Bazar ertəsi , Dekabr 11 2017
Əsas səhifə / BAŞ VERƏCƏK BÖYÜK HADİSƏLƏR / Quranın lazımınca düşünülməməsi

Quranın lazımınca düşünülməməsi

Peyğəmbərimiz (səv) Quranın oxunmasına baxmayaraq, ondakı məlumat və hikmətlər barəsində düşünülməməsinin axırzamanın bir xüsusiyyəti olduğunu belə bildirmişdir:

Peyğəmbər (səv) buyurdu ki: “Elm insanlardan alınacaq.” Ziyad belə dedi: “Ey Allahın Elçisi, biz Quranı oxuduq və oxuyuruq, qadınlarımıza və uşaqlarımıza da oxuduruq. Bu elm bizdən necə alınacaq?” Peyğəmbər (səv) belə buyurdu: “Yəhudilərin Tövratı və xristianların İncili haqqında məlumatın yoxdurmu? Onlar o qədər Tövrat və İncil oxudular, bəs onlarda bundan bir şey qaldımı?” (Ölüm, Qiyamət və Diriliş, səh. 483)

Bundan sonra bir qismi Quran oxuyan, lakin oxuduqları dillərində qalan və qəlblərində inanmayan insanların olacağı bir zaman gələcək. (Təbərani; Son zamanlarla bağlı hədislər, səh. 64)

Hazırkı dövrdə Quranın mənfəət və gəlir qazanmaq üçün mənasının və hikmətlərinin başa düşülmədən oxunması hədislərdə xəbər verilən məlumatlara tam uyğun gəlir.

HƏMÇİNİN BAX

Allahdan başqalarını ilah olaraq qəbul etmək

Lat və Uzzaya yenidən Allahdan başqa ilah olaraq ibadət edilmədikcə Qiyamət qopmaz… (Kiyamet alametleri, səh. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir