Şənbə , Noyabr 30 2024
Əsas səhifə / Kral Məsih / Zəburda hz. Mehdinin (ə.s) dünyaya hakim olacağı bildirilir

Zəburda hz. Mehdinin (ə.s) dünyaya hakim olacağı bildirilir

Biz Zikrdən (Tövratdan) sonra Zəburda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar.(Ənbiya surəsi, 105)

Rəbbə güvən, yaxşılıq et… Rəbdən zövq al, O da səni ürəyinin istəklərinə çatdıracaq. Yolunu Rəbbə ver, Ona güvən…Rəbbə ümid bağlayanlar yer üzünün varisi olacaqdır.(Məzmurlar, 37:3-9)

Həlimlər yer üzünü mülk olaraq alacaq, Əmin-amanlığın bolluğundan zövq alacaq… Çünki pislərin qol-qanadı qırılacaq, Rəbb isə salehlərin dayağıdır. Rəbbə salehlərin hər günü məlumdur, Onların mirası əbədi olacaq. (Məzmurlar, 37:11, 17-18)

Yer üzünün qurtaracağınadək hər yerdə Rəbbi xatırlayacaq, Ona tərəf dönəcəklər. Bütün millətlərin soyları Onun hüzurunda səcdəyə qapanacaqlar. Çünki hökmranlıq Rəbbindir… (Məzmurlar, 22:27-28)

…Davud sülaləsindən güclü hökmdar (Mehdi) yetirəcəyəm, məsh etdiyim (seçdiyim) padşahın soyu üçün bir çıraq hazır etmişəm. Düşmənlərini xəcalətə salacağam, lakin onun tacı nur saçacaq. (Məzmurlar, 132:17-18)

Rəbdən qorxan kimdir?… O bəxtəvər yaşayacaq, onun nəsli yer üzünün varisi qalacaq. Rəbb Ondan qorxanlara sirrini açar… (Məzmurlar, 25:12-14)

Ona zəfər çaldıraraq şərəfini ucaltmısan, Ehtişam və əzəmət bağışlamısan. Əbədi olaraq başına nemətlər tökmüsən. Varlığınla Sən onu fərəhləndirmisən. Çünki padşah (Mehdi) Rəbbə güvənir, Haqq-Təalanın məhəbbəti ilə sarsılmazdır. (Məzmurlar, 21:5-7)

Qoy padşahın adı əbədi qalsın, Günəşin ömrü tək adı var olsun. Onun vasitəsilə insanlar xeyir-dua alsın, Onu bütün millətlər bəxtiyar adlandırsın!(Məzmurlar, 72:17)

Nə itidir oxların, padşahın düşmənlərinin köksünə saplanır. Xalqlar ayağının altına yıxılır. (Məzmurlar, 45:5)

(Hz. Mehdi (ə.s) dənizdən-dənizə qədər, Fəratdan yer üzünün qurtaracağınadək hər yerdə hökmranlıq etsin. (Məzmurlar, 72:8)

Rəbb padşahına böyük zəfərlər verər. Məsh etdiyi padşaha (Mehdiyə)… əbədi məhəbbət göstərər. (Məzmurlar, 18:50)

HƏMÇİNİN BAX

Axırzamanın hidayət rəhbəri : Həzrəti Mehdi

Hz. Mehdinin (əs) adının Peyğəmbərimizin (səv) adına uyğun olması .. sizə …, adı Əhməd, atasının adı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir