Əgər məni sevirsinizsə, riayətlərimə əmr edəcəksiniz. Mən də Allah`a yalvaracağam və O, sizə başqa bir “Faraklit” göndərəcəkdir.
(Yəhya, 14:15-16)
Lakin Faraklit-Rəbbin mənim adımla göndərəcəyi müqəddəs ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq.
(Yəhya, 14:26)
…Faraklit gəldiyi zaman mənim üçün şahidlik edəcəkdir və siz də mənə şahidlik edəcəksiniz.
(Yəhya, 15:26-27)
Mən sizə həqiqəti söyləyirəm. Mənim getməyim sizin xeyrinizədir.Çünki getməsəm, Faraklit yanınıza gəlməz, amma getsəm, Onu sizə göndərəcəyəm.
(Yəhya, 16:7)
O (Faraklit), gələndə bütün aləmi səhvlərinə görə ifşa edəcək və onları tərbiyələndirəcəkdir. Günah barədə, çünki mənə iman gətirmirlər; doğruluq barədə, çünki Allah`ın yanına gedirəm və artıq məni görməyəcəksiniz; mühakimə barədə, çünki bu dünyanın hökmdarına hökm edilmişdir. Hələ sizə söylənəcək daha çox sözüm var, amma indi bunlar ağlınıza sığmaz. Lakin O –həqiqət ruhu gələndə sizə hər həqiqətə yönəlməniz üçün yol göstərəcək. Çünki heç nəyi özündən söyləməyəcək, nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcəkdir.
(Yəhya, 16:8-13)
Məsih belə dedi: Daha sizinlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı gəlir. Onun mənim üzərimdə heç bir səlahiyyəti yoxdur.
(Yəhya, 14:30)