Şənbə , İyun 24 2017
Əsas səhifə / Ayətlərdə Hz.Mehdi(ə.s) / Zəburda Hz.Mehdi (ə.s) haqqında / Zəburda hz.Mehdinin (ə.s) hakimiyyət dövrü

Zəburda hz.Mehdinin (ə.s) hakimiyyət dövrü

Rəbbə güvən, yaxşılıq et… Rəbdən zövq al, O da səni ürəyinin istəklərinə çatdıracaq. Yolunu Rəbbə ver, Ona güvən. Rəbbə ümid bağlayanlar ölkəni mülk olaraq alacaq.

(Məzmurlar, 37:3-9)

Məzlumlar ölkəni mülk olaraq alacaq, Əmin-amanlığın bolluğundan zövq tapacaq… Çünki pislərin qol-qanadı qırılacaq, Rəbb isə salehlərin dayağıdır. Rəbbə kamillərin gündəlik qayğıları məlumdur, Onların irsi əbədi qalacaq.

(Məzmurlar, 37:11, 17-18)

Yer üzünün hər tərəfində yaşayanlar Rəbbi xatırlayacaq, Ona tərəf dönəcəklər. Bütün millətlərin soyları Onun hüzurunda səcdə qılacaq. Çünki hökmranlıq Rəbbindir…

(Məzmurlar, 22:27-28)

Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm, məsh etdiyim üçün bir çıraq hazır etmişəm. Düşmənlərini xəcalətə salacağam, Lakin onun tacı nur saçacaq”.

(Məzmurlar, 132:17-18)

Rəbdən qorxan kimdir?… O, bəxtəvər yaşayacaq, Ölkə onun nəslinə irs olaraq qalacaq. Rəbb Ondan qorxanlara sirrini açar…

(Məzmurlar, 25:12-14)

Ona zəfər çaldıraraq şərəfini ucaltmısan, ehtişam və əzəmət bağışlamısan. Əbədi olaraq başına nemətlər tökmüsən, hüzurundakı sevinclə Sən onu fərəhləndirmisən. Çünki padşah Rəbbə güvənir, Haqq-Taalanın məhəbbəti ilə sarsılmazdır.

(Məzmurlar, 21:5-7)

Qoy padşahın adı əbədi qalsın, Günəşin ömrü tək adı var olsun. Onun vasitəsilə insanlar xeyir-dua alsın, Onu bütün millətlər bəxtiyar adlandırsın!

(Məzmurlar, 72:17)

Nə itidir oxların, Padşahın düşmənlərinin köksünə saplanır (hz Mehdinin (ə.s) sözləri çox hikmətli və təsiredici olacaq, dinsiz ideologiyaları tamamilə səmərəsizləşdirəcəkdir), Xalqlar ayağının altına yıxılır (bütün insanlar hz Mehdiyə (ə.s) tabe olacaqlar).

(Məzmurlar, 45:5)

[Hz Mehdi (ə.s) dənizdən-dənizə qədər, Fəratdan yerin ucqarlarına qədər səltənət sürsün.

(Məzmurlar, 72:8)

Ona (hz Mehdiyə (ə.s)) zəfər çaldıraraq şərəfini ucaltmısan,ehtişam və əzəmət bağışlamısan.

(Məzmurlar, 21:5)

Onu yaxşı nemətlərlə qarşılamısan, saf qızıldan başına tac qoymusan. Səndən həyat istəyəndə ona verdin, onun ömrünü … uzatmısan.

(Məzmurlar, 21:3-4)

Rəbb padşahına böyük zəfərlər verər, məsh etdiyi Davuda (hz Mehdi (ə.s)… əbədi məhəbbət göstərər.

(Məzmurlar, 18:50)

Bəşər övladlarının ən gözəli sənsən, dodaqlarından lətafətli sözlər tökülür…

(Məzmurlar, 45:2)

…Ona (hz. Mehdi (ə.s) ehtişam və əzəmət bağışlamısan.

(Məzmurlar, 21:5)

…Hz Mehdinin (səv) şahlıq əsası insaf əsasıdır. Salehliyi sevib pisliyə nifrət edir…

(Məzmurlar, 45:6-7)

…İmdad deyib çağıran fəqirləri, məzlumları, köməksizləri qurtarır. Yoxsula, fəqirə rəhm edir, fəqirlərin canlarını azad edir. Onları hədə-qorxudan, zorakılıqdan qurtarır, onun gözündə bunların qanı qiymətlidir.

(Məzmurlar, 72:12-14)

Padşah məzlum xalqın haqqını versin, fəqirləri xilas etsin…

(Məzmurlar, 72:4)

Biçilən tarlaya yağış kimi, torpağı suvaran gur yağış kimi tökülsün.Bu padşahın (hz. Mehdinin (ə.s)) ömrü boyu qoy salehlər çiçək açsın, göydə ay durduqca qoy firavanlıq artsın.

(Məzmurlar, 72:6-7)

Ya Rəbb, padşah (hz. Mehdi (ə.s)) qüdrətinlə sevinir, zəfərinlə fərəhlənir. Onu ürəyinin arzusuna çatdırmısan, dilindən çıxan diləyini ondan əsirgəməmisən.

(Məzmurlar, 21:1-2)

Nə üçün millətlər belə vurnuxmaya düşür, ümmətlər boş şeylər düşünür? Dünya şahları yığışır, hökmdarlar Rəbbə, Onun məsh etdiyinə (hz. Mehdi (ə.s) ) qarşı birləşir. Deyirlər: “Gəlin onların buxovlarını qoparaq, üstümüzdəki zəncirlərini ataq.

(Məzmurlar, 2:1-3)

Dəmir əsa ilə onların gücünü qıracaqsan, saxsı qab kimi onları çilik-çilik edəcəksən (Hz Mehdi (ə.s) fikirləri ilə dinsiz sistemləri tamamilə çökdürəcəkdir).

(Məzmurlar, 2:9)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir