Şənbə , Noyabr 30 2024
Əsas səhifə / BAŞ VERƏCƏK BÖYÜK HADİSƏLƏR / 1 MAY TAKSİM HADİSƏLƏRİ

1 MAY TAKSİM HADİSƏLƏRİ

“Hz. Mehdinin (əs) zühurundan əvvəl  Mədinədə qapqara daşların belə  qan içində itəcəyi  böyük bir hadisə olacaq. Bu hadisədə bir qadının öldürülməsi bir qamçının yellənməsi qədər asan olacaq və bu hadisə 2 km məsafəyə qədər yayılacaq.” (EI-Kavlul Muhtasar Fi Elamatil Mehdiyyil Muntazar, 41)

  • Mehdi (ə.s) zühur etməzdən əvvəl… Hədisin belə başlaması bu hadisənin eyni zamanda hz. Mehdinin (əs) çıxış əlamətlərindən biri olduğuna işarədir. Hz. Mehdinin (əs) zühuru hədislər və böyük İslam alimlərinin izahlarına görə hicri 1400 -cü ilin (Miladi 1979-80-cı il) əvvəllərində olacaq. Hədisdə bildirilən “hz. Mehdi (əs) zühur etməzdən əvvəl” ifadəsi hz. Mehdinin (əs) zühurundan qısa müddət əvvəl bu böyük hadisənin olacağına işarə edir. Qanlı1 may hadisələri 1977-ci ildə baş verir.
  • (2)…. Mədinədə…Ərəb dilində Mədinə sözü, həmçinin, böyük şəhər mənasında da işlədilir. Aşağıdakı hədis buna nümunədir.

Hz.İbni Əmrdən rəvayət edilmişdir. Rəsulullah (səv) buyurdu ki:

Ey Ümmət! Altı şey vardır ki, onlar olmadan qiyamət qopmaz… Altıncısı da Mədinənin fəthidir.

Deyildi ki: Hansı Mədinə? Buyurdu ki: Konstantinopol. (İstanbul)

(Bu İstanbulun hz. Mehdi (əs) tərəfindən ediləcək mənəvi fəthidir.)(Kıyamet Elametleri, seh. 204 Ramız EI Ehadis 1/296)

(3)… Qapqara daşların belə qan içində itəcəyi… Hədisin bu qismində də qanlı hadisənin cərəyan edəcəyi yer təsvir edilir. Qara daş, yəni asfalt yol üzərində qanlı hadisə olacağına işarə edilir.

– 1 May Taksim hadisəsində 34 nəfərin ölməsi və 200 nəfərin yaralanması zamanı axan qanlar qara daşlar (yəni asfalt yol) üzərinə tökülmüş və bu qanlar prospektə yayılmışdır.

Asfalt yol: Kiçik çınqıl daşlarının asfalt maddəsi ilə qarışdırılmasından meydana gəlir.

Bu qarışıq yola töküləndə nəhəng bir (bütöv) qara daş formasını alır.

(4)… qan içində itəcəyi… Qarşıdurmalar nəticəsində axan qan bəzi yerlərdə asfaltı bir örtük kimi örtmüş və asfalt bəzən görünməz hala gəlmişdir.

(5)… böyük bir hadisə olacaq…

1 May Taksim hadisəsi anarxiya dövründə çox sayda insanın qətl edildiyi və çoxlu qan axıdıldığı böyük bir hadisədir.

(6)… Bir qamçının yellənməsi qədər asan olacaq… Burada göstərilən  bənzətmə ilə qətlin çox asan törədiləcəyinə diqqət çəkilmişdir. Bir qamçı, sadə əl hərəkətləri ilə hər tərəfə doğru asanlıqla yellənə bildiyi kimi, qamçı kimi qulpundan tutulan və hər tərəfə çevrilə bilən tapança da atəş açılmaqla asanlıqla hədəfdəki şəxsi öldürə bilər.

HƏMÇİNİN BAX

Kobud söz və küfrün yayılması

Kobud söz və küfrün yayılması Axırzaman bir-birilərinə kobud söz və küfrlə müraciət edən insanların sayının …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir