Həm İslam mənbələrində, həm də Tövrat və yəhudi mənbələrində bildirilir ki, Kral Məsih (hz. Mehdi (ə.s)) son dərəcə ədalətli olacaq. O, zorakılıqla deyil, sevgi ilə hökm verəcək, bütün millətləri sülhə dəvət edəcək, müharibələrə son qoyacaq, insanlara dostluğu, sevgini təlqin edəcək, yoxsulları xilas edəcək. Onun dövründə zülm edən olmayacaq. O, çox xeyirxah və təvazökar olacaq. Tövratda bu barədə belə bildirilmişdir:
(Hz. Mehdi (ə.s)) belini Ədalətlə qurşayacaq, Sədaqəti kəmər kimi taxacaq. (Yeşaya, 11:5)
(Hz. Mehdinin (ə.s)) şahlıq əsası Ədalət əsasıdır. (Məzmurlar, 45:6-7)
(Hz. Mehdi (ə.s)) hökm edərkən Ədaləti axtaracaq… (Yeşaya, 16:5)
(Hz. Mehdi (ə.s)) yoxsullara haqq ilə hökm edəcək… (Yeşaya, 11:4)
Salehliyi sevib pisliyə nifrət edirsən… (Məzmurlar, 45:7)
…Yer üzündəki fəqirlər üçün ədalətlə qərar çıxaracaq… (Yeşaya, 11:4)
Davud nəslindən bir nəfər (Hz. Mehdi (ə.s))… tezliklə salehliyi yerinə yetirəcək. (Yeşaya, 16:5)
… (Hz. Mehdi (ə.s)) dünyanı ağzının dəyənəyi ilə vuracaq (yəni silahla deyil sözləri ilə savaşacaq) Pis adamları ağzının nəfəsi ilə öldürəcək (yəni danışığı ilə zərərsizləşdirəcək) (Yeşaya, 11:4)
…Rəbb qorxusu ruhu onun (Hz. Mehdinin (ə.s)) üzərində olacaq. O, Rəbb qorxusunda sevinc tapacaq… (Yeşaya, 11:2-3)
…O (hz. Mehdi(ə.s)) ədalətli xilaskar və itaətkardır… (Zəkəriyya, 9:9)
“Budur, Davud üçün saleh bir pöhrə (hz. Mehdini (ə.s)) çıxaracağım günlər gəlir… Rəbb belə bəyan edir… O (hz. Mehdi (ə.s)) ölkədə ədalətli və saleh işlər görəcək…” (Yeremya, 23:5-6)
“Güclə, qüdrətlə yox, yalnız Mənim Ruhumla iş görəcəksən” deyir Ordular Rəbbi. (Zəkəriyya, 4:6)
Döyüş arabalarını… uzaqlaşdıracağam. Döyüş kamanları qırılacaq.Padşahınız (hz. Mehdi (ə.s)) millətlərə sülh elan edəcək… (Zəkəriyyə 9:10)
Onun (hz. Mehdinin (ə.s)) fövqəladə ədaləti və vəsilə olacağı möhtəşəm işlər (təəccüb doğuran gözəlliklər) nəticəsində insanlar onunla sülh edəcəklər…(Maimonides, Mişna Tora, Sanhedrin 10:1)
Məsih (hz. Mehdi (ə.s)) dövründə… müharibələr olmayacaq və bir millət digər millətin üstünə qılınc çəkməyəcək… (Maimonides, Mişna Tora, Sanhedrin 10:1)
…İmdad deyib çağıran fəqirləri, məzlumları, köməksizləri o qurtarır.(Məzmurlar, 72:12)
Yoxsula, fəqirə rəhm edir, Fəqirlərin canlarını azad edir. (Məzmurlar, 72:13)
Onları hədə-qorxudan, zorakılıqdan qurtarır, çünki onun gözündə bunların qanı qiymətlidir. (Məzmurlar, 72:14)
Məzlumları qorusun, Fəqirlərin uşaqlarını xilas etsin… (Məzmurlar, 72:4)
Səni… Millətlərə nur edəcəyəm ki, Korların gözlərini açasan, Zindandan dustaqları, Zülmətdə, həbsxanada oturanları azad edəsən. (Yeşaya, 42:6-7)
Onun (hz. Mehdinin (ə.s)) fövqəladə ədaləti və vəsilə olacağı möhtəşəm işlər (təəccüb doğuran gözəlliklər) nəticəsində insanlar onunla sülh edəcəklər və bütün ölkələr ona xidmət edəcək. (Maimonides, Mişna Tora, Sanhedrin 10:1)
Padşahınız (hz. Mehdi (ə.s)) millətlərə sülh elan edəcək. Onun hökmranlığı dənizdən dənizə, Fıratdan yer üzünün qurtaracağınadək hər yerə uzanacaq. (Zəkəriyya, 9:10)
(Hz. Mehdi (ə.s)) zahir olduqda… (Allah`ın əmrlərinin yerinə yetirilməsindəki) itaətsizliklərə son qoyacaq… (Maimonides, Mişna Tora, Kralların Qanunları 11:4)
O, yer üzündə ədaləti quranadək ümidini, cəsarətini itirməyəcək… (Yeşaya, 42:4)