Bazar ertəsi , Avqust 21 2017
Əsas səhifə / Quranda Mehdiyyət / Risalə-i Nur Külliyatında hz. İsa və hz. Mehdi həqiqəti

Risalə-i Nur Külliyatında hz. İsa və hz. Mehdi həqiqəti

İslam əxlaqının yer üzünə hakim olacağı Quran-i Kərimdə bildirilmiş haqq vəddir. Quranda İslam əxlaqının hakimiyyəti ilə bağlı olan ayələr son dərəcə aydındır. Bu ayələrdən bəziləri bunlardır.

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)

Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mücadilə surəsi, 21)

Onlar Allah’ın nurunu öz ağızlarından (çıxanlarla) söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, (İslam) dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur. (Saf surəsi, 8-9)

Onlar ağızları ilə Allah’ın nurunu söndürmək istəyirlər. Allah isə (buna) yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz  nurunu tamamlayar. Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur. (Tövbə surəsi, 32-33)

Günahkarlar istəməsələr də, Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək. (Yunus surəsi, 82)

Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda (onlara) inanmadıqlarına görə məhv etdik. Biz günahkar adamları belə cəzalandırırıq. Sonra onların ardınca sizi yer üzündə xələflər etdik ki, görək necə davranacaqsınız. (Yunus surəsi, 13-14)

Ayələrdə bildirildiyi kimi, İslam əxlaqının hakimiyyəti Allah’ın vədidir. Rəbbimiz bu vədini şübhəsiz yerinə yetirəcək. Həmçinin Quranda möminlərin mütləq rəhbəri olacağı bildirilir. Hər peyğəmbər, nəbi və ya elçi, göndərildikləri cəmiyyətə liderlik etmişdir. Tarix boyu bütün nümunələrdən göründüyü kimi, hakimiyyət dövründə də müsəlmanların başlarında onlara yol göstərəcək liderləri mütləq olacaq.

Peyğəmbərimizin (s.ə.v.) mütəvatir hədislərində (içində yalan ehtimalı olmayan və yalan üzərində birləşmələri düşünülməyəcək qədər sıxlıq olan bir camaata və qüvvətli xəbərlərə əsaslanan hədislərlə), bu dövrdə möminlərin liderinin “hz. Mehdi” olacağı xəbər verilmişdir.

BƏDİÜZZAMANIN HZ. MEHDİNİN (Ə.S.) ÇIXMA VAXTI İLƏ BAĞLI SÖZLƏRİ

1. …İSTİQBAL-İ DÜNYƏVİYYƏDƏ 1400 İL SONRA GƏLƏCƏK BİR HƏQİQƏTİ ƏSRLƏRİNDƏ QƏRİB (YAXIN) ZƏNN ETMİŞLƏR… (Sözlər, səh. 138)

USTADIN BU İFADƏSİ “SÖZLƏR” RİSALƏSİNDƏ İŞLƏDİLİB. “SÖZLƏR” RİSALƏSİ 1926-CI İLDƏ (HİCRİ 1345), YƏNİ HİCRİ 1300-CÜ İLLƏRDƏ TAMAMLANMIŞDIR. HƏM DƏ USTADIN BÜTÜN ƏSƏRLƏRİ 1300-CÜ İLLƏRDƏ TAMAMLANDIĞI KİMİ ÖZÜ DƏ HİCRİ 1300-CÜ İLDƏ VƏFAT ETMİŞDİR. LAKİN USTAD BU SÖZÜNDƏ HZ. MEHDİNİN (Ə.S.) HİCRİ 1400-CÜ İLDƏ ZÜHUR EDƏCƏYİNİ İFADƏ EDİR.

Səkkizinci Əsil: Cənabi-Hakimi Mütləq bu dari-təcrübə (təcrübə meydanı) və meydani-imtahanda (imtahan meydanı) çox mühüm şeyləri kəsrətli (həddindən çox) əşya içində gizlədir. O gizləməklə çox hikmətlər, çox məsləhətlər (işlər) əlaqədardır. Məsələn: Leylei-Qədri (Qədr gecəsi) ümum ramazanda, saati-icabei duanı (duanın qəbul edildiyi saatı) Cümə günündə, məqbul vəlisini insanlar içində, əcəli ömür içində və qiyamətin vaxtını ömrü-dünya (dünya həyatı) içində gizlətmişdir. Ancaq əcəli-insan (insanın əcəli) müəyyən (bəlli) olsa, yarı ömrünə qədər qəfləti-mütləqə (mütləq qəflət), yarıdan sonra dar ağacına addım-addım getmək kimi dəhşət verəcək. Halbuki axirət və dünya müvazinəsini (tarazlığını) mühafizə etmək və hər daim həvfü-rəca (ümid və qorxu) arasında olmaq məsləhəti (vəziyyətində olmaq) iqtiza edər (lazımdır) ki, hər dəqiqə həm ölmək, həm yaşamaq mümkün olsun. Bu təqdirdə mübhəm (qapalı, qeyri-müəyyən) tərzdəki iyirmi il mübhəm bir ömür, min il müəyyən (bəlli) bir ömrə mürəccahdır (üstündür). Elə qiyamət də bu insani-əkbər (ən böyük insan) olan dünyanın əcəlidir. Əgər vaxtı təayyün etsəydi (aşkar olsaydı), bütün kurun-u ula (qədim dövr) və vüsta (orta əsr) qəfləti-mütləqaya (mütləq qəflətə) dalacaqdılar və kurun-u uhra (yeni dövr və qədim dövr) dəhşətdə qalacaqdı. İnsan necə həyat-i şəxsiyyəsilə (şəxsi həyatı ilə) xanəsinin (evinin) və özünün bəqası (əbədiyyəti) ilə əlaqədardır, eləcə də həyati-ictimaiyyə (cəmiyyətin həyatı) və nəviyyəsilə kürreyi-ərzin (Yer kürəsinin) və dünyanın həyatı ilə də əlaqədardır. Quran “O saat yaxınlaşdı və ay parçalandı (Qamər surəsi: 1) ” deyir. “Qiyamət yaxındır” fərman verir. Min bu qədər il keçdikdən sonra gəlməməsi yaxınlığına xələl gətirməz. Zira (çünki) qiyamət dünyanın əcəlidir. Dünyanın ömrünə nisbətən min və ya iki min il bir ilə nisbətlə bir-iki gün və ya bir-iki dəqiqə kimidir. Saat-i Qiyamət yalnız bəşəriyyətin əcəli deyil ki, onun ömrünə nisbət edilib (müqayisə edilib) baid (uzaq) görülsün (hesab edilsin). Elə buna görədir ki, Hakim-i Mütləq qiyaməti muqayyəbat-i xəmsədən (beş naməlum şey – qiyamətin nə vaxt qopacağı, yağışın nə vaxt yağacağı, bətnlərdə olanı, insanın sabah nə qazanacağı və insanın nə vaxt, harada öləcəyi) olaraq elmində gizlədir. Elə bu ibham (qeyri-müəyyən, qapalılıq) sirrindəndir ki, hər əsr, hətta əsr-i həqiqətbin (həqiqəti görən əsr) olan əsr-i Səadətdə (Səadət əsri) belə daima qiyamətdən qorxmuşlar. Hətta bəziləri “Şəraiti (şərtləri) demək olar ki, çıxmışdır” demişlər.

Elə bu həqiqəti bilməyən insafsız insanlar deyirlər ki: “Axirətin təfsilatını (izahını, açıqlamasını) dərs alan mütəyaqqiz (bəsirətli) qəlbli, kəskin nəzərli səhabələrin fikirləri nə üçün 1000 il həqiqətdən uzaq olaraq fikirləri düşmüş kimi İSTİQBAL-İ DÜNYƏVİYYƏDƏ 1400 İL SONRA GƏLƏCƏK BİR HƏQİQƏTİ ƏSRLƏRİNDƏ QƏRİB (YAXIN) ZƏNN ETMİŞLƏR.”

Əlcavab: Çünki Səhabələr feyz-i söhbət-i nübüvvətdən (Peyğəmbərimizin söhbətinin feyzi, bərəkəti və faydalılığı) hər kəsdən ziyadə (artıq) dar-i axirəti (axirət yurdunu) düşünərək, dünyanın fənasını (faniliyini) bilərək, qiyamətin ibham-i (qeyri-müəyyən) vaxtındakı hikmət-i İlahiyyəni (ilahi hikməti) anlayaraq əcəl-i şəxsi kimi dünyanın əcəlinə qarşı belə daima müntəzir (gözləyən) bir vəziyyət alaraq axirətləri üçün ciddi çalışmışlar. Rəsul-i Əkrəm Əleyhissəlatu Vəssəlam “Qiyaməti gözləyin, intizar edin” deyə təkrar etməsi bu hikmətdən irəli gəlmiş irşad-i Nəbəvidir (Hz. Peyğəmbərə aid irşad, Hz. Peyğəmbərin doğru yolu, hidayət yolunu göstərən xəbərdarlıqları, nəsihətləri). Yoxsa vuku-u müəyyənə (müəyyən bir hadisəyə) dair bir vəhyin hökmüylə deyildir ki, həqiqətdən uzaq olsun. İllət (səbəb) ayrıdır, hikmət ayrıdır. Elə Peyğəmbər Əleyhissəlatü Vəssəlamın bu cür sözləri hikmət-i ibhamdan (sözün başa düşülməyəcək qədər qapalı olması) irəli gəlir. Həm də bu sirdəndir ki; Mehdi, Süfyan kimi axırzamanda gələcək əşxasları (şəxsləri) çox zaman əvvəl, hətta Tabiin (Hz. Məhəmmədin (ə.s.m.) əshabı ilə görüşmüş, onlardan hədis dinləmiş və dərs almış Müsəlmanlar) zamanında onları gözləmişlər, yetişmək (onlara çatmaq) üçün çalışmışlar. Hətta bəzi əhl-i vəlayət “Onlar gəlib getmişdir” demişlər. Elə bu da qiyamət kimi hikmət-i İlahiyyə iqtiza edər (möhtac olar, ehtiyac hiss etdirər) ki; vaxtları təayyün etməsin (bəlli olmasın). Çünki hər zaman, hər əsr qüvvə-i mənəviyyənin (mənəvi qüvvənin) təqviyyəsinə (güclənməsinə, artmasına) mədar (vəsilə) olacaq və yəisdən (ümidsizlikdən) qurtaracaq “Mehdi” mənasına möhtacdır. Bu mənada hər əsrin bir hissəsi olmaq lazımdır. Həm qəflət içində fənalara (fani, boş şeylərə) uymamaq və laqeydlikdə nəfsin cilovunu buraxmamaq üçün nifaqın başına keçəcək müdhiş şəxslərdən hər ər (insan) çəkinməli və qorxmalıdır. Əgər təyin edilsəydi, məsləhət-i irşad-i ümumi (hər kəsi doğru yola sövq etmək tələbi) zayi (ziyan) olardı.

İndi Mehdi kimi əşxasın (şəxslərin) haqqındakı rivayatın (rəvayətlərin) ixtilafəti (uyğunsuzluqları) və sirri budur ki: Əhadisi təfsir edənlər mətn-i əhadisi (hədisin tam mətnini) təfsirlərinə və istinbatlarına (Müctəhid və ya böyük bir alimin bir mənanı üzə çıxarması) tətbiq etmişlər. Məsələn: Mərkəz-i səltənət o vaxt Şamda və ya Mədinədə olduğuna görə vukuat-i Mehdiyyə və ya Süfyaniyyəni (Hz. Mehdi (a.s.) və Süfyan hadisələrini) Hz. mərkəz-i səltənət yaxınlığında olan Bəsrə, Kufə, Şam kimi yerlərdə təsəvvür edərək elə təfsir etmişlər. Həm də o əşxasın (şəxslərin) şəxs-i mənəvisinə və ya təmsil etdiyi camaata aid əsar-i əziməni (böyük əsərləri) o əşxasın (şəxslərin) zatlarında təsəvvür edərək elə təfsir etmişlər ki, o əşxas-i xariqə (heyrətverici şəxslər) çıxdığı vaxt bütün xalq onları tanıyacaq kimi şəkil vermişlər. Halbuki demişdik: Bu dünya təcrübə meydanıdır. Ağıla qapı açılır, lakin ixtiyarı əlindən alınmaz. Elə isə o əşxas (şəxslər), hətta o müdhiş Dəccal belə çıxdığı vaxt, hətta özü də bidayətən (əvvəlcə) Dəccal olduğunu bilməz. Bəlkə nur-u imanın diqqətilə (imanın nuru ilə) o əşxas-i axırzaman (Axırzaman şəxsləri) tanına bilər. (Sözlər, səh. 318)

2. …BUNDAN BİR ƏSR SONRA ZULÜMATI DAĞIDACAQ ZATLAR (şəxslər) İSƏ HƏZRƏT-İ MEHDİNİN ŞAGİRDLƏRİ OLA BİLƏR.” (Şualar, 1-ci Şua, səh. 605) (Sikke-i Tasdik-i Gaybi, səh. 90)

USTAD BU SÖZÜ “MİLADİ 1936-CI, YƏNİ HİCRİ 1355-Cİ İLDƏ” 1-Cİ ŞÜADA İFADƏ ETMİŞDİR. BU TARİXƏ ƏSASƏN BİR ƏSR SONRA HİCRİ 1400-CÜ İLLƏRƏ UYĞUN GƏLİR.

Sure-i Tövbədə: “Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu tamamlamaq istər.” ayəsindəki “… Allah Öz nurunu tamamlamaq istər” cümləsi qüvvətli və lətafətli (nəzakətli) münasibət-i mənəviyyəsilə (mənəvi yaxınlıqla) birlikdə şəddəli “lamlar” hər biri bir “lam” və şəddəli “mim” əsl kəlmədən olduğuna görə iki “mim” sayılmaqla min üç yüz iyirmi dörd (1324) edərək Avropa zalımları dövlət-i İslamiyyənin nurunu söndürmək niyyətilə dəhşətli bir sui-qəsd planı hazırladıqları və ona qarşı Türkiyə hamiyətpərvərlərinin hürriyyəti iyirmi dördüncü ildə elanı ilə o planı akim (uğursuz) qoymağa çalışdıqları halda məattəssüf (təəssüf ki) altı-yeddi il sonra hərbi-ümumi (Birinci Dünya Müharibəsi) nəticəsində yenə o sui-qəsd niyyətilə Sevr Muahədəsində (sazişində) Quranın zərərinə çox ağır şəraitlə (şərtlərlə) kafiranə fikirlərini yenə icra etmək olan planlarını akim qoymaq (uğursuz etmək) üçün Türk milliyyətpərvərləri cümhuriyyəti-elanla müqabiləyə (cavab verməyə) çalışdıqları vaxt – min üç yüz iyirmi dörddüncü ildə, ta otuz dördə, ta əlli dördə tamamilə təvafüqlə (uyğun olaraq), o hərci-mərc (qarışıqlıq) içində Quranın nurunu mühafizə etməyə çalışanlar içində Resail-in Nur müəllifinin iyirmi dördüncü ildə (1324) və Resail-in Nurun müqəddimatının otuz dördüncü ildə (1334) və Resail-in Nurun nurani cüzləri və fədakar şagirdlərinin əlli dörddə (1354) müqabiləyə (tədbir tökməyə) çalışmaları gözə çarpır. Hətta həqiqəti-halı (əsl vəziyyəti) bilməyən bir qisim əhli-siyasəti təlaşa sövq etdilər (təlaşlandırdılar) və bu itfa (söndürmə, təzyiq) sui-qəsdinə qarşı tənvir (maarifləndirmə) vəzifəsini tam ifa etdiklərinə (yerinə yetirdiklərinə) görə bu ayənin mənayi-işarisi (işarə etdiyi məna) baxımından bir mədari-nəzəri olduqlarına qüvvətli əmarədir (əlamətdir). İndi İslamlar içində Nur-u Qurana müxalif halətlərin (halların, hadisələrin) əksəriyyəti o sui-qəsdlərin və Sevr Muahədəsi (sazişi) kimi qəddaranə muahədələrin (sazişlərin) qorxulu nəticələridir. Əgər şəddəli “mim” də şəddəli “lamlar” kimi bir sayılsa, onda min iki yüz səksən dörd (1284) edər. O tarixdə Avropa kafirləri dövlət-i İslamiyyənin nurunu söndürməyə niyyət edərək on il sonra Rusları təhrik edib Rusun doxsan üçüncü ildəki (1293) müharibə-i məşuməsilə (uğursuz, pis müharibəsilə) aləmi-İslamın (İslam aləminin) parlaq nuruna müvəqqət (keçici, müvəqqəti) bulud pərdə etdilər. Lakin bunda Rəsail-in Nur şagirdləri yerində Mövlana Xalidin (K.S.) şagirdləri o bulud zülümatını (zülmət, qaranlıq) dağıtdıqlarına görə bu ayət bu baxımdan onların başlarına rəmzən (işarə ilə) barmaq basır (işarə edir). İndi xatirə gəldi (yada düşdü) ki, əgər şəddəli “lamlar” və “mimlər” hər biri cüt sayılsa, BUNDAN BİR ƏSR SONRA ZÜLÜMATI (qaranlığı, dinsizliyi) DAĞIDACAQ ZATLAR İSƏ HƏZRƏTİ MEHDİNİN ŞAGİRDLƏRİ (TƏLƏBƏLƏRİ) OLA BİLƏR. Hər nə isə… Bu nurlu ayənin çox nurani nüqtələri (incə mənaları) var. Əlif, Lam, Ra. Elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura – yenilməz qüvvət sahibi, tərifə layiq olan Allahın yoluna çıxartmaq üçün nazil etmişik. (İbrahim surəsi, 1)

(Şualar, 1-ci Şua, səh. 605) (Sikke-i Tasdik-i Gaybi, səh. 90)

– Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu tamamlamaq istər. (Tövbə surəsi, 32) ayəsindəki “Allah isə … ancaq öz nurunu tamamlamaq istər” cümləsinin əbcəd dəyəri: HİCRİ 1424, YƏNİ MİLADİ “2004”-dür.

3. “HƏQİQİ GÖZLƏNİLƏN VƏ BİR ƏSR SONRA GƏLƏCƏK O ZAT”… (Kastamonu Lahikası, səh. 61-62)

_ USTAD BƏDİÜZZAMAN HƏZRƏTLƏRİ BU İFADƏSİNİ 1936-CI (HİCRİ 1354) İLDƏ YAZDIĞI KASTAMONU LAHİKASINDA BİLDİRİR. BU TARİXLƏR HİCRİ 1300-CÜ İLƏ UYĞUN GƏLİR. USTADIN “BİR ƏSR SONRA…” ŞƏKLİNDƏ İFADƏ ETDİYİ 100 İL SONRAKI DÖVR İSƏ HZ. MEHDİNİN (Ə.S.) ZÜHUR ETDİYİ HİCRİ 1400-CÜ İLƏ UYĞUN GƏLİR.

Əziz qardaşlarım! Sədaqətinizdən tərəşşuh edən (irəli gələn) və həddimin bir çox fövqündə hüsn-ü zənninizə qarşı bundan əvvəl verdiyim cavabın bir tətimməsi (mövzunu tamamlayan əlavəsi) kimi bu gələcək məqaləni iki gün əvvəl yazmışdıq. Sizin fövqəladə sədaqət və ulüvv-ü himmətinizdən (cəhdinizdən, səyinizdən) tərəşşuh edən (irəli gələn) bir həftə əvvəlki məktubunuza qarşı hüsn-ü zənninizi bir dərəcə cərh edən (inkar edən, təkzib edən) mənim cavabımın hikməti budur ki, “… BU ZAMANDA ELƏ FÖVQƏLADƏ HAKİM CƏRƏYANLAR VAR Kİ, HƏR ŞEYİ ÖZ HESABINA ALDIĞI ÜÇÜN FƏRƏZƏ HƏQİQİ GÖZLƏNİLƏN VƏ BİR ƏSR SONRA GƏLƏCƏK O ZAT belə bu zamanda gəlsə, hərəkatını o cərəyanların əlinə verməmək üçün siyasət aləmindəki vəziyyətdən fəraqat edəcəyini (ehtiyat edəcəyini, ehtiyatlı davranacağını) və hədəfini dəyişdirəcəyini təxmin edirəm.

Həm də üç məsələ var: Biri həyat, biri şəriət, biri imandır. Həqiqət nöqtəsində (cəhətindən) ən mühümü və ən əzamı (böyüyü) iman məsələsidir. Lakin indiki ümumun (cəmiyyətin) nəzərində və hal-i aləm ilcəatında (dünya şərtlərinin çətinliyində) ən mühüm məsələ həyat və şəriət göründüyünə görə o zat indi olsa da, üç məsələnin birdən ümum ruy-i zəmində (dünyada) vəziyyətlərini dəyişdirmək növ-i bəşərdəki (insandakı) cari adətullaha müvafiq (uyğun) gəlmədiyinə görə hər halda ən əzam (böyük) məsələni əsas edib digər məsələləri əsas etməyəcək. Ta ki iman xidməti safvətini (xalislik, təmizlik, saflıq) ümumun (hamının) nəzərində pozmasın və avamın (xalqın) tez aldanan ağıllarında o xidmətin başqa məqsədlərə alət olmadığı təhəqqüq etsin (üzə çıxsın, sübut edilsin).” (Kastamonu Lahikası, səh. 61-62)

HƏMÇİNİN BAX

Hz. Mehdinin (ə.s.) gəlişinə və İslam əxlaqının dünya hakimiyyətinə işarə edən Quran ayələri

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir