Şənbə , Noyabr 30 2024
Əsas səhifə / Quranda Mehdiyyət / İttihad-i İslam

İttihad-i İslam

Allah tarix boyu hər qövmü lideri ilə birlikdə yaratmışdır. Bu, Adətullahın tələbidir. Hz. Nuh (ə.s.), hz. İbrahim (ə.s.),
hz. Musa (ə.s.), hz. Yusuf (ə.s.), hz. İsa (ə.s.) və hz. Muhəmmədin (s.ə.v.) dövründə Allah’ın mübarək elçiləri iman gətirənlərin lideri olaraq İslam cəmiyyətlərinin başında olmuşdur. Hz. Talut, hz. Zülqərneyn dövründə də müsəlmanların lideri olmuşdur. Peyğəmbərimizin (s.ə.v.) ardınca da müsəlmanlar yaxın tarixə qədər heç vaxt başsız qalmamışlar. Bu dövrdə müsəlmanların mənəvi liderinin olmaması Allah’ın təqdir etdiyi hz. Mehdinin (ə.s.) gəliş əlamətlərindən biridir. Ancaq Allah qədərdə İslam cəmiyyəti üçün bir gözəllik təqdir etmiş və mənəvi liderləri olmadan keçən bu dövrün ardınca onları çox üstün əxlaqlı, çox mübarək, sevgi və şəfqət dolu, müsəlmanları çox sevən, hamiyyəti İslamiyyəsi çox qüvvətli bir şəxslə, yəni hz. Mehdi (ə.s.) ilə müjdələmişdir. Təxminən 1.5 əsrdir başsız olan İslam aləmi, Allah’ın təqdir etdiyi qədərin tələbi olaraq, bu əsrdə hz. Mehdinin (ə.s) mənəvi liderliyi altında birləşəcək.

Aşağıda Quranda olan birlik ayələrindən bəziləri göstərilmişdir:

Hamınız Allah’ın ipindən möhkəm yapışın və parçalanmayın! Allah’ın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz. (Ali İmran surəsi, 103)

O kəslər üçün ki, haqsızlığa məruz qaldıqda intiqam alırlar. (Şura surəsi, 39)

Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir. (Səff surəsi, 4)

Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allah’dan qorxun ki, sizə rəhm edilsin. (Hucurat surəsi, 10)

Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)

Allah’a və Rəsuluna itaət edin və bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin. Şübhəsiz Allah, səbir edənlərlə bərabərdir. (Ənfal surəsi, 46)

(Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin (tövhid) müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və (Ona) üz tutanı Özünə tərəf yönəldər (Şura surəsi, 13)

Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allah’ın əmrini (yerinə yetirməyə) qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir. (Hucurat surəsi, 9)

Dünyadakı zülmün dayanmasını istəyən müsəlmanların edəcəkləri şey səmimi qəlbdən İttihad-i İslamı istəməkdir

Allah Quranın bir çox ayəsində möminlərin bir-birlərinin vəliləri olduqlarını bildirmişdir. “Vəli” sözünün mənası dost, qoruyucu, köməkçi və dəstəkçidir. Buna görə müsəlmanların bir-birləri ilə dost olmaları, bir-birlərini qorumaları və bir-birlərinə dəstək olmaları Allah’ın onlara əmridir.

Allah bir ayəsində möminlərin bir-birləri ilə dost olmalarının vacib olduğunu belə ifadə edir:

Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allah’a) boyun əyərək namaz qılır və zəkat verirlər. (Maidə surəsi, 55)

Bir sonrakı ayədə isə Allah möminlərin bir-birlərinə dost və vəli olduqları təqdirdə inkarçılara qarşı davam etdirdikləri fikri mübarizədə mütləq qalib gələcəklərini belə bildirir:

Kim Allah’ı, Onun Elçisini və iman gətirənləri (özünə )dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allah’ın firqəsidir. (Maidə surəsi, 56)

Bu ayədən və Quranın daha bir çox ayəsindən aydın olur ki, möminlər bir-birlərini sevib dost olsalar, bir-birlərinə dəstək olsalar inkarçıların inananlara tətbiq etdikləri pisliklərə qəti olaraq son qoyacaq və Allah’ın əmr etdiyi gözəl əxlaqı yer üzündə hakim edəcəklər. Aydındır ki, hal-hazırda dünyanın birçox yerində yaşanan ədalətsizlikləri, zülm və haqsızlıqları dayandıracaq güc bütün müsəlmanların bir-birlərinə qardaşlıq münasibəti bəsləmələri, aralarındakı uzaqlıqları ortadan qaldıraraq bir an əvvəl birləşmələri və İttihad-i İslamı meydana gətirmələridir. Möminlərin birləşmədikləri təqdirdə meydana gələcək mühiti isə Allah bir ayəsində belə xəbər verir:

Kafirlərdə bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)

Heç şübhə yoxdur ki, Allah’dan qorxan, vicdan sahibi heç bir müsəlman qardaşlarından üz çevirməyin və qardaşları ilə birlik olmamanın qarşılığında ortaya çıxan qarışıqlığın və zülm mühitinin meydana gətirdiyi fitnənin günahını yüklənmək istəməz. Müsəlmanların birləşməsi üçün cəhd göstərməyən hər kəs şahid olduğu zülm və haqsızlıqlardan, müharibələrdən məsul olacaq.

Zülmün dayanmasını istəyən qardaşlarımız “Ya Rəbbi, İttihad-i İslamı bir an əvvəl yarat” deyə dua etməlidirlər.

Allah’ı, Peyğəmbərimizi (s.ə.v.) və mömin qardaşlarını sevən hər müsəlman dünyanın dörd tərəfində əsarət altında yaşayan milyonlarla m
əzlum insanın, zülm görən, işgəncəyə məruz qalan, evlərindən sürgün edilən, yoxluq içində yaşamaq məcburiyyətində qalan qardaşlarının məsuliyyətini üzərində hiss etməli və onların dinclik və təhlükəsizliyə qovuşmaları üçün İslam dünyasının bir an əvvəl birləşməsini istəməlidir. Belə ki, zərər çəkmiş qardaşlarımızı içində olduqları vəziyyətdən xilas etməyinən qısa, ən təsirli, ən qəti yolu İttihad-i İslamın təmin edilməsidir.

Müsəlman dünyasının qurtuluşu üçün İttihad-i İslamı istəyən qardaşlarımız “Ya Rəbbi, İttihad-i İslamı bir an əvvəl yarat”, “İttihad-i İslamı dərhal meydana gətir” deyə Allah’a dua etməlidirlər. Allah möminlərin dualarına cavabverəndir. Bu gözəl və xeyirli duanı edən qardaşlarımız inşaAllah qısa müddət sonra dualarının qəbulolduğunu görəcəklər. İsrarla bu duanı edən, bu dua ilə bağlı fəaliyyətlərdə olan möminlər heç şübhəsiz böyük savab  qazanacaqlar.

HƏMÇİNİN BAX

Hz. Mehdinin (əs) camaatına işarə edən ayələr

Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman Biz (Nuha) dedik: “(Heyvanların) hər növündən bir cüt, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir