Şənbə , Noyabr 30 2024
Əsas səhifə / Ayətlərdə Hz.Mehdi(ə.s) / Quranda Mehdiyyətə və Dünya Hakimiyyətinə işarə edən ayələr

Quranda Mehdiyyətə və Dünya Hakimiyyətinə işarə edən ayələr

Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar.
(Ənbiya surəsi / 105)
( Əbcəd tarixi: Miladi 2051)
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.

(Nur surəsi / 55)

(Əbcəd tarixi: Miladi 2013)
Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.

(Mücadilə surəsi / 21)

( Əbcəd tarixi: Miladi 1959)

Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur.

(Saff surəsi / 9)

( Əbcəd tarixi: Miladi 2021)

Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən Odur.

(Tövbə surəsi / 33)

( Əbcəd tarixi: Miladi 2005)

Günahkarlar istəməsələr də, Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək.

(Yunis surəsi / 82)

(Əbcəd tarixi: Miladi 2042)

Onlar Allah’ın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur.

(Saff surəsi / 8-9)

Onlar ağızları ilə Allah’ın nurunu söndürmək istəyirlər. Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar. Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən Odur.

(Tövbə surəsi / 32-33)

(Əbcəd tarixi: Miladi 2002)

Həqiqətən, Biz sənə aydın bir qələbə verdik ki, Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin və Allah sənə böyük bir qələbə ilə kömək etsin.

(Fəth surəsi / 1-3)

(Əbcəd tarixi: Miladi 1913)

… Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər.

(Rad surəsi / 42)

İslamı bütün dinlərdən üstün etsin deyə Öz Elçisini hidayətlə və həqiqi dinlə göndərən Odur. Şahid kimi Allah kifayətdir.

(Fəth surəsi / 28)

(Əbcəd tarixi: Miladi 2002)

“və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir”. Elçilər qələbə istədilər. Hər bir inadkar dikbaş da ziyana uğradı.

(İbrahim surəsi / 14-15)

(Əbcəd tarixi: Miladi 1995)

Allah’ın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allah’ın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!

(Nəsr surəsi / 1-3)

(Əbcəd tarixi: Miladi 2016)

Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri bununla müjdələ.

(Saff surəsi / 13)

(Əbcəd tarixi: Miladi 1981)

Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcəkdir. Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”.

(Saffat surəsi / 171-173)

(Əbcəd tarixi: Miladi 1988)

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allah’a aid etdiyiniz sifətlərə görə vay halınıza!

(Ənbiya surəsi / 18)

Allah sizi onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir.
(Əhzab surəsi / 27)
Musa ilə olan zəif qövmü isə yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb bölgələrinə varislər təyin etdik….
(Əraf surəsi / 137)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir