Şənbə , Noyabr 30 2024
Əsas səhifə / Kral Məsih / Yəhudilərin Mehdi etiqadı

Yəhudilərin Mehdi etiqadı

Yəhudilikdə hz. Mehdi (ə.s)  “Maşiah”, “Kral Məsih”, “Şilo (göndərilmiş, Allah`ın hədiyyəsi)” kimi müxtəlif adlarla ifadə edilir.

Tövratda yəhudilərə əmr olunan fərz ibadətlərdən biri də hz. Mehdinin (ə.s) (yəhudi mənbələrində Kral Məsih) gəlişinə iman gətirməkdir.

XII əsrdən bu günə qədər ən böyük Tövrat alimi hesab edilən xaxam Maimonides (İbni Meymun) yəhudiliyin on üç əsas dini etiqadından on ikincisinin “Məsihin (Mehdinin) gələcəyinə inanmaq” olduğunu bildirmişdir.

Yəhudilərin bu təmələ əsaslanan “Mehdi” inancları belə ifadə edilir: “Məsihin  (Mehdinin) gələcəyinə bütün qəlbimlə inanıram, gəlişi geciksə belə hər gün onu gözləyirəm.”

Hz. Mehdinin (ə.s) gələcəyinə inanmayanlar isə yəhudilərin müqəddəs mənbələrindən biri olan Mişnada belə təsvir edilir:

“Məsihin (Mehdinin) gələcəyinə inanmayan və ya onun gəlişini gözləməyən insan bütün peyğəmbərlərə qarşı gəlməklə yanaşı Tövratı və hz. Musanı da inkar etmiş sayılır. (Maimonides, Mişna Tora, Kralların Qanunları, 11:1)

Eyni zamanda yəhudilər hər gün üç dəfə təkrarladıqları “Shmoneh Esrei” duasında Allah`dan hz. Mehdinin zühurunu tezləşdirməsini diləyirlər. Bu duada  ədalətin yenidən bərpa olunması, əxlaqsızlığın, günahın və pisliklərin nəhayətlənməsi, doğruluğun hakim olması üçün hz. Mehdinin gəlişi arzulanır.

HƏMÇİNİN BAX

Axırzamanın hidayət rəhbəri : Həzrəti Mehdi

Hz. Mehdinin (əs) adının Peyğəmbərimizin (səv) adına uyğun olması .. sizə …, adı Əhməd, atasının adı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir