BAX

Allahdan başqalarını ilah olaraq qəbul etmək

Lat və Uzzaya yenidən Allahdan başqa ilah olaraq ibadət edilmədikcə Qiyamət qopmaz… (Kiyamet alametleri, səh. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir