Tövratda yəhudilərə əmr olunan “Kral Məsihi (Mehdini) gözləmək” hökmü
“Sonra dönüb Allahları Rəbbi və padşahları Davudu axtaracaqlar. Axırzamandalərzə içində Rəbbə və Onun xeyirxahlığına doğru yönələcəklər.” (Huşə 3:5)
Talmudun Sanhedrin 97b hissəsində də Kral Məsihi gözləməyin əhəmiyyəti xüsusi vurğulanmışdır:
Kəhanət müddəti təyin edilmiş müəyyən bir dövr üçün deyildi və (Kral Məsih) ancaq axırda dilə gələcək və yalan danışmayacaq: Onu (Kral Məsih) gecikməyinə baxmayaraq gözləyin, çünki onun gəlişi şübhəsizdir və o vaxt itirməyəcək. “Axırda dilə gələcək və yalan danışmayacaq” ifadəsinin mənası nədir? – Xaxam Samuel Nahmani Xaxam Conatının adından belə buyurdu: …Qədərdə təyin olunmuş vaxt yetişməyincə o gəlməyəcək, bu səbəbdən “heç vaxt gəlməyəcək” deyənlər ortaya çıxacaq. Bütün bunlara baxmayaraq onu gözləyin, çünki belə yazılmışdır: o (Kral Məsih) geciksə də onu gözləyin. Sizin “(onun gəlişini) gözləyirik, lakin gəlib çıxmır” sözünüzün qarşılığı Müqəddəs Kitabda belə bildirilmişdir: “Amma Rəbb sizə lütf göstərmək üçün gözləyir, yenə də sizə rəhm etməyə hazırdır” (Yeşaya 30:18) Lakin siz “gözləyirik və Allah onun gəlişini istəyirsə, (onu) nə gecikdirir?” deyə soruşursunuzsa, Onun gecikməsi Ədalətin təcəllisidir (çünki biz hələ onun gəlişinə layiq deyilik)… Ümidlə gözləyənlər üçün belə yazılmışdır: onu gözləyənlərin xoş halına…
Eramızın 845-ci ilində hazırlanmış Axırzaman əlamətlərindən bəhs edən bir təfsir kitabında Məsihin çıxış dövründə ölkələr arasında yaranacaq münaqişə və qarışıqlıqlara işarə edilir:
Hansı ki, gözəl hadisələrdən əvvəl dünya millətləri ixtilaf içində olacaqlar.
“Xaxam İsaak belə buyurmuşdur: “Kral Məsihin ortaya çıxdığı il dünya millətlərinin hökmdarları bir-biri ilə ixtilaf içində olacaq” Pesikta Rabbati 36, s. 681.
Tövratın təfsir kitabı Midraş Tankumada belə bildirilir:
“Bu ucaldılmış Kral Məsihdir və İbrahimdən daha üstündür, Musadan daha üstün tutulmuşdur və baş mələklərdən də üstündür.”
XIII əsr təfsir kitabı Yalkutda belə yazılmışdır:
Kral Məsih… rəsullardan daha üstündür, çünki belə buyurulmuşdur: “Baxın, qulum müvəffəqiyyət qazanacaq; üstün olacaq, əl üstündə tutularaq yüksəldikcə yüksəldiləcək.” O İbrahimdən daha üstün olacaq… Musadan da yuxarı yüksəldiləcək… baş mələklərdən də üstün olacaq.(Driver and Neubauer, s. 9; eyni hissə “Midrash Tanhuma to Genesis”də də (IX əsr) və Con T. Tounsend tərəfindən redaktə edilmişdir.(Hoboken, Nyu Cersi: Ktav, 1989), s. 166)
XVIII əsrdə yaşamış məşhur xaxam Nakaman mötəbər Tövrat təfsirlərinə əsaslanaraq hazırladığı Likitey Halakot adlı əsərindən hissələr:
Kral Məsihin insanlara bağışlayacağı təsir
Nadir yağ və ətirlər insanları cəlb edir. Nadir ətir kimi Maşiahın (Mehdinin) da bütün dünyanı öz təbliğatına cəlb etmək gücü olacaqdır. (Likutey Halakhot, Birkat HaReiach 3:8; ibid. 4:5)
“Maşiahın ruhu” bizim sarıla biləcəyimiz ümid işığı, xoşbəxtliyin gözəl ətri və hər şeyin ən gözəl şəkildə nəticələnməsi ümididir.” (Likutey Halakhot, Birkat HaReiach 4:21)
Kral Məsih qan tökməyəcəkdir
“Maşiah tək bir mərmi belə istifadə etmədən bütün dünyanı fəth edəcəkdir” (Siach Sarfei Kodesh I-67)
Peyğəmbər qissələrində Kral Məsihə işarə edilir:
Rambam (XII əsrin tanınmış alimi İbni Meymun və ya Maimonides) peyğəmbərlikləri Maşiah gələnə qədər qissələr kimi qəbul etməyimizi bildirir. Bunları sonradan görüb keçmişə nəzərən məqsədlərini başa düşəcəyik. (Yad HaChazakah, Hilkhot Melakhim 12:1; ayrıca bakınız Likutey Moharan I, 186)
Kral Məsihin gəlişi qədərdə təyin olunmuşdur
Maşiah bütün dünyanı haqqa yönəltmək vəzifəsini yerinə yetirmək üçün yaradılışından uzun müddət əvvəl hazırlanmışdır. (Pesachim 54a)
Kral Məsihin üstün əxlaqı və Allah`ın onun fəaliyyətlərini müvəffəqiyyətli qılması
Maşiah adi insanlar kimi dünyaya gələcəkdir. Son dərəcə təqvalı olacaq, böyük işlər həyata keçirəcək və beləliklə özünü daim yüksəldəcək. Sonda cəhdləri onu çox uca səviyyəyə qovuşduracaq və bu səviyyədə onun üçün yaradılışdan əvvəl hazırlanmış Bənzərsiz Ruh Yehidahı qazanacaq. Daha sonra kim olduğunu və vəzifəsini anlayacaq. Vəzifəsini yerinə yetirmək üçün Allah ona xüsusi güc bəxş edəcək. (Arba Meot Shekel Kesef, s. 241; Zohar II, 7b-8b, Matok Midvash, ibid.; Zohar HaRakia, Shemot s. 56b).
Yəhudilər Kral Məsihin insanlar tərəfindən seçiləcəyinə inanmırlar, çünki bu vəzifə üçün Allah onu seçmişdir.
Kral Məsih insanların Allah`a yaxınlaşmasına vəsilə olacaqdır
(Tövratın Axırzamanla əlaqəli hissələrində) “Ruhumu içinizə qoyacağam; qanunlarıma tabe olmanızı… təmin edəcəyəm…” ifadəsi Allah`ın səbəblər yaradacağını göstərir. Bu səbəb vəsiləsi ilə “Buyurduqlarıma tabe olub onları həyata keçirməyinizi təmin edəcəyəm” (Likutey Halakhot, Birkhot HaPeirot 5:17)
Bu “səbəb” Maşiahdır. Maşiah insanları Allah`a yaxınlaşdırmaq qabiliyyətinə sahib olacaqdır.
Bu, alimlərimizin şərhləridir: “Gələcəkdə şeytana meyllilik ortadan qalxacaqdır.” (Talmud, Sukkah 52a)