Bazar ertəsi , Dekabr 11 2017
Əsas səhifə / BAŞ VERƏCƏK BÖYÜK HADİSƏLƏR / Zəlzələlərin çoxalması

Zəlzələlərin çoxalması

“Bu hadisələr baş vermədikcə Qiyamət qopmayacaq… zəlzələlər çoxalacaq…” (Ramuz əl-əhadis, 476/11)

“Qiyamətdən əvvəl iki böyük hadisə var… və sonra da zəlzələli illər.” (Ramuz əl-əhadis, 187/2)
ABŞ Geoloji Araşdırma Mərkəzinin (USGS) hesabatına görə, 1556-1975-ci illərdə 5 bal gücündə və daha şiddətli zəlzələlərin sayı 110 olmuşdur. 1980-2003-cü illərdə isə sadəcə 23 ildə meydana gələn şiddətli zəlzələlərin sayı isə 1685-dir. Göründüyü kimi, keçmiş illərdəki zəlzələlərin sayı çox az olduğu halda, hicri təqvimi ilə 1400-cü ilin əvvəlindən etibarən zəlzələlərin sayı artmışdır.
Son bir neçə il ərzində meydana gələn böyük və uzunmüddətli zəlzələlər dünyanın aktual mövzusu olaraq qalır. ABŞ Milli Zəlzələ İnformasiya Mərkəzinin məlumatına əsasən, 1999-cu ildə 20.832 zəlzələ baş vermişdir. Bu zəlzələlərdə təxminən 22.711 insan dünyasını dəyişmişdir. Son otuz ildə dünyada baş verən güclü zəlzələlər nəticəsində on minlərlə insan həlak olmuşdur. Bütün bu hadisələr Peyğəmbərimizin (səv) 1400 il əvvəl axırzamanla bağlı bildirdiyi hədislərin dövrümüzdə gerçəkləşdiyini göstərir.

– 28 iyul 1976-cı ildə Çində 7.8 bal gücündə zəlzələ oldu. 242 min nəfər öldü, 164 şəxs yaralandı.
-7 dekabr 1988-ci ildə Ermənistanda baş verən zəlzələdə 20 min nəfər öldü, 500 min nəfər evsiz qaldı.
-20 iyun 1990-cı ildə İranda meydana gələn 7.7 bal gücündəki zəlzələdə 40 min nəfər öldü, 100 min nəfər yaralandı.
-1995-ci ildə Kobe zəlzələsi 20 saniyə davam etməsinə baxmayaraq, 100 milyard dollar zərərə səbəb oldu.
– Hindistanda 26 yanvar 2001-ci ildə baş verən 6.7 bal gücündəki zəlzələdə 25 min nəfər öldü, 166 min nəfər yaralandı.
– 26 dekabr 2003-cü ildə İranda meydana gələn 6.7 bal gücündəki zəlzələdə 31.884 nəfər öldü, 18 min nəfər yaralandı.
-26 dekabr 2004-cü ildə İndoneziyada 9 bal gücündəki zəlzələ nəticəsində meydana gələn sunamidə 300 min nəfər öldü.
– 8 oktyabr 2005-ci ildə Pakistanda baş verən 7.6 bal gücündəki zəlzələdə təxminən 100 min nəfər öldü.

HƏMÇİNİN BAX

Allahdan başqalarını ilah olaraq qəbul etmək

Lat və Uzzaya yenidən Allahdan başqa ilah olaraq ibadət edilmədikcə Qiyamət qopmaz… (Kiyamet alametleri, səh. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir