Əsrlərdir bölünmüş və parçalanmış vəziyyətdə yaşayan müsəlmanların axırzamanda hz. Mehdinin (ə.s.) mənəvi liderliyi ilə bir araya gələcəyi müxtəlif hədislərdə və dəyərliİslam alimlərinin əsərlərində vurğulanır. Ancaq bu həqiqətlərə baxmayaraq, “İslam aləmi birləşməlidir” deyən bəzi çevrələrin hz. Mehdini (ə.s.) xatırlamayan, hz. Mehdinin (ə.s.) mənəvi liderliyindən bəhs etməyən və ya Mehdiyyəti ört-basdır etməyə çalışan bir üslubdan istifadə etdikləri diqqət çəkir. Halbuki, sonsuz rəhmətin sahibi olan Allah tarix boyu hər qövmü lideri ilə birlikdə yaratmışdır. Quranda bildirilən heç bir qövm lidersiz deyil və şəxs-i mənəvi ilə idarə edilməmişdir. Bu səbəbdən bu şəxslərin yanaşmasına görə, bir lider olmadan müsəlmanların necə və kimin liderliyində birləşəcəkləri məlum deyil. Ağızları ilə “müsəlmanlar birləşsələr necə yaxşı olar” deyən, ancaq ortaya qoyduqları sistemlə ayrılığı və parçalanmağı qızışdıran bu şəxslər “başı olmayan bədənin əsla yaşamayacağını” unutmamalıdırlar.
İttihad, yəni birləşmə Allah’ın müsəlmanlara əmridir və fərzdir. Bədiüzzaman “İttihad-i İslam bu dövrün ən böyük fərz vəzifəsidir” (Xütbə-i Şamiyə, Səda-yi Həqiqət, s. 94) deyərək, müsəlmanların birləşmələrinin nə qədər vacib olduğunu ifadə etmişdir. Bu gün İslam aləmindəki qarışıq vəziyyət, Əfqanıstanda, İraqda, Fələstində, Şərqi Türkistanda və digər yerlərdə yaşananlar müsəlmanların parçalanmalarının nə qədər ağır nəticələr yaratdığının göstəricilərindəndir. Bütün bunlar qarşısında zülmün sona çatması və İslam aləmini birləşməsi yalnız müsəlmanların deyil, bütün insanların hüzur və rahatlığa qovuşması üçün vacibdir. Başqa sözlə, hər müsəlman İslam aləminin birləşməsi üçün səy göstərməlidir.
Həyatımızın hər anında olduğu kimi, müsəlmanların birliyini istəyərkən də izləyəcəyimiz yol Allah’ın və Rəsulunun göstərdiyi yol olmalıdır. Allah’ın göstərdiyi yoldan başqa yolu izləyənlər, öz məntiqlərinə, öz şərhlərinə və günün şərtlərinə görə tam fərqli axtarışda olanlar seçdikləri yolun müvəffəqiyyətə çatmayacağını bilməlidirlər. Allah’ın köməyi və qələbə Allah’ın yolunu və Rəsulullahın (s.ə.v) yolunu izləyənlərlədir.
Tarix boyu hər qövm lideri ilə birlikdə yaradılmışdır, axırzamanda müsəlmanların lideri isə hz. Mehdi (ə.s.) olacaq
Allah tarix boyu hər qövmü lideri iləbirlikdə yaratmışdır. Bu, Adətullahın tələbidir. Hz. Nuh (ə.s.), hz. İbrahim (ə.s.), hz. Musa (ə.s.), hz. Yusuf (ə.s.), hz. İsa (ə.s.) və hz. Muhəmmədin (s.ə.v.) dövründə Allah’ın mübarək elçiləriiman gətirənlərin lideri olaraq İslam cəmiyyətlərinin başında olmuşdur. Hz. Talut (ə.s.) dövründə, hz. Zülqərneyn (ə.s.) dövründə müsəlmanların həmişə lideri olmuşdur.
Peyğəmbərimizinin (s.ə.v) ardınca da müsəlmanlar yaxın tarixə qədər heç başsız qalmamışlar. Bu dövrdə müsəlmanların mənəvi liderinin olmaması Allah’ın təqdir etdiyi hz. Mehdinin (ə.s.) gəliş əlamətlərindən biridir. Ancaq Allah qədərdə İslam cəmiyyəti üçün bir gözəllik təqdir etmiş və mənəvi liderləri olmadan keçən bu dövrün ardınca onları çox üstün əxlaqlı, çox mübarək, sevgi və şəfqət dolu, müsəlmanları çox sevən, hamiyyəti İslamiyyəsi çox qüvvətli bir şəxslə, yəni hz. Mehdi (ə.s.) ilə müjdələmişdir. Təxminən 1.5 əsrdir başsız olan İslam aləmi, Allah’ın təqdir etdiyi qədərin tələbi olaraq, bu əsrdə hz. Mehdinin (ə.s.) mənəvi liderliyi altında birləşəcək.
Müsəlmanların elmi mübarizələrində zəfər qazanmaları üçün Allah’ın göstərdiyi yollardan biri də bu mübarizənin mütləq birlik halında edilməsidir. Yəni İslam aləmi təriqət, mədəniyyət, irq, etnik mənbə, camaat, qrup ayrı-seçkiliyi etmədən birlik olmalı, mənəvi liderin ətrafında toplanmalı, Allah yolunda möhkəm bir divar kimi səf-səf düzülüb fikri mübarizə aparmalıdır. Mövzu iləbağlı Quran ayəsi belədir:
Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir. (Saff surəsi, 61)
Başqa sözlə, Allah’ın əmri olaraq,müsəlmanların birləşməsini, yəni İttihad-i İslamı istəyənlər bu birliyin ancaq hz. Mehdinin (ə.s.) ətrafında olacağını bilməlidirlər. İslam aləmi sevinclə və coşğu ilə ancaq Peyğəmbərimizin (s.ə.v) nəvəsinin, Onun mübarək övladının ətrafında birləşə bilər. Çünki bu, bütün müsəlmanlara Peyğəmbərimizin (s.ə.v) Allah’ın vəhyi ilə bildirdiyi haqq yoldur.
Təriqət ixtilafları sona çatmalı, fərqliliklər ayrılıq səbəbi kimi qəbul edilməməlidir
Eyni Allah’a, eyni kitablara, eyni peyğəmbərlərə inanan, üzünü eyni qibləyə çevirən insanların bölünmələri, hətta düşmənçilik dərəcəsində bir-birlərinə cəbhə almaları ancaq şeytanın təlqini ilə yaranmış fitnədir. Bu fitnəyə bir an əvvəl dayan deyilməsi şərtdir. Sünni, şiə, vahabi, cəfəri və digər təriqətlərə mənsub bütün müsəlmanlar din qardaşı olduqlarını düşünməli, işgəncə görən, yurdlarından sürgün edilən, öldürülən, şikəst olan müsəlmanlara dəstək olmalı, bu günə qədər xeyli vaxt itirdiklərini bir an əvvəl qavrayıb daha çox vaxt itirməmək üçün dərhal hərəkətə keçməlidirlər. Unudulmamalıdır ki, birləşmək və ayrılığa düşməmək Allah’ın hamımıza fərz etdiyi bir hökmdür. Allah’ın bu hökmünü təcili yerinə yetirmənin Allah’ın razılığına ən uyğun olan davranış olacağı açıqdır.
İSLAM ALƏMİNİN MƏNƏVİ LİDER OLMADAN BİRLƏŞMƏSİNİ İSTƏMƏK BÖYÜK QƏFLƏTDİR
“İslam aləmi birləşməlidir” deyən, ancaq hz. Mehdini (ə.s.) xatırlamayan, hz. Mehdidən (ə.s.) bəhs etməyən və ya Mehdiyyəti ört-basdır etməyə çalışan bir üslub səmimi deyil. Üstəlik belə bir üslub Quran əxlaqına, sünnəyə, ağıla və məntiqə də zidddir. Bu şəxslərin yanaşmasına görə, bir lider olmadan müsəlmanların necə və kimin liderliyi ilə birləşəcəkləri və hansı ölçülərə görə meydana gələcəyi də məlum deyil. Çünki əgər Quran əxlaqını və sünnəsini əsas götürürlərsə, bu vəziyyətdə İslam aləminin lideri olmasınınvacib olduğunu da qəbul etməlidirlər. Amma bu şəxslər baş olmadan İslam aləmi bir yerə gəlsin deyirlərsə, o zaman İttihad-i İslamı həqiqətən istəmədikləri ortaya çıxır. Bir araya gələn ən kiçik bir qrupun belə lideri olması bu insanlara normal gəlir. Katoliklərin Papası olmasını, ortodoksların Patriki olmasını, yəhudilərin lideri olmasını, hətta masonların Ustadı olmasını normal qəbul edir, ancaq 1.5 milyardlıq İslam aləminin lideri olmasını anormal qarşılayırlar. Bu məntiqləri ilə şüuraltlarında İslam aləminin parçalanmışlığının davam etməsini istədikləri görünür. Ağızları ilə “müsəlmanlar birləşsələr necə yaxşı olar” deyir, amma ortaya qoyduqları sistemlə ayrılığı və parçalanmağı qızışdırırlar.
Halbuki, İttihad-i İslam varsa, hz. Mehdi (ə.s.) də mütləq vardır. Hz. Mehdi (ə.s.) varsa, İslam aləmi də mütləq birləşəcək. Bu, Allah’ın Adətullahının tələbidir. Allah Peyğəmbərimiz (s.ə.v.) vasitəsilə, axırzamanda müsəlmanların mənəvi liderinin hz. Mehdi (ə.s.) olduğunu bildirmişdir. Hz. Mehdi (ə.s.) seçimlə başa gələcək bir şəxs deyil, Allah’ın təqdir etdiyi qədərin tələbi olaraq İslam aləminin qurtuluşuna və birliyinə səbəb olan adamdır. Peyğəmbərimiz (s.ə.v.), “Axırzamanda mənim soyumdan bir şəxs gələcək, dünyadan zülmü və haqsızlıqları aradan qaldıracaq, müsəlmanları bir yerə gətirəcək və əsarətdən qurtaracaq” buyurmuşdur. Bu, Allah’ın Rəsulullaha (s.ə.v) vəhyidir və axırzamanda yaşayan müsəlmanlara göstərdiyi həll yoludur. Əgər müsəlmanlar, Allah’ın bildirdiyi bu yolu görməzlikdən gəlib, Allah’ın gəlişini müjdələdiyi hz. Mehdini (ə.s.) yox saymağa cürət edər və fərqli məntiqlər inkişaf etdirərək hərəkət etsələr, bu vəziyyətin Allah Qatında qarşılığı çox böyük ola bilər.
Allah’ın Quranda göstərdiyi yol yer üzündə fitnə qalmayana, yəni ağrılar, axan qanlar, zülmlər, təzyiqlər, haqsızlıqlar sona çatana, din Allah’ın olana, yəni Quran əxlaqı dünyanın dörd tərəfinə hakim olana və Peyğəmbərimiz (s.ə.v.) dövründəki kimi yaşanana qədər elm, mədəniyyət, fəlsəfə, sənət, fikirlə Allah yolunda mübarizə aparmaqdır:
“Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allah’a həsr edilənədək onlarla vuruşun!…” (Ənfal surəsi, 39)
Saleh möminlər Allah’ın göstərdiyi yola tam təslim olub, axırzamanda yaşamağın bərəkətini, gözəlliyini və sevincini yaşayaraq bir an əvvəl hz. Mehdini (ə.s.) görməyi, hz. Mehdinin (ə.s.) mənəvi liderliyində müsəlmanların birləşməsini tələb etməlidirlər.
Unudulmamalıdır ki, bəzi şəxslər istəməsələr də və hətta tam əks fəaliyyətdə olsalar da, inşaAllah, Allah’ın vədi mütləq reallaşacaq, hz. Mehdi (ə.s.) liderliyində İttihad-i İslam mütləq təmin ediləcək. Bu əsr, hz. Mehdinin (ə.s.) vəsiləsilə İslam əxlaqının dünyaya hakim olduğu, Allah’ın nurunun bütün dünyanı işıqlandırdığı əsr olacaq. Bu Quranda müjdələnilən bir həqiqətdir:
Onlar ağızları ilə Allah’ın nurunu söndürmək istəyirlər. Allah isə (buna) yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar.Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur. (Tövbə surəsi, 32-33)
Allah Quranın bir çox ayəsində möminlərin bir-birlərinin vəliləri olduqlarını bildirmişdir. “Vəli” sözünün mənası dost, qoruyucu, köməkçi və dəstəkçidir. Buna görə müsəlmanların bir-birləri ilə dost olmaları, bir-birlərini qorumaları və bir-birlərinə dəstək olmaları Allah’ın onlara əmridir.
Allah bir ayəsində möminlərin bir-birlərinə vəli olmalarının vacib olduğunu belə ifadə etmişdir:
Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allah’a) boyun əyərək namaz qılır və zəkat verirlər. (Maidə surəsi, 55)
Bir sonrakı ayədə isə Allah möminlərin bir-birlərinə dost və vəli olduqları təqdirdə inkarçılara qarşı davam etdirdikləri fikri mübarizədə mütləq qalib gələcəklərini belə bildirmişdir:
Kim Allah’ı, Onun Elçisini və iman gətirənləri (özünə )dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allah’ın firqəsidir. (Maidə surəsi, 56)
Bu ayələrdən və Quranın daha bir çox ayəsindən aydın olur ki, möminlər bir-birlərini sevib dost olsalar, bir-birlərinə dəstək olsalar inkarçıların inananlara tətbiq etdikləri pisliklərə qəti olaraq son qoyacaq və Allah’ın əmr etdiyi gözəl əxlaqı yer üzündə hakim edəcəklər. Aydındır ki, hal-hazırda dünyanın bir çox yerində yaşanan ədalətsizlikləri, zülm və haqsızlıqları dayandıracaq şey bütün müsəlmanların bir-birlərinə qardaşlıq münasibəti göstərmələri, aralarındakı uzaqlıqları ortadan qaldıraraq bir an əvvəl birləşmələri və İttihad-i İslamı meydana gətirmələridir. Möminlərin birləşmədikləri təqdirdə meydana gələcək mühiti isə Allah bir ayəsində belə xəbər vermişdir:
Kafirlərdə bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)
Heç şübhə yoxdur ki, Allah’dan qorxan, vicdan sahibi heç bir müsəlman, qardaşlarından üz çevirməyin və qardaşları ilə birlik olmamağın qarşılığında ortaya çıxan qarışıqlığın və zülm mühitinin meydana gətirdiyi fitnənin günahını yüklənmək istəməz. Müsəlmanların birləşməsi üçün cəhd göstərməyənlər şahid olduqları bütün ağrılardan, zülm və haqsızlıqlardan, müharibələrdən məsul ola bilərlər.
İttihad-i İslam olsun, amma müsəlmanların mənəvi lideri olmasın, hz. Mehdi (ə.s.) olmasın demənin məntiqi yoxdur. İslam tarixində yalnız bu dövrdə İslam aləminin mənəvi lideri yoxdur.
Cənab Adnan Oktarın 11 sentyabr 2010-cu il tarixli Harun Yəhya Tv reportajından
Cənab Adnan Oktarın Mövzu Haqqındakı Dəyərli İzahları
Quranda heç bir qövm lidersiz deyil, heç bir qövm şəxs-imənəvi ilə idarə edilməmişdir. Lideri olmayan birlik olmaz, müsəlmanların da lideri olacaq
Quranda heç bir qövm şəxs-i mənəvi ilə idarə edilməmişdir. Hər qövmün başında bir insan var. Açın, baxın. Məsələn, Nuh qövmü elədir, Lut qövmü elədir, Ad qövmü, Səmud hamısı elədir. Firon, Nəmrud qövmü, Səba xalqı, hətta qarışqalar, heyvanların belə lideri var. Lideri olmayan birlik olarmı? Vəhşi heyvanların belə lideri olur. Masonların lideri var, xristianların lideri var. Müsəlmanların da əlbəttə ki, lideri olacaq, lidersiz olmaz. Hz. Mehdidən (ə.s.) çəkinmələri çox böyük möcüzədir, çox heyrətvericidir. Bədiüzzamanın bu qədər açıq ifadələrinə baxmayaraq, böyük qardaşlarının bu qədər açıq ifadələrinə baxmayaraq, izahlarına baxmayaraq, etinasızlıq etmələri, mövzunu bu hala gətirmələri çox qəribədir. Məsələn,hz. İsa (ə.s.) üçün də etinasızlıq edirlər. Halbuki, hz. İsanın (ə.s.) gəlişi çox nəfis bir şeydir, müdhiş bir həyəcan, gözəl bir nemətdir. (26 Oktyabr 2010, Qaziantep Hadisə TV)
Hər kəs İttihad-i İslamı istədiyini dilə gətirməlidir
OKTAR BABUNA: İsrail höküməti bir qanunu təsdiqləmişdir, bağlılıq andı içdirib, xəbərdə də ondan bəhs edir. Bütün fələstinlilərə aiddir.
ADNAN OKTAR: İttihad-i İslam olmasa bağlılıq andı da içdirər. İttihad-i İslam olmadıqdan sonra hər cür zülm olacaq. İsraildəki musəvilərə də zülm edirlər, onları da incidirlər. Mənə davamlı məktub yazırlar. Qan uddururlar İsraildəki ateistlər. Dövlətə hakim olanlar oradakı insanları məhv edirlər. Adam hər şeyi edir. Bir çox şey danışırlar, mövzunun sonu Türk-İslam Birliyinə, İttihad-i İslama gələndə susurlar. Yəni nə hikmətdirsə, orada dilləri tutulur. Keçən günlərdə Kanal 7-də yenə, sevimli bir nəfər var, bir də müəllim var, danışırlar. Müsəlmanların çəkdiyi ağrılardan, xaricdə çəkdikləri iztirablardan, hər şeydən danışırlar. Yəni müsəlmanların çəkdikləri çətinliklərlə bağlıdır mövzu. Qardaşım, məsələn, bir adam sobaya əlini vurub, əli yanır. Davamlı əlinin necə yandığını izah edir. Əlimdə qabarcıqlar oldu, əlim yanır, ta sümüyə qədər işlədi, artıq dözməyə gücüm qalmadı, məhv oldum. Qardaşım sobadan əlini çəkməyi niyə düşünmürsən? “Sobadan əlini çək” deyəcəksən adama. Bax, “sobadan əlini çək”, bu qədər. Bunu demir. Elə əllərinin necə yandığını izah edir. “Yanır əlim” deyir. “Tüstülər çıxır əlimdən” deyir. Yalnız əlini çəkəcəksən, əlini. İttihad-i İslamı quracaqsan, mövzu bitəcək. Türk-İslam Birliyini meydana gətirəcəksən, mövzu bitəcək. Kökündən həll olacaq baxın, hamısı bitəcək. Bundan başqa hər şeyi danışırlar. Yəni adamla iki saat, üç saat danışır; bir söz eyham et heç olmasa. Cübbəli, bax o da elə. Danışır, danışır, danışır, çəkdikləri ağrılardan danışır. Ən sonunda deyir ki; “burada bir şifrə var” deyir. Nə şifrəsi? Söylə ki, “İttihad-i İslamı istəyirəm, Türk-İslam Birliyini istəyirəm”. Allah açıq şəkildə izah edir, Allah şifrəmi deyir Quranda? Allah; “bir-birlərinə birləşmiş bir bina kimi səf bağlayaraq mübarizə aparanları Allah sevər” (Səff surəsi, 4) deyir. Şifrəmi bu? Açıqca söylə bunu. Qardaşım qorxursansa, “Allah belə deyir”. Niyə qorxursan? “Bədiüzzaman da belə deyir”. Onu da söyləmirlər. “Allah belə deyir”. Onu da deyə bilmirlər. (14 Oktyabr 2010, Samsun ƏKS TV)
İttihad-i İslamın təxirə salınmasını istəyənlər böyük günahın məsuliyyətini öz üzərlərinə götürürlər
ADNAN OKTAR: Əsl məqsəd 1000 il müsəlmanları əsarətdə saxlamaqdır. 1000 il də bu ağrını, əziyyəti müsəlmanlara çəkdirməkdir. Adam Quran da yandırar, Quran da cırar, küfr də edər, təhqir də edər, adam onsuzda qarantiyə alıb, “1000 il sonra” deyir. Türk-İslam Birliyi olacaq, İttihad-i İslam olacaq və Quran yanacaq, eləmi? Quran yandırılmasının məsuliyyəti kimdədir? İttihad-i İslamı istəməyənlərdə. Doğrudan günahı onların boynunadır. İttihad-i İslamı istəməyənlərin boynunadır. Quran yandırılırsa, Quran cırılırsa, müsəlman qadınlara təcavüz edilirsə, uşaqlar pərişan edilirsə, Pakistanda və yaxud digər ölkələrdə, Banqladeşdə qardaşlarımız pərişan halda yaşayırlarsa, Banqladeşdə daha da betərdir; hər yerdə elə. Əfqanıstanın vəziyyəti məlumdur, İraqın vəziyyəti məlumdur, səhərə qədər sayarıq. Bunların hamısının qəti dəqiq həlli var. İndi alov var, alov yanır, sənin də əlində bir qab dolusu su var. Suyu üzərinə tökəcəksən, atəşi söndürəcəksən. “Yox, mən 1000 il gözlədəcəyəm, bu suyu mən tökmərəm” deyir. O birisi də deyir ki; “mən 570 il daha gözlədəcəyəm, gözləyəcəyik” deyir. Qardaşım, gözləyəcəyinə dərhal tök suyu. İttihad-i İslamı dərhal meydana gətir, Türk-İslam Birliyini dərhal yarat. Bax, söylə bunu. Yəni “məşğul ol, cəhd göstər” də demirəm. Heç olmazsa bu sözü söylə, de ki; “Bu əsrdə İslam dünyaya hakim olsun”. Sanki bir derijor var, hamısını idarə edir. Mən derijoru tanıyıram, indi yeri və zamanı uyğun deyil, onun üçün söyləyə bilmirəm. İttifaq etdikləri mövzu var, İttihad-i İslamı istəmirlər. Türk-İslam Birliyinin bu əsrdə olmasını istəmirlər, ittifaq var aralarında. Bir çox qrup var belə, yeni dəbdir bu. Yeni bir məktəb çıxdı belə. Biz də müsəlmanları bu mövzuda işıqlandırmağa davam edəcəyik, inşaAllah.” (12 Sentyabr 2010, Kanal Avropa)
Müsəlmanların elmi mübarizə əzmlərini gücləndirmək, həyəcanlarını coşdurmaq, şövqlərini artırmaq varkən, onları passivliyə aparacaq, məğlubedici bir üsul izləmələrinə səbəb olacaq yollar göstərmək vicdana uyğun davranış deyil. Fitnə dünyaya hakim olmuş, dinsizlik insanlığı bəlaları ilə qucaqlayıb əhatə etmiş, dünyanın dörd tərəfindəki məzlum qadınlar, yaşlılar və uşaqlardan “Rəbbim bizə Qatından bir kömək edən göndər, bizi qurtar” fəryadları yüksəlmişkən müsəlmanlarətalət içində gözləməməlidirlər. Müsəlmanlar bütün gücləri, bütün imkanları, elmi, ağılı və texnologiyanı ən təsirli şəkildə istifadə edərək, elmi və fəlsəfi olaraq bu fitnənin qaynağı olan darvinizmi və materializmi ortadan qaldırmalıdırlar.
Zülmün dayanmasını istəyən qardaşlarımız “Ya Rəbbi, İttihad-i İslamı bir an əvvəl meydana gətir” deyə dua etməlidirlər.
Allah’ı, Peyğəmbərimizi (s.ə.v) və mömin qardaşlarını sevən hər müsəlman, dünyanın dörd tərəfində əsarət altında yaşayan milyonlarla məzlum insanın, zülm görən, işgəncəyə məruz qalan, evlərindən sürgün edilən, yoxluq içində yaşamaq məcburiyyətində qalan qardaşlarının məsuliyyətini üzərində hiss etməli və onların dinclik və təhlükəsizliyə qovuşmaları üçün İslam dünyasının bir an əvvəl birləşməsini istəməlidir. Belə ki, zərər çəkmiş qardaşlarımızı içində olduqları vəziyyətdən xilas etməyinən qısa, ən təsirli, ən qəti yolu İttihad-i İslamın təmin edilməsidir.
Müsəlman dünyasının qurtuluşu üçün İttihad-i İslamı istəyən qardaşlarımız “Ya Rəbbi, İttihad-i İslamı bir an əvvəl yarat”, “İttihad-i İslamı dərhal meydana gətir” deyə Allah’a dua etməlidirlər. Allah möminlərin dualarına cavabverəndir. Bu gözəl və xeyirli duanı edən qardaşlarımız inşaAllah qısa müddət sonra dualarının qəbul olduğunu görəcəklər. İsrarla bu duanı edən, bu dua ilə bağlı fəaliyyətdə olan möminlər heç şübhəsiz böyük savab qazanacaqlar.