Şənbə , İyul 22 2017
Əsas səhifə / BAŞ VERƏCƏK BÖYÜK HADİSƏLƏR / Şam və Misir məliklərinin öldürülməsi

Şam və Misir məliklərinin öldürülməsi

Ondan əvvəl Şam və Misir məlikləri (hökmdar, ölkə rəhbəri) öldürüləcək… (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 49)

Bu hədisdə hz. Mehdinin (əs) gəlişindən əvvəl Şam və Misir rəhbərlərinin öldürüləcəklərinə diqqət çəkilir.

Misirin yaxın tarixinə baxdığımız zaman hədisdə bildirildiyi kimi, bir “məlikin” öldürüldüyünü görürük: 1970-ci ildə Misirin prezidenti olan və 11 il hakimiyyətdə qalan Ənvər Sədat.

Ənvər Sədat 1981-ci ildə keçirilən rəsmi parad zamanı müxalifləri tərəfindən təşkil edilən sui-qəsd nəticəsində həyatını itirmişdir. Misir tarixində öldürülən rəhbərlərdən digərləri isə 1910-cu ildə sui-qəsdə məruz qalmış baş nazir Butros Qali, 1945-ci ildə öldürülən Misirin baş naziri Əhməd Maher Paşa və 1948-ci ildə yenə bir sui-qəsd nəticəsində öldürülən Misirin baş naziri Mahmud Nukraşi Paşadır.

Şam sözü təkcə Suriyadakı Şam şəhəri üçün işlədilmir. Şam ərəb dilində “sol” deməkdir və qədimdən bəri Hicaz bölgəsinin (Məkkə və Mədinə şəhərlərinin olduğu bölgə) sol tərəfindəki ölkələri ifadə edir. Şam rəhbərlərindən də sui-qəsdə məruz qalan çox sayda insan olmuşdur. Onlardan bir neçə nümunə göstərək:

1920-ci ildə öldürülən Suriyanın keçmiş prezidenti Salah əl-Din Bitar,

1921-ci ildə öldürülən Suriyanın baş naziri Drobi Paşa,

1949-cu ildə sui-qəsdə məruz qalan Suriyanın baş naziri Muhsin əl-Barazi,

1951-ci ildə öldürülən İordaniya kralı Abdullah,

1982-ci ildə bombalı sui-qəsdə məruz qalan Livanda falangist lider Bəşir Cmayel.

Bütün bu hadisələr Peyğəmbərimizin (səv) 1400 il əvvəl bildirdiyi bu hədisin doğru olduğunu təsdiq edir.

HƏMÇİNİN BAX

Azərbaycanın işğalı

… Əbu Bəsir deyir ki: İmam Əbu Abdulla Cəfəri-Sadiq əleyhissəlam belə buyurdu: “Atam mənə belə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir