İttihad, yəni birləşmə, Allah’ın müsəlmanlara əmridir və fərzdir. Bədiüzzaman “İttihad-i İslam bu dövrün ən böyük fərz vəzifəsidir” deyərək, müsəlmanların birləşmələrinin nə qədər həyati olduğunu ifadə etmişdir. Bu gün İslam aləminin içində olduğu vəziyyət Əfqanıstanda, İraqda, Fələstində, Şərqi Türkistanda və digər yerlərdə yaşananlar müsəlmanların parçalanmalarının nə qədər ağır nəticələr yaratdığının göstəricisidir. Bütün bunlar qarşısında zülmün sona çatması, yalnız müsəlmanların deyil, bütün insanların hüzura qovuşması üçün İslam aləminin birləşməli olduğu da açıqdır. Başqa sözlə, hər müsəlman, İslam aləminin birləşməsi üçün səy göstərməklə məsuliyyət daşıyır.
Ancaq bunu edərkən, həyatımızın hər anında olduğu kimi, müsəlmanların birliyini istəyərkən də izləyəcəyimiz yol Allah’ın və Rəsulunun göstərdiyi yol olmalıdır. Allah’ın göstərdiyi yoldan başqa yola uyanlar, öz məntiqlərinə, öz şərhlərinə və günün şərtlərinə görə tam fərqli axtarışlarda olanlar, seçdikləri yolun müvəffəqiyyətə çatmayacağını bilməlidirlər. Allah’ın köməyi və qələbə, Allah’ın yolunu və Rəsulullahın (ə.s.) yolunu izləyənlərədir.
Allah tarix boyu hər qövmü lideri ilə birlikdə yaratmışdır. Bu, Adətullahın tələbidir. Hz. Nuh (ə.s.), hz. İbrahim (ə.s.), hz. Musa (ə.s.), hz. Yusuf (ə.s.), hz. İsa (ə.s.) və hz. Muhəmmədin (s.ə.v.) dövründə iman gətirənlərin lideri olaraq Allah’ın mübarək elçiləri İslam cəmiyyətlərinin başında olmuşdur. Hz. Talut dövründə, hz. Zülqərneyn dövründə də müsəlmanların həmişə lideri olmuşdur. Peyğəmbərimizin (s.ə.v.) ardınca da müsəlmanlar yaxın tarixə qədər heç başsız qalmamışdırlar. Bu dövrdə müsəlmanların mənəvi liderinin olmaması, Allah’ın təqdir etdiyi hz. Mehdinin (ə.s.) gəliş əlamətlərindən biridir. Ancaq Allah qədərdə İslam cəmiyyəti üçün bir gözəllik təqdir etmiş və mənəvi liderləri olmadan keçən bu dövrün ardınca onları çox üstün əxlaqlı, çox mübarək, sevgi və şəfqət dolu, müsəlmanlara çox düşkün, hamiyyəti İslamiyyəsi çox qüvvətli bir şəxslə, yəni hz. Mehdi (ə.s.) ilə müjdələmişdir. Təxminən 1.5 əsrdir başsız olan İslam aləmi, Allah’ın təqdir etdiyi qədərə uyğun olaraq, bu əsrdə hz. Mehdinin (ə.s.) mənəvi liderliyi altında birləşəcək.
Başqa sözlə, Allah’ın əmrinə uyğun olaraq müsəlmanların birləşməsini, yəni İttihad-i İslamı istəyənlər bu birliyin ancaq hz. Mehdinin (ə.s.) ətrafında olduğunu bilməlidirlər. İslam aləmi sevinc və coşğu ilə ancaq Peyğəmbərimizin (s.ə.v.) nəvəsinin, Onun mübarək övladının ətrafında birləşər. Çünki bu, bütün müsəlmanlara Peyğəmbərimizin (s.ə.v.) Allah’ın vəhyi ilə bildirdiyi haqq yoldur.
“İslam aləmi birləşməlidir” deyən, ancaq hz. Mehdini (ə.s.) xatırlamayan, hz. Mehdidən (ə.s.) bəhs etməyən və ya Mehdiyyəti ört-basdır etməyə çalışan bir üslub isə səmimi deyil. Üstəlik belə bir üslub Qurana, sünnəyə, ağıla və məntiqə də ziddir. Bu şəxslərin fikirlərinə görə, lider olmadan müsəlmanların necə və kimin liderliyində birləşəcəkləri vəbu birliyin hansı ölçülərə görə meydana gələcəyi məlum deyil. Çünki əgər Quranı və sünnəni əsas götürürlərsə, bu təqdirdə İslam aləminin başı olmalıdır. Amma bu şəxslər baş olmadan İslam aləmi bir yerə gəlsin deyirlərsə, o zaman İttihad-i İslamı həqiqətən istəmədikləri ortaya çıxır. Bu insanlara bir yerə gələn ən kiçik bir qrupun belə lideri olması normal gəlir. Katoliklərin Papası olmasını, Ortodoksların Patriki olmasını, yəhudilərin lideri olmasını, hətta masonların Ustadı olmasını normal qəbul edir, ancaq 1.5 milyardlıq İslam aləminin lideri olmasını anormal qarşılayırlar. Bu məntiqləri ilə şüur altlarında İslam aləminin parçalanmışlığının davam etməsini istədikləri görünür. Ağızları ilə “müsəlmanlar birləşsələr necə yaxşı olar” deyir, amma ortaya qoyduqları sistemlə ayrılığı və parçalanmağı qızışdırırlar.
Halbuki, İttihad-i İslam varsa, hz. Mehdi (ə.s.) də mütləq var. Hz. Mehdi (ə.s.) varsa, İslam aləmi də mütləq birləşəcək. Bu, Allah’ın Adətullahının tələbidir. Allah Peyğəmbərimiz (s.ə.v.) vasitəsilə axırzamanda müsəlmanların liderinin hz. Mehdi (ə.s.) olduğunu bildirmişdir. Hz. Mehdi (ə.s.) seçimlə başa gələcək bir şəxs deyil, Allah’ın təqdir etdiyi qədərləİslam aləminin qurtuluşuna və birliyinə səbəb olan insandır. Peyğəmbərimiz (s.ə.v.) “axırzamanda mənim soyumdan bir şəxs gələcək, dünyadan zülmü və haqsızlıqları aradan qaldıracaq, müsəlmanları bir yerə gətirəcək və əsarətdən qurtaracaq” buyurmuşdur. Bu, Allah’ın Rəsulullaha (s.ə.v.) vəhyidir və axırzamanda yaşayan müsəlmanlara göstərdiyi həll yoludur. Əgər müsəlmanlar, Allah’ın bildirdiyi bu yola etinasızlıq edib, Allah’ın gəlişini müjdələdiyi hz. Mehdini (ə.s.) yox saymağa cürət edərək öz başlarına fərqli məntiqlər inkişaf etdirərək hərəkət etsələr, bu vəziyyətin Allah Qatında qarşılığı çox böyük ola bilər.
Saleh möminlər, Allah’ın göstərdiyi yola tam təslim olub, axırzamanda yaşamağın nemətini, gözəlliyini və sevincini yaşayaraq bir an əvvəl hz. Mehdini (ə.s.) görməyi, hz. Mehdinin (ə.s.) mənəvi liderliyində müsəlmanların birləşməsini tələb etməlidirlər. Unudulmamalıdır ki, bəzi şəxslər istəməsələr də və hətta tam əks fəaliyyətdə olsalar da, inşaAllah, Allah’ın vədi mütləq reallaşacaq, hz. Mehdinin (ə.s.) liderliyində İttihad-i İslam mütləq təmin ediləcək. Bu əsr, hz. Mehdi (ə.s.) vasitəsilə İslam əxlaqının dünyaya hakim olduğu, Allah’ın nurunun bütün dünyanı işıqlandırdığı əsr olacaq.