Şənbə , Noyabr 30 2024
Əsas səhifə / Kral Məsih / Tövratda və müxtəlif yəhudi qaynaqlarda hz. Mehdiyə (ə.s) işarələr

Tövratda və müxtəlif yəhudi qaynaqlarda hz. Mehdiyə (ə.s) işarələr

Bir çox yəhudi mənbədə hz. Mehdinin (ə.s) (İbri dilində Məsihin) zühurundan əvvəl dünyaya dinsizlikdən qaynaqlanan əxlaqsızlığın hakim olacağı qeyd olunur. XII əsrdən bu günə qədər ən böyük Tövrat alimi hesab edilən Haham Maimoni-des (İbni Meymun) yəhudiliyin on üç əsas etiqadından on ikincisinin “Məsihin (Mehdinin) gələcəyinə inanmaq” olduğunu bildirmişdir. Yəhudilərin bu təmələ əsaslanan “Mehdi” inancları belə ifadə edilir: “Məsihin  (Mehdinin) gələcəyinə bütün qəlbimlə inanıram, gəlişi geciksə belə hər gün onu gözləyirəm.”

Hz. Mehdinin (ə.s) gələcəyinə inanmayanlar isə yəhudilərin müqəddəs mənbələrindən biri olan Mişnada belə təsvir edilir:

“Məsihin (Mehdinin) gələcəyinə inanmayan və ya onun gəlişini gözləməyən insan bütün peyğəmbərlərə qarşı gəlməklə yanaşı, Tövratı və hz. Musanı da inkar etmiş olur. (Maimonides, Mişna Tora, Kralların Qanunları, 11:1)

Eyni zamanda yəhudilər hər gün üç dəfə təkrarladıqları “Shmoneh Esrei” duasında Allah`dan hz. Mehdinin gəlişinin təcilini də diləyirlər. Bu duada ədalətin yenidən bərpa olunması, əxlaqsızlığın, günahın və pisliklərin nəhayətlənməsi, doğruluğun hakim olması üçün hz. Mehdinin gəlişi arzulanır. Bu məqalədə Tövratın Quran və peyğəmbərimizin (s.ə.v) hədisləri ilə uyğunlaşan hissələrindən, hz. Mehdidən (ə.s) bəhs edən qissələrdən bəhs olunacaq.

Yəhudi qaynaqlarında Mehdinin (ə.s) çıxışından əvvəlki dövr

Yəhudilərə görə, Mehdinin gəlişindən əvvəl bütün dünyada əxlaqi tənəzzül hakim olacaq. Utanma hissini itirmiş insanlar daha zalım və eqoist olacaq, mərhəmətli insan qalmayacaq, dindarlar ələ salınacaq, cəmiyyətlərdə küfr və fitnə hakim kəsiləcəkdir. Dünyanı cənginə alan dəhşətlər bununla bitməyəcək, fəlakətlər, zülm və müharibələr bir-birinin ardınca dünyanı bürüyəcək, torpaqların bərəkəti azalacaq, bahalılıq, qıtlıq və yoxsulluq son həddə çatacaq.

Yəhudilərin müqəddəs qaynaqlarında hz. Mehdinin çıxışından əvvəlki dövr belə təsvir olunur:

1. Axırzaman əlamətlərinin meydana çıxması:

Rəbb deyir ki… Bütün millətləri və dilləri bir yerə toplayacağım vaxt gəlir. Onlar gəlib Mənim əzəmətimi görəcəklər. Mən aralarına bir əlamət qoyacağam. (Yeşaya, 66:18-19)

Mən Rəbbəm… Budur, əvvəldən xəbər verdiklərim həyata keçdi. İndi də yeni xəbərlər bəyan edirəm, onlar yetişməmişdən əvvəl sizi xəbərdar edirəm (Yeşaya, 42:8-9)

2. Ateizmin yayılması:

Davud oğlunun ( Mehdinin) nəslində… Bütün dövlətlər Minim dinini (ateizmi) qəbul edəcək və nəsihətlərdən üz çevirəcəklər… (Talmud, Sanhedrin 97a)

Rəbb bəyan edir: “Peyğəmbər də, kahin də Allahsızdır, məbədimdə belə pis əməllərini gördüm” (Yeremya, 23:11)

Davud oğlu (Mehdi) bütün dünya kafir olanadək gəlməyəcək… (Talmud, Sanhedrin 97a)

3. Dindarlarla hörmətsiz rəftar edilməsi:

Məsihin (Mehdinin) gəlişindən əvvəl… günahdan qorxan insanlar pis rəftara məruz qalacaq və həqiqətlərdən məhrum olunacaqdır…(Talmud, Sota 49b)

Davud oğlunun ( Mehdinin) nəslində… Allah’dan qorxan insanlarla pis rəftar ediləcək.. (Talmud, Sanhedrin 97a)

Davud oğlunun (Mehdinin) nəslində… pis əməllərdən uzaq insan özünü ov olacaq … Pisliklərdən üz çevirənadamı xalqı ələ salacaq. (Talmud, Sanhedrin 97a)

4. Pis insanların təqdirə layiq görülməsi:

Davud oğlunun (Mehdinin) nəslində…pis insanlar təqdir olunacaqlar… (Talmud, Sanhedrin 97a)

… siz ki, yaxşıya nifrət edir, pisliyi sevirsiniz… (Mikeya, 3:2)

5. Dini təhsildən uzaqlaşmaq:

Tələbələrin (Allah`ın dinini öyrənənlərin) sayı azalmadıqca… Məsih (Mehdi) gəlməyəcək… (Talmud, Sanhedrin 97a)

6. Hakimiyyətin din əxlaqından uzaqlaşması:

Məsihin (Mehdinin) nəslində… Krallıq dəlalətə düşəcək, lakin onları xəbərdar edən olmayacaq. (Talmud, Sanhedrin 97a)

Məsihin (Mehdinin) zühurundan əvvəl… hakimiyyət dəlalətə düşəcək (dini etiqada zidd olacaq) və onları qınayan olmayacaq (Talmud, Sota 49b)

…Davud oğlu (Mehdi) Romanın günahkar krallığı doqquz ay ərzində bütün dünyanı (hakimiyyəti) əhatə qədər gəlməyəcək (Talmud, Yoma 10a)

7. Hakim dairələr işin əhli olmayacaq:

Uşaqları onların üzərinə başçı qoyacağam. Qoy körpələr onlara hökm etsin (Yeşaya, 3:4)

8. Qadın başçıların artması:

Uşaqlar xalqıma zülm edir, qadınlar üzərimizdə hökm sürür (Yeşaya, 3:12)

9. Hakim dairələrin öz mənfəətlərini güdməsi:

Davud oğlunun (Mehdinin) nəslində…bu nəslin başçıları köpək kimi davranacaq… (Talmud, Sanhedrin 97a)

… Hakimləri axşam gəzən ac qurdlar kimi səhərə bir şey saxlamazlar (Sefanya, 3:3)

10. Bütün gücün pis insanların əlində cəmlənməsi:

… Pislik edənləri gücləndirdiklərinə görə heç kim pisliyindən əl çəkmir… (Yeremya, 23:14)

…Pis yol izləyir, güclərindən ədalətsiz istifadə edirlər. (Yeremya, 23:10)

…Başçıları nərildəyən aslanlara bənzəyir. (Sefanya, 3:3)

11. Ədalətsizliyin baş alıb getməsi:

… (Mehdi) bütün hakim və başçılar gedənə qədər gəlməyəcək… (Talmud, Sanhedrin 98a)

(Mehdinin) nəslində…haqdan tamamilə üz çevirəcəklər. (Talmud, Sanhedrin 97a)

12. Yoxsulluğun artması

(Mehdi)… ciblər tamamilə boşalana qədər gəlməyəcək… (Talmud, Sanhedrin 97a)

13. Haqsız qazancların artması:

“Sizsiniz üzüm bağını yeyib-dağıdan, kasıbların malı ilə evlərinizi dolduran. nə haqla xalqıma zülm edib, yoxsullara əzab verirsiniz?” Bunu Ordular Rəbbi Xudavənd (xalqın rəhbərlərinə) bəyan edir. (Yeşaya, 3:14-15)

(Mehdinin) nəslində…soyğunçular və soyğunçuların da soyğunçuları olacaq… (Talmud, Kethuboth 112b)

14. Aclıq və qıtlıq hökm sürəcək:

(Mehdinin) zühurundan əvvəl 7 illik dövrün sonunda… aclıq oxları göndəriləcək… böyük bir qıtlıq hökm sürəcək və kişilər, qadınlar, uşaqlar, dindar insanlar və əzizlər öləcək… (Talmud, Sanhedrin 97a)

(Mehdi) xəstə üçün balıq tapılmayanadək gəlməyəcək… (Talmud, Sanhedrin 98a)

15. Torpaqlar bərəkətsiz olacaq:

…Məhsul, meyvə yığımı olmayacaq… Gözəl tarlalar, məhsuldar meynələr üçün, xalqımın tikanlı kollar bitən torpaqları üçün, zövq-səfalı şəhərlərdəki şən evləriniz üçün sinə döyün… (Yeşaya, 32:9-13)

Torpaq kəsəkləri altında toxumlar çürüdü, zirzəmilər boş qaldı, anbarlar dağıldı. Çünki taxıllar məhv oldu. Heyvanlar necə də inildəyir, naxırlar çaşbaş qalıb. Çünki onlar otlaqsız qalıb, çölün otlaqlarını alov yandırıb-yaxdı, bütün düzəngahın ağacları odda qovruldu.(Yoel, 1:17-19)

Zəmi viran qalıb, torpaq ağlayır…Buğda və arpaya görə… nalə çəkin. Çünki torpağın məhsulları yoxa çıxdı. Tənək qurudu, əncir ağacı soldu, nar, xurma, alma, çölün bütün ağacları qurudu… (Yoel, 1:10-12)

16. Quraqlıqların artması:

Dünya saralıb-solur, yer quruyub-solur… (Yeşaya, 24:4)

…Otlaqlar quruyub… (Yeremya, 23:10)

…meynələr solur… (Yeşaya, 24:7)

…Otlaqlar qurudu…Axar sular qurudu… (Yoel, 1:18-20)

Meynə bağları qurudu, əncir ağacları soldu; nar, xurma, alma,  çölün bütün ağacları qurudu… (Yoel, 1:12)

17. Heyvanların tələf olması:

Heyvanlar necə də inildəyir, naxırlar çaşbaş qalıb… Sürülər də susuzluqdan əldən düşür… Çöl heyvanları da Səni çağırır, axı axar sular quruyub,çölün otlaqlarını alov yandırıb-yaxdı. (Yoel, 1:18-20)

… Bütün heyvanlar da – atlar, qatırlar, dəvələr və eşşəklər bu cür bəlaya düçar olacaq. (Zəkəriyya, 14:15)

18. Sıxıntı və əzab-əziyyət dövrü olması:

…İgid adam belə fəryad edəcək… Əziyyət və məşəqqətin, viran və talanın, qaranlıq və zülmətin, qara buludların bürüdüyü gündür! (Sefanya, 1:14-15)

“… Getdikləri yol qaranlıqda sürüşkən yer kimi olacaq; orada qovulub yıxılacaqlar… Başlarına fəlakət gətirəcəyəm”

Rəbb belə bəyan edir  (Yeremya, 23:12)

(Mehdinin) nəslində… (alimlərdən) başqa hər kəsin gözlərini kədər və bəla pərdəsi örtəcək… (Talmud, Sanhedrin 97a)

(Mehdinin) doğum sancıları, “ o gün” burada yazılıdır… (Talmud, Şabat, 118a)

(Mehdi) gəlsin… tarlada gözətçi ilə qarşılaşan bir kimsə aslanla qarşılaşdığını zənn edər. Şəhərə daxil olub vergi yığana yaxınlaşdıqda ayı ilə rastlaşmış kimi olar. Evinə qayıtdıqda qızlarını və oğullarını ac görəndə sanki ilan tərəfindən sancılar… … doğum sancısı çəkən gördünmü? Nə üçün hər insanın doğum sancısı çəkən qadınlar kimi əlləri belində və üzləri saralıb solmuşdur?… (Talmud, Sanhedrin 98b)

19. Bəlaların bir-biriniizləməsi:

(Mehdinin) nəslində… bitməyən yeni bəlalar və şeytani qərarlar qüvvəyə minəcək; pir pislik bitmədən yenisi gələcək…(Talmud, Sanhedrin 97a)

(Mehdi) nə vaxt gələcək? “Cavab verdi: “ Pisliklər o insanların üzərini tamamilə örtdükdə.” “Mənə lənət oxuyursan?” deyə qışqırdı. O dərhal cavab verdi: “Bu ayədir: “Budur, dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək. Amma Rəbb üzərinə nur saçacaq. İzzəti səni əhatə edəcək”[Yeşaya, 60:2] (Talmud, Sanhedrin 99a)

“Çaylar kimi bir çox bəlaya düçar olan nəsil gördüyündə, onu (Mehdini) gözlə və hazırlaş; çünki belə yazılmışdır: “Düşmən azğın bir çay kimi gəldikdə Rəbbin nəfəsi onu boğacaq”[Yeşaya, 59:19] Bunun ardınca isə bu gəlir; Xilaskar gələcək…[Yeşaya, 59:20] (Talmud, Sanhedrin 98a)

(Mehdinin) nəslində…imtahanlar bir-birini izləyəcək…(Talmud, Kethuboth 112b)

…Lənət yer üzünü məhv edir… (Yeşaya, 24:6)

Dəhşətdən qaçan dərin çuxura düşəcək; dərin çuxurdan çıxa bilən tələyə düşəcək…(Yeşaya, 24:18)

20. Fitnələrin artması:

(Mehdinin) nəslində… bitməyən yeni bəlalar və şeytani qərarlar qüvvəyə minəcək; pir pislik bitmədən yenisi gələcək…(Talmud, Sanhedrin 97a)

…. sənə yol göstərənlər Səni azdırır, yolunu dolaşdırırlar! (Yeşaya, 3:12)

… onlar hər cür pozğun iş görməkdən zövq aldı. (Sefanya, 3:7)

21. Ümidlərin kəsilməsi:

Yenidən xilas olacaqlarından ümidlərini üzmədikcə(Mehdi) gəlməyəcək(Talmud, Sanhedrin 97a)

… Oğlan uşaqlarını fahişə əvəzinə verdilər… Qızları şəraba satdılar (Yoel, 3:3)

…ölkə zinakarlarla doludur…(Yeremya, 23:10)

…Bu qorxunc işi gördüm: Zina edirlər… (Yeremya 23:14)

23. İnsanlarda utanmaq hissinin azalması:

(Mehdinin) nəslində… atası məzəmmət etdikdə oğul utanmayacaq… (Talmud, Sanhedrin 97a)

(Mehdinin) nəslində  həyasızlıq artacaq… hörmətsizlik baş alıb gedəcək… (Talmud, Sanhedrin 97a)

(Mehdinin) gəlişindən əvvəl…arsızlıq artacaq və ləyaqət itəcək… (Talmud, Sota 49b)

(Mehdinin) gəlişindən əvvəl… oğul atasına küfr edəcək…oğul atasından utanmayacaq… (Talmud, Sota 49b)

…Cavan yaşlı ilə, adi adam nüfuzlu insanla həyasızcasına rəftar edəcək(Yeşaya, 3:5)

24. Əxlaqsızlığın artması:

Haham Cohanan dedi ki: Davud oğlu (Mehdi) yalnız…tamamilə azğın yolda olan nəsil gəldikdə ortaya çıxacaq. (Talmud, Sanhedrin 98a)

Haham Cohanan dedi ki:Getdikcə pozğunlaşan bir nəsil aşkar olduqda onun (Mehdinin) gəlişinə ümid bəsləyin.(Talmud, Sanhedrin 98a)

(Mehdinin) nəslində…hörmət hissi azalacaq. (Talmud, Sanhedrin 97a)

(Mehdinin) gəlişindən əvvəl…gənclər qocaları utandıracaq və qocalar gənclərin yanında ayaq üstə qalacaq…oğul atasının qarşısında utanmayacaq. (Talmud, Sota 49b)

(Mehdinin) gəlişindən əvvəl… elm ocaqları əxlaqsızlıq üçün istifadə ediləcək… (Talmud, Sota 49b)

… Zorakıların qoluna güc verirlər. Beləcə heç kəs pisliyindən dönmür. Hamısı Sodom kimi… Homorra kimi oldu».(Yeremya, 23:14)

25. Yalançılığın və saxtakarlığın tüğyan etməsi:

… Yalan dalınca gedirlər….(Yeremya, 23:14)

Davud oğlunun (Mehdinin) nəslində…soyğunçular və soyğunçuların soyğunçuları olacaq… (Talmud, Kethuboth 112b)

İnsan insanla, qonşu qonşusu ilə… həyasızcasına rəftar edəcək. (Yeşaya, 3:5)

26. Üzlərin zillətə bürünməsi:

(Mehdinin) gəlişindən əvvəl…bu nəslin üzü köpək üzünə bənzəyəcək… (Talmud, Sota 49b)

(Mehdinin) nəslində…insanların üzü köpək üzünə bənzəyəcək. (Talmud, Sanhedrin 97a)

27. Mərhəmət və şəfqət hissinin azalması:

(Mehdinin) gəlişindən əvvəl…sərhədlərdə yaşayanlar bir yerdən digərinə (yardım dilənmək üçün) gəzəcək; ancaq onlara mərhəmət edən tapılmayacaq… (Talmud, Sota 49b)

28. Üsyankarların artması:

(Mehdinin) nəslində…qızlar analarına üsyan edəcək, gəlinlər də qayınanalarına üsyan edəcək… (Talmud, Sanhedrin 97a)

(Mehdinin) gəlişindən əvvəl…oğul atasına küfr edəcək; qız anasının, gəlin qayınanasının üzünə qayıdacaq… (Talmud, Sota 49b)

29. Qohumluq əlaqələrinin itməsi:

(Mehdinin) gəlişindən əvvəl…insanların ailəsi öz düşmənləri olacaq… (Talmud, Sota 49b)

30. Münafiqlərin çoxalması:

Davud oğlu (Mehdi) iman gətirənlərə xəyanət edənlərin sayı artmadıqca gəlməyəcək… (Talmud, Sanhedrin 97a)

…Xainlər xainliklərini davam edir. Bəli, xainlər xaincəsinə hərəkət edir! (Yeşaya, 24:16)

31. Elm adamlarının sayının azalması:

Davud oğlunun (Mehdinin) nəslində… alimlərin sayı azacaq… (Talmud, Sanhedrin 97a)

32. Elm adamları dəyərləndirilməyəcək:

Davud oğlunun nəslində…hikmət yazanları (elm sahiblərini) bəyənməyəcəklər(Talmud, Sanhedrin 97a)

33. Elm adamlarının biliklərinin azalması:

(Mehdinin) gəlişindən əvvəl…alimlərin bilikləri zəifləyəcək… (Talmud, Sota 49b)

(Mehdinin) nəslində alimlər mühakimə olunacaq… (Talmud, Kethuboth 112b)

…Kahinləri müqəddəs olanı murdarlayıb, Qanunun mənasını pozur. (Sefanya, 3:4)

34. Müharibələrin çoxalması:

Davud oğlunun (Mehdinin) gəlişindən əvvəlki yeddi ilin axırında…yeddinci ildə müharibələr (olacaq); yeddi illik müddət tamamlananda Davud oğlu (Mehdi) gələcək… (Talmud, Sanhedrin 97a)

…Bütün millətləri müharibə etmək üçün toplayacağam…evlər qarət ediləcək, qadınlara təcavüz ediləcək. Şəhər əhalisinin yarısı sürgünə göndəriləcək…(Zəkəriyyə, 14:2)

… Göylərdə və yerdə əlamətlər göstərəcəyəm: Qan, alov və tüstü dirəkləri görünəcək. (Yoel, 2:30)

… Onların xilas olunmaqları (Mehdinin gələcəyi dövrün) yeddinci ilinə təyin olunduğu üçün qurtuluşdan yeddinci təqdisdə bəhs ediləcək. Lakin bir ustad deyir ki: “Altıncı ildə uğultular olacaq, yeddinci ildə müharibələr, yeddinci ilin sonunda Davud oğlu (Mehdi) gələcək. Müharibə xilas olunmağın başlanğıcıdır.” (Talmud, Megilah 17b)

35. Yaxın Şərqin qana boyanması:

… (Mehdi) nə vaxt gələcək?…Bizə bir əlamət bildir…Paneas mağarasının suları qana boyananda… (Talmud, Sanhedrin 98a)

*Paneas İordaniya çayı sahilində, Qüdsdən 200 km-lik məsafədə yerləşən şəhərdir.

36. Yaxın Şərqdə dağıntıların olması:

(Mehdinin) gəlişindən əvvəl… *Cəlilə dağıntılara məruz qalacaq və ** Qablan bölgəsi xarabalığa çevriləcək… (Talmud, Sanhedrin 97a; Sota 49b)

* Cəlilə: İordaniya çayının qərbində qalan bölgə. Müasir İsrail və qədim Fələstin torpaqlarını meydana gətirən bölgə.

** Qablan: Bu günkü Golan təpələrinin bir qismini əhatə edən, Şimal-qərbi İordaniya və Cənub-qərbi Suriyadakı bölgə.

37. Məsum insanların öldürülməsi:

…günahsız insanların qanını tökdülər. (Yoel, 3:19)

38. Məcburi köçkünlərin çoxalması:

(Mehdinin) gəlişindən əvvəl… sərhədlərdə yaşayanlar bir yerdən digərinə (yardım dilənmək üçün) gəzəcək; ancaq onlara mərhəmət edən tapılmayacaq… (Talmud, Sota 49b)

39. Üsyanların artması:

Dünya… üsyanların ağırlığı altında yerə yatacaq, bir daha qalxa bilməyəcək. (Yeşaya, 24:20)

40. Qarətlərin çoxalması:

“Yer üzü tamamilə qarət olunub xarabalığa çevriləcək” Rəbb bu sözü söylədi. (Yeşaya, 24:3)

… evlər qarət ediləcək…(Zəkəriyyə, 14:2)

41. Haqqa qarşı çıxanların bədənlərində əlamətlərin olması:

… savaşan bütün xalqları Rəbb bu bəla ilə cəzalandıracaq. Ayaq üstə olanda bədənləri, hədəqələrindəki gözləri, ağızlarındakı dilləri çürüyəcək. (Zəkəriyyə, 14:12)

… Çünki sözləri və əməlləri Rəbbə qarşı oldu… Sifətlərinin ifadəsi onlara qarşı şəhadət edir. Günahları haqda Sodomdakı kimi açıq danışırlar. Bunu gizlətmirlər…(Yeşaya, 3:8-9)

42. İnsanların bədbəxt olması:

… Nə vaxtsa fərəhlənən adamlar kədərlənir. Dəflərin şən səsi kəsilib. Sevinc nidası eşidilmir. Liraların avazı gəlmir.  (Yeşaya, 24:7-8)

… bəşər övladları arasından sevinc yox oldu. (Yoel, 1:12)

… Fərəhdən əsər-əlamət qalmadı. Dünyanın sevinci əsir aparıldı. (Yeşaya, 24:11)

43. Dindarların ümidsizliyə düşməsi:

… Rəbbə xidmət edən kahinlər yas tutur (Yoel, 1:9)

Ey kahinlər, çul geyinərək yas tutun! Ey qurbangah xidmətçiləri, nalə çəkin!… (Yoel, 1:13)

44. İnsanların bədbəxt olması:

… (Mehdi) bədənlərdəki bütün ruhlar yorğun olacağı vaxt gələcək… (Talmud, Abodah Zarah, 5a)

45. Zəlzələlərin artması:

… Dünyanın təməlləri sarsılacaq… sarsıldıqca sarsılacaq… yırğalanacaq… talvar kimi silkələnəcək… (Yeşaya, 24:18-20)

… Göy və yer sarsılacaq….(Yoel, 3:16)

Mən Ordular Rəbbi, Qeyzlə göyləri titrədəcəyəm, Yer üzü lərzəyə gələcək. (Yeşaya, 13:13)

O zaman dünya sarsılıb titrədi. Dağların təməlləri də sarsıldı… Suların dərinlikləri göründü və dünyanın təməlləri açıldı. (Məzmurlar, 18:7, 15)

46. Təbii fəlakətlərin çoxalması:

…Ordular Rəbbi göy gurultusu ilə, zəlzələ ilə, böyük səs-küylə, qasırğa və fırtına ilə, hər şeyi məhv edən od ilə sənin yanına gələcək(Yeşaya, 29:6)

… Göylərdə və yerdə əlamətlər göstərəcəyəm…(Yoel, 2:30)

…Göylərin pəncərələri açılacaq. Dünyanın təməlləri sarsılacaq. (Yeşaya, 24:18)

47. Bir yerdə sel, digərində quraqlıq fəlakətlərinin baş verməsi:

Davud oğlunun (Mehdinin) sonunda gələcəyi yeddi illik dövrün, ilk ilində bu ayə həyata keçəcək: “Bir şəhərə yağış yağdırdığım halda digərinə yağdırmayacağam”.. (Talmud, Sanhedrin 97a)

48. Məhsullara çəyirtkələrin daraşması:

Kəsici çəyirtkələrdən qalanı qaynaşan çəyirtkə yedi. Qaynaşan çəyirtkədən qalanı tullanan çəyirtkə yedi. Tullanan çəyirtkədən qalanı dağıdıcı çəyirtkə yeyib-qurtardı. Qüvvətli və saysız-hesabsız bir çəyirtkə ordusu gəldi…(Yoel, 1:4-6)

49. Ətraf mühitin çirklənməsi:

Dünyanı sakinləri murdar etdi… (Yeşaya, 24:5)

50. İraq torpaqlarında müharibələrin olması:

50.1. İraq müharibələrində çoxmillətli orduların iştirakı:

…Bir yerə toplanan millətlərin, padşahlıqların nidasını dinləyin! (Yeşaya, 13:4)

Dağlardakı izdihamın gurultusunu eşidin. Bu, böyük bir xalqın səsinə bənzər… (Yeşaya, 13:4)

50.2. İraq müharibələrində uzaq ölkələrin iştirakı:

Yeşayaya * Babilhaqqında görüntü ilə nazil olan xəbərdarlıq…Onlar uzaq ölkədən, üfüqlərin o biri tərəfindən gəlir ölkəni tamamilə yerlə yeksan etmək üçün gəlirlər. (Yeşaya, 13:1, 5)

* Babil İraqın paytaxtı Bağdad yaxınlığında yerləşən qədim şəhər adıdır.

50.3. Müharibələrin yüksək siqnal səsləri ilə elan edilməsi:

…Döyüşçüləri bərkdən səsləyin, əl edin ki, onlar əsilzadələr üçün ayrılan qapılardan içəri girsin.(Yeşaya, 13:2)

50.4. Müharibələrdə çox sayda uşaq və gəncin həlak olması:

Ox-kamanları gəncləri parça-parça edəcək, körpələrə rəhm etməyəcəklər, uşaqları əsirgəməyəcəklər. (Yeşaya, 13:18)

50.5 Qadınların zərər çəkməsi:

…Arvadlarının namusuna toxunulacaq. (Yeşaya, 13:16)

50.6. Evlərin qarət edilməsi:

… Evləri talan ediləcək…(Yeşaya, 13:16)

50.7. Hər yerin qana boyanması:

Bütün tutulanların bədəni dəlik-deşik olacaq, ələ keçənlərin hamısı qılıncdan keçiriləcək. Gözləri önündə körpələri parça-parça ediləcək…(Yeşaya, 13:15-16)

50.8. Xalqın qorxu və əzab içində olması:

…hamının əlləri yanına düşəcək, hər kəs qorxub ürəyini yeyəcək. Hər bir adamı dəhşət bürüyəcək, dərd və iztirab içində boğulacaq…Çaşqın-çaşqın bir-birinə baxacaqlar…(Yeşaya, 13:7-8)


Xalqın qonşu ölkələrə qaçması:

Hər kəs qovulan ceyran kimi, çobansız qoyunlar kimi öz xalqının yanına qayıdacaq, Öz vətəninə qaçacaq. (Yeşaya, 13:14)

Müharibələrdən sonra şəhərlərin bomboş olması:

Orada (Babildə) vəhşi heyvanların yaşadığı yer olacaq, Bayquşlar evlərdə qaynaşacaq, Orada dəvəquşular məskən salacaq, Təkələr oynaşacaq. Saraylarında goreşənlər çığıracaq, Gözəl imarətlərində çaqqallar ulayacaq… (Yeşaya, 13:21-22)

İnsan saf qızıldan da az olacaq, Adam Ofir qızılından da nadir halda tapılacaq. (Yeşaya, 13:12)

Müharibələrdən sonra nizamın pozulması:

…Bədəvilər çadırlarını qurmayacaq, çobanlar sürülərini orada saxlamayacaq.(Yeşaya, 13:20)

… Yeri xarabalığa döndərsin, …(Yeşaya, 13:9)

… Yer üzü lərzəyə gələcək …(Yeşaya, 13:13)

İraq şəhərlərinin dağıdılması:

Mən Allah… Xaldeyliklərin calalı və qüruru olan Babili də elə yıxacağam. (Yeşaya, 13:19)

51. Yəcuc və Məcucun Axırzamanda meydana çıxması (I və II dünya müharibələri)

… (Mehdinin) doğum sancıları, “o gün” burada yazılıdır… Yəcuc və Məcuc müharibələri: “O gün” burada yazılıdır; bu yazılarkən, o gündə Məcuc gələcək. (Talmud, Shabbath 118a)

(Dünyadakı zamanın) …müəyyən hissəsi Yəcuc və Məcuclə mübarizə apararaq (keçəcək) və qalanı (zamanın) Məsihin (Mehdinin) dövrü olacaqdır. Uca və Müqəddəs (Allah) dünyanı yeddi min il sonra yeniləyəcək. (Talmud, Sanhedrin 97b)

51.1. Böyük bir izdiham olmaları:

…toplanmış böyük bir qoşunla birgə… (Yezekel. 38:7)

… Ölkəni bürüyən bir bulud kimi… hücum edəcəksiniz…(Yezekel, 38:16)

… hamısı qalxan, sipər və qılıncla silahlanmış böyük qoşunu…(Yezekel, 38:4)

51.2. Çoxmillətli ordu olmaları:

…bir çox xalqlardan olan və hamısı ata minmiş böyük bir qoşun …(Yezekel, 38:15)

…bütün qoşunun və səninlə birgə bir çox xalq çıxıb tufan kimi gələcəksiniz…(Yezekel, 38:9)

51.3. Böyük silahlıorduya sahib olmaları:

… bütün ordunu, atları, tam təchiz olunmuş atlıları, hamısı qalxan, sipər və qılıncla silahlanmış böyük qoşunu… onlarla birgə hamısı qalxan və dəbilqəyə bürünmüş (orduları)… (Yezekel, 38:4-5)

…hamısı ata minmiş böyük bir qoşun, güclü bir ordu… (Yezekel, 38:15)

51.4. Fitnəkarlıq törətmələri:

…Pis niyyətlər qurub  deyəcəksən: asayiş və əmin-amanlıq içində yaşayan adamların üstünə gedəcəyəm… (Yezekel, 38:10-11)

… hər kəs bir-birinin üstünə qılınc çəkəcək. (Yezekel, 38:21)

51.5. Təcavüzkar və qarətçi ordu olmaları:

Deyəcəksən: … Viran olmuş şəhərlərdə yaşayan xalqı qarət edib malını talayacağam… (Yezekel, 38:11-12)

(Xalq) sənə deyəcək: “Qarət üçünmü gəldin? Talan etmək, qızıl-gümüş götürmək, mal-qara və əşya aparmaq, bol qənimət ələ keçirmək üçünmü qoşun topladın?” (Yezekel, 38:13)

Sən, bütün qoşunun və səninlə birgə bir çox xalq çıxıb tufan kimi gələcəksiniz…. (Yezekel, 38:9)

51.6. Dağlarda gedən müharibələr:

“Bütün dağlarımda qılıncı Qoqun üstünə getməyə çağıracağam” Xudavənd Rəbb belə bəyan edir” (Yezekel, 38:9)

51.7. Müharibələrdə kimyəvi silahlardan istifadə olunması:

Çoxlu xalqın üstünə…od və kükürd yağdıracağam. (Yezekel, 38:22)

* I və II dünya müharibələrində kimyəvi silah kimi kükürd və xlorid tərkibli xardal qazından geniş miqyaslı istifadə olunmuş və bu silahlar insanların bədənlərinə yandırıcı təsir bağışlamışdır.

51.8. Müharibə dövründə epidemik xəstəliklərin geniş vüsət alması:

…Üstünə vəba gətirib qanını tökərək onu cəzalandıracağam. (Yezekel, 38:22)

“Ölkəni (xəstəliklərdən) təmizləmək üçün adamlara iş tapşırılacaq…(Yezekel, 39:14)

Müharibələrdə kütləvi qırğınların olması:

…Orada Qoq və bütün qoşunu basdırılacaq… Ölkəni təmizləmək üçün İsrail nəsli yeddi ay onları basdırmaqla məşğul olacaq. onları bütün ölkə xalqı basdıracaq… Bəziləri ölkəni dayanmadan dolaşacaq, bəziləri isə yerdə qalan cəsədləri basdıracaq… (Yezekel, 39:11-14)

Açıq çöldə həlak olacaqsan… (Yezekel 39:5)

…hər kəs bir-birinin üstünə qılınc çəkəcək. (Yezekel, 38:21)

Dinc əhalinin üstünə hücuma keçməkləri:

…qılıncdan qurtulub rahatlanan ölkəyə hücum edəcəksən… (Yezekel, 38:8)

Deyəcəksən: ‹Divarsız kəndləri olan bir ölkəyə hücum edib asayiş və əmin-amanlıq içində yaşayan adamların üstünə gedəcəyəm. Bu kəndlərin hamısı divarsızdır, darvazaları da, sürgüləri də yoxdur.  (Yezekel, 38:11)

52. Peyğəmbərimizin (s.ə.v) hz. Mehdi (ə.s) dövründən bəhs edən hədislərinin olması:

Bütün peyğəmbərlər təkcə Məsih (Mehdi) dövrü ilə bağlı qeybi xəbərlər verdilər.  (Talmud, Berachoth 34b, Shabbath 63a)

Bütün peyğəmbərlər (yaxşı şeylər barədə) təkcə Məsih (Mehdi) dövrü ilə bağlı qeybi xəbərlər verdilər.  (Talmud, Shabbath 99a)

53. Axırzamanın sıxıntılı dövrlərinin saleh möminlərə təsir etməməsi:

Abaye Rabba`dan soruşdu: (Onu görmək istəyinin) səbəbi nədir? Məsihin (Mehdinin) (zühur dövründəki) doğum sancılarına görəmi?” Lakin öyrədilmişdir ki… Məsihin (Mehdinin) doğum sancılarından müdafiə olunmaq üçün insan nə etməlidir? Cəhd edin və yaxşılıq edin; siz və Ustadınız, hər ikiniz də.” (Talmud, Sanhedrin 98b)

HƏMÇİNİN BAX

Axırzamanın hidayət rəhbəri : Həzrəti Mehdi

Hz. Mehdinin (əs) adının Peyğəmbərimizin (səv) adına uyğun olması .. sizə …, adı Əhməd, atasının adı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir