Çərşənbə axşamı , Aprel 25 2017
Əsas səhifə / Kral Məsih / Tövratda Kral Məsih və onun hakimiyyət dövrünün bəzi xüsusiyyətləri

Tövratda Kral Məsih və onun hakimiyyət dövrünün bəzi xüsusiyyətləri

“Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır.(Allaha) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar (hamısı) buna şahid oldular…” (Maidə surəsi, 44)

“Sonra Biz Musaya – yaxşı iş görən kimsəyə (nemətimizi) tamamlamaq məqsədilə, hər şeyi müfəssəl izah edən,doğru yolu göstərən bir rəhbər və mərhəmət olaraq Kitab verdik ki, bəlkə onlar öz Rəbbi ilə qarşılaşacaqlarına iman gətirələr.” (Ənam surəsi, 154)

O dövrdə (Mehdinin dövründə)… bütün dünya yalnız Allah`ı bilib tanımaqla məşğul olacaq… (Maimonides, Mişna Tora, Kralların Qanunları 12:5)

O dövrdə (Mehdinin dövründə)… batini həqiqətləri qavrayacaqlar və insanların gücü imkan verdiyi qədər Yaradıcının ağlını idrak edəcəklər.Çünki belə yazılmışdır: “Sular dənizi bürüdüyü kimi dünya Rəbbin biliyi ilə dolacaq… (Maimonides, Mişna Tora, Kralların Kanunları 12:5)

O dövrdə (Mehdinin dövründə) nə qıtlıq, nə müharibələr, nə qısqanclıq, nə də rəqabət olacaq. Çünki gözəl şeylərdən bol olacaq və bizi razı salan şeylərə əlimiz toz qədər rahat çatacaq… (Maimonides, Mişna Tora, Kralların Qanunları 12:5)

Məsih (Mehdi) dövrü… ağıllı insanların sayının artacağı bir dövrdür…(Maimonides, Mişna Tora, Sanhedrin 10:1)

O günlər (Mehdinin dövründəki)… dünyada elm, ağıl və həqiqət artacaq…çünki belə də yazılmışdır: “Daşlaşmış qəlblərinizi bədəninizdən çəkib çıxardacağam” (Maimonides, Mişna Tora, Tövbe 9:2)

Axırzamanda… Millətlər arasında Rəbb hakim olacaq. Onlar qılınclarından kotan, nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, artıq dava etməyi öyrənməyəcək. (Yeşaya, 2:2-4; Mikeya, 4:1-3)

“…Silahlarını, qalxanlarını, sipərlərini, kamanlarını, oxlarını, toppuzlarını və nizələrini bu odda yandıracaqlar… çünki silahlarla od qalayacaqlar…”Xudavənd Rəbb belə bəyan edir. (Yezekel 39:9-10)

Onun dövründə qurdla quzu bir yerdə yaşayacaq, bəbirlə çəpiş birgə yatacaq, dana, gənc aslan və bəslənmiş mal-qara yan-yana duracaq, Onları balaca uşaq gəzdirəcək. İnəklə ayı bir yerdə otlayacaq, onların balaları bir yerdə yatacaq. Şir də buğa tək saman yeyəcək. Südəmər körpə əfi ilanın yuvası üstündə oynayacaq, süddən kəsilmiş uşaq əlini gürzənin yuvasına salacaq…. Heç kimə zərər dəyməyəcək, heç kəs digərini məhv etməyəcək…. (Yeşaya, 11:6-9)

O vaxt korların gözləri, karların qulaqları açılacaq;  axsaqlar ceyran kimi hoppanacaq, Lalların dili sevinclə nəğmə deyəcək… (Yeşaya, 35:5-6)

… Sular dənizi bürüdüyü kimi dünya Rəbbin biliyi ilə dolacaq… (Yeşaya, 11:9)

…Hamı Rəbbin izzətini, Allahımızın əzəmətini görəcək. (Yeşaya, 35:2)

…Üzlərində əbədi sevinc olacaq. Onlar sevinc və şadlıq tapacaq, kədər və qəm-qüssə yox olacaq. (Yeşaya, 51:11)

…Səhrada bulaqlar fışqıracaq, quru torpaqda çaylar axacaq. Qızğın qum hovuza, susuz torpaq su bulaqlarına çevriləcək… (Yeşaya, 35:6-7)

…Doyunca yeyib ölkənizdə arxayın yaşayacaqsınız. Ölkənizə sülh verəcəyəm; yatanda sizi vahiməyə salan olmayacaq. Yırtıcı heyvanları ölkədən qovacağam və müharibə üzü görməyəcəksiniz.  (Levililər, 26:5-6)

…Buğdaya əmr edib onu çoxaldacağam… ağacın meyvəsini, tarlanın məhsulunu çoxaldacağam. (Yezekel, 36:29-30)

yol boyunca bəslənəcək, hər çılpaq təpədə otlaq tapacaq. Nə ac, Nə də susuz qalacaqlar… (Yeşaya, 49:9-10)

Davud oğlunun (Mehdinin) zühur edəcəyi dövrdə… bütün çöl ağacları məhsul verəcək; çünki belə yazılmışdır: Ağaclar meyvəsi ilə yüklənir, əncir ağacı, tənək bəhrələrini verir. [Yoel, 2:22] (Talmud, Kethuboth 112b)

…O gün yalnız Rəbb ucaldılacaq. Bütlər tamamilə aradan götürüləcək.(Yeşaya, 2:17-18)

(Mehdinin dövründə)  haqsızlıq etməyəcək! Kimsəni aldadaraq yalan söyləməyəcəklər… (Sefanya, 3:13)

O dövrdə ədalət səhrada məskunlaşacaq, salehlik məhsuldar tarlada yaşayacaq. (Yeşaya, 32:16)

…Viran şəhərləri tikib məskən salacaqlar. (Amos, 9:14)

Adamların təkəbbürü qırılacaq, insanların qüruru alçaldılacaq… (Yeşaya, 2:17)

Artıq axmaq adama alicənab deyilməyəcək, alçağı ağayana insan saymayacaqlar.

(Yeşaya, 32:5)

Məsihin (Mehdinin) dövründə… çox az əmək sərf edib çox böyük nailiyyətlər əldə edəcəklər… (Maimonides, Mişna Tora, Sanhedrin 10:1)

…Hökmlərimə görə rəftar edəcək, qaydalarımı saxlayıb yerinə yetirəcək.(Yezekel, 37:24)

Artıq bütləri, iyrənc şeyləri və üsyanları ilə özlərini murdar etməyəcəklər. Onları yaşadıqları və içində günah etdikləri yerlərdən qurtarıb pak edəcəyəm…(Yezekel, 37:23-24)

…Rəbb bütün dünyanın padşahı olacaq. O gün yalnız Rəbb və Onun adı ucalacaq. (Zəkəriyyə, 14:9)

HƏMÇİNİN BAX

Axırzamanın hidayət rəhbəri : Həzrəti Mehdi

Hz. Mehdinin (əs) adının Peyğəmbərimizin (səv) adına uyğun olması .. sizə …, adı Əhməd, atasının adı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir