Çərşənbə axşamı , Dekabr 12 2017
Əsas səhifə / Hz.Mehdi(ə.s) qan axıtmaz / Türk İslam Birliyi qurulduğunda yer üzündə heç qan axıdılmayacaq

Türk İslam Birliyi qurulduğunda yer üzündə heç qan axıdılmayacaq

Türk İslam Birliyi Quran əxlaqını təməl aldığı üçün hər düşüncədən, hər inancdan, hər millətdən insana qarşı şəfqətlə və anlayışla yanaşan, hər kəsin haqqını qoruyan, hər kəsin rahat olduğu hüzur və sülh birliyi olacaq. Türk İslam Birliyi bütün qarşıdurmalara, terrora, anarxiyaya tam mənasıyla son verəcək, Türk İslam Birliyinin qurulmasıyla bütün fitnələr sona çatacaq. Bu gözəl birliyin təsis edilməsiylə yəhudilər və xristianlar da təhlükəsizlik içində ibadət edə biləcəkləri, dilədikləri kimi ticarətlərini edəcəkləri, istədikləri yerdə istədikləri kimi yaşaya biləcəkləri, özlərini tam olaraq təhlükəsizlikdə hiss edəcəkləri bir mühitə qovuşacaqlar. Türk İslam Birliyinin quruluşu da tək damla qan tökülmədən, müsəlmanların sevgiylə birlik olması ilə, şəfqətlə, gözəl sözlə, ağıl və hikmətlə reallaşacaq.

Türk İslam Birliyinin qurulduğu dövrdə bütün qarşıdurmaların sona çatacağı, bütün silahların susacağı, insanların sülh və sevgi içində yaşayacaqları Peyğəmbərimizin də (s.ə.v) müjdələdiyi bir gerçəkdir. Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s) dövründə yer üzündə heç qan tökülməyəcəyini bildirmişdir. Hz. Mehdinin (ə.s) zühur etdiyi və Türk İslam Birliyinin qurulduğu dövrdə yer üzündə olan sülh, ədalət, gözəllik, hüzur  və təhlükəsizlik hədislərdə bu şəkildə xəbər verilmişdir:

İnsanlar bal arılarının bəyləri ətrafında toplanması kimi, hz. Mehdinin (ə.s) ətrafında toplanarlar. (Hz. Mehdi (ə.s)) Daha əvvəl zülmlə dolu olan dünyanı, ədalətlə doldurar. Ədaləti elə olar ki, yuxuda olan bir kimsə belə oyandırılmaz və BİR DAMLA BELƏ QAN AXIDILMAZ. Dünya, sanki əsri-səadət dövrünə geri dönər. (Əl Qəvlü’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 29 və 48)
Hz. Mehdi (ə.s) Peyğəmbərin (s.ə.v) yolunda gedəcək, yatan adamı oyandırmayacaq, QAN DA AXIDILMAYACAQ. (Muhamməd B. Rəsul Əl-Hüseyni Əl Bərzənci, Qiyamət əlamətləri, Pamuk nəşriyyat, Qiyamət əlamətləri, s. 163)
(Hz. Mehdi (ə.s.)) Zamanında nə bir kimsə yuxusundan oyandırılacaq, NƏ DƏ BİR KİMSƏNİN BURNU QANAYACAQ.(Əl Qəvlü’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 44)
Ona (Hz. Mehdiyə (ə.s)) beyət edənlər, (Kəbə ətrafındakı) rükn və mövqe arasında beyət edərlər. Yatanı oyandırmaz, ƏSLA QAN TÖKMƏZ.(Əl-Heytəmî, Əl Qəvlü’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 24)
Bu (Əmir) də (Hz. Mehdi (ə.s)) insanlar yer üzünü daha əvvəl zülm ilə doldurduqları kimi, YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ.(Sünən-i İbn-i Macə, 10/348)
Zülm və fitnə ilə dolu olan DÜNYA, O (HZ. MEHDİ (Ə.S)) GƏLDİKDƏN SONRA ƏDALƏTLƏ DOLUB DAŞACAQ. (Əl Qəvlü’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 20)
HZ. MEHDİNİN (Ə.S) ZAMANINDA ƏDALƏT O QƏDƏR BOL OLACAQ Kİ, zorla alınan hər mal sahibinə geri qaytarılacaq. (Əl Qəvlü’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 23)
ONUN (HZ. MEHDİNİN (Ə.S)) ƏDALƏTİ HƏR YERİ ƏHATƏ EDƏCƏK və insanlar arasında hz. Peyğəmbərin sünnəsi ilə davranacaq. Hətta birinə mala ehtiyacı olan kim varsa çağırmasını söyləyəcək, o adam əmrini yerinə yetirdiyində, yalnız bir adam gələcəkdir. (Əl Qəvlü’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 20)
Qiyamətin qopması üçün zamanda yalnız bir gün qalmış olsa belə, Allah mənim Əhli-Beytimdən bir şəxsi (Hz. Mehdini (ə.s)) göndərəcək, yer üzü zülmlə dolduğu kimi, O YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ. (Sünən-i Əbu Davud, 5/92)
Hz. Mehdi (ə.s.) məndəndir, yer üzü zülm və işgəncə ilə dolduğu kimi, ONU DÜZGÜNLÜK VƏ ƏDALƏTLƏ DOLDURACAQ.(Sünəni-i Əbu Davud, 5/93)
Qab su ilə dolduğu kimi YER ÜZÜ SÜLHLƏ DOLACAQ. Heç kim arasında DÜŞMƏNÇİLİK QALMAYACAQ. VƏ BÜTÜN DÜŞMƏNÇİLİKLƏR, HƏSƏDLƏŞMƏLƏR İTİB GEDƏCƏK.(Səhih-i Müslim, 1/136)
… Cənabı-Haqq İslamı necə bizimlə başlatmışsa Onunla (Hz. Mehdi (ə.s) ilə) sona çatdıracaq. Necə, bizimlə onlar aralarındakı ŞİRK VƏ ƏDAVƏTDƏN (HÜSUMƏT VƏ DÜŞMƏNLİKDƏN) XİLAS OLMUŞ VƏ ÜRƏKLƏRİNƏ ÜLFƏT (DOSTLUQ) VƏ MƏHƏBBƏT (SEVGİ) YERLƏŞMİŞSƏ, (HZ. MEHDİ (Ə.S) GƏLİŞİ İLƏ) YENƏ ELƏ OLACAQ.(Axır zaman Mehdisinin əlamətləri, Cəlaləddin Suyuti, s. 20)
… ONUN (HZ. MEHDİ (Ə.S)) DÖVRÜNDƏ YAXŞI İNSANLARIN YAXŞILIĞI ARTAR, PİSLƏRƏ QARŞI BELƏ YAXŞILIQ EDİLƏR.(Kitab-ul Bürhan Fi Əlamət-il Mehdiyy-il axır zaman, s. 17)

HƏMÇİNİN BAX

İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları

İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları Hz. Mehdinin vəsiləsi ilə İslam əxlaqının …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir