(Yeşaya, 11:5)
[Hz. Mehdinin (ə.s)] davranışının əsası ədalət və sədaqət olacaq.
(Yeşaya, 11:4)
[Hz. Mehdi (ə.s)] yoxsulları ədalətlə mühakimə edəcək, dünyada əzilənlər üçün dürüstcə qərar verəcəkdir…
(Yeşaya, 11:4)
…[Hz. Mehdinin (ə.s)] ağzının dəyənəyi ilə vuracaq (yəni silah olmadan sözləri ilə təsir edəcək) və pisləri dodaqlarının nəfəsi ilə öldürəcək (yəni söhbətləri ilə mənəvi olaraq təsirsiz hala salacaq).
(Maimonides, Mişna Tora, Kralların qanunları 11:4)
O [Hz. Mehdi (ə.s)] bütün dünyanı Allah’a birlikdə qulluq etmələri üçün islah edəcək,çünki belə yazılmışdır: “O zaman birlikdə Mənə yalvarmaları, çiyin çiyinə Mənə xidmət etmələri üçün, xalqların dodaqlarını pak edəcəyəm.” [Sefenya, 3:9]
(Zəkəriya, 4:6)
“… Güc və qüvvətlə deyil, yalnız mənim ruhumla bacaracaqsan” deyir. Belə deyir hər şeyə hakim olan Rəbb.
(Yeşaya, 52:13)
Baxın qulum [hz. Mehdi (ə.s)] müvəffəq olacaq, üstün olacaq, əl üstündə tutularaq olduqca yüksəldiləcək.
Ona [hz. Mehdiyə (ə.s)] hökmranlıq, izzət və krallıq verildi. Bütün xalqlar, millətlər və hər dildə danışan insanlar ona xidmət etdi.Hakimiyyəti bitməyən sonsuz bir hakimiyyət, krallığı bitməyən sonsuz bir krallıqdır. (Daniel, 7:14)
(Talmud, Sanhedrin 20b)
Davud oğlu [hz. Mehdi (ə.s), hz. Süleyman (ə.s) kimi] yalnız taxtından hökmdarlıq edəcək…
(Zəkəriya, 9:10)
Döyüş maşınlarını… uzaqlaşdıracam. Müharibə oxları qırılacaq. Kralınız [hz. Mehdi (ə.s)] millətlərə sülhü elan edəcək…
(Yeşaya, 11:2-3)
… Rəbb qorxusu ruhu onun [hz. Mehdinin (ə.s)] üzərində olacaq. Rəbb qorxusu xoşuna gələcək…
(Maimonides, Mişna Tora, Tövbə 9:2)
Davud nəslindən olan o kral [hz. Mehdi (ə.s)]bütün insanlara Allah’ın yollarını və Ondan qorxmağı öyrədəcək…
(Maimonides, Mişna Tora, Kralların Qanunları 11:4)
[Hz. Mehdi (ə.s)] zühur etdikdə… (Allah’ın qanunlarının tətbiqindəki) itaətsizlikləri düzəldəcək…
(Yeşaya, 11:10)
… [Hz. Mehdinin (ə.s)] yaşadığı yer möhtəşəm olacaq.
[Yeşaya, 11:3-4] (Talmud, Sanhedrin 93b)
… O [hz. Mehdi (ə.s)] (bir insanı) nəzərdən keçirər və haqqında hökm verər, çünki belə yazılmışdır: Gözü ilə gördüyünə görə mühakimə etməyəcək, qulağı ilə eşitdiyinə görə qərar verməyəcək. Yoxsulları ədalətlə mühakimə edəcək, yer üzündə əzilənlər üçün dürüst bir qərar verəcək.
(Yeşaya, 52:7)
… O müjdəçi ki, əmin-amanlıq çatdırır. Gözəllik müjdəsi gətirir, qurtuluş xəbəri verir…
(Maimonides, Mişna Tora, Kralların Qanunları 11:2)
Məsihin [hz. Mehdinin (ə.s)] əlamətlər göstərməsinə və ya özünü sübuta yetirmək üçün möcüzələr yaratmasına ehtiyac yoxdur.
(Maimonides, Mişna Tora, Sanhedrin 10:1)
Məsih [hz. Mehdi (ə.s)] böyük şöhrət qazanacaq və onun şanı digər millətlər arasında Kral Süleymandan daha çox olacaq.
(Talmud, Sanhedrin 98b)
[Hz. Mehdinin (ə.s)] adı nədir? … Onun adı Şiloh[göndərilən, Allah’ın hədiyyəsi]… Onun adıYinnon [adı dünyanın sonuna qədər yaşayan]… Onun adı Haninah [inayət, lütf, Allah tərəfindən müqəddəsləşdirilmiş]… Onun adı Menahem[rahatlayan, təsəlli verən]…çünki Mənim ruhumu rahatlayan Menahem [rahatlayan]… Tamamilə bizim dərtlərimizə dözdü və onları daşıdı…