Şənbə , Noyabr 30 2024
Əsas səhifə / Hz.Mehdi(ə.s) qan axıtmaz / Yəhudi qaynaqlarında Mehdiyət dövründəki sülh vəziyyəti

Yəhudi qaynaqlarında Mehdiyət dövründəki sülh vəziyyəti

Döyüşlərin sona çatması:

… Son günlərdə… Rəbbin bir çox xalqın arasındakı anlaşılmazlıqları həll edəcək… Xalq xalqa qılınc qaldırmayacaq, döyüş təlimi keçməyəcəklər. (Yeşaya, 2:2-4; Mika, 4:1-3)

Hərb maşınlarını Efrayimdən, atları Yeruşalimdən (Qüdsdən) uzaqlaşdıracağam. Döyüş sipərləri qırılacaq… (Zekeriya, 9:10)

O dövrdə [Hz. Mehdi dövründə], aclıq, döyüş, həsəd ,düşmənlik olmayacaq… (Maimonides, Mişna Tora, Kralların Qanunları 12:5)

… Ölkədən sipərləri, qılıncı, döyüşü qaldıracağam, onları təhlükəsizlik içində yatırdacağam. (Hoşea, 2:18)

… Ölkənizə sülhü təmin edəcəyəm. Qorxu içində yatmayacaqsınız… Müharibə görməyəcəksiniz. (Levililər, 26:5-6)

Silahlanmanın yox edilməsi:

“… Yığdıqları silahları yandıracaqlar. Böyük, kiçik qalxanları, yayları, oxları, çubuqları, mizraqları alova atacaqlar… Silahlardan yandırmaq üçün istifadə edəcəklər…” Qadir Rəbb belə deyir. (Ezekiel, 39:9-10)

… İnsanlar qılınclarını çəkiclə döyüb şum dəmiri, mizraqlarını isə bağ bıçağı edəcəklər… (Yeşaya, 2:4; Mika, 4:3)

Şiddət və terrorun sonu:

… Heç kimsəyə zərər verilməyəcək, ölüm olmayacaq… (Yeşaya, 11:9)

Həlimlər dünyanı miras alacaq, dərin bir rahatlığın zövqünü dadacaqlar. (Məzmurlar, 37:11)

“Qurdla quzu birlikdə otlayacaq, aslan mal kimi saman yeyəcək, ilanın yeməyi isə torpaq olacaq… Heç kimsəyə zərər verilməyəcək, ölüm olmayacaq.” Rəbb belə deyir. (Yeşaya, 65:25)

Sülh və inamın olması:

Onun dövründə [Hz. Mehdinin dövründə] qurdla quzu bir yerdə yaşayacaq, bəbirlə oğlaq birlikdə yatacaq, buzov, gənc aslan və bəslənmiş mal yan-yana dayanacaq, onları kiçik bir uşaq güdəcək. İnəklə birlikdə otlayacaq, balaları bir yerdə yatacaq. Aslan mal kimi saman yeyəcək. Əmzikdəki körpə kobra dəliyi üzərində oynayacaq, süddən kəsilmiş uşaq əlini gürzə çuxuruna soxacaq… Heç kimə zərər verilməyəcək, ölüm olmayacaq… (Yeşaya, 11:6-9)

Orada təhlükəsiz vəziyyətdə yaşayacaqlar, evlər, bağlar tikəcəklər… Təhlükəsiz vəziyyətdə yaşayacaqlar. Həmin dövrdə mən də onların Tanrısı Rəbb olduğumu biləcəksiz. (Hezekiel, 28:26)

Hər kəs öz üzümlüyündə, əncir ağacının altında oturacaq. Kimsə kimsəni qorxutmayacaq. Bunu söyləyən hər şeyə Qadir olan Rəbdir. (Mika, 4:4)

… Xalq ölkəsində təhlükəsiz vəziyyətdə hakim olacaq… Təhlükəsiz vəziyyətdə yaşayacaqlar, heç kim onları qorxutmayacaq. (Ezekiel, 34:27-28)

Düzgünlüyün məhsulu sağlamlıq, nəticəsi, daimi rahatlıq və güvən olacaq. Xalqım sağlam olaraq evlərdə, etibarlı və rahat yerlərdə yaşayacaqlar… Sulu yerdə toxum əkən, malını, eşşəyini sərbəst şəkildə çəmənliyə qoyan kəslər nə xoşbəxtdir! (Yeşaya, 32:17-18)

… Onları qorxudan olmayacaq. (Sefenya, 3:13)

… Şikəst uşaqlar doğulmayacaq… (Yeşaya, 65:23)

HƏMÇİNİN BAX

Hədislərdə hz. Mehdinin (əs) təbliğ gücü necə təsvir edilmişdir?

Hz. Mehdi (əs) quru bir ağac əkəndə də ağac dərhal yaşıllaşıb, yarpaqlayacaq. (Əl-Qəvlu’l Müxtəsər Fi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir