Çərşənbə axşamı , Dekabr 12 2017
Əsas səhifə / BAŞ VERƏCƏK BÖYÜK HADİSƏLƏR / Quş və donuz qripi axırzaman əlamətlərindəndir

Quş və donuz qripi axırzaman əlamətlərindəndir

Peyğəmbərimiz (səv) 1400 il bundan əvvəl axırzamanda insanlar arasında iki epidemik xəstəliyin yayılacağını bildirmişdir. Həmçinin, Peyğəmbərimizin (səv) bu xəstəliklər haqqında verdiyi təfərrüatlı məlumatlar bunları asanlıqla təsbit etməyimizə imkan verir. Adı keçən xəstəliklər axırzaman əlamətlərinin daha çox yaşandığı son illərdə bir-birinin ardınca ortaya çıxan; hər ikisi də ölümcül və epidemik xəstəliklər olan quş və donuz qripləridir. (Doğrusunu Allah bilir). Nümunə olaraq bəzi hədisləri göstərək:
“Qiyamətdən əvvəl altı şey baş verər: …Sonra çoxlu ölən olar. Sizin aranızda qoyunların burunlarından axan və anidən öldürən xəstəlik kimi ölümcül iki xəstəlik yayılacaq”. (Sahih–i Buhari, cizye (2/278 fethul bari))
“İnsanlarda güclü qorxu olmadıqca hz. Mehdi (əs) zühur etməz. Ondan əvvəl zəlzələlər, fitnələr baş verəcək, insanlar müxtəlif bəlalarla və taun (vəba) xəstəliyi ilə qarşılaşacaqlar… Məhz o vaxt (hz. Mehdi (əs)) zühur edəcək. Ona yetişənə və onun köməkçilərindən olanlara müjdələr olsun. Ona (hz. Mehdiyə (əs)) müxalif olanlara və əmrinə qarşı çıxanlara təəssüflər olsun”. (Fera idu Fevaidi’l Fikr Fi’l İmam el-Mehdi el-Muhtazar)
A/H1N1 donuz qripi ilə AH5N quş qripi virusları bu heyvanların tənəffüs yollarındakı hüceyrələrin qəbuledicilərinə yerləşir. Həm quşların, həm də donuzların milyon ildir mövcud olmalarına baxmayaraq, Peyğəmbərimizin (səv) bildirdiyi kimi, məhz bu zamanda epidemik xəstəliklərə səbəb olması axırzamanda yaşadığımızın başqa bir dəlilidir. Bəhs olunan xəstəliklər məhz hz. Mehdinin (əs) zühuru dövründə, Allahın əmri ilə insanlar arasında yayılmışdır.

HƏMÇİNİN BAX

Allahdan başqalarını ilah olaraq qəbul etmək

Lat və Uzzaya yenidən Allahdan başqa ilah olaraq ibadət edilmədikcə Qiyamət qopmaz… (Kiyamet alametleri, səh. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir